Sənə e'tibar edən adamların ümidini puça çıxarma, şeyləri
görməmiş alma. Satmaq istədiyin şeylərin əvvəl
qiymətini
öyrən. Şərt-peymanla satma ki, məhkəməyə düşməkdən və dedi-
qodudan xilas olasan.
Ev saxlamaq yolunu yaxşı öyrən. Ən böyük ticarət, evi və
onun avadanlığını saxlamaqdır. Təsərrüfat işlərini pərakəndə
halda aparmamalısan. Evə nə lazımsa, ildə bir dəfə bolluq vaxtı
hamısını birdən almalısan, özü də bir ildə sərf edə biləcəyindən
iki dəfə çox al. Sonra qiymət öyrən, qiymət qalxdıqda, şeylərin
hərəsindən yarısını sat. Beləliklə, həmin ili havayı dolanmış
olarsan. Burada nə günah var, nə bədnamlıq və heç kəs səni bu
işdə xəsis hesab etməz, çünki bu ev dolandırmaq yollarından
biridir. Öz təsərrufat işlərində kəsir görəndə, gəliri artırmaq
haqqında tədbir tök, kəsiri aralıqdan qaldır. Gəliri artırmaq
haqqında bir çarə tapa bilməsən, xərcini azalt.
Elə bu da gəliri
artırmaq kimi bir şeydir. Ticarəti bəyənməsən və elmdə şöhrət
qazanmaq fikrinə düşsən, din elmi nəzərə alınmasa, tibb
elmindən ən faydalı və ən şərəfli elm yoxdur. Peyğəmbər s. və s.
deyibdir: "Elm ikidir: din elmi, bədən elmi".
Otuz üçüncü fəsil
TİBB ELMİ QAYDALARI HAQQINDA
Ey oğul, bil, təbib olsan, gərək tibb elminin əsaslarını, həm
nəzəri, həm əməli cəhətdən yaxşı biləsən. Bil ki, bədəndə hər nə
varsa ya təbiidir, ya qeyri-təbii. Təbii olanlar üç növdur: bir növ
odur ki,bədənin möhkəmliyini və davamlılığını saxlayır; ikinci
növ isə bədənin möhkəm və davamlılığını saxlayana tabe
olanlardır; üçüncü odur ki, bədəni bir haldan başqa hala keçirir.
Qeyri-təbii olanlar ya bilavasitə, ya dolayısilə zərər yetirənlər və
ya özləri zərərli olanlardır. İnsanın bədəninin möhkəmliyini və
davamlılığını mühafizə edən ya maddədir, ya surət. Maddə
olanlar ya uzaqdır, məsələn,
ünsürlər kimi, onların sayı dörddür:
hava, od, torpaq və su; ya ünsürlərə nisbətən daha yaxındır,
məsələn, məzac
146
kimi, onların sayı doqquzdur: biri mülayim,
səkkizi isə qeyri-mülayim: bunların da dördü sadədir, dördü
mürəkkəb; ya məzaca nisbətan daha yaxındır, məsələn, tərkib
147
kimi; onların da sayı dörddür: bəlğəm, səfra, öd, qan; ya
140 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
tərkibdən daha yaxındır, məsələn, üzvlər kimi; onların sayı
bə'zilərinin fikrinə görə dörd, bə'zilərininkinə görə isə ikidir. Bu
dediyim sözlərin mə'nası budur ki, bədən üzvləri tərkibdən,
tərkiblər məzacdan, məzac isə ünsürlərdən əmələ gəlmişdir,
ünsürlər isə ən uzaq maddələrdir.
Surət cinsindən olanlar üçdür: nəfsani, heyvani və təbii.
Nəfsani qüvvət və hissdən ibarətdir. Hiss beş növdür:
görmə, dad, eşitmə, qoxu, toxunma. Qüvvət və hərəkət,
hərəkətin sayı və növü bədənin hərəkət üzvlərinin say və
növünə bərabərdir. Qüvvətdən ibarət olan üçdür: təxəyyül,
təfəkkür və zikr. Heyvanilər ikidir: aktiv və passiv (genetik və
potensial). Təbii üç növdür: istehsal edənlər, nizama salanlar və
yeyənlər.
Fəaliyyətlər qüvvələrin sayına mütabiqdir: nəfsani,
heyvani, təbii. Ruh qüvvələrə xidmət etdiyindən fəaliyyətlərinin
sayı qüvvələrin sayına tam bərabər olar.
Bədənin möhkəmliyini və davamlılığını saxlayanlara tabe
olanlar, məsələn, soyuqluğa
148
tabe olan köklük məzacdır.
İstiliyə
149
tabe olan arıqlıq məzacdır, yanağın qırmızılığı kimi
ki, qana tabedir, ya sarılıq kimi ki, səfraya tabedir, nəbzin
vurması kimi ki, heyvani aktiv qüvvəyə tabedir, qəzəb kimi ki,
passiv
heyvani qüvvəyə tabedir, şücaət kimi ki, mülayim
heyvani qüvvəyə tabedir, həya kimi ki, mülayim şəhvani
qüvvəyə tabedir, hikmət kimi ki, mülayim nitq nəfsinə tabedir,
xüsusiyyət və keyfiyyət kimi ki, maddə və ya surətə tabedir.
Bədəni bir haldan başqa hala keçirən vasitələrə zəruri
səbəblər deyilir. Onlar altı növdür: birincisi hava, ikincisi
yemək, üçüncüsü hərəkət və sakitlik, dördüncüsü yuxu və
ayıqlıq, beşincisi geniş və dar təbiətlilik, altıncısı hadisələr,
məsələn, qəm, qəzəb və s. Bunlara ona görə zəruri deyirlər ki,
insanlar onlarsız keçinə bilmir. Onların hərəsinin insan bədəninə
öz xüsusi və tam tə'siri vardır. Bunlardan biri müvazinətdə olsa,
onların hamısının adamlar tərəfindən işlədilməsi düz və
müvazinətdə olar, əksinə bunlardan bə'ziləri öz müvazinətini
itirsə və ya insanlar tərəfindən
düz istifadə edilməsə, ifratlıq
üzündən xəstəlik və nasazlıq əmələ gələr. Təbiətdən xaric
olanlar da üç qisimdir: 1) xəstəlik, 2) əlamətləri, 3) nəticələri.
Xəstəlik də üç növdür: oxşayan üzvlərin xəstəliyi, oxşamayan
üzvlərin xəstəliyi, bağların xəstəliyi. Oxşar üzvlərin xəstəliyi ya
isti xəstəliyi olar, bu beş qisimdir, ya soyuq xəstəliyi olar, bu
səkkiz qisimdir, ya rütubət xəstəliyi olar, ya quru. Bunların
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
hərəsi dörd qisimdir. Oxşamayan üzvlərin
xəstəliyinin səbəbi ya
anadangəlmə olar, ya kəmiyyətcə olar, ya vəziyyətcə, ya sayca.
Xilqətdən olan xəstəliklər ya şiş olar, ya batıq.
Bu da yeddi cürdür, ya bərk olar, bu da iki cürdür; ya
yumşaq, bu da iki cürdür. Miqdara görə xəstəliklər üç cür,
vəziyyətə və saya görə isə hərəsi iki cürdür. Bağlar dörd cürdür,
xəstəlikləri isə üç cürdür:oxşar üzvlərin xəstəliyi, oxşamaz
üzvlərin və bağların xəstəliyi. Buna ümumi-müştərək xəstəliklər
deyilir, çünki o həm oxşar üzvlərə, həm də oxşamaz üzvlərə aid
olur.
Oxşar üzvlərin xəstəliyi səkkiz cürdür, dördü sadə: isti,
soyuq, yaş. quru; dördü mürəkkəb: isti-yaş,
isti-quru, soyuq-yaş,
soyuq---quru. Oxşamaz üzvlərin də xəstəliyi dörd cürdür:
xilqətdən olanlar, miqdara görə, vəziyyətə görə, saya görə.
Xilqətdən olan xəstəliklər dörddur: şişə görə, batıqlığa görə,
bərkliyə və boşluğa görə. Miqdara görə xəstəliklər iki cürdür:
artmaq yolu ilə əmələ gələnlər, əksilmək yolu ilə əmələ
gələnlər. Vəziyyətə görə xəstəliklər iki cürdür: ya üzv öz olduğu
yerdən oynayır, ya başqası ilə bitişməklə fəsad törədir. Saya
görə də xəstəliklər iki cürdür: ya çoxalmaqla əmələ gələr, ya
azalmaqla.
Barda (rabitədə) olan xəstəliklər ya oxşar üzvlərdə olar ya
oxşamaz üzvlərdə, ya da hər ikisində. Əlamətlər-ya özünü
hərəkətdə göstərər, ya vəziyyətdə göstərər, ya ifrazatda.
Hərəkətdə göstərənlər üç cürdür, vəziyyətdə göstərənlər dörd
cürdür, ifrazatda göstərənlər üç cür.
Bilməlisən ki, elm iki qisimdir: nəzəri və əməli. Nəzəri
mən dediklərim idi. Yaxşı pis, sənə dediyim bu nəzəri cəhətin
haradan oxumaq mümkün olduğunu da indi deyirəm, biləsən ki,
bunların hərəsinin şərhi və incəlikləri nədən ibarətdir.
Mənim dediyim bu
nəzəriyyələri Calinus
150
əsasən özünün
"On altı traktat"
151
kitabında, bə'zilərini isə başqa əsərlərində
geniş izah edir. Ünsürlər nəzəriyyəsinə gəldikdə isə, bu barədə
həkimə lazım olacaq qədər mə'lumatı "On altı traktat" kitabında
olan "Ünsürlər" fəslindən, məzaclar haqqında olan nəzəriyyəni
"Məzaclar" fəslindən, tərkiblər nəzəriyyəsini hamin məcmuədə
olan "Təbii qüvvələr" kitabının ikinci məqaləsindən, oxşar
üzvlər bəhsini "Kiçik anatomiya" kitabından, oxşamaz üzvlər
haqqında "Böyük anatomiya" kitabından, təbii qüvvələr
nəzəriyyəsini "Təbii qüvvələr" kitabından, heyvani qüvvələr
nəzəriyyəsini "Ən-Nəbz" kitabından öyrən. Bunların hamısı "On
142 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
altı traktat" məcmuəsindədir. Nəfsani qüvvələr nəzəriyyəsini
"Bokrat (Hippokrat)
152
və Əflatunun rə'yləri"
153
kitabından
öyrən, bu da Calinusun əsəridir, lakin "On altı traktat"
məcmuəsinə daxil deyildir.
Əgər bu kitabı daha dərindən öyrənib öz bilik səviyyəni
artırmaq istəyirrənsə, ünsürlər və məzaclar haqqında "Əlkun əl-
fəsad"
154
, "Əs-Səma-ül-aləm"
155
kitablarını oxu, qüvvələr və
hərəkətlər haqqında "Ən-Nəfs
156
və "Əl-hiss-ul-Məhsus"
157
kitablarını oxu, üzvlər haqqında "Əl-heyvanat"
158
kitabından,
xəstəliklərin növünü "On altı traktat" məcmuəsində olan "Əl-
iləlü əl-Ə'raz" kitabının birinci məqaləsindən öyrən. Əlamətlərin
səbəbləri haqqında həmin məcmuənin üçüncü məqaləsini,
xəstəliklərin səbəbləri haqqında
yenə də dediyim həmin
məcmuənin dördüncü, beşinci və altıncı məqalələrindən oxu.
H a ş i y ə. Nəzəriyyədən danışdığım üçün sözün
uzanmasına baxməyaraq, gərək bir az da əməliyyədən danışam,
çünki nəzəriyyə və əməliyyə cisimlə ruh kimi bir yerdə olarlar,
cisim ruhsuz, ruh da cisimsiz kamil olmaz.
Müalicəyə başlarkən, qocaların və cavanların yeməklərinə
fikir ver, baxanlarına diqqət yetir.
Xəstələrin müalicəsi iki cürdür: Hər şeydən əvvəl həkim
xəstənin qüvvəsini, xəstəliyin növünü, səbəbini xəstənin
məzacını, yaşını sənətini, şəxsiyyətini, təbiətini. Yaşadığı yeri,
bədəninin vəziyyətini bilməyincə müalicəyə başlamamalıdır.
H a ş i y ə. Sidik, nəbz, xarici görünüş, zərərsiz və zərərli
əlamətlər, səpkilərin növü, ləkələr, daxildə ola biləcək
xəstəliklər, onlardakı ağrı və böhranların, hərarət və
qızdırmaların növünü bilməli,
nə kimi tədbirlərin olduğunu
öyrənməli, dava-dərman düzəltməkdə, onların tərkibini tə'yin
etməkdə mahir olmalı və bunları hər müalicə qanununa görə
mütəxəssislərin tapdıqları nüsxələr əsasında hazırlamalıdır.
Onların hərəsi haqqında harada oxumaq mümkün
olduğunu deyirəm ki, sənə mə'lum olsun və ehtiyac olduqda
tapa biləsən, hifzi-səhhət haqqında "On altı traktat"
məcmuəsindəki "Tədbir-Əsihha" fəslindən oxumaq lazımdır,
xəstələrin müalicəsi, müalicə qanunları haqqında "On altı"
məcmuəsindən oxu, zərərsiz və zərərli əlamətlər haqqında
"Təqəddəmətül-mərifə" və Bokratın "Fəsillər"indən oxumalı,
nəbz nəzəriyyəsini "Böyük nəbz və "Kiçik nəbz" kitablarından,
sidik haqqında yenə də "On altı"da olan "Əl-Böhran" fəslindən
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib