çox qadınlar ərlərini öldürər,
ya özlərini daha ləyaqətsiz
adamlara təslim edərlər. Bundan çəkinməzlər.
Lakin arvaddan şübhələnib onu qısqanmasan, pulunu
ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu
yaxşı dolandırsan, o, sənə atandan, anandan və uşaqlarından
daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi
bir dost tapa bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə min
düşməndən daha qorxulu düşmən olar. Yad duşməndən
qorunmaq olar, lakin arvaddan yox.
Bakirə qız alsan, nə qədər şəhvətli olsan da, hər gecə ona
yaxınlıq etmə, o səndən inciməz, elə güman edər ki, adət
belədir. Əgər bir gün üzürlü səbəbdən yaxınlıq edə bilməsən və
ya səfərə getsən, arvadın buna dözüb səbir edə bilər. Hər gecə
yaxınlıq edib öyrəşdirsən, sən olmadıqda yenə ürəyi
istər və
çətin səbir edə bilər.
Kişilər çirkin, qoca olsalar da arvadlarını görməyə onlara
imkan yaratma. Heç bir cavan xidmətçini, zənci və sadə olsa
belə, arvadların olduğu evə buraxma. Kardan düşmüş qoca
zənciləri buraxmaq olar.
Qeyrət şərtlərini yerinə yetir. Qeyrətsiz kişini adam hesab
etmə. Kişinin qeyrəti olmasa, onun məsləki də olmaz.
Arvadını mən dediyim kimi saxlaya bilsən və Allah-taala
sənə övlad versə, onların da tərbiyəsinin hayına qal.
112 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
İyirmi yeddinci fəsil
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONLARIN QAYDALARI
HAQQINDA
Ey mənim əzizim, əgər Allah sənə oğul versə, əvvəlcə, ona
yaxşı bir ad qoy, ataların vəzifələrindən biri də budur. İkincisi,
onu mehriban dayələrdən birinə tapşır, vaxtında sünnət etdir və
imkan daxilində qonaqlıq ver. Sonra Qur'an oxumağı öyrət, elə
et ki, Qur'anı əzbərdən bilsin. Böyüdükdə vuruş qaydalarını
tə'lim et, qoy at çapmaq, silah oynatmağı eyrənsin,
bilsin ki, hər
silahdan necə istifadə edərlər.
Döyüş qaydalarının tə'limi qurtardıqda, övladına üzmək
öyrətməlisən.
H e k a y ə t. Mən on yaşına çatdıqda, bizim bir hacib
114
var idi, ona Bamənzər hacib deyərdilər, yaxşı at çapmaq bilərdi.
Reyhan adlı bir zənci var idi, o da yaxşı bilərdi. Atam rəhmətlik
onların hər ikisinə tapşırdı ki, at çapmaq, nizə oynatmaq,
zubin
115
tullamaq, çövgan, tabtab
116
oynamaq, kəmənd atmaq,
ümumiyyətlə, qəhrəmanlıq və igidliyə aid nə varsa hamısını
mənə öyrətsinlər. Sonra Bamənzər hacib və Reyhan xədim
atamın yanına gedib dedilər: "Ağanın oğlu biz nə bilirdiksə,
hamısını öyrənmişdir. Ağa buyursun sabah ovlaqda
öyrəndiklərini ağaya nümayiş etdirsin". Əmir dedi: "Yaxşı".
Sabahısı getdim, nə öyrənmişdimsə, hamısını atama
göstərdim. Əmir onlara xələt verilməsini əmr etdi. Sonra dedi:
"Mənim bu oğlum, hər nə öyrətmişsinizsə, hamısını yaxşı
mənimsəyibdir. Lakin ən lazımlı bir sənəti öyrənməmişdir".
Dedilər: "O hansı sənətdir?" Əmir dedi: "Onun bildiyi bütün
sənət və məharətlər elə şeylərdir ki, ehtiyac olduqda, özü edə
bilməsə, bunu onun əvəzinə başqaları edə bilər, lakin o sənət ki,
özünə lazımdır və oğlumun əvəzinə onu başqası edə bilməz,
öyrətməmişsiniz". Onlar soruşdular: "O hansı sənətdir?" Əmir
dedi: "Üzmək! Özündən başqa heç kəs bunu onun üçün edə
bilməz",
Absükundan
117
iki mahir üzgüçü çağırdılar.
Məni onlara
verdilər ki, üzmək öyrətsinlər. Könlüm yox idi, zorla getdim,
lakin yaxşı öyrəndim.
Təsadüfən, həccə getdiyim il Mosul
118
darvazası
yaxınlığında qarşımızı kəsdilər, karvanı çapdılar, ərəblər çox
olduğundan, gücümüz çatmadı, nəhayət, Mosula çılpaq gəlməli
oldum. Bilmirdim nə edim, Dəclədə
119
gəmiyə minib Bağdada
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
getdim. Orada yaxşı bir iş düşdü, Allahım kömək elədi. Axır
gedib həccə çıxdım. Bunu deməkdən məqsədim budur ki,
Dəclədə Əkbəraya
120
çatmazdan əvvəl qorxulu bir yer, dərin bir
girdab var, oradan keçmək üçün çox mahir dənizçi olmaq
lazımdır. Oradan necə keçməyi bilməyən gəminin batmasına
səbəb olar. Biz gəmidə bir neçə nəfər idik, oraya çatdıq, gəmi
sürən naşı idi, oradan keçməyi bilmirdi. Səhvən gəmini xətərli
yerə sürdü, gəmi batmağa başladı. İyirmi beş nəfərə yaxın idik.
Mən, bəsrəli qoca bir kişi və mənim qoçaq qulamlarımdan Kavi
adlı birisi üzüb çıxdıq. Qalanları həlak oldular.
Bundan sonra
mənim atama olan məhəbbətim bir az da artdı, onun üçün
verdiyim sədəqə və ehsanların miqdarını çoxaltdım. Bildim ki, o
ağıllı qoca belə bir günü əvvəlcədən görürmüş, ona görə mənə
üzməyi öyrədib, mən isə anlamamışam.
Deməli, elm və sənətdən hər nə öyrənmək lazımsa,
hamısını övladına öyrət, beləliklə, sən atalıq borcunu və atalara
xas olan mehribanlıq vəzifəsini yerinə yetirmiş olarsan. Axı
dünyanın hadisələrindən arxayın olmaq, adamların başına nələr
gələcəyini bilmək mümkün deyildir. Hər elm və sənət bir gün
işə yarayar. Deməli, elm alıb sənət öyrənməkdə tənbəllik etmək
olmaz. Tə'lim vaxtı müəllimlər onu döysələr, müdafiə etmə, qoy
vursunlar, çünki uşaq elm və ədəbi çubuq gücünə öyrənər, öz
xoşuna öyrənməz. Əgər
tərbiyəsizlik etsə, sən bundan
qəzəblənsən, özün döymə, müəllimləri ilə qorxut, ürəyində sənə
kin bəsləməmək üçün əmr et, onlar tənbeh versinlər. Lakin
oğlunla inzibatlı ol, elə et ki, səni aciz hesab etməsin, həmişə
ürəyində səndən qorxsun.
Dirhəm, qızıl, hər nə arzu edirsə, imkan daxilində ondan
əsirgəmə, qoyma ki o, pul xatirinə sənin ölümünü istəsin, miras
üçün bədnam olsun. Elm alıb sənət öyrənmək övladın haqqıdır.
Övlad pis də olsa, sən ona baxma,
elm və sənət öyrətməkdə
səhlənkarlıq göstərmə heç bir dərrakəsi olmasa, sən öyrətsən də,
öyrətməsən də, həyat onu öyrədəcəkdir. Deyiblər ki: "Ata-anası
tərbiyə etməyəni gecə və gündüz tərbiyə edər". Həmin fikri
babam Şəmsülməali başqa ibarə ilə belə demişdir: "Ata və anası
tərbiyə etməyən adama gecə və gündüz tərbiyə verər".
Lakin atalıq şərtini yerinə yetir, qoy taleyi necədirsə, elə də
yaşasın. İnsan heçdən yarandıqda xasiyyət və təbiəti də onunla
birlikdə yaranır, yalnız təcrübəsizlik, acizlik və zəiflik üzündən
onu büruzə verə bilmir. Böyüdükcə onun bədəni və ruhu da
qüvvətlənər, yaxşı və pis əməlləri görünməyə başlar. Özü
kamala çatdıqda, adəti
də kamala yetişər, yaxşı və pis tərəfləri
114 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
tam şəkildə meydana çıxar. Lakin sən elm və sənəti özünə miras
edib övladına qoy get ki, onun haqqını yerinə yetirmiş olasan,
çünki övlad üçün tərbiyədən yaxşı miras yoxdur. Sadə
adamların övladları üçün ən yaxşı miras peşədir. Peşə başqa
şeydir, sənət başqa şey. Lakin həqiqətə qalsa, mənim əqidəmcə
peşə ən böyük sənətdir. Böyük adamların uşaqları yüz peşə
öyrənib birini də işlətməsələr, bu eyib deyil, bəlkə sənətdir, bir
gün gələr hərəsi bir işə yarayar.
H e k a y ə t. Bil, elə ki, Qoştapsı
121
taxtdan saldılar (bu
əhvalat uzundur, ancaq məqsəd budur ki, onun yolu Ruma
düşür), Kostəntəniyyəyə
122
(indiki İstambul-R. S.) gedir, dünya
malından yanında heç şeyi olmur. Çörək diləmək ona ar gəlir.
Demə, o, uşaqlığında dəmirçilərin necə qılınc, bıçaq, üzənki,
yüyən və başqa dəmir şeylər qayırdığını görmüş, alnına bu sənət
yazıldığı üçün, həmişə dəmirçilərin yan-yörəsində dolanmış,
onlara diqqətlə baxmış və bu peşəni öyrənmişmiş.
O gün Rumda çarəsiz qaldıqda, gedib
Rum dəmirçilərinə
deyir: "Mən bu sənəti bilirəm". Onu muzdur qəbul edirlər. Nə
qədər orada qalır, o peşə ilə güzəranını keçirir və heç kəsə
möhtac olmur, vətənə qayıdana qədər xərcini dəmirçilikdən
çıxarır. Vətənə qayıtdıqda, orduya əmr edir ki, heç bir böyük
adam övladına sənət öyrətməyi eyib hesab etməməlidir, qoy
qüvvət və şücaət işə yaramayan vaxtlarda, heç olmazsa onlar
sənətdən istifadə edə bilsinlər. Hər öyrənilən peşə bir gün işə
yarayar.
Sonra Əcəmdə bu, adətə keçdi. Elə bir böyük adam
tapılmazdı ki, o, öz övladına bir peşə öyrətməsin. Ona ehtiyac
yox idisə də, bu, adətə keçdi.
Deməli, nə öyrənmək mümkünsə, hamısını öyrən, faydasın
görərsən. Lakin oğlun həddi-büluğa çatdıqda
ona diqqət yetir,
gör nəyə həvəsi vardır, nə ilə məşğul olmaq istəyir, təsərrüfatı
sevir ya arvad almaq fikrindədir, yoxsa güzəranını
yaxşılaşdırmaq? Bundan sonra evləndirməyə hazırlaş.
Oğluna qız alarkən və ya qızını ərə verərkən, çalış öz
qohumlarından olmasın, qızı özgələrdən al, qohumu alsan da,
almasan da onun əti ətindən, qanı qanındandır. Başqa qəbilədən
al ki, həm sənin qəbilən qohumluğunda qalsın, həm də özgə bir
qəbilə yeni qohumun olsun, beləliklə, gücün ikiqat artsın,
köməyin iki olsun.
Elə ki, gördün təsərrüfatdan başı çıxmır və xoş güzəran
keçirməyi bacarmır, xalqın, müsəlmanın qızını bəlaya salma,
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib