olsa, sən o yazığa
kömək edə biləsən, hiylə işlədib, məharət
göstərəsən və onun haqqını özünə qaytarmağı bacarasan.
Hekayət. Təbəristanda
140
bir kişi var idi, ona qazı əl-qüzat
Əbul Əbbas Ruyani
141
deyərdilər. Bu adam elmdə, helmdə,
pəhrizkarlıqda, uzaqgörənlikdə, tədbir tökməkdə çox məşhur
idi. Bir dəfə bir kişi onun məclisinə şikayətə gəlib, yüz dinarının
başqa bir adam tərəfindən verilmədiyini iddia etdi. Qazı
cavabdehdən soruşdu, o rədd etdi. Qazı müddəidən soruşdu:
"Şahidin varmı?" Dedi: "Yoxumdur". Qazı dedi: "Onda
cavabdehə and içdirəcəyəm".
Müddəi zar-zar ağlayıb dedi: "Ey qazı, and içdirmə,
yalandan içər, qorxusu yoxdur". Qazı dedi: "Mən şəriət
qanununu poza bilmərəm, ya sənin şahidin olmalıdır, ya o and
içməlidir". Müddəi qazının qabağında yerə yıxıldı, özünü
torpağa sürtməyə başladı və dedi: "Amandır, belə etmə, mənim
şahidim yoxdur" o yalandan and içəcək, mən məğmun
olacağam, pulum batacaq, mənim işim üçün bir tədbir gör".
Qazı həmin kişinin belə ah-zar edib, şivən qopardığını
gördükdə doğruluğuna inandı. Sonra dedi: "A kişi, bu borc
məsələsini əməlli-başlı danış görüm, bunun əsli necə olubdur".
Müddəi dedi: "Ey qazı,
çoxdan idi ki, bu kişi mənimlə dostluq
edirdi. Birdən bir kənizə aşiq oldu. Kənizin qiyməti yüz əlli
dinar idi. Bu kişinin isə heç nəyi yox idi. Məcnun kimi gecə-
gündüz ağlayır və ah-zar edirdi. Bir dəfə gəzməyə getmişdik,
biz ikimiz çöldə tək idik, bir müddət oturub söhbət etdik. Bu
kişi hey kənizdən danışır və zar-zar ağlayırdı. Onun halına
ürəyim yandı, iyirmi illik dostum idi. Dedim: "Filankəs, sənin
pulun yoxdur, mənim də onu alacaq qədər çox pulum yoxdur.
Bir adam tapa bilərsənmi ki, sənin dadına çatsın? Mənim bütün
var-yoxum yüz dinardır, uzun illər ərzində toplaya bilmişəm.
Bunu sənə verirəm, qalanını özün bir yol ilə tap, kənizi alıb bir
ay saxla, bir aydan sonra satıb mənim pulumu qaytar". Bu kişi
mənim qarşımda yerə yıxılıb and içdi ki, heç bir ay da çəkməz,
sonra xeyrinə-ziyanına satıb sənin pulunu qaytararam.
Mən qızılları qurşağımdan açıb
bu kişiyə verdim, bir mən
idim, bir o idi, bir də Allah. İndi dörd ay keçir, nə qızılımı verir,
nə kənizi satır".
Qazı dedi: "Sən qızılı ona verən zaman harada
oturmuşdunuz?" Dedi: "Bir ağacın altında". Qazı dedi: "İndi ki,
sən ağacın altında olubsan, bəs nə üçün deyirsən şahidin
yoxdur". Sonra cavabdehə dedi: "Sən burada mənim yanımda
132 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
otur". Sonra müddəiyə dedi: "Ürəyini sıxma, ağacın altına get və
ona de ki, qazı səni çağırır. Əvvəl iki rük'ət namaz qıl, bir neçə
dəfə peyğəmbərə salavat çevir, sonra ona de ki, qazı deyir gəlib
şahidlik etsin".
Cavabdeh dodaqaltı gülümsədi, qazı gördü, lakin üstünü
vurmadı, ürəyində qəzəbləndi, lakin hirsini uddu.
Müddəi dedi: "Ey qazı, qorxuram o ağac mənim sözumlə
gəlməyə". Qazı dedi: "Mənim bu möhürümü apar,ağaca de ki,
bu qazının möhürüdür, deyir gəlsin, şahidlik etsin".
Kişi qazının möhürünü alıb getdi. Cavabdeh orada qazının
yanında oturdu qazı bu kişiyə əhəmiyyət verməyib başqa işlərlə
məşğul olmağa başladı. İş arasında bir dəfə qazı üzünü
kişiyə
çevirib soruşdu: "A kişi, filankəs o ağaca çatmış olarmı?" Kişi
dedi: "Yox, hələ çatmaz, ey qazı". Qazı yenə öz işi ilə məşğul
olmağa başladı.
O kişi möhürü aparıb ağaca nişan verdi və dedi: "Qazı səni
çağırır". Bir az gözlədikdən sonra ağacdan heç bir cavab
çıxmadığı üçün kor-peşman qayıdıb qazıya dedi: "Ey qazı,
möhürü göstərdim, gəlmədi".
Qazı dedi: "Səhv edirsən, ağac gəldi, şahidlik edib getdi".
Sonra üzünü cavabdehə çevirib dedi: "Bu kişinin pulunu ver!"
Kişi dedi: "Mən burada oturduğum müddətdə heç bir ağac gəlib
burada şahidlik etməyibdir". Qazı dedi: "Doğrudur, heç bir ağac
gəlib şahidlik etməmişdir, lakin əgər sən o ağac altında bundan
qızıl almayıbsansa, bəs mən səndən soruşanda ki, bu kişi ağaca
çatıb, ya yox, sən nə üçün dedin: "hələ yox", yə'ni buradan ora
qədər uzaqdır. Qızıl almayıbsansa, haradan bildin ki, o
hələ ora
çatmayıb? Sən ondan qızıl almamış olsaydın, mənə deyərdin:
"Nə ağac, mən ağac-zad tanımıram və bilmirəm ki, o hara
getmişdir".
Qazı kişini məcbur etdi, qızılı alıb yiyəsinə verdi.
Deməli, bütün hökmləri kitabdan çıxarmazlar, gərək
özündən də axtarıb bir şey tapasan.
Bir də gərək evdə çox təvazö'kar olasan, məhkəmə
məclisində isə nə qədər heybətli oturub qaş-qabağını töksən
gülməyib az danışsan o qədər əzəmətli və həşəmətli görünərsən.
Vüqar və təmkinlə hərəkət et, söz eşidib hökm verməkdən qanın
qaralmasın, özündən çıxma, səbirli ol, çətin məsələ rast gəldikdə
tək öz rə'yinlə kifayətlənmə, başqa müftilərlə də məsləhətləş.
Həmişə fikrin aydın olsun, dediyim kimi, şəriət məsələlərindəki
təcrübədən də istifadə et, çünki şəriətdə qazının rə'yi də qanun
hökmündədir. Bir çox məsələləri şəriətlə həll etmək çətin
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
olduqda, qazı onu asanlıqla yoluna salar. Qazı müctəhid olsa,
daha yaxşıdır. Qazı zahid, pəhrizkar, dindar və müctəhid
olmalıdır və bir neçə halda fitva verməməlidir: birinci ac
olduqda, ikinci susuz olduqda, üçüncü hamamdan çıxdıqda,
dördüncüsü qanı qaraldıqda, beşincisi dünya işləri haqqında
fikirli olduqda.
Qazının diribaş və çəld vəkilləri olmalıdır ki, hökm çıxarıb
fitva
verərkən, müttəhimlər qazıya cürbəcür sərgüzəştlər
danışıb, ona nağıl və əhvalat söyləməsinlər və beləliklə, havayı
yerə onun vaxtını almasınlar. Qazının borcu hökm çıxarmaqdır,
istintaq deyildir. Bir çox istintaqlar var ki, onu aparmamaq
aparmaqdan yaxşıdır.
Qazının nitqi qısa olmalı, o tezliklə şahidləri dindirib anda
keçməlidir.
Adamların dövlətli və sırtıq olduğunu gördükdə, işi boş
tutmayıb, yə'ni qorxmayıb bütün təcrübələrdən, tədbir və
fəndlərdən istifadə etmək lazımdır. Həmişə qazının yanında
ədalətli və xeyirxah məşvərətçiləri olmalıdır. Qazı çıxardığı
hökmləri
geri götürməməli, verdiyi əmrləri qüvvədə saxlamalı
və onları dəyişdirməməlidir.
Zəruriyyət olmadan öz əli ilə heç bir qəbz, qəbalə və tə'liqə
yazmamalıdır. Öz imzasının qədrini, öz sözünün hörmətini
saxlamalı və yalnız öz qolu olan yerə möhür vurmalıdır. Qazının
ən böyük hünəri onun elmi gözəl bilib, helmi yaxşı
mənimsəməsidir. Əgər bu sənətlə məşğul olmasan, ya
müvəffəqiyyət qazanmasan və orduda qulluq etməyi özünə peşə
seçməsən, heç olmazsa ticarətə meyl göstər, bəlkə bu yolla bir
şey ələ gətirəsən, çünki ticarətlə qazanılan hər şey halal hesab
edilər və hamı tərəfindən bəyənilər. Kömək isə Allahdandır.
134 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Otuz ikinci fəsil
TİCARƏT HAQQINDA
Ey oğul, bil və agah ol ki, tacirlik əsl mə'nada sənət hesab
edilə bilməsə də, diqqətlə baxıldıqda orada da hər peşədə olan
bir qayda-qanun görmək olar. Başı çıxan adamlar deyiblər ki,
ticarətin əsasını nadanlıq, törəməsini isə ağıl təşkil edir. Necə ki,
deyiblər: "Axmaqlar olmasaydı, ağıllılar məhv olardı", yə'ni
ağılsızlar olmasaydı dünya dağılardı. Bu sözləri deməkdən
məqsədim odur biləsən ki, artıq tamahlıq üzündən Şərqdən
Qərbə gedən, dağlar aşan, dənizlər keçən, canını və malını
təhlükəyə atan, oğru və quldurlardan, vəhşi və yırtıcı
heyvanlardan, yolkəsənlərdən,
karvançapanlardan ehtiyat
etməyib Şərqin ne'mətlərini Qərb adamlarına çatdıran, Qərbin
mallarını Şərq adamlarına çatdıran və beləliklə dünyanın
abadlığına səbəb olan bir kəs varsa, o da sövdəgərdir. Belə
qorxulu işlərə yalnız o adam razı ola bilər ki, onun ağıl gözü
tutulmuş olsun.
Sövdəgərlik iki cürdür, hər ikisi də təhlükəlidir: biri
sələmlədir, biri səfərlə. Sələmlə ona deyərlər ki, adamlar bir
yerdə qalıb, baha satmaq ümidi ilə satılmayan şeyləri alıb
saxlarlar, burada təhlükə mal üçün olar. Ürəkli və uzaqgörən
olmaq lazımdır ki, cür'ət edib qazanc ümidi ila satılmayan
şeyləri alasan. Səfərə çıxanın isə kim olduğunu demişəm. Hər
iki halda sövdəgər qoçaq və qorxmaz olmalıdır. Lakin
qorxmazlıqla bərabər, həm də ürəyi təmiz və əlidüz olmalıdır,
öz xeyri üçün xalqın ziyanını istəməməli, öz qazancı xatirinə
camaatın zərərini arzu etməməlidir. Müamiləni
142
özündən
aşağılarla etməli, özündən böyüklə etdikdə, onun düz, dəyanətli,
e'tibarlı, insaflı mürüvvətli olmasına fikir verməlidir. O, adam
aldadanlardan özünü qorumaqla, maldan başı çıxmayan
adamla
alver etməməlidir ki, qapı döyülməkdən arxayın olsun. Yoxsul
və axmaq adamlarla sövdəsi olmamalıdır, olsa tamah əlini
üzməlidir ki, dostluq pozulmasın. Balaca ziyan və qazanc
üstündə o qədər dostluqlar pozulub ki...
Artıqtamahlıq üzündən nisyə alver etməməlidir, bə'zən
"çox" dalınca qaçarsan, "az" əldə edərsən, xırda səhv
buraxarsan, böyük zərər çəkərsən, necə ki, mən deyirəm:
Rübai
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib