Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

 



— 7 — 

Aşıq Əhmədin zəngin poetik irsini araşdıran tədqiqatçı onu 

mövzu və  məzmun baxımından təsnif etmişdir. Burada vətən-

pərvərlik, dövlətçilik kimi mövzularla yanaşı, insan duyğuları-

nın lirik ifadə olunduğu sevgi və məhəbbətə həsr olunmuş ör-

nəklərdə  bədii-estetik baxımdan təhlil olunmuşdur. Tədqiqatçı 

şeir örnəklərini təhlil edərkən ənənəvi olan və ənənəvi olmayan 

mövzuları səciyyələndirmiş, aşığın yaşadığı dövrün reallıqlarını 

əks etdirən örnəkləri də diqqətdən kənarda qoymamışdır. Xalqı-

mızın həyatında birmənalı qiymətləndirilməsi çətin olan sovet 

dönəminin gerçəkliklərinin sənət ifadəsinə münasibətdə Yaqut 

xanımın mövqeyini tamamilə təbii hesab edirəm...  

Sovet dönəmində tədqiqatlardan kənarda qalan dini şeirlər 

də mövzu baxımından ayrıca olaraq təhlilə  cəlb olunmuşdur. 

Bu şeirlərin təhlilində tədqiqatçı məsələnin mənəvi aspektlərini 

diqqətdə saxlamış  və  təhlillərində  də bu prinsipləri rəhbər tut-

muşdur. 

Müəllifin əldə etdiyi qənaətlərə görə, Aşıq Əhmədin poezi-

yası həm mövzu, həm də aşıq şeirinin rəngarəng forma və şəkil-

lərdə yaradılması baxımından diqqəti cəlb etməkdədir. Ona 

görə  də geniş  əhatə dairəsinə malikdir. Bu şeirlər  Şirvan aşıq 

mühitinin səciyyəvi xüsusiyyətlərini, bu bölgədə yaşayan in-

sanların poetik duyğularının bədii-estetik qüdrətini, xalqın mə-

nəvi həyatının lirik dinamikasını  əks etdirir. Tədqiqatçı, haqlı 

olaraq, bu poeziyanın nikbinliyini və mükəmməlliyini onun 

xalq yaradıcılığına dərindən bağlılığı və onun təməlləri üzərin-

də yaranmasının nəticəsi kimi qiymətləndirmişdir. 

Tədqiqatçı  aşığın zəngin sənət irsindən çıxış edərək onu 

həm ustad aşıq, həm də el şairi kimi səciyyələndirmiş, xalq ədə-

biyyatı ilə yanaşı divan ədəbiyyatından gələn janrların mövcud-

 

 

 



— 8 —

luğunu sənətlər arasında gedən inteqrasiya proseslərinin neti-

cəsi kimi izah etmişdir. 

Yaqut xanım aşığın dastan yaradıcılığından ayrıca bəhs et-

miş, onu həm Azərbaycan dastançılıq  ənənəsi, həm də  Şirvan 

aşıq mühitinin sənət özəllikləri kontekstində araşdırmışdır. Aşı-

ğın dastan yaradıcılığı digər mövcud dastanlarla müqayisədə 

tədqiq olunmuş, lokal xarakterli dastanların  ənənədə mövcud-

luğu və səciyyəsi mükəmməl elmi şərhini tapmışdır. 

Ayrıca vurğulamaq istərdik ki, tədqiqat işinin strukturu mü-

kəmməldir və problemin elmi həlli üçün əsas istiqamətləri əhatə 

etməyə imkan vermişdir. Monoqrafiyada qarşıya qoyulan məq-

sədə nail olunmuşdur. Belə ki, Aşıq  Əhmədin yaradıcılığı ilk 

dəfə olaraq geniş elmi təsvirini və  təhlilini bu işdə tapmışdır. 

Tədqiqat bu baxımdan elmi yeniliklərlə zəngindir. 

Qeyd edək ki, Yaqut Bahadur qızı hələ «Aşıq Əhmədin ya-

radıcılığı» monoqrafiyasına qədər özünü peşəkar tədqiqatçı 

kimi təsdiq edə bilmişdir. Onun Şirvan aşıq sənəti və yaradıcılı-

ğına həsr olunmuş neçə-neçə kitabı, çoxsaylı  məqalələri qiy-

mətli fakt və  təhlillərlə  zəngindir. Azərbaycan Milli Elmlər 

Akademiyasının Folklor İnstitutu Yaqut xanımın aşıq sənəti və 

yaradıcılığına dərin bağlılığını, elmi qabiliyyətlərini və  tədqi-

qatçılıq fəaliyyətinin diqqətəlayiq nəticələrini  nəzərə alıb, onu 

peşəkar  əməkdaşlığa dəvət etmiş  və o, bir neçə il bizim elmi 

rəhbərliyimiz altında dissertant olaraq «Aşıq Əhmədin yaradıcı-

lığı» mövzusu üzərində  işləmiş, namizədlik dissertasiyası mü-

dafiə etmiş  və filologiya elmləri namizədi alimlik dərəcəsi al-

mışdır. Bizim bunu vurğulamaqda əsas məqsədimiz bu monoq-

rafiyanın Yaqut xanımın peşəkar elmi axtarışlarının akademik 



 

 

 



— 9 — 

standartlar səviyyəsində olduğunu möhtərəm oxucuların diqqə-

tinə çatdırmaqdır. 

Yaqut xanım yorulmaz tədqiqatçı, cəfakeş alim və sadiq sə-

nətsevərdir. O, Azərbaycan xalqının ölməz sənəti olan aşıq ya-

radıcılığının tədqiqi və təbliği sahəsində, sözün həqiqi mənasın-

da, hünərlər göstərir. Əyalətdə yaşamağın ətalətdə yaşamaq ol-

madığını hamıya sübut edir. Kürdəmir şəhərində işığı bütün öl-

kəyə şölə saçan mədəniyyət ocağı qurub.  

Biz bu ocağın əbədi yanacağına, nuru ilə aşıq sənətinin bu-

günü və sabahına daim işıq  saçacağına inanır və bu yolda Ya-

qut xanıma uğurlar arzulayırıq. 

 

AMEA Folklor İnstitutunun direktoru, 

filologiya elmləri doktoru 

Hüseyn İSMAYILOV     

 

 



 

— 10 —


G İ R İ Ş 

 

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının  milli mənəvi 

inkişafımızda, ədəbi-estetik dəyərlərimizin zəginləşməsində xü-

susi rolu və mövqeyi ilə seçilən aşıq sənətinin, o cümlədən 

onun söz repertuarının, ədəbi yaradıcılığının ümummilli xarak-

terini aşkarlamaq üçün həmin sənətin davamçıları olan aşıqların 

yaradıcılığının regional və lokal kontekstlərdə öyrənilməsi folk-

lorşünaslığımızın aktual problemləri sırasına daxildir. Regional 

və lokal mühit, məktəb və ayrı-ayrı sənətkarların yaradıcılığının 

fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni sisteminin 

mükəmməl öyrənilməsi üçün zəruridir. Bir sıra səciyyəvi xüsu-

siyyətləri ilə fərqlənən Şirvan aşıq mühitinin və bu mühitin gör-

kəmli sənətkarlarının yaradıcılığının öyrənilməsi də  həm folk-

lorumuzun, hə də konkret olaraq aşıq ədəbiyyatının gerçək elmi 

mənzərəsini yaratmaq üçün vacibdir. Sovet dönəmində aparıl-

mış məhdud araşdırmaların etnik-mənəvi və dini dəyərləri təh-

rif etdiyini də nəzərə alsaq, işin aktuallıq dərəcəsini bir qədər də 

aydın təsəvvür etmək olar. Azərbaycan ədəbiyyatının inkişafın-

da Şirvan folklor, aşıq və ədəbi mühitlərinin mühüm rolu var-

dır. Aşıq Mirzə Bilal, Aşıq  Şamil Piriyev, Aşıq Mürsəl, Aşıq 

Şakir, Aşıq Əhməd və onlarla başqa ustad sənətkarların yarat-

dıqları sənət inciləri demək olar ki, lazımi səviyyədə öyrənilmə-

yib. Ayrı-ayrı sənətkarların yaradıcılığının öyrənilməməsi səbə-

bindən mühit və sənət haqqında təsəvvürlər məhdud olaraq qa-

lır. Bu mənada XX əsr  Şirvan aşıq mühitinin görkəmli nüma-

yəndələrindən biri olan Aşıq  Əhmədin yaradıcılığı mövzu ak-

tuallığı ilə tamamilə yenidir. Böyük Vətən müharibəsinin vete-

ranı, əməkdar mədəniyyət işçisi, onlarla şagird hazırlamış, 50 il 

aşıqlıq etmiş, Qarabağ savaşında səngər-səngər gəzib sazı  və 

sözü ilə  əsgərlərimizi mənfur düşmən üzərində  qələbəyə ruh-

landırmış bu ustad-peşəkar sənətkarın keşməkeşli, milli fəda-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə