48
“+” cəhətlər
“–” cəhətlər
–
–
–
–
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar.
Tədqiqat sualı: İllüstrasiya çəkən zaman nəyi nəzərə almaq lazımdır?
Fərziyyələr dinlənilir.
Qruplar öncə illüstrasiya çəkəcəkləri nağılı müəyyənləşdirirlər. Sonra bu nağıldan bir süjet seçirlər.
Kompozisiya qaydalarına əməl etməklə təsvir edirlər. Nəzərə alırlar ki, rəsmdə boşluq olmasın və per-
sonajlar arasında əlaqə yaransın. Müəllim də onlara müəyyən istiqamətlər verir və iş zamanı bütün uşaqların
iştirakının vacibliyini xüsusi vurğulayır. Sadə karandaşla rəsmi qurduqdan sonra təsviri rəngləyirlər.
Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəyini xatırladır və meyarları yazı
lövhəsindən asır.
XQEOŞ-lər isə yalnız nağıl qəhrəmanını təsvir edirlər.
Qruplar rəsmlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.
– İllüstrasiya nədir və onu necə çəkmək olar?
– Dərslikdəki illüstrasiyalar haqqında nə deyə bilərsiniz?
– İllüstrasiya ilə süjetli rəsmin fərqli və oxşar cəhətləri nədir?
Hər hansı nağıl qəhrəmanını plastilindən yapmaq.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№
Meyarlar
B
1
İllüstrasiyanın hansı nağıl haqqında olmasını nə
dərəcədə göstərmişik?
+ + – –
2 Obyektlər arasında əlaqələri
nə dərəcədə təsvir edə
bilmişik?
+ + + –
3 Varlıqların ölçülərindəki fərqini necə göstərmişik? + + + +
4
İstifadə etdiyimiz rənglər ətrafdakı varlıqlara
uyğundurmu?
+ – – –
5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirdikmi?
+
+
+
+
6
İş zamanı bütün qrup fəal iştirak etdimi?
+
+
–
–
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil
49
23. NƏQLİYYAT VASİTƏLƏRİNİ ÇƏKİRİK
Məşğələ növü
naturadan rəsm (təsəvvürə əsasən)
Alt standart:
2.2.2.
Təlim nəticələri:
• müşahidə etdiyi haqqında danışır;
• sadə və rəngli karandaşlar, flomasterlər ilə nəqliyyat vasitələrinin rəs
mini çəkir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
müzakirə
Fənlərarası inteqrasiya
H-b. 1.3.2.; 2.3.2.; A-d.1.2.1.
Təchizat
flomasterlər, rəngli karandaşlar
DƏRSİN GEDİŞİ
Müxtəlif maşın şəkilləri yazı lövhəsindən asılır. Müəllim soruşur:
– Bunlar nədir? (Maşınlar).
– Maşınlar nə üçün lazımdır? (Bizi bir yerdən digər yerə aparmaq üçün).
– Şəkillərdə gördüyünüz maşınlar – nəqliyyat vasitələri necə adlanır? (fərziyyələr)
– Daha hansı nəqliyyat vasitələrini tanıyırsınız? (fərziyyələr)
Tədqiqat sualı: Nəqliyyat vasitələrinin rəsmini təsəvvürə əsasən necə çəkmək olar?
Fərziyyələr deyilir. Bəzi şagirdlər yazı lövhəsində onları çəkirlər.
Vərəqlərdə yazılmış avtobus, maşın, helikopter, gəmi sözlərinə əsasən şagirdlər 4 qrupa ayrılırlar. 1-ci
qrup avtobus, 2-ci qrup maşın, 3-cü qrup helikopter, 4-cü qrup gəmi təsvirini yaddaşa əsaslanaraq çəkir.
Bunun üçün şagirdlər dərslikdə verilən mətnlə tanış olurlar. Orada göstərilən ardıcıllığa əməl etməklə,
nəqliyyat vasitələrini təsvir edirlər. Müəllim dərsin sonunda şagirdlərin özlərini dərəcələr üzrə
qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər isə avtobus çəkən qrupda əyləşə bilərlər.
ƏLAVƏ MATERİAL: Müəllim deyir: Uşaqlar, hamınız maşına minmisiniz və oyuncaqlarınızın arasında
rəssam-konstruktorların sizin üçün yaratdıqları nəqliyyatın müxtəlif növləri də var: avtobus, tramvay, yük
maşını, qatar, təyyarə, helikopter...
Evinizdə nə qədər oyuncaq maşın növləri var! Onlardan da çoxuna şəhərimizin küçələrində rast gəlmək olar!
Sizin fikrinizcə, müasir avtomobillərin formaları nə üçün axıcıdır? Müxtəlif növ maşınların yaradılmasında
dizaynerin təbiəti müşahidə etməyinin nə kimi rolu var? Konstruktorlar təbiətin dərin sirlərinə nə dərəcədə
yiyələnə bilərlər? Onların fantaziyasının hüdudu yoxdur, saysız-hesabsızdır! Məsələn, konstruktorlar kenquru-
avtomobil icad etmək fikrindədirlər. Belə avtomobillərə yaxşı yollar lazım deyil, onlar hər yerdən keçəcək,
bütün maneələri aşacaq. Diqqətəlayiq faktdır ki, indi dizaynerlər pinqvinlərə də çox diqqət yetirirlər. Axı
pinqvin ağır tərpənməyinə baxmayaraq, təhlükə vaxtı çox cəld və çevik ola bilir – qar üzərində uzanıb, ayaq və
qanadları ilə çox sürətlə sürüşür.
Qruplar işlərini nümayiş etdirirlər. Digər qruplar fikirlərini bildirirlər.
Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur:
– Nəqliyyat vasitələrini təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız?
– Hər mərhələdə nə etdiniz?
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
MOTİVASİYA
Çap üçün deyil