50
–
Nəqliyyat vasitələri arasında hansı fərqlər var?
1, 2-ci qruplar avtobusla maşının, 3, 4-cü qruplar isə helikopter ilə gəminin fərqini, onlar haqqında bil-
dikləri məlumatları söyləyirlər.
Nəqliyyat vasitələrindən istifadə etməklə süjetli rəsm çəkmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№
Meyarlar
Əla
Yaxşı
Orta
Zəif
1 Nəqliyyat vasitələrinin təsvirini nə dərəcədə
vermişəm?
+ + – –
2 Hissələri arasında ölçü fərqlərini necə göstərmişəm? +
+
+ +
3 Rənglərdən nə dərəcədə istifadə etmişəm? +
+
+
–
4 Rəsmi nə dərəcədə səliqəli işləmişəm?
+
–
–
–
5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirmişəmmi? +
+
+ –
24. GÜLLƏRİN MÖCÜZƏSİ
Məşğələ növü
dekorativ-tətbiqi fəaliyyət / aplikasiya
Alt standart
1.1.2.; 2.2.3.
Təlim nəticələri
• güllərin cəmiyyətdə əsas roluna aid məlumat verir;
• sadə materiallardan və təbiət formalarından dekorativ kompozisiya –
gülün aplikasiyasını tərtib edir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
fərdi iş
İstifadə olunan üsullar
müzakirə, qalereya gəzintisi, esse
Fənlərarası inteqrasiya
İnf.1.1.3.; Tex. 1.2.3.
Təchizat
rəngli kağızlar, karton, qayçı, yapışqan
DƏRSİN GEDİŞİ
Müxtəlif gül dəstələrindən ibarət kompozisiyaların rəsmləri asılır.
– Gördüyünüz rəsmlərdə nələr təsvir olunub? (Güllər).
– Onlara ən çox haralarda rast gəlinir? (fərziyyələr)
– Güllərdən necə istifadə etmək olar? (fərziyyələr)
– Bu gün rəngli kağızlardan güllər düzəldəcəksiniz.
Tədqiqat sualı: Rəngli kağızlardan güllər düzəltmək üçün nə etmək lazımdır?
Fərziyyələr söylənilir.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Burada güllərdən aplikasiya düzəltməyin qaydası
mərhələlərlə verilmişdir. Şagirdlər güllərdən aplikasiya düzəltmək üçün birinci mərhələdə rəngbərəng dairə
kəsir, simmetriya oxundan qatlayır.
YARADICI TӘTBİQETMӘ
TӘDQİQATIN APARILMASI
MOTİVASİYA
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
Çap üçün deyil
51
İkinci mərhələdə qatlanmış yarımdairələri dörd bərabər hissəyə bölürlər. Üçüncü mərhələdə onu kiçik
dairəyə kimi xətlər boyunca kəsirlər. Dördüncü mərhələdə kəsilmiş hissələri buraraq sıxırlar. Sonra bundan
daha iki nümunə hazırlayırlar. Beşinci mərhələdə gülün hazırlanmış hər nümunəsini iç-içə yerləşdirərək bər-
kidirlər. Altıncı mərhələdə yarpaqlarını da göstərilən ardıcıllıqla kəsərək onları uyğun bildikləri rəngli və-
rəqə yapışdıraraq açıqca düzəldirlər. Müəllim dərsin sonunda şagirdlərin özlərini dərəcələr üzrə qiymət-
ləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər adi çobanyastığı gülünü düzəldə bilərlər.
Bütün düzəldilən açıqcalar sərgi şəklində yazı lövhəsinin qarşısına düzülür. Qalereya gəzintisi üsulundan
istifadə etməklə şagirdlər yoldaşlarının işləri ilə tanış olurlar.
Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur:
– Güllərdən aplikasiya düzəltmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız?
– Hər bir mərhələdə nə etdiniz?
Müəllim: Güllər haqqında 5 dəqiqəlik esse yazın.
Şagirdlərin bəziləri esselərini oxuyur, digərlərinin yazıları isə toplum halında qiymətləndirmə üçün qov-
luqlara yığılır.
– Hər kəs hazırladığı aplikasiyaları anasına hədiyyə verə bilər. Sizin düzəltdiyiniz gül dəstəsi ananızın çox
xoşuna gələcək, onun üçün əsl hədiyyə olacaq – axı onu siz öz əllərinizlə düzəltmisiniz.
Qeyri-adi güllərin rəsmini çəkmək.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№
Meyarlar
Əla
Yaxşı
Orta
Zəif
1.
Güllərin təsvirini nə dərəcədə vermişəm?
+
+
–
–
2.
Hissələri arasında ölçü fərqlərini necə göstərmişəm? +
+
+ +
3.
Rənglərdən nə dərəcədə istifadə etmişəm? +
+
+
–
4.
Aplikasiyanı nə dərəcədə səliqəli kəsmişəm?
+
–
–
–
5.
Təsviri tapşırılan vaxt ərzində yerinə yetirmişəmmi? + + + –
25. BƏZƏK ƏŞYALARI
Məşğələ növü
dekorativ-tətbiqi fəaliyyət
Alt standart
1.1.3.; 2.1.2.; 3.1.1.
Təlim nəticələri
• bəzək əşyalarının əsas rolunu fərqləndirir;
• dekorativ sənətin əsas növlərindən olan zərgərliyi istifadə olunan materi-
allara görə fərqləndirir;
• verilmiş dekorativ sənət nümunələrinə münasibət bildirir.
Dərsin tipi
induktiv
İstifadə olunan iş formaları
qrup işi
İstifadə olunan üsullar
müzakirə, qalereya gəzintisi
Fənlərarası inteqrasiya
A-d. 1.2.1.; Mus.: 2.1.1.
Təchizat
flomasterlər, plastilin, məftil
YARADICI TӘTBİQETMӘ
QİYMӘTLӘNDİRMӘ
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
MӘLUMAT MÜBADİLӘSİ
Çap üçün deyil