Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 
 
olsa, sən o yazığa kömək edə biləsən, hiylə  işlədib, məharət 
göstərəsən və onun haqqını özünə qaytarmağı bacarasan. 
Hekayət. Təbəristanda
140
 bir kişi var idi, ona qazı əl-qüzat 
Əbul  Əbbas Ruyani
141
 deyərdilər. Bu adam elmdə, helmdə, 
pəhrizkarlıqda, uzaqgörənlikdə, tədbir tökməkdə çox məşhur 
idi. Bir dəfə bir kişi onun məclisinə şikayətə gəlib, yüz dinarının 
başqa bir adam tərəfindən verilmədiyini iddia etdi. Qazı 
cavabdehdən soruşdu, o rədd etdi. Qazı müddəidən soruşdu: 
"Şahidin varmı?" Dedi: "Yoxumdur". Qazı dedi: "Onda 
cavabdehə and içdirəcəyəm". 
Müddəi zar-zar ağlayıb dedi: "Ey qazı, and içdirmə, 
yalandan içər, qorxusu yoxdur". Qazı dedi: "Mən  şəriət 
qanununu poza bilmərəm, ya sənin şahidin olmalıdır, ya o and 
içməlidir". Müddəi qazının qabağında yerə  yıxıldı, özünü 
torpağa sürtməyə başladı və dedi: "Amandır, belə etmə, mənim 
şahidim yoxdur" o yalandan and içəcək, mən məğmun 
olacağam, pulum batacaq, mənim işim üçün bir tədbir gör". 
Qazı  həmin kişinin belə ah-zar edib, şivən qopardığını 
gördükdə doğruluğuna inandı. Sonra dedi: "A kişi, bu borc 
məsələsini əməlli-başlı danış görüm, bunun əsli necə olubdur". 
Müddəi dedi: "Ey qazı, çoxdan idi ki, bu kişi mənimlə dostluq 
edirdi. Birdən bir kənizə  aşiq oldu. Kənizin qiyməti yüz əlli 
dinar idi. Bu kişinin isə heç nəyi yox idi. Məcnun kimi gecə-
gündüz ağlayır və ah-zar edirdi. Bir dəfə  gəzməyə getmişdik, 
biz ikimiz çöldə  tək idik, bir müddət oturub söhbət etdik. Bu 
kişi hey kənizdən danışır və zar-zar ağlayırdı. Onun halına 
ürəyim yandı, iyirmi illik dostum idi. Dedim: "Filankəs, sənin 
pulun yoxdur, mənim də onu alacaq qədər çox pulum yoxdur. 
Bir adam tapa bilərsənmi ki, sənin dadına çatsın? Mənim bütün 
var-yoxum yüz dinardır, uzun illər  ərzində toplaya bilmişəm. 
Bunu sənə verirəm, qalanını özün bir yol ilə tap, kənizi alıb bir 
ay saxla, bir aydan sonra satıb mənim pulumu qaytar". Bu kişi 
mənim qarşımda yerə yıxılıb and içdi ki, heç bir ay da çəkməz, 
sonra xeyrinə-ziyanına satıb sənin pulunu qaytararam. 
Mən qızılları qurşağımdan açıb bu kişiyə verdim, bir mən 
idim, bir o idi, bir də Allah. İndi dörd ay keçir, nə qızılımı verir, 
nə kənizi satır". 
Qazı dedi: "Sən qızılı ona verən zaman harada 
oturmuşdunuz?" Dedi: "Bir ağacın altında". Qazı dedi: "İndi ki, 
sən ağacın altında olubsan, bəs nə üçün deyirsən  şahidin 
yoxdur". Sonra cavabdehə dedi: "Sən burada mənim yanımda 
132 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
otur". Sonra müddəiyə dedi: "Ürəyini sıxma, ağacın altına get və 
ona de ki, qazı səni çağırır. Əvvəl iki rük'ət namaz qıl, bir neçə 
dəfə peyğəmbərə salavat çevir, sonra ona de ki, qazı deyir gəlib 
şahidlik etsin". 
Cavabdeh dodaqaltı gülümsədi, qazı gördü, lakin üstünü 
vurmadı, ürəyində qəzəbləndi, lakin hirsini uddu. 
Müddəi dedi: "Ey qazı, qorxuram o ağac mənim sözumlə 
gəlməyə". Qazı dedi: "Mənim bu möhürümü apar,ağaca de ki, 
bu qazının möhürüdür, deyir gəlsin, şahidlik etsin". 
Kişi qazının möhürünü alıb getdi. Cavabdeh orada qazının 
yanında oturdu qazı bu kişiyə əhəmiyyət verməyib başqa işlərlə 
məşğul olmağa başladı.  İş arasında bir dəfə qazı üzünü kişiyə 
çevirib soruşdu: "A kişi, filankəs o ağaca çatmış olarmı?" Kişi 
dedi: "Yox, hələ çatmaz, ey qazı". Qazı yenə öz işi ilə  məşğul 
olmağa başladı. 
O kişi möhürü aparıb ağaca nişan verdi və dedi: "Qazı səni 
çağırır". Bir az gözlədikdən sonra ağacdan heç bir cavab 
çıxmadığı üçün kor-peşman qayıdıb qazıya dedi: "Ey qazı, 
möhürü göstərdim, gəlmədi". 
Qazı dedi: "Səhv edirsən, ağac gəldi, şahidlik edib getdi". 
Sonra üzünü cavabdehə çevirib dedi: "Bu kişinin pulunu ver!" 
Kişi dedi: "Mən burada oturduğum müddətdə heç bir ağac gəlib 
burada şahidlik etməyibdir". Qazı dedi: "Doğrudur, heç bir ağac 
gəlib şahidlik etməmişdir, lakin əgər sən o ağac altında bundan 
qızıl almayıbsansa, bəs mən səndən soruşanda ki, bu kişi ağaca 
çatıb, ya yox, sən nə üçün dedin: "hələ yox", yə'ni buradan ora 
qədər uzaqdır. Qızıl almayıbsansa, haradan bildin ki, o hələ ora 
çatmayıb? Sən ondan qızıl almamış olsaydın, mənə deyərdin: 
"Nə  ağac, mən ağac-zad tanımıram və bilmirəm ki, o hara 
getmişdir". 
Qazı kişini məcbur etdi, qızılı alıb yiyəsinə verdi. 
Deməli, bütün hökmləri kitabdan çıxarmazlar, gərək 
özündən də axtarıb bir şey tapasan. 
Bir də  gərək evdə çox təvazö'kar olasan, məhkəmə 
məclisində isə  nə  qədər heybətli oturub qaş-qabağını töksən 
gülməyib az danışsan o qədər əzəmətli və həşəmətli görünərsən. 
Vüqar və təmkinlə hərəkət et, söz eşidib hökm verməkdən qanın 
qaralmasın, özündən çıxma, səbirli ol, çətin məsələ rast gəldikdə 
tək öz rə'yinlə kifayətlənmə, başqa müftilərlə  də  məsləhətləş. 
Həmişə fikrin aydın olsun, dediyim kimi, şəriət məsələlərindəki 
təcrübədən də istifadə et, çünki şəriətdə qazının rə'yi də qanun 
hökmündədir. Bir çox məsələləri  şəriətlə  həll etmək çətin 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
olduqda, qazı onu asanlıqla yoluna salar. Qazı müctəhid olsa, 
daha yaxşıdır. Qazı zahid, pəhrizkar, dindar və müctəhid 
olmalıdır və bir neçə halda fitva verməməlidir: birinci ac 
olduqda, ikinci susuz olduqda, üçüncü hamamdan çıxdıqda, 
dördüncüsü qanı qaraldıqda, beşincisi dünya işləri haqqında 
fikirli olduqda. 
Qazının diribaş və çəld vəkilləri olmalıdır ki, hökm çıxarıb 
fitva verərkən, müttəhimlər qazıya cürbəcür sərgüzəştlər 
danışıb, ona nağıl və əhvalat söyləməsinlər və beləliklə, havayı 
yerə onun vaxtını almasınlar. Qazının borcu hökm çıxarmaqdır, 
istintaq deyildir. Bir çox istintaqlar var ki, onu aparmamaq 
aparmaqdan yaxşıdır. 
Qazının nitqi qısa olmalı, o tezliklə şahidləri dindirib anda 
keçməlidir. 
Adamların dövlətli və  sırtıq olduğunu gördükdə, işi boş 
tutmayıb, yə'ni qorxmayıb bütün təcrübələrdən, tədbir və 
fəndlərdən istifadə etmək lazımdır. Həmişə qazının yanında 
ədalətli və xeyirxah məşvərətçiləri olmalıdır. Qazı  çıxardığı 
hökmləri geri götürməməli, verdiyi əmrləri qüvvədə saxlamalı 
və onları dəyişdirməməlidir. 
Zəruriyyət olmadan öz əli ilə heç bir qəbz, qəbalə və tə'liqə 
yazmamalıdır. Öz imzasının qədrini, öz sözünün hörmətini 
saxlamalı və yalnız öz qolu olan yerə möhür vurmalıdır. Qazının 
ən böyük hünəri onun elmi gözəl bilib, helmi yaxşı 
mənimsəməsidir.  Əgər bu sənətlə  məşğul olmasan, ya 
müvəffəqiyyət qazanmasan və orduda qulluq etməyi özünə peşə 
seçməsən, heç olmazsa ticarətə meyl göstər, bəlkə bu yolla bir 
şey  ələ  gətirəsən, çünki ticarətlə qazanılan hər  şey halal hesab 
edilər və hamı tərəfindən bəyənilər. Kömək isə Allahdandır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
134 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
Otuz ikinci fəsil  
TİCARƏT HAQQINDA 
Ey oğul, bil və agah ol ki, tacirlik əsl mə'nada sənət hesab 
edilə bilməsə  də, diqqətlə baxıldıqda orada da hər peşədə olan 
bir qayda-qanun görmək olar. Başı  çıxan adamlar deyiblər ki, 
ticarətin əsasını nadanlıq, törəməsini isə ağıl təşkil edir. Necə ki, 
deyiblər: "Axmaqlar olmasaydı, ağıllılar məhv olardı", yə'ni 
ağılsızlar olmasaydı dünya dağılardı. Bu sözləri deməkdən 
məqsədim odur biləsən ki, artıq tamahlıq üzündən  Şərqdən 
Qərbə gedən, dağlar aşan, dənizlər keçən, canını  və malını 
təhlükəyə atan, oğru və quldurlardan, vəhşi və  yırtıcı 
heyvanlardan, yolkəsənlərdən, karvançapanlardan ehtiyat 
etməyib  Şərqin ne'mətlərini Qərb adamlarına çatdıran, Qərbin 
mallarını  Şərq adamlarına çatdıran və beləliklə dünyanın 
abadlığına səbəb olan bir kəs varsa, o da sövdəgərdir. Belə 
qorxulu işlərə yalnız o adam razı ola bilər ki, onun ağıl gözü 
tutulmuş olsun. 
Sövdəgərlik iki cürdür, hər ikisi də  təhlükəlidir: biri 
sələmlədir, biri səfərlə. Sələmlə ona deyərlər ki, adamlar bir 
yerdə qalıb, baha satmaq ümidi ilə satılmayan  şeyləri alıb 
saxlarlar, burada təhlükə mal üçün olar. Ürəkli və uzaqgörən 
olmaq lazımdır ki, cür'ət edib qazanc ümidi ila satılmayan 
şeyləri alasan. Səfərə  çıxanın isə kim olduğunu demişəm. Hər 
iki halda sövdəgər qoçaq və qorxmaz olmalıdır. Lakin 
qorxmazlıqla bərabər, həm də ürəyi təmiz və  əlidüz olmalıdır, 
öz xeyri üçün xalqın ziyanını istəməməli, öz qazancı xatirinə 
camaatın zərərini arzu etməməlidir. Müamiləni
142
 özündən 
aşağılarla etməli, özündən böyüklə etdikdə, onun düz, dəyanətli, 
e'tibarlı, insaflı mürüvvətli olmasına fikir verməlidir. O, adam 
aldadanlardan özünü qorumaqla, maldan başı çıxmayan adamla 
alver etməməlidir ki, qapı döyülməkdən arxayın olsun. Yoxsul 
və axmaq adamlarla sövdəsi olmamalıdır, olsa tamah əlini 
üzməlidir ki, dostluq pozulmasın. Balaca ziyan və qazanc 
üstündə o qədər dostluqlar pozulub ki... 
 Artıqtamahlıq üzündən nisyə alver etməməlidir, bə'zən 
"çox" dalınca qaçarsan, "az" əldə edərsən, xırda səhv 
buraxarsan, böyük zərər çəkərsən, necə ki, mən deyirəm: 
Rübai 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə