Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

110 
 
məxsusi,  yəni  xüsusi  miqrasiya  formasını  meydana  gətirən 
ölkələrdaxili  və  beynəlxalq  konkret  səbəblər.  Bu  konkret 
səbəblər  cəm  halda  elə  miqrasiyanın  universal  səbəblərini-
səbəb  kompleksliliyini  formalaşdırır.  (Əlavə  üçün  18  saylı 
qrafikə baxmaq olar).  
Universal  səbəblər  –  (cari  və  dövrü;  gözlənilən  və 
gözlənilməyən;  məcburi,  qeyri-məcburi  və  zəruri  səbəblər) 
Miqrasiyanı  meydana  gətirən  səbəblər  universal  olmaqla  cari, 
dövri,  gözlənilən,  eləcə  də  məcburi,  qeyri-məcburi  və  zəruri 
prosesləri,  bu  baxımdan  universal  kriteriyaları  özündə  əks 
etdirir.  Bu  nöqteyi-nəzərdən  də  sistemin  nəzəri  əsaslarla  izah 
olunmasına dialektik təfəkkür üsulu ilə yanaşmaq daha məqbul 
hesab  edilməlidir.  Universal  səbəblər  hər  iki  məkan 
formasında,  yəni  dövlətlərdaxili  miqrasiya  formasında  və 
dövlətlərarası  miqrasiya  formasında  baza  olaraq  oxşar 
amilləri  özündə  cəmləşdirir.  (Əlavə  olaraq  18  saylı  qrafikə 
baxmaq  olar).  Bu  amillər  dövlət  sisteminin  sosial,  siyasi, 
iqtisadi  və  mədəni  amilləridir.  Burada  iqtisadi,  siyasi  və 
mədəni 
amillər 
öz-özlüyündə 
sosial 
amillərə 
xidmət 
etdiyindən, sosial göstəricilərin faizi daha da yüksəkliyə qalxır. 
Deməli,  universal  amillər  baza  olaraq  sosial  amillərə  xidmət 
edən  kriteriyalardan  ibarət  olur.  Nəticə  etibarilə  dövlət 
cəmiyyətə  xidmət  edir  və  miqrasiya  proseslərinin  tarazlı 
qaydada tənzim olunması dövlətin resursları səmərəli və tarazlı 
əsaslarla  istifadə  etməsindən,  yəni  qənaətlə  istehsalından  və 
tarazlı  qaydada  istehlakından  asılı  olur.  Cari  amillər  əsasən 
qeyri-məcburi  və  zəruri  olur  və  cəmiyyətin,  iqtisadiyyatın 
inkişafına  müvafiq  olaraq  tərkibini  dəyişən  və  dövri  olaraq 
məzmun baxımından təkrarlanan proseslərə çevrilir.  
Hər  bir  insanın  layiqli  və  xoşbəxt  həyatı  onun  yaşadığı 
məmləkətin  –  coğrafi-sosial  (sosial  məkan,  yəni  cəmiyyətin 
təşəkkül  tapdığı  ərazi-bu,  xalqın  öz  dövləti  ərazisində,  ya  da 
başqa  dövlət  ərazisində  toplum  halda  yaşadığı  zaman 
qurduğu  cəmiyyət  hesab  edilməlidir.  Sosial  məkana  həm  də 


111 
 
sosial  tələbatlara  müvafiq  olaraq  sosial  strukturların  cəm 
halda-institut şəkilində fəaliyyət göstərməsi də aid edilməlidir. 
Sosial resurslar elə sosial məkan anlayışını yaradır) və siyasi 
(təşkilatlandığı  və  siyasi  sistemlərə  malik  olduqları)  ərazinin, 
ümumilikdə  dövlətin  və  regionun  kompleks  ünsürlərindən, 
komponentlərindən, ümumiyyətlə, resurslarından və resursların 
səmərəli 
idarə 
olunmasından 
və 
vasitələrin 
layiqli 
istifadəsindən  asılı  olur.  İnsanlar  rahat  və  xoşbəxt  yaşamaq 
üçün  layiqli  dövlətlər,  onların  hüquqlarını  təmin  edən  dövlət 
quruluşları,  liberal  məzmunlu  siyasi  sistemlər,  demokratik 
idarəetmə  rejimlərinin  mövcud  olduğu  quruluşlar,  təkmil 
iqtisadi  sistemli  quruluşlar  və  ümumilikdə  isə  yüksək  inkişaf 
etmiş sosial cəmiyyətlər axtarırlar. Bu məsələdə həm müdafiə 
olunmaq,  həm  də  yeni  imkanlar  axtarmaq  istəkləri  vardır. 
İnsanlar  öz  həyatlarını  yüksək  təmin  olunmuş  səviyyəyə 
qaldırmaq naminə hətta iradi olaraq arzu və istəklərə düşürlər 
və  xəyallar  belə  qururlar.  İnsanlar  ya  özlərinin  yaşadıqları 
məkanlarda  –  dövlətlərdə  çox  yüksək  statuslu  cəmiyyətlər 
(ideal  cəmiyyətlər)  axtarırlar  və  bütünlükdə  özlərinin 
fəaliyyətini  bu  kimi  sosial-siyasi  təsisatların  formalaşmasına, 
qurulmasına  yönəldirlər.  Hətta  bu kimi istiqamətlərdə mövcud 
siyasi  hakimiyyətlə,  rejimlə  mübarizə  belə  aparırlar.  Ya  da 
digər məkanlarda, dövlətlərdə, təbii ki, nisbətən yüksək inkişaf 
etmiş  cəmiyyətlərdə  özlərinin  həyatlarını  təmin  etməyə 
çalışırlar.  Bu  insanların  başqa  ölkələrə  miqrasiyasına  gətirib 
çıxarır.  Məsələn,  ABŞ,  Kanada,  Avropa  ölkələri,  eləcə  də 
Avstraliya  kimi  ölkələrə,  son  zamanlarda  isə  Asiya 
ölkələrindən,  bu  baxımdan  Türkiyədən,  İrandan,  Hindistan  və 
Pakistandan,  Gürcüstandan  Azərbaycana,  Rusiyaya  köç 
edənlərin sayının çoxalmasını bununla izah etmək olar.  
İnsan  həyatının  ehtiyacları  onun  tələbatlarını  yaradır.  Bu 
kompleks  tələbatlara  dövlət  sistemindən  tutmuş  cəmiyyətin 
tərkib  komponentləri  və  onun  xüsusiyyətləri  aid edilir. Müasir 
zamanda  insanların  yüksək  həyat  tərzinin  formalaşması  məhz 


112 
 
sosial-hüquqi-siyasi  komplekslərin  qarşılıqlı  davranışlarının 
səviyyəsindən  asılı  olur.  Resursların  qarşılıqlı  tənasüblüyü 
(təqribi  bərabər  nisbəti)  məhz  tələbatların  ödənilməsi  üçün 
müvafiq  şəraitləri  yaradır.  Komplekslərin  qarşılıqlı  vəhdəti  və 
sistemlər,  eləcə  də  strukturlararası  əlaqələrin  faydalı  vəhdəti 
məhz  insan  həyatı  üçün  lazımi  şəraitlərin  meydana  gəlməsinə 
səbəb olur. Burada zərurət özü resursların səmərəli istifadəsini 
formalaşdırır.  İnsanlar  bu  gün  daha  yüksək  cəmiyyətlər 
axtarışında  olurlar  ki,  bu  da  onların  dünya  üzrə  hərəkətinə 
(müxtəlif  formada  köç  etmələrinə)  və  yerdəyişmələrinə  gətirib 
çıxarır.  
Elmdə əhali hərəkətinin üç əsas forması qeyd olunur: 
– təbii (doğuşun və ölümün dinamikası); 
– məkan (ərazi üzrə yerdəyişmə); 
–  sosial  (geniş  mənada  və  cəmiyyətin  sosial-iqtisadi 
strukturunda insanların vəziyyətinin dəyişməsi)
129
 
 
Miqrasiya 
məhz 
əhali 
hərəkətinin 
məkan 
üzrə 
dəyişməsidir. Bu məkan üzrə dəyişmə müxtəlif səbəblərdən baş 
verir  və  tərk  edilmiş  məkanlarda  (mənşə  dövlətlərində)  və 
qəbul edən məkanlarda (təyinat dövlətlərdə) müxtəlif nəticələrə 
gətirib  çıxarır.  Miqrasiyaya  səbəb  olan  amillər  içərisində 
müqayisədə  fərqli  inkişafı  yaşayan  dövlətlər  də  mühüm  yer 
tuturlar.  Burada  mövcud  olan  inkişaf  amili  (bir  məkanın 
inkişafı)  digər  məkanlardan  əhalinin  bu  məkana  axmasına 
səbəb  olan  kriteriyaya  çevrilir.  İnkişaf  etmiş  cəmiyyətlər 
nisbətən  zəif  cəmiyyətlər  üçün  miqrasiyanın  baş  verməsində 
psixoloji təsir  edən  tərəfə  çevrilir.  İnkişaf  etmiş cəmiyyətlərdə 
olan  yeni  texnoloji  vasitələr  və  onların  rahat  həyat  şəraitinin 
yaranmasına  olan  təsirləri  məhz  nisbətən  zəif  inkişaf  etmiş 
                                                 
129
 К.К. Александрович, В.В. Александрович, О.А.Владимирович. 
Базовые модели миграциологии. Институт Государственного 
управления, права и инновационных технологий. (ИГУПИТ). Интернет 
–журнал «НАУКОЗНАНИЕ» №2, 2012. 
http://naukoznanie.ru/PDF/02nz212.pdf 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə