Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 

 

 



— 111 — 

da qəhrəman ona (ailəsinə, yurduna) ziyan vermiş fantastik 

qüvvələrin (məsələn, sehirli almanı oğurlayan divin) dalınca sə-

fərə  çıxır.  İkinci və üçüncü səbəblə bağlı  səfərlər həm qəhrə-

manlıq, həm də məhəbbət dastanlarında rastlanılır. 

«Qəhrəmanın özünə  həyat yoldaşı qazanmaq üçün evdən 

ayrılması»nın dastanlarımızda bir-çox variant törəmələri vardır: 

1) Qəhrəman qızdan xəbər tutub (və ya xəbərləşib), yaxud 

qızdan məktub alıb onun dalınca gedir (Məsələn, bəzi «Koroğ-

lu» qolları). 

2) Qəhrəman ona buta verilən məşuquna qovuşmaq üçün 

vətəndən ayrılır. 

II variantın da, bir qayda olaraq, dastanlarımızda iki tipi 

müşahidə olunur. 

a) qəhrəmanın sevgilisi uzaq məmləkətdədir (uzaq məmlə-

kətdə yaşayır, ya da uzaq məmləkətə köçüb); 

b) sevgilisinə qovuşmaq üçün lazım olan başlığı əldə etmək 

üçün qəhrəman qürbətə yollanır 

Sevgilisinə qovuşmaq üçün lazımi başlıq pulunu toplamaq 

məqsədilə  qəhrəmanın öz doğma yurd-yuvasını  tərk edib qür-

bətə yollanması müasir, daha doğrusu, nisbətən bizə yaxın 

dövrdə yaranan məhəbbət dastanlarında rastlanır. «Aşıq Alının 

Türkiyə səfəri», «Canbaxışın dastanı» kimi müasir dastanlarda 

həmin sosial yönümlü motivlənmə ön plandadır. 

«Ələsgərnən Səhnəbanu»da da Aşıq  Ələsgər kasıb olduğun-

dan sevgilisinə qovuşa bilmir, Aşıq Alıya qoşulub gedir, kəndinə 

döndükdə isə  Səhnəbanunun Pullu Məhərrəmin oğlu Mustafaya 

verildiyini eşidir. (69, 414-431). 

Səfərə çıxan qəhrəman yol boyu bir sıra maneələrlə üzləş-

məli, sınaqlardan çıxmalı olur. 

M.H.Təhmasib Azərbaycan dastanlarında qəhrəmanın yol 

macərasında üç halı əsas və səciyyəvi hesab edərək yazmışdır: 

 

 

 



— 112 —

«Yol maneələrinin dastanlarımızda müxtəlif formulları vardır. 

Bunlardan ən əsası və səciyyəvi olanı aşağıdakılardır: 

a) bəzi dastanlarımızın qəhrəmanları yolda xeyirxah adam-

lara rast gəlirlər. Misal üçün, Qurbani Saleh sövdəgərlə, Valeh 

Məsum  Əfəndi ilə, Tahir Xanverdi sövdəgərlə  və b. rastlaşır. 

Alim, fazil, arif, şeiri, sənəti başa düşən, sazdan-sözdən başı çı-

xan, yaxud varlı, dövlətli olan bu xeyirxah adamlar qəhrəmanı 

danışdırıb dərdini bilir, çaldırıb barmaqlarını, oxutdurub səsini 

və özünü yoxlayır, ağıllı, kamallı, məharətli bir gənc olduğunu 

müəyyən etdikdən sonra getdiyi yoldan qaytarmağa çalışır, onu 

oğulluğa götürməyə, var-dövlətini ona tapşırmağa, hətta öz qı-

zını, yaxud bacısını ona verməyə hazır olduqlarını deyirlər. La-

kin nə bu nəsihətlər, nə sadalanan çətinliklər, nə də vəd edilən 

pul, dövlət, xoşbəxt, varlı həyat qəhrəmanı öz əzmindən, qəra-

rından, eşqindən, butasından döndərə bilir...; 

b) bir sıra dastanlarımızda qəhrəmanlar yolda həramilərə

qırx quldura, kəlləgözə rast gəlir, ölüm-dirim mübarizəsinə gi-

rirlər. Onlar əzab-əziyyət çəkirlərsə də öz sevgililərini unutmur, 

hər saat, hər dəqiqə fürsət axtarır, nəhayət, qurtarıb yenə butala-

rının dalınca gedirlər; 

v)  əksər dastanlarımızda isə  qəhrəman gözəl, igid, ağıllı, 

zəkalı, hətta sehrdən, əfsundan başı çıxan qızlara rast gəlirlər» 

(133, 7-8). 

Azərbaycan dastanları üçün səciyyəvi olan bu keyfiyyətlər 

Aşıq Əhməd dastanları üçün də xarakterikdir. Növbəti yarımfə-

sildə görəcəyik ki, o, Azərbaycan məhəbbət dastanlarının  ən 

klassik  ənənələrini yaşatmaqla bərabər, eyni zamanda, özünü 

novator sənətkar kimi də təsdiq etmişdir. 

 

SƏNƏTKARIN DASTAN YARADICILIĞI 

 



 

 

 



— 113 — 

Azərbaycan aşıq sənətinin  Şirvan aşıq məktəbinə  məxsus 

görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq  Əhmədin dastan 

yaradıcılığı indiyə qədər öyrənilməmişdir. Bu baxımdan, tədqi-

qatımızın bu fəsli Aşıq Əhmədin dastan yaradıcılığının monoq-

rafik şəkildə öyrənilməsinin ilk təcrübəsidir. Biz burada aşığın 

dastançılıq irsini öyrənərkən eposşünaslığın dünya (148; 150; 

151; 154; 155; 156; 159; 161; 162; 163; 165; 166; 168 ), həm 

də Azərbaycan (131; 60; 136; 120; 150; 78; 159; 67; 1; 74; 76; 

11; 47; 133; 35; 36; 37; 38; 39; 40; 41; 42; 43; 44; 95; 104; 93; 

4; 73; 132; 2; 61; 106; 134; 52 və s.) təcrübəsinin çox zəngin 

tədqiqat və mətn fondundan çıxış etmişik. Belə ki, istər dünya 

eposşünaslığında, istərsə  də Azərbaycan dastanşünaslığında 

dastanlar, onların tipləri, təsnifi, məzmun və forma xüsusiyyət-

ləri, mifoloji qaynaqlar, keçdiyi inkişaf mərhələləri, variativ 

özəllikləri və s. ilə bağlı çoxsaylı və dəyərli araşdırmalar aparıl-

mış və nəticədə dastançılıq ənənəsi ilə bağlı sanballı elmi-meto-

doloji baza və mətn fondu yaradılmışdır. Aşıq Əhmədin yarat-

dığı dastanları Şirvan dastançılıq ənənələrinin klassik xüsusiy-

yətlərini özündə  əks etdirməklə bu baza əsasında öyrənmək 

üçün dolğun material verir. 

Məlumdur ki, Azərbaycan məhəbbət dastanları orta əsrlər 

sufi aşıqların yaradıcılıq irsidir. Təsəvvüf, fəlsəfi ideya bu das-

tanların məğzini, mahiyyətini təşkil edir. Amma bu dastanların 

hansı aşıq tərəfindən yaradılmasını müəyyənləşdirmək mümkün 

deyil. Dastançılıq ənənəsi orta əsrlərdən başlayaraq aşıq yaradı-

cılığının mühüm bir hissəsini təşkil etməkdədir. Bu ənənə müa-

sir aşıqlar tərəfindən də davam etdirilmişdir. Müasir dövrün xa-

rakterik xüsusiyyətindən biri də dastanı yaradan sənətkarın mə-

lum olmasıdır. Dastanların özü, istər  əski ozanların yaratdığı 

alplıq dastanları (boylar, oğuznamələr) olsun, istər orta əsr eşq 

(məhəbbət) dastanları olsun, istərsə  də daha çox XIX yüz il 

üçün xarakterik olan qaçaq dastanları olsun, ilk öncə zamanla, 

 

 



 

— 114 —


dövr və dövranla bağlı olaraq meydana gəlmiş, özündə yaran-

dığı zamanın ovqatını, tarixi təbəddülatlarını, hətta bəzi hadisə-

lərin folklorlaşmış motivlərini yaşatmaqdadır. 

Bu sənət ənənəsi müasirliyə doğru gəldikcə onda tarixiliyin, 

reallığın iştirakı artmışdır. XX yüzilin əvvəllərində və sovet dö-

nəmində yaranan aşıq dastan və  rəvayətləri də bu gerçəklikdən 

kənarda deyil. Ona görə də, müasir aşıqların dastan yaradıcılığın-

da yazılı  ədəbiyyata yaxınlaşma meyli müşahidə olunur. Buna 

təsir edən amillər sırasında elmi dünyagörüşün kütləviləşməsi, 

dilin  ədəbiləşməsi, folklor mühitlərinin zəifləməsi, elmi-texniki 

tərəqqinin sürətlənməsi və s. vardır. Digər tərəfdən, dinləyici au-

ditoriyası gerçəkliyə uyğun olmayan, əsatiri, mifik, əfsanəvi mə-

lumatı nikbin qarşılamır. Ona görə də müasir aşıqlar (sovet dö-

nəmi) da sovet gerçəkliyinə uyğun real hadisələri dastan möv-

zusu kimi seçirdilər. 

Amma bununla yanaşı bəzi mühafizəkar mühitlərdə, kənd-

lərdə aşıqlar klassik irsi repertuarının əsas hissəsi olaraq saxla-

yırdılar. «Abbas və Gülgəz», «Leyli və  Məcnun», «Qərib və 

Şahsənəm», «Şah  İsmayıl və  Ərəbzəngi», «Əsli və  Kərəm», 

«Koroğlu» kimi dastanlar belə mühitlərin mövcudluğu sayəsin-

də qorunub qalmışdır. 

Aşıq  Əhməd klassik irsə bağlı bir sənətkar kimi, bu irsin 

mükəmməl bilicilərindən idi. Onun repertuarı klassik aşıq yara-

dıcılığının söz və musiqi ehtiyatları ilə  zəngindir. Digər tərəf-

dən, onun əski dastançılıq  ənənələrinə sadiq qalaraq məhz o 

əsasda yaratdığı dastanları vardır. Təbii ki, bu təkcə  ənənənin 

yaradıcı şəkildə davamı deyil, həm də mühitin, şəraitin, dinləyi-

cinin etdiyi diqqətdir. Aşığın dastan yaradıcılığı daha çox forma 

baxımından dastançılıq xüsusiyyətlərini özündə  əks etdirir. 

Məzmunca bu dastanlar müasirdir və real tarixi hadisələr, şəx-

siyyətlər haqqında folklorlaşmış bədii lövhələrdir. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə