39
Qiymətləndirmə meyarları:
• Sadalama;
• Münasibətbildirmə;
• Yapma.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Görkəmli Azərbaycan
heykəltəraşlarının adları-
nı sadalamaqda çətinlik
çəkir.
Görkəmli Azərbaycan
heykəltəraşlarının bir ne-
çəsinin adını sadalayır.
Görkəmli Azərbaycan
heykəltəraşlarının adları-
nı yaratdıqları əsərlərə
əsasən xatırlayaraq sada-
layır.
Görkəmli Azərbaycan
heykəltəraşlarının adları-
nı sadalayır.
Verilmiş təsviri sənət nü-
munələrinə münasibət
bildirməkdə
çətinlik
çəkir.
Verilmiş təsviri sənət nü-
munələrinə suallar əsa-
sında münasibət bildirir.
Verilmiş təsviri sənət nü-
munələrinə səthi şəkildə
münasibət bildirir.
Verilmiş təsviri sənət nü-
munələrinə münasibət
bildirir.
İnsan fiqurunu plastilin-
dən düzəldir, lakin mər-
hələlərə əməl etmir.
İnsan fiqurunu mərhələ-
lərlə plastilindən düzəlt-
məyə çətinlik çəkir.
İnsan fiqurunu mərhələ-
lərlə plastilindən müəl-
limin köməkliyi ilə dü-
zəldir.
İnsan fiqurunu mərhələ-
lərlə plastilindən sərbəst
düzəldir.
16. MƏİŞƏT ƏŞYALARININ GÖZƏLLİYİ
Məşğələ növü
yapma
Alt standart
1.1.2.; 2.1.1.
Təlim nəticələri
• məişət əşyalarının cəmiyyətdə əsas roluna aid məlumat verir;
• təsviri sənət natürmort janrını sadalayır;
• plastilindən məişət əşyaları düzəldir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
müzakirə
Fənlərarası inteqrasiya
İnf. 1.1.3.
Təchizat
plastilin və ya gil, plastik lövhə
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim müxtəlif qab-qacaqların şəklini və ya onları əyani olaraq nümayiş etdirir (boşqab, stəkan, qaşıq,
güldan və dolça).
Gördüklərini ümumiləşdirərək, necə adlandırmaq olar? (Qab-qacaq).
Onlar nə üçündür? (Qündəlik istifadə üçün).
– Belə qablara məişət əşyaları deyilir.
Onlar hansı materiallardan hazırlanır? (Gildən, dəmirdən, plastmasdan, şüşədən və s.). Sonra müəllim
dizayner haqqında məlumat verir.
Tədqiqat sualı: Plastilindən məişət əşyasını necə düzəltmək olar?
Şagirdlərin fərziyyələri dinlənilir.
QİYMӘTLӘNDİRMӘ
Çap üçün deyil
40
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Onlar qab-qacaqların adlarına (güldan, dolça, fincan,
çaynik) görə 5-6 nəfərdən ibarət 4 qrupa ayrılırlar. Müəllim dərslikdə göstərilən yapma mərhələlərini onlara
izah edir və qruplar işə başlayırlar. Şagirdlər əşyaları düzəltdikdən sonra onları naxışlarla bəzəyirlər. Müəl-
lim iş zamanı qruplara yaxınlaşıb kömək edir.
XQEOŞ-lər də qruplara cəlb olunur. Tapşırıq mürəkkəb olmadığı üçün onlar yoldaşlarına kömək edə bi-
lərlər.
Dərsin sonunda isə şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı
lövhəsindən asır.
Qruplar işlərini təqdim edirlər. Digər şagirdlər isə yapma haqqında fikirlərini söyləyirlər.
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək soruşur:
– Məişət əşyalarını düzəldən zaman nəyi nəzərə aldınız? Hər bir mərhələdə nə etdiniz?
– Dizayner kimdir? Məişət əşyalarına gözəl görkəm verən nədir? Məişət əşyasını yapan zaman onun
hissələrini, onlar arasındakı fərqi, naxışlarını, rəngini diqqətlə müşahidə etmək lazımdır.
Məişət əşyalarının aplikasiyasını düzəltmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№
Meyarlar
Əla
Yaxşı
Orta
Zəif
1 Təsvirdə qabların əsas səciyyəvi xüsusiyyətlərini
nə dərəcədə göstərmişik?
+ + + –
2 Formanı nə dərəcədə vermişik? +
+
+
+
3 Hissələr arasında ölçü fərqlərini necə
göstərmişik?
+ + + +
4 Rəngləri nə dərəcədə uyğun seçmişik? +
+
+
+
5 Yapma
səliqəlidirmi? +
+
–
–
17. TƏSƏVVÜRƏ ƏSASƏN QUŞLARI ÇƏKİRİK
Məşğələ növü
naturadan rəsm (təsəvvürə əsasən)
Alt standart
1.1.2.; 2.1.1.; 2.2.2.
Təlim nəticələri
• quşların cəmiyyətdə əsas roluna aid məlumatlar verir;
• animalist janr haqqında öyrəndiklərini sadalayır;
• sadə və rəngli karandaş, flomasterlər, pastel tabaşirlər vasitəsi ilə
quşların təsvirini yaradır.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
açar sözlər, müzakirə
Fənlərarası inteqrasiya
İnf. 1.1.3.; H-b. 1.3.2.; 2.3.2.; A-d. 1.2.1.
Təchizat
rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
TӘDQİQATIN APARILMASI
Çap üçün deyil