Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 

 

 



— 35 — 

sözügedən sənətkarın vətənpərvərliyinin və millət sevərliyinin 

nə qədər güclü olduğunu təsdiqləmək üçün yetərlidir. Təbii ki, 

bu şəxsi keyfiyyətlər onun sənətkar obrazının içində böyük və-

təndaş simasınının mütləq mövcudluğundan və möhtəşəmliyin-

dən soraq verir. Bu görkəmli sənətkarın və şəxsiyyətin Kürdə-

mirdə keçirilən 75 illik yubiley mərasiminə (5) gəlmiş  sənət 

adamları, o cümlədən Ağsudan Aşıq Məhəmməd Şirvanlı, Şa-

maxıdan Aşıq Barat, İsmayıllıdan Aşıq Yanvar, Bakıdan Əvəz-

xan Xankişiyev, Ucardan Aşıq Əhliman və başqaları onu ustad 

kimi böyük ehtiramla təbrik ediblər (5). Aşığın belə böyük hör-

mət və rəğbət qazanmasının başlıca səbəbi onun şəxsiyyət kimi 

də, sənətkar kimi də kamilliyindən irəli gəlirdi. 

«Xalq qəzeti»nin 21 iyun 1996-cı il tarixli sayında jurnalist 

Ələsgər Cabbarov «İtən sazın havası» başlıqlı  məqaləsində 

Aşıq  Əhmədin  şərəfli ömür yolunu, sənətkar taleyini xarakte-

rizə edərək yazır: «Əməkdar Mədəniyyət İşçisi Aşıq Əhmədin 

sinəsi sənət xatirələri ilə doludur. O, 1960-cı ildə keçirilən 

Azərbaycan aşıqlarının üçüncü qurultayında aşıq məktəblərini 

üz-üzə qoyanları kəskin tənqid edib. Bülbül, Rəsul Rza, Mirzə 

İbrahimov onun haqlı olduğunu təsdiqləyiblər.. Aşıq  Əhməd 

yarım  əsrdən artıq el-obanın toy düyününü şənləndirib, abırlı, 

sanballı bir el sənətkarı ömrünü yaşayıb. Aşıq sənətinin yaşa-

masında, uğurlarında onun da payı olub. Tanrı, özünün dediyi 

kimi,  əvvəl onu yıxıb, sonra dikəldib, adlı-sanlı bir sənətkar 

kimi tanıdıb» (51). 

«Əlillər» qəzetinin 17 dekabr 1999-cu il tarixli sayında jur-

nalist Zəminə  Həmidova aşığın  Şixəli Qurbanov və  Səməd 

Vurğunla bağlı xatirələrini qələmə alıb: «Günlərin birində aşığa 

xəbər çatır ki, Mərkəzi Komitəyə gəlsin, Şıxəli Qurbanovla gö-

rüşməlidir (O zaman Şıxəli Qurbanov MK-da işləyirdi). Görüş 

zamanı  məlum olur ki, onun bir neçə  əlyazması hardansa 

 

 

 



— 36 —

Ş.Qurbanovun əlinə keçib, oxuyub bəyənib şəxsən tanımaq is-

təyir...  İmişlidə  mədəniyyət evinin müdiri işləyirdim, həm də 

«sazçı qızlar» ansambılına rəhbərlik edirdim. Birinci katib Sə-

mədovun məni otağında gözlədiyini bildirdilər. Otağa daxil 

olanda Səməd Vurğunu da orada gördüm. Səmimi söhbətdən 

məlum oldu ki, qonaq Mil düzünə ova çıxmaq fikrindədir. Mən 

onunla getməliyəm. Belə  də etdik. Bərəni qoyub pusquda da-

yanmışdıq. Ov, yəni ceyranlar gələnə qədərki söhbətimizdə şair 

özünün «Ceyran» şeirinə «qabaq» yaza bilib-bilmədiyimi so-

ruşdu. – Ona «qabaq» ola bilməz, amma bir cızma-qaram var», 

– dedim. – «Nə  mənası var» şeirini yazan cızma-qara eləməz, 

de gəlsin! – dedi. 

 

Ovçudan küsmüsən, yoxsa çəməndən



Baş alıb gedirsən hara, Ceyranım? 

Dayanıb heç yana baxmırsan nədən, 

Qaşları, gözləri qara Ceyranım?  

 

– deyə «Ceyranım» şeirini söylədim» (77). 



Xatirələr də, onunla münasibətdə olan bütün sənət adamla-

rının söylədikləri də təsdiqləyir ki, Aşıq Əhməd ustad sənətkar, 

böyük istedadı ilə seçilən el şairi idi. Onun Aşıq Əhliman, Aşıq 

Teyfur, Aşıq Məhəmməd, Aşıq Əzizxan, Aşıq Nemət, Əvəzxan 

Xankişiyev kimi yetirmələri də  məhz həmin sənət yolunu da-

vam etdirir, Əhməd məktəbini yaşadırlar. 

Aşıq sənətinə yaxından bələd olan şair İlyas Tapdıq «Şirva-

nın ustad sənətkarı» adlı məqaləsində yazır: «Mən Aşıq Əhməd 

Rüstəmovun adını hələ 1958-ci ildə «Ədəbiyyat və incəsənət» 

qəzetində çap etdirdiyim folklorumuz və aşıq ədəbiyyatı ilə əla-

qədar «Xalqın mənəvi sərvətinə  məsuliyyətlə yanaşmalı» mə-

qaləmdə çəkmişəm. Həmin illərdə də aşıq Əhməd Şirvan elinin 

sayılan, məclislər yaraşığı bir aşığı kimi tanınırdı. Onun 1957-



 

 

 



— 37 — 

ci ildə Tovuz aşıqlarının Filarmoniyada keçirilən maraqlı kon-

sertində Aşıq İmranın, Əkbər Cəfərovun yaxın dostu kimi işti-

rak etməsi, sevilməsi məndə Aşıq Əhmədə qarşı xoş bir təəssü-

rat yaratmışdı. Onun da şeirlərini oxumaq, konsertlərində  işti-

rak etmək istəyirdim. Get-gedə Əhmədin şeirləri də ifaçı aşıqla-

rın repertuarında özünə möhkəm yer tutdu. Həyati mətləbləri, 

günün vacib hadisələrini, əmək adamlarını səmimi, şirin bir dil-

lə  qələmə alan Aşıq  Əhməd həm də  şeirləri ilə  məşhurlaşdı. 

Onun ilk şeirlər kitabını nəşriyyatda işlədiyimiz illərdə unudul-

maz şairimiz Hüseyn Ariflə birlikdə çapa hazırladıq. Bu gözəl 

kitab tezliklə qoşma sevənlərin böyük marağına səbəb oldu. Bir 

yerdə kəsilən duz-çörəyin qədrini bilən Aşıq Əhmədin bu kita-

bını oxucular aldıqca, ünvanına xoş sözlər deyildikcə onun bi-

zimlə səmimi münasibəti də dostluğa çevrildi» (46, s.87).  

İlyas Tapdıq 1965-ci ildə Hüseyn Ariflə birgə Kürdəmirdə 

Aşıq Əhmədin evində qonaq olarkən onun qərb aşıq üslubunda 

ifasının da şahidi olduğunu qeyd edir. «Aktyorlar evində» aşı-

ğın 60 illik yubileyinin iştirakçısı olmuş İ.Tapdıq yazır: «Gecə-

nin aparılmasını Aşığın xahişi ilə mənə tapşırmışdılar. Tamaşa-

çılar, onun şənliyinə  gələn insanlar Əhmədin üstünə gül-çiçək 

yağdırır, onun haqqında sənət adamlarının  dedikləri xoş sözləri 

alqışlayırdılar» (46, 90). 

Maraqlıdır ki, İ.Tapdıq Aşıq Əhmədin onun yaradıcılığına tə-

sirini də qeyd edir: «Mən də aşıq Əhmədin maraqlı, həyati söhbət-

lərindən bəhrələnib  əsərlərimdə istifadə etmişəm. «Balasını qurd 

aparmış, qəzəblənmiş ana camış» nağıl-poeması onun bir dəfə 

Kürdəmirdə  mənə söylədiyi olmuş  əhvalat  əsasında yazılmışdır. 

Əsərin  əvvəlində  də, sonunda da ustad sənətkarın adı xatırlanır» 

(46, 90). 

Xalq şairi, aşıq poeziyasının bilicisi Zəlimxan Yaqub Aşıq 

Əhmədlə bağlı fikirlərini belə açıqlayır: «Şirvan aşıq məktəbi 

deyiləndə hökmən yada Aşıq  Əhməd düşür.  Əvvəla ona görə 

 

 



 

— 38 —


ki, o, bizim müasirimizdir. Aşıq Əhməd kamil ustadlardan dərs 

alan, özünün öyrəndiklərini müasirlərinə, yetirmələrinə çatdı-

ran, bu sənəti gələcək nəsilə ərməğan edən bir sənətkar, kamil 

söz ustadı, şairdir. Şirvan bölgəsində çox məclislərdə, yığıncaq-

larda iştirak etmişəm. Elə bir yığıncaq, məclis olmayıb ki, Aşıq 

Əhmədin ustadnamələri, qoşmaları böyük ilhamla oxunmasın 

və xalq tərəfindən böyük rəğbətlə qarşılanmasın. 

 

Tale tərəqqidən salsa insanı, 



Atılıb-düşməyin nə mənası var? 

Bir bulaq gözündən qurusa, onu, 

Min yerdən eşməyin nə mənası var? 

 

Yüz rənglə naxış vur, min yol da bəzə, 

Sabah köhnələcək bugünkü təzə

Taleyin hökmüylə bağlanan gözə, 

Qızıldan çeşməyin nə manası var? 

 

Bu kiçik şeirdə  nə böyüklükdə  fəlsəfə var. Ədəbiyyat tari-



xindən bizə məlumdur ki, cild-cild əsərləri olan sənətkarlar xal-

qın yaddaşında qalmır, silinib gedir. Eləsi də var ki, cəmi dörd 

misra ilə tanınır, məşhurlaşır, yaddaşlara hopur. Aşıq  Əhməd 

belə sənətkarlardandır» (46, 91). 

Şair Qəşəm İsabəyli Aşıq Əhmədi «Koroğlu Aşıq» adlandı-

raraq yazır: «Aşıq Əhməd bir toydan gedəndən sonra söz-söh-

bəti yalan olmasın aylarla gedərdi; orta məktəb  şagirdlərindən 

tutmuş ahıl məclislərinəcən hara üz tutsaydıq görərdik ki, Aşıq 

Əhməddən danışırlar. Mənim görüb-bildiyim aşıqlar arasında 

Əhməddən qoçağı olmayıb, onun qabağına söz dığırlayan, mey-

danına pərtlik salan cəzasız qalmazdı. Hətta söyləyirdilər ki, 

aşığın sinəsində sazı var, belində baltası. Necə deyərlər, Əhməd 

Koroğlu aşıq idi» (46, 93). 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə