Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

136 
 
qanun  qəbul  edilməsi  aktını  da  Rusiyanın  geosiyasi 
maraqlarına  xidmət  etməsi  kimi  qəbul  etmək  olar.  Rusiya 
Federasiya Şurasının sədr müavini İlyas Umaxanov qeyd edirdi 
ki,  bu  qanun  daha  çox  Ukraynada  baş  verən  hadisələrlə 
bağlıdır.
155
 Yeni  qanuna  görə,  SSRİ  ərazisində  doğulmuş 
şəxslərin  özlərinin  və  yaxud  da  yaxın  qohumlarının  əvvəllər 
Ruisya  Federasiyasında,  o  cümlədən  Rusiya  imperiyasında  və 
SSRİ-nin  tərkibində  olan  ərazilərdə  daimi  yaşadıqlarını  təsdiq 
edən  sənədləri  olmalıdır.  Rusiya  vətəndaşlığına  iddia  edən 
şəxslər 
həmçinin 
hazırda 
vətəndaşı 
olduğu 
ölkənin 
vətəndaşlığından  imtian  etməlidir.  Əvvəlki  qanuna  əsasən, 
vətəndaşlıq  almaq  üçün  5  il  Rusiya  ərazisində  daimi  yaşamaq 
və lazımi səviyyədə rus dilini bilmək tələb olunurdu.
156
  
15  fevral  2014-cü  il  tarixli  məlumata  əsasən,  BMT-nin 
2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc miqrantların 
müasir  dünyaya  verdiyi  töhfələr  və  onların  qarşılaşdığı 
çağırışlarla  bağlı  hesabatı  açıqlanıb.
157
 Təşkilatın  iqtisadi  və 
sosial işlər üzrə departamentinin təqdim etdiyi hesabata əsasən, 
bu  gün  dünyada  232  milyon  miqrant  var.  Onların  30  faizi  29 
yaşdan  aşağı  olan  gənclərdir.
158
 Sənəddə  miqrantların  verdiyi 
töhfələr  də  sadlanır.  Miqrantlar  məskunlaşdığı  ölkələrdə 
çalışırlar,  pul  qazanırlar  və  gəlirin  bir  hissəsini  vətənlərinə 
göndərirlər.  Bununla  da  öz  doğma  ölkələrinə  maddi  cəhətdən 
kömək  göstərirlər.  Həmçinin  miqrantlar  onları  qəbul  edən 
ölkələrin sosial və mədəniyyət strukturunu da zənginləşdirirlər. 
Sənəddə  o  da  vurğulanırdı  ki,  miqrantların  axını  problemlərə 
                                                 
155
 Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının verilməsi proseduru. 
“Bu məsələ iki ölkənin qanunvericiliyi çərçivəsində baş tutmalıdır”. 
08.05.2014. www.anspress.com/index.php?a=2&cid=az&nid=269928 
156
 MDB ölkələri, Gürcüstan və Baltikyanı respublikaların vətəndaşlarına 
Rusiya vətəndaşlığının verilməsi proseduru sadələşdirilib. 21.04.2014. 
www. az.apa.az.news/339470 
157
 BMT: Dünyada 232 milyon miqrant var. 
http://news.lent.az/news/155813  
158
 Yenə orada. 


137 
 
də  yol  açır.  Miqrantların  doğma  ölkələri  “beyin  köçü”  ilə 
üzləşirlər,  xüsusilə  səhiyyə  və  təhsil  sahəsində  çalışan 
mütəxəssislərini itirirlər. Eyni zamanda miqrantlar onları qəbul 
edən  ölkələrə  gələndə  yeni  çətinliklər,  çağırışlar,  bəzən  isə 
mənfi  stereotiplər  və  diskriminasiya  ilə  üzləşirlər  ki,  bu  da 
onların psixoloji durumuna təsir edir.  
Miqrasiyaya  səbəb  olan  amillər  çoxaspektlidir.  Belə  ki, 
BMT-nin  2013-cü  ildə  gənclərin  vəziyyəti  və  xüsusi  ilə  gənc 
miqrantların  müasir  dünyaya  verdiyi  töhfələr  və  onların 
qarşılaşdığı  çağırışlarla  bağlı  hesabatında  qeyd  olunur  ki, 
iqtisadi,  ekoloji  və  demoqrafik  amillərin  təsiri  insanları 
miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənəddə 
həmçinin  qeyd  olunur  ki,  yaxşı  təhsil  və  iş  imkanlarının 
axtarılması,  müharibədən,  təbii  fəlakətlərdən  xilas  olunmaq 
gənclər arasında miqrasiyaya səbəb olan amillərdəndir. 
159
  
 
Miqrasiyanın  şərtləndirdiyi  –  meydana  gətirdiyi 
vəziyyətlər (problemlər): 
 
birtərəfli inkişaf
– sistemlərarası qeyri-tarazlıq; 
– cəmiyyətlərarası uyğunsuzluq; 
– əmək resurslarının çatışmazlığı; 
– milli kadrların və digər əmək ehtiyatlarının maraqlarının 
zərbə altında qalması;  
–  bir  dövlətin  digər  dövlət  üzərində  üstünülüyü  (təsirlər 
etmək baxımından) və s.  
 
Miqrasiyanın şərtləndirdiyi (meydana gətirdiyi) müsbət 
amillər: 
 
dünya üzrə inteqrasiya
– dünyanın siyasi bütövlüyü;  
                                                 
159
 BMT: Dünyada 232 milyon miqrant var. 
15.02.2014.http://news.lent.az/news/155813 


138 
 
– regionlararası inteqrasiya; 
– mədəniyyətlərin qovuşması; 
– dövlətlərarası qarşılıqlı təsirlərin formalaşması;  
– dini tolerantlıq; 
–  multikulturalizm  və  mədəni  sintezlilik,  yeni  nəticələrin 
əldə edilməsi; 
– insan üçün yüksək həyat tərzinin formalaşması; 
–  insan  hüquqlarının  qorunması  (məcburi  deportasiyadan, 
qaçqınlıq  və  məcburi  köçkünlükdən  yaranan  problemə  görə, 
siyasi vəziyyətlərdən və müharibələrdən qorunmalar zamanı) 


139 
 
III FƏSİL: 
Dünya miqrasiya mərkəzləri 
 
 
Beynəlxalq tranzit mərkəzlər və onların formalaşması 
 
Təbii  ki,  dünyanın  bütün  insanları  ayrı-ayrı  coğrafi 
regionlarda 
məskunlaşmışlar. 
Bu 
məskunlaşma 
qeyri-
tarazlıqlar  üzrə  dünya  iqtisadi,  siyasi  və  etnososial  vəhdət 
sistemini  meydana  gətirmişdir.  Dünyanın  əhali  və  sosio-
demoqrafik,  etno-mədəni  vəhdətlik  sistemi  məhz  ayrı-ayrı 
regionlarda  yaşayan  müxtəlif  etnik  mənşəli  insanların  sosial 
münasibətlərindən,  sosial  əlaqələr  vəhdətindən  meydana  gəlir. 
Dünyada  təbii  ehtiyatların  qeyri-taraz  formada  paylanması, 
dövlətlərin  fərqli  əhali,  ərazi,  coğrafi  mövqe,  iqtisadi,  siyasi 
inkişaf  göstəriciləri,  eyni  zamanda  iqlim  və  ekologiya  şəraiti, 
həmçinin  cəmiyyətlərin  və  dövlətlərin  fərqli  rejim  (idarə-
olunma)  xüsusiyyətləri  xalqların  köçünü  meydana  gətirmək-
dədir.  Dövlətlər  arasında  xarici  siyasətin,  bu  baxımdan 
beynəlxalq  münasibətlərin  şərtlənməsinin  kriteriyaları  həm  də 
beynəlxalq  əmək  ehtiyatlarının  axınlarını  meydana  gətirir. 
Horizontal  qaydada  dünyanın  siyasi,  etnomədəni  dinamikası, 
insanların hərəkət axınları axınların mənbə və mənşəyini, eləcə 
də  bu  iki  obyekt  arasında  axın  tranzitlərini  meydana 
gətirməkdədir.  Bü  gün  dünyada  sərt  sərhədlər  rejimləri  qəbul 
olunmayır. Eləcə də şüurun, intellektin artmaqda olan səviyyəsi 
və  ona  təsir  edən  kommunikativ  şəbəkələr  dünyanın  vahid 
informasiya  məkanı  məhz  ümumi  bütövləşməni  tələb 
etməkdədir.  Bununla  yanaşı,  çox  təəssüf  hissi  ilə  qeyd  etmək 
olar  ki,  şüurun  inkişaf  etdiyi  və  siyasi  yanaşmanın 
yumşalmaqda olduğu mövcud zamanlarda ayrı-ayrı regionlarda 
böyük  dövlətlərin  maraqlarının  təmin edilməsi uğrunda həyata 
keçirilən  müharibələr,  silahlı  qarşıdurmalar  əhalinin  məcburi 
miqrasiyasını da meydana  gətirməkdədir. Tarixdə olduğu kimi 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə