Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

 

 

 



— 43 — 

II FƏSİL 

AŞIQ ƏHMƏDİN POEZİYASI 

 

AŞIQ POEZİYASININ İDEYA-ESTETİK ƏSASLARI 

 

Müasir Azərbaycan aşıq poeziyası öz kökləri ilə  əski türk 

folkloruna və bu istiqamətdə yaranmış xalq şeirinə bağlanır. Bu 

fasiləsiz sənət estafeti ədəbiyyatı və musiqini özündə birləşdir-

məklə bütün hallarda sənət  ənənəsi və fikir fondunu öz etnik-

milli qaynağından götürür. Azərbaycan aşıq sənəti genezisi və 

tipologiyası baxımından oğuz və türk (etnik, milli-mədəni çev-

rələr, tarixi, sosial-siyasi inkişaf səciyyəsi, mədəniyyət kompo-

nentlərinin bəzi differensial əlamətləri və s. nəzərə almayaraq 

seçilir) tarixi-mədəni mərhələlərinin analoji sənət hadisələrinin 

zəminində yaranmış və onun davamı kimi səciyyələnir (84, 10).  

Eyni zamanda, "Azərbaycanın saz, söz və sənət tarixindən 

bütövlükdə türk – Turan aləminin çox aydın və sabit xəritəsi 

görünür. Dünyada türklərin yaşadığı  ərazilər, türklərin saldığı 

izlər hamısı burada kəsişir və qovuşur" (96, 65).  

Son dövr folklor araşdırmalarından da aydın olduğu kimi 

aşıq sənəti təsəvvüf fikrinin əsasında formalaşır, sufi inamının 

və fəlsəfənin praktikası kimi gerçəkləşir. Sənət kimi formalaşa-

nadək o sufi ayin, mərasim icraçılığında öz ədəbi-fəlsəfi, mis-

tik-dini,  əxlaqi-estetik  əsaslarını möhkəmləndirir. Təxminən 

XVI-XIX  əsrlər arasında baş ideyası "vəhdəti-vücud" olmaqla 

zəngin təsəvvüf poeziyası yaradılır. Miskin Abdal, Qurbani, 

Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələs-

gər, Aşıq Mirzə Bilal kimi haqq aşiqləri bu poeziyanın klassik 

nümunələrini təqdim edirlər. Haqqa qovuşmaq, ruhla ruhlan-

 

 

 



— 44 —

maq, canla-canlanmaq, şəriətdən-həqiqətə, "əhli-fənadan,  əhli-

bəqayə" yetişməyin sufi praktikası  mənəvi təmizlənmədən, 

paklanmadan keçir. Nəfslə mübarizədə qalib gələn sufi Tanrıya 

doğru gedən yolda pillə-pillə yüksəlir, ona qovuşur, onda əriyib 

əbədi dirilik qazanır. Bu ruhi bir prosesdir və onun əsasında 

Tanrı sevgisi (İlahi eşq) dayanır. Tanrı sevgisi insanda nəcib 

hisslər və duyğular doğurur. Tanrını sevən Tanrının yaratdıqla-

rını da sevir. Sufi ayinləri poeziyanın və musiqinin imkanların-

dan maksimum istifadə etməklə ekstatik məqam yaratmağa nail 

ola bilirlər. Bu yüksək vəcd məqamında Tanrı ilə Ruhun tə-

ması baş verir. Digər tərəfdən, bu məqamın özündə  də poe-

ziya yaranır. Yəni mistik aktın (ekstazın) başlanğıcında, orta-

sında və sonunda yaranan poeziya həmin mərhələlərə uyğun 

şəkildə reallaşmış olur.  

Ümumiyyətlə, aşıq poeziyası "türk etnik-mədəni sisteminin 

folklor informasiyasını, türkün Tanrı, təbiət və insanla mistik, 

abstrakt və real, tarixi təmasının poetik semantikasını sakral və 

profan duyğu və düşüncələrin etnopsixoloji davranış stereotip-

lərinin reallaşdığı xəlqi mahiyyət daşıyan sosial təbiətli ədəbi-

bədii mətn arsenalının  ən mükəmməl və sağlam nümunələrini 

özündə cəmləşdirir" (57, 4).  

Aşıq poeziyası özlüyündə  mənəvi kamilləşmə  fəlsəfəsinin 

poetik ifadəsidir. Aşıq adı da "müsəlman Şərqində geniş yayıl-

mış eşq fəlsəfəsi aşılayan lirikanın təsirindən gəlirdi. Şərq liri-

kasında "aşiq" anlayışı özlüyündə eşq yolçusu, ilahi eşqə tapı-

nan mənası daşıyırdı. Aşiq üçün varlığın canı, vəhdəti Tanrı eş-

qinə bağlıdır. Varlığı qəlbin gözü ilə sezmək onda Tanrını sez-

mək deməkdir. Öz "Məni"ilə Tanrının vəhdətini bu yolla anla-

maq deməkdir. Belə sevgi ötəri həvəslərdən uca dayanmağı tə-

ləb edir. Bunun üçün eşqin dönməz yolçusu, cəfakeşi olmaq gə-

rəkdir. Eşq aşiqlərin qəlbini, yolunu işıqlandıran Tanrı işığı sa-

yılırdı" (114, 4).  



 

 

 



— 45 — 

Sufı dünya modelinin makrokosm (Tanrı) və mikrokosm 

(insan) səviyyələri poeziyada müvafıq olaraq "məşuq" və 

"aşiq", "buta" və "haqq aşiqi" elementlərində öz ifadəsini tapır. 

Klassik poeziyada "şam və pərvanə" elementi sufı fəlsəfı kon-

tekstində oxşar vahid kimi çıxış edir və aşıq poeziyasının ana-

loji vahidləri ilə struktur-tipoloji çevrəyə daxil olur. Orta çağ 

aşıq poeziyasının sufi şeirində təbiət və cəmiyyət motivləri za-

hiri məsələlərdir. Bunların arxasında Tanrı sevgisi gizlənir. 

Əslində digər motivlər sufı ideyanın ifadə rəngarəngliyinə xid-

mət edir. Çeşidli forma gözəlliyi yaradır. Məzmun isə vahid 

ideya olaraq qalır. Məhz aşıq poeziyasında forma saxlanmaqla 

ideya istiqamətində  dəyişmə müşahidə olunur. Orta çağ  aşığı-

nın, sufinin ilahi idealı  tədricən real-estetik ideala çevrilir. 

XVIII-XIX  əsrlərdə  təkkələrin, ocaqların, zaviyələrin sıradan 

çıxması ilə Azərbaycan aşığı mistik ritual icraçılığı funksiyasını 

itirir və sənətçiyə çevrilir. Amma təsəvvüf epoxasının poeziyası 

sənətçi aşığın repertuarında saxlanıldığından sənətin sonrakı in-

kişafında poetik kriteriyaları müəyyənləşdirən  ətalət gücünü 

saxlayır XIX-XX əsrlər aşığı sovet dönəminə qədər əski ənənə-

ləri qoruyur. Poeziyada mənəvi dəyərlərin tərənnümü sufi priz-

masından təsəvvüf kontekstində verilir. Sovet dönəminin ateist 

mühitində, nəinki insanın ilahiləşdirilməsi və ilahinin insanlaş-

dırılması baş verir, əksinə, Tanrı-insan münasibətində  əski et-

nik, təsəvvüfi və dini dəyərlərin çökməsi başlayır. Bu tipli poe-

ziya qeyri-leqal fəaliyyət sferasına sıxışdırılır. Təbii ki, bu yek-

nəsək sosial-mədəni şərait XX yüzilin 20-90-cı illəri arasıındakı 

70 ilə aiddir. Müstəqilliyimizi qazandığımız son on iki ilin real-

lığı isə tamamilə fərqlidir. Doğrudur, indi təsəvvüfi poeziya ya-

ranmasa da, dini və milli-mənəvi dəyərlərin poetik ifadəsi müa-

sir dövrün aşıq poeziyasında geniş yer almışdır. 

Azərbaycan aşıq poeziyası çeşidli istiqamətlərdən araşdırıl-

sa da (74; 98; 65; 138; 9; 75; 100; 108 və s.), mənəvi dəyərlərin 

 

 



 

— 46 —


fəlsəfi-estetik konteksti yetərincə öyrənilməyib. Nəzərə alsaq 

ki, aşıq poeziyasında estetik duyğu ilə  əxlaq duyğusu vəhdət 

təşkil edir, Aşığın zəngin çalarlı gözəllik anlayışı əslində əxlaq 

gözəlliyini ucaltmağa xidmət etdiyini anladır. Fiziki gözəlliyi 

vəsf etsə belə, insan xarakterinin yüksək keyfiyyətlərinə üstün-

lük verdiyini göstərir. Aşıq mərdliyi, nəcibliyi, ülvi məhəbbəti 

təsdiqləyəndə, eyni zamanda, öz estetik idealını  təsdiqləyirdi, 

təbiət gözəlliklərini, güllərin, rənglərin ürək açan ahəngini in-

san gözəlliyi ilə nisbətdə mənalandırırdı. Təbiətə həssas müna-

sibət aşılaması mahiyyətcə insanın özünə olan xeyirxah müna-

sibətin ifadəsi idi (114, 5). Bu baxımdan aşıq  şeirinin estetik 

mahiyyəti özünü müxtəlif hadisələr, keyfiyyətlər vasitəsilə  tə-

zahür etdirir. 

Aşıq poeziyasının estetik məzmununu öyrənmək üçün onun 

bir çox keyfiyyətlərini ayrılıqda təhlil etmək lazım gəlir. "İnsan 

və onun mənəvi dünyasının estetik təcəssümü belə keyfiyyətlər-

dən biridir. Aşıq poeziyasında estetik duyğunun qaynağı insan, 

onun təbiətə və insanlara münasibətidir. İnsanın dünyada yeri, 

insanlıq vəzifəsi aşıq poeziyasında sənətin başqa sahələrində ol-

duğu kimi mərkəzi yer tutur. Həm təbiət, həm insan estetik gö-

zəllik baxımından aşıq şeirində özünəməxsus şəkildə mənalan-

dırılır. Əlbəttə, aşıq poeziyası gerçək aləmə daha yaxından tə-

mas etdiyi üçün ilk növbədə  təbiətin, insanın xarici gözəlliyi 

şeirə, sözə gətirilir. Xarici gözəllik ahəngdar biçilmiş, insan qa-

mətinin, təbiətinin, rənginin, ahənginin, musiqisinin gözəlliyi 

kimi təqdim edilir. Ancaq xarici gözəlliyin tərənnümü başqa sə-

nət sahələrində olduğu kimi, aşıq sənətində də məzmun gözəlli-

yinin açılmasına körpüdür. Elə məzmun gözəlliyinin özü insan 

varlığına tətbiq edildikdə  mənəvi gözəlliklərin, yüksək  əxlaqi 

keyfiyyətlərin məcmusu kimi özünü göstərir" (68, ll).  

Aşıq poeziyasının fəlsəfi-estetik problemlərindən danışar-

kən O.Əfəndiyev yazır ki, "mənəvi gözəlliyin aşıq şeirində təs-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə