46
4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT
21. TƏBİƏTİ QORUYAQ
Məşğələ növü
dekorativ-tətbiqi fəaliyyət / konstruksiya
Alt standart
1.1.1.; 2.1.2.; 2.2.3.
Təlim nəticələri
• tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu sadalayır;
• dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə fərq-
ləndirir;
• sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqur-
lardan və təbiət formalarından dekorativ kompozisiyalar tərtib edir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
beyin həmləsi, müzakirə, qalereya gəzintisi, esse
Fənlərarası inteqrasiya
Tex. 1.3.2.; H-b.1.4.1.; 1.4.2.
Təchizat
müxtəlif tullantılar – rəngli kağız, karton, kağız və ya plastik qutular,
flomasterlər, PVA yapışqanı, qayçı
DƏRSİN GEDİŞİ
Gözəl təbiətin qoynunda zibillik – atılmış butulkalar, süd və konserv qutuları, paketlər və s. olan rəsm
yazı lövhəsindən asılır. Müəllim:
Bu şəkillərdə nə təsvir olunub? (fərziyyələr) .
Əgər belə davam edərsə, nə olar? (fərziyyələr).
Bu mənzərəni kim yaradıb? (İnsanlar) .
Təbiəti nə üçün qorumaq lazımdır? Bunun üçün nə etmək olar? (fərziyyələr)
“Təbiəti qorumaq yollarından biri də tullantıları lazımlı əşyalara çevirmək, onlarla ətrafı
çirkləndirməməkdir”.
Tədqiqat sualı: Tullantıları lazımlı əşyalara necə çevirmək olar?
Fərziyyələr deyilir və müəllim onları yazı lövhəsində yazır.
Konserv qutusu və müxtəlif qutular, butulka, kağız qırıntılarının şəkilləri vasitəsilə şagirdlər 4 qrupa
ayrılır. Hər tullantı şəklinə görə qrup yaranır. Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. 1-ci qrupa
şampun qabından, 2-ci qrupa konserv qutusundan, 3-cü qrupa ayaqqabı qutusundan, 4-cü qrupa isə karandaş
yonqarlarından lazımlı əşyalar düzəltmək tapşırılır. Dərslikdən istifadə etməklə şagirdlər qruplarda tapşırıq-
larını yerinə yetirirlər. Müəllim onlara yaxınlaşıb, lazımi istiqamətlər verir. O, dərsin sonunda şagirdləri öz-
lərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər isə qruplara kömək edirlər.
Qruplar öz konstruksiyalarından sərgi təşkil edir və “Qalereya gəzintisi” vasitəsilə bir-birinin düzəltdik-
lərini qiymətləndirirlər.
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
MOTİVASİYA
Çap üçün deyil
47
– Konstruksiya nədir? Kompozisiya dedikdə nə başa düşürsünüz? Tullantılardan daha nə hazırlaya bilər-
siniz?
Müəllim “Təbiəti qoruyaq” adlı esse yazdırır və mətnlər yazı lövhəsindən asılır. Şagirdlər istədikləri esse
ilə tanış ola bilirlər.
Qeyd: Esseni hər zaman oxutdurmaq vacib deyil. Onları toplayıb yazı lövhəsində bərkitmək olar və şagird-
lər fasilələrdə oxuya bilərlər.
Jurnal, qəzet tullantılarından maraqlı kompozisiya düzəltmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№
Meyarlar
Əla
Yaxşı
Orta
Zəif
1 Materialı necə seçmişik?
+
+
–
–
2 Kompozisiya
həllini nə dərəcədə tapmışıq? +
+
+
–
3
İşi nə dərəcədə səliqəli yerinə yetirmişik? +
+
+
+
4
Konstruksiya üçün material seçimində kontrastlığı nə
dərəcədə nəzərə almışıq?
+ – – –
22. NAĞILLARDA XEYİRXAHLIQ VƏ QƏDDARLIQ
Məşğələ növü
mövzu üzrə rəsm
Alt standart
2.1.1.; 2.2.2.
Təlim nəticələri
• Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini ifadə edir;
• təsviri incəsənət növləri üzrə mövcud olan süjetli rəsm janrını sada-
layır;
• sadə və rəngli karandaşlarla, flomasterlə və pastel tabaşirlərlə
nağıllara illüstrasiya çəkir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
müzakirə, t-sxem
Fənlərarası inteqrasiya
H-b.1.3.2.; 2.3.2.; A-d.1.2.1.
Təchizat
rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər
DƏRSİN GEDİŞİ
Müəllim Təpəgözün rəsmini göstərir.
Bu, kimin rəsmidir? (Təpəgözün). O, kimdir? Onun haqqında nə bilirsiniz? (Nağıl qəhrəmanı).
Sonra kiçik qadın ayaqqabısı, odun şələsi, fındıq qabığı, un və ya xəmir şəkillərini göstərir.
– Göstərilən rəsmlərdəki əşyalar hansı nağıl qəhrəmanına aiddir? (fərziyyələr)
– Bu nağıllarda hansı qəhrəman xeyirxah, hansı qəddar obrazı ilə yadda qalıb? (fərziyyələr).
Müəllim şagirdləri nağıl personajlarına görə (Göyçək Fatma, Cırtdan, Tıq-tıq xanım, Qoğal, Təpəgöz)
qruplara ayıraraq, hər qrupa öz qəhrəmanı haqqında məlumat verməyi tapşırır. Hər qrup nümayəndələri öz
aralarında müzakirə etdikləri qəhrəmanın “+” və “–“ cəhətlərini t-sxem vasitəsilə tərtib edərək cavablandı-
rırlar.
YARADICI TӘTBİQETMӘ
MOTİVASİYA
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
Çap üçün deyil