— 111 —
da qəhrəman ona (ailəsinə, yurduna) ziyan vermiş fantastik
qüvvələrin (məsələn, sehirli almanı oğurlayan divin) dalınca sə-
fərə çıxır. İkinci və üçüncü səbəblə bağlı səfərlər həm qəhrə-
manlıq, həm də məhəbbət dastanlarında rastlanılır.
«Qəhrəmanın özünə həyat yoldaşı qazanmaq üçün evdən
ayrılması»nın dastanlarımızda bir-çox variant törəmələri vardır:
1) Qəhrəman qızdan xəbər tutub (və ya xəbərləşib), yaxud
qızdan məktub alıb onun dalınca gedir (Məsələn, bəzi «Koroğ-
lu» qolları).
2) Qəhrəman ona buta verilən məşuquna qovuşmaq üçün
vətəndən ayrılır.
II variantın da, bir qayda olaraq, dastanlarımızda iki tipi
müşahidə olunur.
a) qəhrəmanın sevgilisi uzaq məmləkətdədir (uzaq məmlə-
kətdə yaşayır, ya da uzaq məmləkətə köçüb);
b) sevgilisinə qovuşmaq üçün lazım olan başlığı əldə etmək
üçün qəhrəman qürbətə yollanır
Sevgilisinə qovuşmaq üçün lazımi başlıq pulunu toplamaq
məqsədilə qəhrəmanın öz doğma yurd-yuvasını tərk edib qür-
bətə yollanması müasir, daha doğrusu, nisbətən bizə yaxın
dövrdə yaranan məhəbbət dastanlarında rastlanır. «Aşıq Alının
Türkiyə səfəri», «Canbaxışın dastanı» kimi müasir dastanlarda
həmin sosial yönümlü motivlənmə ön plandadır.
«Ələsgərnən Səhnəbanu»da da Aşıq Ələsgər kasıb olduğun-
dan sevgilisinə qovuşa bilmir, Aşıq Alıya qoşulub gedir, kəndinə
döndükdə isə Səhnəbanunun Pullu Məhərrəmin oğlu Mustafaya
verildiyini eşidir. (69, 414-431).
Səfərə çıxan qəhrəman yol boyu bir sıra maneələrlə üzləş-
məli, sınaqlardan çıxmalı olur.
M.H.Təhmasib Azərbaycan dastanlarında qəhrəmanın yol
macərasında üç halı əsas və səciyyəvi hesab edərək yazmışdır:
— 112 —
«Yol maneələrinin dastanlarımızda müxtəlif formulları vardır.
Bunlardan ən əsası və səciyyəvi olanı aşağıdakılardır:
a) bəzi dastanlarımızın qəhrəmanları yolda xeyirxah adam-
lara rast gəlirlər. Misal üçün, Qurbani Saleh sövdəgərlə, Valeh
Məsum Əfəndi ilə, Tahir Xanverdi sövdəgərlə və b. rastlaşır.
Alim, fazil, arif, şeiri, sənəti başa düşən, sazdan-sözdən başı çı-
xan, yaxud varlı, dövlətli olan bu xeyirxah adamlar qəhrəmanı
danışdırıb dərdini bilir, çaldırıb barmaqlarını, oxutdurub səsini
və özünü yoxlayır, ağıllı, kamallı, məharətli bir gənc olduğunu
müəyyən etdikdən sonra getdiyi yoldan qaytarmağa çalışır, onu
oğulluğa götürməyə, var-dövlətini ona tapşırmağa, hətta öz qı-
zını, yaxud bacısını ona verməyə hazır olduqlarını deyirlər. La-
kin nə bu nəsihətlər, nə sadalanan çətinliklər, nə də vəd edilən
pul, dövlət, xoşbəxt, varlı həyat qəhrəmanı öz əzmindən, qəra-
rından, eşqindən, butasından döndərə bilir...;
b) bir sıra dastanlarımızda qəhrəmanlar yolda həramilərə,
qırx quldura, kəlləgözə rast gəlir, ölüm-dirim mübarizəsinə gi-
rirlər. Onlar əzab-əziyyət çəkirlərsə də öz sevgililərini unutmur,
hər saat, hər dəqiqə fürsət axtarır, nəhayət, qurtarıb yenə butala-
rının dalınca gedirlər;
v) əksər dastanlarımızda isə qəhrəman gözəl, igid, ağıllı,
zəkalı, hətta sehrdən, əfsundan başı çıxan qızlara rast gəlirlər»
(133, 7-8).
Azərbaycan dastanları üçün səciyyəvi olan bu keyfiyyətlər
Aşıq Əhməd dastanları üçün də xarakterikdir. Növbəti yarımfə-
sildə görəcəyik ki, o, Azərbaycan məhəbbət dastanlarının ən
klassik ənənələrini yaşatmaqla bərabər, eyni zamanda, özünü
novator sənətkar kimi də təsdiq etmişdir.
SƏNƏTKARIN DASTAN YARADICILIĞI
— 113 —
Azərbaycan aşıq sənətinin Şirvan aşıq məktəbinə məxsus
görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Əhmədin dastan
yaradıcılığı indiyə qədər öyrənilməmişdir. Bu baxımdan, tədqi-
qatımızın bu fəsli Aşıq Əhmədin dastan yaradıcılığının monoq-
rafik şəkildə öyrənilməsinin ilk təcrübəsidir. Biz burada aşığın
dastançılıq irsini öyrənərkən eposşünaslığın dünya (148; 150;
151; 154; 155; 156; 159; 161; 162; 163; 165; 166; 168 ), həm
də Azərbaycan (131; 60; 136; 120; 150; 78; 159; 67; 1; 74; 76;
11; 47; 133; 35; 36; 37; 38; 39; 40; 41; 42; 43; 44; 95; 104; 93;
4; 73; 132; 2; 61; 106; 134; 52 və s.) təcrübəsinin çox zəngin
tədqiqat və mətn fondundan çıxış etmişik. Belə ki, istər dünya
eposşünaslığında, istərsə də Azərbaycan dastanşünaslığında
dastanlar, onların tipləri, təsnifi, məzmun və forma xüsusiyyət-
ləri, mifoloji qaynaqlar, keçdiyi inkişaf mərhələləri, variativ
özəllikləri və s. ilə bağlı çoxsaylı və dəyərli araşdırmalar aparıl-
mış və nəticədə dastançılıq ənənəsi ilə bağlı sanballı elmi-meto-
doloji baza və mətn fondu yaradılmışdır. Aşıq Əhmədin yarat-
dığı dastanları Şirvan dastançılıq ənənələrinin klassik xüsusiy-
yətlərini özündə əks etdirməklə bu baza əsasında öyrənmək
üçün dolğun material verir.
Məlumdur ki, Azərbaycan məhəbbət dastanları orta əsrlər
sufi aşıqların yaradıcılıq irsidir. Təsəvvüf, fəlsəfi ideya bu das-
tanların məğzini, mahiyyətini təşkil edir. Amma bu dastanların
hansı aşıq tərəfindən yaradılmasını müəyyənləşdirmək mümkün
deyil. Dastançılıq ənənəsi orta əsrlərdən başlayaraq aşıq yaradı-
cılığının mühüm bir hissəsini təşkil etməkdədir. Bu ənənə müa-
sir aşıqlar tərəfindən də davam etdirilmişdir. Müasir dövrün xa-
rakterik xüsusiyyətindən biri də dastanı yaradan sənətkarın mə-
lum olmasıdır. Dastanların özü, istər əski ozanların yaratdığı
alplıq dastanları (boylar, oğuznamələr) olsun, istər orta əsr eşq
(məhəbbət) dastanları olsun, istərsə də daha çox XIX yüz il
üçün xarakterik olan qaçaq dastanları olsun, ilk öncə zamanla,
— 114 —
dövr və dövranla bağlı olaraq meydana gəlmiş, özündə yaran-
dığı zamanın ovqatını, tarixi təbəddülatlarını, hətta bəzi hadisə-
lərin folklorlaşmış motivlərini yaşatmaqdadır.
Bu sənət ənənəsi müasirliyə doğru gəldikcə onda tarixiliyin,
reallığın iştirakı artmışdır. XX yüzilin əvvəllərində və sovet dö-
nəmində yaranan aşıq dastan və rəvayətləri də bu gerçəklikdən
kənarda deyil. Ona görə də, müasir aşıqların dastan yaradıcılığın-
da yazılı ədəbiyyata yaxınlaşma meyli müşahidə olunur. Buna
təsir edən amillər sırasında elmi dünyagörüşün kütləviləşməsi,
dilin ədəbiləşməsi, folklor mühitlərinin zəifləməsi, elmi-texniki
tərəqqinin sürətlənməsi və s. vardır. Digər tərəfdən, dinləyici au-
ditoriyası gerçəkliyə uyğun olmayan, əsatiri, mifik, əfsanəvi mə-
lumatı nikbin qarşılamır. Ona görə də müasir aşıqlar (sovet dö-
nəmi) da sovet gerçəkliyinə uyğun real hadisələri dastan möv-
zusu kimi seçirdilər.
Amma bununla yanaşı bəzi mühafizəkar mühitlərdə, kənd-
lərdə aşıqlar klassik irsi repertuarının əsas hissəsi olaraq saxla-
yırdılar. «Abbas və Gülgəz», «Leyli və Məcnun», «Qərib və
Şahsənəm», «Şah İsmayıl və Ərəbzəngi», «Əsli və Kərəm»,
«Koroğlu» kimi dastanlar belə mühitlərin mövcudluğu sayəsin-
də qorunub qalmışdır.
Aşıq Əhməd klassik irsə bağlı bir sənətkar kimi, bu irsin
mükəmməl bilicilərindən idi. Onun repertuarı klassik aşıq yara-
dıcılığının söz və musiqi ehtiyatları ilə zəngindir. Digər tərəf-
dən, onun əski dastançılıq ənənələrinə sadiq qalaraq məhz o
əsasda yaratdığı dastanları vardır. Təbii ki, bu təkcə ənənənin
yaradıcı şəkildə davamı deyil, həm də mühitin, şəraitin, dinləyi-
cinin etdiyi diqqətdir. Aşığın dastan yaradıcılığı daha çox forma
baxımından dastançılıq xüsusiyyətlərini özündə əks etdirir.
Məzmunca bu dastanlar müasirdir və real tarixi hadisələr, şəx-
siyyətlər haqqında folklorlaşmış bədii lövhələrdir.