Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

 

 

 



— 91 — 

Gözəl pərimsən, gülüm!  

Bəxt ülkərimsən, gülüm! 

Göstər gül cəmalı sən,  

Sevindir mahalı sən.  

Salma qeylü-qalı sən,  

Geyinibsən alı sən. 

Elə bil, sərvi-rəvan şahdı çıxıb taxta gəlir 

 (16, l05-106). 

 

Qoşayarpaq müxəmməs: 

Ay mənim şux maralım, mah camalım, ağrın alım!  

Həyalı pür kəmalım, əhli halım, ağrın alım!  

Əlləri tər xınalım, top cığalım, ağrın alım! 

İqbalım, istiqbalım, küllü malım, ağrın alım! 

A sənə qurban olum, gör necə bədbindi halım,  

Gül, danış, ilham alım, gah boşalım, gah da dolum,  

Şənini vəsf eyləyim, nəğmə qoşum, saz da çalım,  

Rəhm qıl, aşiqinəm, olma zalım, ağrın alım! 

Yar sizə düşdü yolum, səninlə bir ülfət qılım,  

Heç kimə yox zavalım, qeylüqalım, şux qəzalım,  

Əhmədi yar eyləyib gəlsən alım, sənlə qalım,  

Səninlə bir ucalım, bir qocalım, ağrın alım! 

 

Bayatı. Aşıq  Əhməd poeziyasında müşahidə etdiyimiz 

janrlardan biri də bayatıdır. Məlumdur ki, bayatı şifahi xalq ya-

radıcılığının bir janrıdır. Lirik janrdır, 4 misralı, 7 hecalıdır. Qa-

fiyə sistemi a-a-b-a ardıcıllığı üzrə qurulur. Bayatılarda atalar 

sözü, zərb məsəl və b. xalq deyimləri də öz lirik ifadəsini tapa 

bilir. Mövzu və məzmun baxımından zəngin olan bu bir bəndlik 

şeir forması emosional ovqatı ifadə edir. Aşıqlar bu janra tez-

tez müraciət edirlər. Bu müraciət iki formada özünü göstərir: 

1. Xalq yaradıcılığında mövcud olan bayatılardan istifadə 

 

 



 

— 92 —


etməklə; 

2. Özləri bayatı yaratmaqla. 

Aşıq bunu ya məclisdə oxuduğu  şeirinin emosional effek-

tini artırmaq üçün, ya da estetik rəngarənglik yaratmaq məqsə-

dilə edir. «Bayatı» sözünün mənşəyi ilə bağlı mülahizələr möv-

cuddur. Professor M.Həkimov onları bu şəkildə ümumiləşdirir: 

1. Yer adı 

2. Qəbilə ad-titulu. 

3. Ərəbcədən keçmə söz – «bayat» (köhnə). 

4. Köhnə, qalmış  ərzaq mənasını ifadə edən – «boyat» 

(köhnəlmiş,qalmış xörək, çörək, su). 

5. Allahın min bir adından biri – «Bayat». 

6. Körpənin boy atması, inkişafı ilə əlaqədar anaların söylə-

diyi layla,oxşama, nəvaziş – boy at» (75, 12) 

Professor A.Hacılı «bayatı»ların tədqiqinə ayrıca bir kitab 

həsr etmişdir (72). 

Bayat adı çox qədimdir. M.Kaşqarlının «Divanü lüğət-it 

türk» kitabında da 22 oğuz boyundan birinin adıdır. «Kitabi-

Dədə Qorqud»da da Qorqud Ata «Bayat» boyundan olduğu 

bəlli olur. Heç şübhəsiz ki, «bayat»ın və «bayatı»ının bu istiqa-

mətdə araşdırılmasına da ehtiyac vardır. Aşıq Əhməd yaradıcı-

lığında «bayatı»ları bir neçə qrupa ayırmaq mümkündür: 

1 . «Əzizinəm» xitabı ilə başlayanlar: 

 

Əzizim, harasıdı,  



Sinəm eşq yarasıdı. 

Halıma təbib ağlar, 

Gör işin harasıdı?! (16, 113) 

 

Əzizim, daş dayanar

Sel yatar, daş dayanar.  

Bir od saldın canıma,  

Toxunsam, daş da yanar! (16, 114) 


 

 

 



— 93 — 

 

Göründüyü kimi, sonuncu bənd cinas qafiyəlidir: «daş da-



yanar», «daş da yanar» qafiyələri cinas təşkil edir. Bu kimi şə-

killəri «bayatı-cinas» adlandırmaq olar. Və yaxud: 

 

Əzizim, su dayandı, 

Sel yatdı, su dayandı. 

Eşqin başıma düşdü, 

Ayağım suda yandı (16, 114) 

 

«Su dayandı» və «suda yandı» qafiyələri də cinasla işlən-



mişdir. 

 

2.«Mən aşıq» xitabı ilə başlayanlar: 



 

Mən aşıq, bu da yazdı,  

Bu bahar, bu da yazdı.  

Yar dedim yağı çıxdın,  

Bil, mənə bu da azdı! (16, 113) 

 

3.Qeyri-müəyyən xitabla işlənmələr: 



 

Yetir karvana məni, 

Tapşır sarvana məni. 

Gözü yolda anam var, 

Göndər Şirvana məni! (16, 114) 

 

və yaxud: 



 

Yanağın aldı, gülüm,  

Ləblərin baldı, gülüm,  

Sinəmə vurmadığın  

De nə dağ qaldı, gülüm?! və s. (16, 115) 

 

Qeyri-müəyyən xitablı bayatılarda Tanrıya, fələyə, sevgi-



 

 

 



— 94 —

liyə və s. müraciət olunur. Bu tipli bayatılar emosional vəziyyə-

tin, psixoloji durumun, mənəvi-ruhu yaşantıların ifadəsi kimi 

seçilir. 



Təcnis.Təcnis haqqında folklorşünaslıqda müəyyənləşmiş 

fikir mövcuddur. (111; 138; 97; 64; 48; 137; 99; 75; 66; 105). 

«Aşıq şeirində təcnis adətən üç bənddən ibarət olur...Təcnislər-

də qafiyələr cinas sözlər üzərində qurulur.Təcnisin mənası «ci-

naslar yaratmaq» deməkdir. Qafiyələrinin düzülüş qaydası: a b 

s b; d d b; c c c b. Lirik janrın qəzəl və qoşma formaları kimi, 

təcnislərdə də əsas mövzu məhəbbət və gözəllikdən ibarətdir... 

təcnisin dodaqdəyməz təcnis, cığalı  təcnis, baş  təcnis, gedər-

gəlməz təcnis kimi 30-a yaxın növü məlumdur» (111, 209). 

Aşıq Əhmədin təcnis sənətkarlığı da çox rəngarəngdir. Mə-

sələn, aşağıdakı örnəyə diqqət edək: 

 

Nə müddətdir yenə görünməyirsən,  



Şükür haqqa, gördüm, a Yəmən səni.  

Xəzər sahilində qaş qaralanda

Bənzətdim günəşə, ayə mən səni. 

 

Sən üz desən, göy xəzərdə üzüm də,  

Sahildə gül dərim, qönçə üzüm də,  

O gün nə lal durdun üzün üzümdə,  

Sən məni görmürdün ayə, mən səni? (16, 106) 

 

Şeirdə «a Yəmən», ayə mən», «ayə, mən» sözlərinin müx-



təlif şəkildə birləşməsi ilə cinas yaradılmışdır. 

Cığalı təcnis: 

 

Yanıram eşqində pərvanələr tək,  



Çəkmisən sinəmə bu dağı yar, sən! 

Əzizinəm buda yar, 

Kəs, doğra, tök, buda, yar,  

 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə