Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

 

 

 



— 75 — 

aşiqin məhəbbət yolundakı cəfakeşliyini, sabit qədəm olmasını, 

aşiq ilə məşuqun iztirab və sevinclərini təsirli boyalarla vermiş-

lər» (73, 9). 

Akademik M.İbrahimova görə, müasir aşıq poeziyası «təsdi-

qedici, müsbət mündəricə ilə yanaşı, həyatın mənfi təzahürlərini, 

köhnəlik qalıqlarını, köhnə  əxlaq və  vərdişlərdən qurtarmamış 

adamların tənbəllik, tüfeylilik, əməyə xor baxmaq kimi sifətlərini 

də qırmaclayır»... (80, 79). 

Professor V.Vəliyev aşıq poeziyasında məhəbbət mövzu-

sunu belə  şərh edir: «Məhəbbət mövzusuna həsr olunan aşıq 

şeirləri intim hisslərin tərənnümünə  həsr olunsa da onlar real 

həyatdan təcrid olunmamışlar» (138, 153).  

Klassik aşıq poeziyasından gələn bir sıra ənənələri müasir 

ustad aşıqlar da qoruyub saxlamaqdadırlar. Bu, xüsusilə aşığın 

söz repertuarına aiddir. Əvvələn, hər bir aşıq Qurbanini, Xəstə 

Qasımı, Abbas Tufarqanlını, Ələsgəri, Bilalı əzbər bilir. Və bu 

poetik ehtiyat onun yaradıcılığına da yön verir, istiqamətləndi-

rir. Bu mənada poeziyada rabitə qırılmır, əski irslə əlaqə kəsil-

mir. Orta çağdaş ilahi eşqin tərənümü Sovet dönəmində «ideal 

cəmiyyətin» tərənnümü ilə əvəzlənsə də poeziya mahiyyətcə öz 

əski xarakterini qoruya bilmişdir. 

Sovet dönəmində məhz klassik sənətə daha çox sadiq qalan 

sənətkarlardan biri kimi Aşıq  Əhmədin məhəbbət lirikası çox 

geniş əhatə dairəsinə malikdir. Folklorşünas alim S.Qəniyev ya-

zır: «Aşıq  Əhmədin yaradıcılığını bir söz gülüstanına bənzət-

mək olar. Gülüstanda hər gülün, hər çiçəyin öz ətri, öz hüsnü, 

öz rəngi olduğu kimi, Aşıq  Əhməd «gülüstanındakı» hər bir 

şeirin də öz gözəlliyi var. Klassik aşıq poeziyasının  ən gözəl 

mövzu, motiv və ənənələri Aşıq Əhməd poeziyasında öz əksini 

tapmışdır. Aşıq Əhmədin yenilikçi sənətkar kimi bir fərqləndi-

rici cəhəti də ondadır ki, o, klassik aşıq poeziyasının ən qaynar 

çağlarından üzü bəri yüzillərlə yol gələn ənənəvi aşıq deyimlə-

 

 



 

— 76 —


rinə («dilim», «könül», «dünya», «söz», «gözlərin» və s.) yeni 

məna, yeni nəfəs, yeni deyim tərzi verə bilir» (99, 183). 

 

Əhməd deyir: şirin danış, xoş məzə, 

Düşsün ağızlara el gəzə-gəzə, 

Yol tap ürəklərə, könüllər bəzə, 

Söz sənə çatmasa, danışma dilim! (16, 24) 

 

Təbiət gözəlliyi aşığın yaradıcılığında zəngin boyalarla iş-



lənir, insan gözəlliyi ilə qoşalaşır və onunla paralel şəkildə təq-

dim olunur: 

 

Qışı qardı, yazı güllü-çiçəkli, 

Təbiət naxışlı, cənnət bəzəkli,  

Ağ bulud çatmalı, duman örpəkli,  

Qız-gəlin tək həyası var dağların (16, 71) 

 

Gəl dinlə Əhmədi, a nazlı afət! 



Təbiət hərəyə verib bir xislət,  

Sən mənə nifrət et, mən sənə hörmət, 

Sənə elə, mənə belə yaraşır (16, 57-58). 

 

Aşığın poeziyasında məhəbbət mövzusunun çoxlu çalarları 



müşahidə olunur. İnsan və təbiət, insan və insan, insan və onun 

mənəvi aləmi və s. İnsan kontekstində olan məhəbbət lirikasın-

da da aşıq sevgini adiləşdirmir, onu bayağılığından uzaq poetik 

zirvəyə eşq yüksəkliyinə qaldırır: 

 

Sərrafınam, gövhər-kanım səndədi, 

Çırpınan ürəyim, qanım səndədi, 

Əhməd deyir: cismim, canım səndədi, 

Sən dönsən, mən səndən dönə bilmərəm (16, 55). 



 

 

 



— 77 — 

 

və yaxud: 



 

Yüz il baxsa gözlərimə gözlərin 

 Demərəm kəsilsin arası, bəsdir, 

 Sənə nə lazımsa, özün bilirsən, 

 Mənə gözlərinin qarası bəsdir (16, 56). 

 

Aşığın poeziyasında məhəbbət mövzusu insanın zahiri gö-



zəlliyindən daha çox daxili, mənəvi gözəlliyini əhatə edir:  

 

Kərəmsiz adamlar quru ağacdır, 



Qaçıb kölgəsində durmağa dəyməz,  

Etibarsız dostun, vəfasız yarın, 

Yolunda canını yormağa dəyməz. 

 

Aşıq sözə,  şeirə, sənətə çox həssas və  tələbkar yanaşır, 

onun, eyni zamanda, geniş kütlənin, xalqın duyğu və düşüncə-

lərini ifadə etməsinə çalışır: 

 

Əhməd, çox ucadır sözün şöhrəti,  

Sözdür vəsf eləyən saf məhəbbəti,  

Ölümü öldürər sözün hikməti, 

Hər sözün bir bahar küləyi olsun. 

 

Nümunələrdən də göründüyü kimi, aşıq məhəbbət lirikasın-



da gözəllik motivlərindən istifadə edərək insanın daxili dünya-

sına, mənəvi-ruhi aləminə sirayət edir, onu gözəl əməllərə, fay-

dalı işlərə ruhlandırır, əxlaq və ədəb-ərkanlı həyat tərzinə dəvət 

edir. «Aşıq dağları tərənnüm çevrəsinə çəkəndə də ustad bir sə-

nətkar kimi həyatın ulu hikmətlərindən danışanda da, sözün son-

suz sehri qarşısında duyduğu heyrəti poetik misralara çevirəndə 

 

 

 



— 78 —

də eyni dərəcədə səmimi və sənət duyğusuna malik sənətkardır... 

Aşıq dağları canlandırır, insana yaxınlaşdırır, onun poetik duyu-

munda dağ insanlaşır; çalmalı, örpəkli canlıya, həyalı, ürkək 

qəlbli qıza - gəlinə bənzəyir» (99, 184). 

Aşıq Əhməd şeiri klassik aşıq yaradıcılığından, xalq müdrik-

liyindən, folklordan və klassik ədəbiyyatdan qaynaqlanır, onun 

ən mükəmməl ənənələrini davam etdirir. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə