dostluğa
layiq deyildir, ürəyi həmişə kinlə dolu olan adamın
qəlbinə dostluq daxil ola bilərmi?!
Dost seçmək qaydalarını öyrəndin, indi də dünyada baş
verən işlər, yaxşılıq və pislik haqqında dinlə.
İyirmi doqquzuncu fəsil
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA
Mümkün qədər çalış özünə düşmən qazanma, lakin
düşmənin olsa, kədərlənmə, ondan da qorxma, çünki düşməni
olmayan düşmən sevindirən olar (yə'ni düşmənliyi bacarmayan
adam duşmənləri sevindirər). Lakin istər açıqda, istərsə gizlində
düşmənin işlərindən qafil olma, daima ona pislik etməyə çalış,
həmişə onu yıxmaq haqqında tədbir tök, ancaq onun hiyləsindən
də əmin olma. Bəla, müsibət və qəflət qapılarının üzünə bağlı
qalmasını istəyirsənsə, vəziyyətini düşməndən üstüörtülü saxla.
Düşmənin səninlə işi olmayınca, sən öz düşmənliyini
bildirmə, özünu əvvəldə olduğu kimi apar.
Ruhdan duşmüş olsan da, ağıllı hərəkət et, özünü ona
düşkün kimi göstərmə. Düşmənin şirin dilinə uyma, düşmən
sənə şəkər versə, sən onu zəhər hesab et.
Şe'r
Bircə üzvü bədənin dost ola düşmənlə əgər,
İki düşmən bil onu, vur ona iki xəncər.
Güclü düşməndən həmişə özünü gözlə, ondan qorx. Çünki
iki adamdan qorxmaq lazımdır:
biri güclü düşmən, ikincisi xain
dost. Heç vaxt düşməni zəif hesab etmə, kiçik düşmənlə də
böyük duşmən kimi mübarizə apar, demə ki, o kimdir, nə edə
bilər?
Hekayət. Belə eşitmişəm ki, Xorasanda Mühəlləb adlı çox
nüfuzlu, hörmətli, xeyirxah, şöhrətli bir əyyar
125
var imiş.
Deyirlər, bir gün küçə ilə gedərkən, ayağının altında qovun
qabığı qalır, sürüşüb yerə dəyir. Dərhal bıçağı çəkib qovun
qabığını doğram-doğram edir. Soruşurlar: "Ey xacə, bu ad-
sanına və qocaqlığına baxmayaraq utanmırsanmı, qovun qabığı
120 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
ilə bıçaq davasına çıxırsan?" Mühəlləb deyir: "Məni yıxan
qovun qabığı idi, bəs mən kimi bıçaqlaya idim? Məni yıxan
mənim düşmənimdir, düşmən nə qədər kiçik olsa da onu "heç"
adlandırmaq olmaz. Düşməni "heç" hesab edən özü heç olar".
Deməli düşmən düşməni məhv etmək fikrində olar.
Düşmən səni məhv etməmiş sən tədbir gör, özünü ondan qoru.
Lakin hazırlıq işlərini də əldən buraxma.
Ancaq kimlə
düşmənlik edib, ona üstün gəlsən, hər yerdə pisləyib onun
acizliyini üzə vurma. Aciz adama qələbə çalmaq sənin üçün
iftixar hesab edilməz, Allah eləməsin, sonralar bir vaxt o sənə
qalib gəlsə, aciz və zəif bir adam tərəfindən məğlub edildiyin
üçün rüsvay olarsan. Buna görədir ki, bir padşah zəfər çalanda,
onun düşməni zəif olduqda da, şairlər "mədhnamə", katiblər
"fəthnamə" yazarkən, əvvəlcə düşmənin çox qüvvətli və qüdrətli
olduğunu təsvir edərlər, onun ordusunu tə'rifləyərlər, düşmənin
bir çox atlı və piyadalarını Söhrab
126
və əjdaha adlandırarlar,
qoşunlarının vuruşlarını, sərkərdələrinin qəhrəmanlıqlarını
bacardıqları qədər şişirdib tə'rifləyərlər. Yalnız
bundan sonra
mədh edəcəkləri öz ağalarının böyüklüyünü və ordularının
məğlubedilməzliyini göstərmək üçün deyərlər ki, bax,
bizimkilər filan böyük sərkərdənin filan qədər çox pəhləvanları
olan qüdrətli ordusunun öhdəsindən gəldi, onu əzişdirib
darmadağın etdi.
Əgər düşmən ordusunu pisləyib, onun sərkərdəsinin aciz
olduğunu desələr, o zaman belə aciz bir adamı məğlub etmiş şah
nəyə fəxr edib qürrələnə bilər ki, hələ onun adına
"mədhnamələr", ya "fəthnamələr"də yazılsın.
H a ş i y ə. Rey məmləkətində Seyyidə
127
adlı bir qadın
şahlıq edirdi. Şah nəslindən, ismətli, namuslu və düz bir qadın
idi. Anamın əmisi qızı, həm də Fəxrəddövlənin
128
arvadı idi.
Fəxrəddövlənin əcəli çatdıqda, onun Məcdəddövlə ləqəbli bir
oğlu var idi, şahlıq adını ona verdilər, lakin hakimiyyət otuz bir
il
Seyyidənin əlində oldu, ölkəni o idarə etdi. Bu Məcdəddövlə
böyüdükdə naxələf çıxdı, şahlığa ləyaqəti yox idi, şahlıqdan
onda yalnız quru bir ad qalmışdı. O, evdə oturar, kənizlərlə kef
çəkərdi. Anası otuz ildən yuxarı Rey, İsfahan və Kuhistanda
şahlıq etdi.
Bunu deməkdən məqsədim var. Sənin baban Soltan
Mahmud ibn Səbüktəkin hamin Seyyidəyə qasid göndərib deyir:
"Gərək xütbəni
129
mənim adıma oxutdurub, sikkəni mənim
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
adıma basdırasan, bac-xərac verəsən, yoxsa gəlib Reyi alaram,
oranı xaraba qoyaram". Belə çox qorxutmalar yazır.
Qasid gətirib məktubu verir, Seyyidə deyir: "Soltan
Mahmuda de ki, nə qədər ki, ərim sağ idi, mən ürəyimdə
qorxurdum ki, sən bu fikrə düşüb Reyə hücum edəsən. Lakin elə
ki, ərim
vəfat etdi, işlər mənim öhdəmə qaldı, bu qorxu
ürəyimdən qalxdı. Dedim, Soltan Mahmud ağıllı şahdır, bilir ki,
mənim kimi bir qadınla müharibə etmək onun şə'ninə yaraşmaz.
İndi əgər gəlsən, Allah da şahiddir ki, qaçmayacağam, vuruşa
başlayacağam. İki şeydən biri olacaqdır: iki qoşundan biri
məğlub ediləcəkdir; əgər mən qalib gəlsəm, yazıb bütün
dünyaya car salacağam ki, yüzlərlə şahları məğlub etmiş Soltan
Mahmudu mən məğlub etmişəm, mənə həm "fəthnamə"
yazarlar, həm "mədhnamə", sən mənə qalib gəlsən, nə yaza
bilərsən? Deyəcəksən ki bir qadını məğlub etmişəm? Sənə nə
"fəthnamə" düşər, nə "mədhnamə". Qadını məğlub etmək çox
da fəxr deyil. Deyərlər: "Soltan Mahmud bir qadını məğlub
etmişdir".
Bu sözdən sonra nə qədər ki, Seyyidə sağ idi, Soltan
Mahmud Rey xəyalına düşmədi və ora hücum etmədi.
Bütün bunları ona görə deyirəm ki, öz düşmənini çox da
rüsvay etməyəsən, lakin ondan arxayın da olmayasan, xüsusilə
ev düşmənindən. Özün də ev düşmənindən daha çox qorx, çünki
sənin işlərindən onun xəbəri olduğu qədər yadın xəbəri ola
bilməz, səndən qorxuya düşəndə, ürəyində həmişə sənə pislik
etmək fikrində olar və sənin vəziyyətinin
nə yerdə olduğunu
yaxşı bilər. Xaricdəki düşmən o qədər bilməz. Buna görə heç bir
düşmənlə həqiqi dostluq etmə, məcazi dostluq et, bəlkə məcazi
dönüb həqiqi oldu, çünki çox zaman düşmənlik dostluğa,
dostluq isə düşmənliyə çevrilir, belə dostluq və düşmənlik çox
möhkəm olur.
Düşmənlərlə yaxınlığı çarəsizlik hesab et. Düşmənə elə
zərər vur ki, bundan sənin özünə ziyan dəyməsin. Çalış,
dostların sayı düşmənlərindən ikiqat artıq olsun. Çoxdostlu,
azdüşmənli ol. Min dosta ümid edib, bir düşmən qazanma və bil
ki, o min dost sənin hayına qalmaz, bu bir düşmən isə vayına
çıxar.
Hər kəsi öz yerində oturtmağı bacar. Öz qədrini bilməyən
adamın mərdliyində nöqsan var. Düşmən
səndən güclü olsa da,
onun işini çətinləşdirməkdən əl çəkmə, düşmən səndən aman
istəsə, nə qədər böyük düşmən olsa və sənə nə qədər pislik etmiş
122 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
olsa, yenə aman ver və bunu böyük xoşbəxtlik hesab et.
Deyiblər: "Düşmən istər ölsün, istər qaçsın, istər aman gətirsin".
Lakin düşməni aciz və gücsüz görəndə o saat atılıb üstünə
minmə. Düşmən sənin əlinlə həlak olubsa, şadlıq etməyinə
dəyər, öz əcəli ilə ölübsə, sevinmə. O zaman sevinə bilərsən ki,
sən heç vaxt ölməyə idin. Doğrudur, filosoflar deyiblər: "Hər
kəs düşməndən bir dəfə artıq nəfəs alıb ölsə, o ölümü xoşbəxtlik
hesab etmək lazımdır", lakin hamımızın öləcəyimizi
bildiyimizdən sevinmək lazım deyil. Mən belə deyirəm:
Şe'r
Əgər ölüm sovurmuş göyə düşmən külünü,
Niyə bundan sevinib gülürsən, şadlanırsan,
Bilirsən, o, sənin də solduracaq gülünü,
Bəs özgənin ölümün neçin şadlıq sanırsan?
Biz hamımız eyni yerə getməyə səfərbərliyə alınmışıq və
səfərə çıxarkən yaxşı əməldən
başqa heç bir şeyi özümüzlə
apara bilməyəcəyik.
Hekayət. Eelə eşitmişəm ki, Zülqərneyn
130
bütün aləmi
gəzib, bütün dünyanı zəbt etdikdən sonra geri dönərək vətənə
qayıtmaq istərkən Damğanda
131
əcəli çatır. Vəsiyyət edib deyir
ki, məni tabuta qoyun, tabutda deşik açıb mənim əllərimi o
deşikdən xaricə çıxarın, əlim açıq olduğu halda aparın; qoy
camaat görsün ki, bütün dünyanı aldıq, lakin əliboş gedirik.
"Qəsb etdik və tərk etdik". Hər şeyi bu dünyada qoyuruq; aldıq,
lakin saxlaya bilmədik. Bir də anama deyin ki, istəyirsə ruhum
şad olsun, mənə elə adamla yas saxlasın ki, onun ya heç bir əzizi
ölməmiş olsun, ya özü əbədi yaşayacağına ümid bəsləsin".
Kimin ayağından yapışıb yıxsan, onun əlindən tutub qaldır,
çünki ipi həddindən artıq bərk dartsan qırılar. Demək, bütün
işlərin əndazəsini bil.
İstər dostluqda, istərsə düşmənlikdə mö'tədil ol,çünki
mö'tədillik bütün ağılların məcmusunun orta ağlıdır. Çalış həsəd
doğura biləcək şeyləri sənin paxıllığını çəkən adamlara
göstərmə, həyatları boyu sənə kin bəslərlər. Bədxahlarına qarşı
bədxah ol,
lakin tamahkar, mənsəbpərəst adamlarla höcətləşib
onlara baş qoşma, mənsəbpərəstlik özü tez-gec onu yıxar. Kuzə
hər dəfə su ilə dolu qayıtmaz. Həyasız və davakar adamlarla
təmkinlə dolan, lakin təşəxxüslü adama qarşı təkəbbürlü ol. Nə
vəzifədə olursan ol, adamlarla insan kimi rəftar etməyi heç vaxt
unutma, hirsləndikdə acığını udmağı bacar, dost və düşmənlə
qışqıra-qışqıra danışma, dilişirin ol, şirindilli olmaq
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib