56
DƏRSİN GEDİŞİ
Müəllim müxtəlif muzey şəkillərini yazı lövhəsindən asaraq soruşur:
– Şəkillərdə nəyin təsvirini görürsünüz? (fərziyyələr)
– Bunlar muzeylərin təsviridir. Muzey deyəndə nə başa düşürsünüz? (fərziyyələr. Xalq üçün dəyərli olan
təsviri incəsənət əsərlərinin saxlandığı yer).
Tədqiqat sualı: İncəsənət əsərlərinin muzeylərdə saxlanılmasının səbəbi nədədir?
Müəllim şagirdlərin dedikləri bütün fikirləri yazı lövhəsinə yazır.
Şagirdlər Topqapı sarayı, Luvr, Ermitaj və Azərbaycan İncəsənət muzeylərinin şəkilləri ilə 4 “doğma”
qrupa ayrılırlar. Hər “doğma” qrupun üzvləri 1-dən 3-ə kimi sayırlar. Eyni rəqəmi sayan şagirdlər “ekspert”
qruplarda əyləşirlər. 1-ci “ekspert” qrupu dərslikdən Luvr muzeyi, 2-ci “ekspert” qrupu Topqapı sarayı mu-
zeyi və 3-cü “ekspert” qrupu isə Ermitaj muzeyi haqqında məlumatlanırlar. “Ekspert” qrupların hər biri öz
muzeyi haqqında məlumatı dəqiqləşdirdikdən sonra “doğma” qruplarına qayıdırlar. “Doğma” qruplarda hər
ekspertdən 1 və ya 2 nümayəndə olur. Onlar öz muzeyləri və orada saxlanılan nümunələr haqqında yoldaş-
larına da məlumat verirlər. Nəticədə hər “doğma” qrup bütün muzeylər və oradakı nümunələr haqqında mə-
lumat toplayır. Sonra mövzu haqqında təqdimat hazırlanır və vərəqdə tərtib edilir. Müəllim şagirdlərə dərsin
sonunda qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə ediləcəyini xatırladır və meyarları yazı löv-
həsindən asır.
XQEOŞ-lər muzeylərdən birinin şəklini çəkirlər.
Hər qrup nümayəndəsi öyrəndikləri haqqında təqdimat verir. Digər şagirdlər də öz fikirlərini bildirirlər.
Müəllim soruşur:
– Muzeylər haqqında nə öyrəndiniz? Azərbaycan sənətkarlarının əsərləri olan hansı muzeyləri
tanıyırsınız? Muzeylər nə üçün yaradılır?
Müəllim beyin həmləsi zamanı şagirdlərin muzeylər və nümunələr haqqında dedikləri fikirlərin
üzərinə qayıdır. Onları bir-bir oxuyur, düz və səhv fikirlər müzakirə olunur.
Məşhur muzeylər haqqında əlavə məlumat toplamaq.
Qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə edilir.
MEYARLAR
QRUP
Dinləmə
Əməkdaşlıq Tapşırıq tam və
uyğun yerinə yetirilib
Əlavələr Tərtibat Vaxtında
yerinə yetirilib
I
II
III
IV
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
MOTİVASİYA
Çap üçün deyil
57
TƏSVİRİ İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
NÜMUNƏLƏRİ
Qeyd. Summativ qiymətləndirmə nümunələrində tövsiyə olunan tapşırıqlar müxtəlifdir. Təqdim olunan tapşırıq
nümunələri şagirdin bölmədə öyrəndikləri bilik və bacarıqları qiymətləndirmək üçün tərtib olunmuş tapşırıqlar-
dır. Nümunələrdə sonuncu – yaradıcı tapşırıq şagirdin yaradıcılıq qabiliyyətinin qiymətləndirilməsi üçün nəzərdə
tutulmuşdur. Yaradıcı tapşırığın əhəmiyyəti böyük olduğu üçün şagirdi qiymətləndirərkən bu tapşırıqların yerinə
yetirilməsinə üstünlük verilməsi məqsədəuyğundur.
Müəllim kiçik summativ qiymətləndirmə zamanı şagirdin bilik və bacarığını yalnız yaradıcı tapşırıqla da yoxlaya
bilər. Lakin bu, elə bir tapşırıq olmalıdır ki, bir neçə mövzunu özündə cəmləsin, bilik və bacarıqları da əks etdir-
sin. Nümunə olaraq KSQ №3-ə baxmaq olar.
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ üzrə cavablar
________________________________________________________________________________
Suallar 1. 2. 3. 4. 5. 6. 7.
a. a.
a. a.
b.
b.
b.
b.
KSQ № 1
Cavab
variantı
c. c.
c.
c.
Suallar 1. 2. 3. 4. 5. 6. 7.
a. a.
a. a.
a. a.
a.
b. b.
b. b.
b. b. b.
KSQ № 2
Cavab
variantı
c. c. c. c. c. c.
c.
Suallar 1. 2. 3. 4. 5. 6. 7.
a.
a.
a.
a. a. a.
b. b. b. b. b.
b.
KSQ № 4
Cavab
variantı
c.
c.
c.
c. c.
c.
Suallar 1. 2. 3. 4. 5. 6. 7.
a. a. a.
a.
a.
b.
b.
b.
b.
b.
KSQ № 5
Cavab
variantı
c.
c.
c. c. c.
Çap üçün deyil