Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

 

 

 



— 79 — 

ŞEİRLƏRİN JANR ƏHATƏSİ 

 

Aşıq  Əhmədin yaradıcılığı janr rəngarəngliyi baxımından 



geniş əhatə dairəsinə malikdir. Aşıq Əhməd xalqın gün-güzəra-

nına, ruhuna və ana dilinin incəliklərinə  dərindən bələd oldu-

ğundandır ki, onun yaratdığı müxtəlif çeşidli  şeirlər fitri qabi-

liyyətə malik bir sənətkarın dəst-xəttini, özünəməxsus poetik 

nəfəsini təsdiq edir. Onun şeirlərində forma və məzmun vəhdəti 

elə sərrast qurulmuşdur ki, bunların biri o birini üstələyə bilmir, 

əksinə bu cəhətlər bir-birini tamamlayır. 

Sənətkarın yaradıcılıq irsi üzərində müşahidələr onun zən-

gin poeziyasının öz gücünü, qüdrətini xalqımızın qəhrəmanlıq 

keçmişi, mənəvi dəyərlərimiz, cənnət misallı yurdumuzun gö-

zəlliklərindən, bənzərsizliklərindən aldığını bir daha təsdiqləyir. 

Yaradıcılığının janr çevrəsi, əhatə dairəsi baxımından bu zəngin 

poeziyanı iki istiqamət üzrə ayırmaq mümkündür: 

1) aşıq poeziyasının davamı kimi; 

2) klassik poeziyanın davamı kimi. 

Uzun illər Şirvan aşıq mühitinin sənət ənənələrini yaşadan 

və uğurla davam etdirən ustad sənətkar bu çətin poetik ehtiyat-

lardan maksimum dərəcədə faydalanmış, dərin məzmunlu, 

müxtəlif janrlı poeziya nümunələri yaratmışdır. Məsələnin bu 

aspekti geniş  şəkildə araşdırılacaqdır. Aşıq  Əhməd ustad aşıq, 

kamil sənətkar, savadlı şair olmuşdur. Müasir Azərbaycan aşıq-

lığı üçün xarakterik olan xüsusiyyətlər Aşıq Əhməd yaradıcılı-

ğına da aiddir. 

Məlumdur ki, XX əsr, xüsusilə də sovet dönəmi Azərbay-

canda təhsilin kütləviləşdiyi bir dövrdür. Bu dövrdə yaşayıb-ya-

radan el sənətkarları da təhsilli insanlardır. Məsələnin bu tərəfi 

müasir aşıq yaradıcılığını araşdırarkən nəzərdən qaçırılmamalı-

dır. 


 

 

 



— 80 —

Aşıq  Əhməd  şəxsi mütaliəsi sayəsində  şifahi  ədəbiyyatla 

yanaşı, yazılı ədəbiyyat və onun görkəmli nümayəndələri ilə ta-

nış olmuş, onları dərindən öyrənmişdi. Zəngin ədəbi irsi öyrən-

məsi nəticəsində o həm yazır, həm öyrənir, həm müşahidə edir, 

həm müqayisə edir, həm də nəsihət edirdi. Onun bu tipli yaradı-

cılıq istiqamətlərində  həm nəsihət ruhlu klassik poeziya, həm 

də «tənqidi» ruhlu realist şeirin təsirləri görünür. O, şifahi və 

yazılı ədəbiyyata, keçmişə və bu günə, klassik irsimizə və müa-

sirlərimizə tam bələd olan ustad aşıq və bənzərsiz şair idi. 

Məlumdur ki, aşıq poeziyası ilə yazılı  ədəbiyyat təmasda 

olmuşdur. Yazılı  ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli, 

Xətai, Vaqif kimi görkəmli simalarının poemaları və lirik şeir-

ləri əsrlərlə aşıqlarımızın yaradıcılığına hopmuş, onların sazın-

da, sözündə, el şənliklərində, toylarda xalqa çatdırılmış, dildən-

dilə düşmüş, müdrik kəlamlara çevrilmişdir. Təsadüfı deyil ki, 

bütün yaradıcı aşıqlar kimi Aşıq Əhməd də Nizami «Xəmsə»si-

nin, Füzuli qəzəllərinin, Xətai və Vaqif qoşmalarının vurğunu 

olmuş, onlardan bəhrələnmişdir: 

 

Əhməd-Fərhad, sən vəfalı Şirin yar,  



Kəs, doğra bağrımı şirin-şirin yar!  

Qoy əmim ləbini şirin-şirin yar,  

Behiştə sağ gedər ay əmən səni... (16, 106) 

 

və yaxud: 



 

Əhmədi eylədin hicran düşgünü,  

Hər aşıq ömrünə yazdın beş günü,  

Leyli-Məcnun, Fərhad-Şirin eşqini,  

Qara torpaqlara qatdın, a dünya (17, 15). 

 

Aşıq Əhməd yaradıcılığında klassik ədəbiyyatdan gələn qə-




 

 

 



— 81 — 

zəl janrı da müşahidə olunur. Bu kimi örnəklər aşığı bir şair 

kimi də səciyyələndirməyə imkan verir: 

 

Röyada yarım ilə qılmışam ülfət bu gecə. 



O zavallım da məni yad edib, əlbət, bu gecə (16, 119). 

 

Nizamidə: 



 

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, 

Üzü aydan da gözəl nazlı-nigar gəlmiş idi (16, 122). 

 

Digər nümunələrdə də qəzəl janrının klassik ədəbiyyatın tə-



siri ilə yarandığı görünməkdədir: 

 

Məni tənha qoyub, ey sərvi-sənubər, elə getmə!  



İnsaf et, can quşumu eyləyib şikar,  elə getmə! 

 

Bu tipli qəzəllərdə  Nəsiminin, Füzulinin təsirlərini müəy-



yənləşdirmək mümkündür. Amma bu məsələnin yalnız bir tərə-

fidir və şeir mədəniyyəti tariximizdə oxşar örnəklərin istənilən 

qədər nümunələrini aşkarlamaq mümkündür. Amma qəzəl jan-

rının  Şirvan aşıqlarının söz repertuarına daxil olması  təkcə 

ədəbi təsirlərlə və ya müasir aşığın mühitilə, imkanları ilə əla-

qəli deyildir. Məlumdur ki, aşıqlıq funksional, işlək bir sənət 

sahəsidir. Bu sənət məclislərdə, şənliklərdə, toy mərasimlərində 

gerçəkləşir. Aşığın söz və musiqi repertuarına ən çox təsir edən, 

onu müəyynələşdirən başlıca fakt dinləyici, mərasim iştirakçıla-

rıdır. Aşıq ona olunan sifarişi yerinə yetirməyə hazır olmalıdır. 

Şirvan toylarında və başqa musiqi və şeir məclislərində muğa-

mın geniş şəkildə yayıldığı məlumdur. Bizə görə, Şirvan aşıqla-

rının söz repertuarına qəzəl janrının daxil olması məhz muğam-

la bağlıdır. Çünki muğam, əsasən, qəzəl üstündə oxunur. Bu sə-

 

 

 



— 82 —

bəbdən də, Şirvan aşıqlığında qəzəl janrına da yer verilir. Aşıq 

Əhməd də ustad sənətkar və yüksək təbli şair kimi mükəmməl 

qəzəl nümunələri yaratmışdır. Bu nümunələr klassik ədəbiyya-

tın kamil sənət  əsərləri ilə bir sırada durur və bütün mümkün 

poetik göstəricilər üzrə müqayisə oluna bilər. 

Aşıq Əhməd yaradıcılığında yazılı ədəbiyyatla ortaq janrlar-

dan biri də növhələrdir. Məlum olduğu kimi, «növhə – Şərq şeir-

lərində mərsiyəyə oxşar matəm nəğməsidir. Erkən orta əsrlərdən 

başlayaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda ge-

niş yayılmışdır. Ənənəyə görə istər islam müqəddəslərinin, istər-

sə də ümumiyyətlə müsəlmanların cənazəsi yanında yaxud onlar 

üçün düzəldilən matəm məclislərində mərsiyədən əvvəl oxunur. 

Çox vaxt qadınlar ifa edirlər. Növhə  şəbih tamaşalarının  əsas 

ədəbi ünsürlərindən biridir» (111, 158). 

Aşıq Əhməd yaradıcılığında 1990-cı il 20 yanvar faciəsi ilə 

bağlı yazılmış  şeirlərdə növhə janrına müraciət olunmuşdur. 

Aşıq milli faciəyə, haqsızlığa dözməmiş, ona münasibətini kə-

dərli misralarında ifadə etmişdir. Günahsız «20 Yanvar» şəhid-

lərini aşıq müqəddəs şəhadət simvolu olan «Kərbəla şəhidləri» 

ilə müqayisə etmiş, bu mücadiləyə də eyni məna vermişdir: 

 

Ayazlı şaxtalı, soyuq havada, 



Elan edilməmiş qanlı davada,  

On doqquz yanvarı salanda yada,  

Gör nə şəhidi-şühadadır, Bakı!  

 

Qətligahı - Kərbibəladır, Bakı! (16, l36-137). 

 

Aşıq  Əhməd yaradıcılığında mərsiyələrə  də rast gəlinir. 



Qədim türk yazılı abidələrində mərsiyə şeir formasının məzmu-

nuna və funksiyasına uyğun «saqi» termini işləndiyi bəllidir. 

Azərbaycan folklorunda matəm, yas, kədər məzmunlu  şeirlərə 

«ağı» deyilir. Ağıların xalq yaradıcılığında müxtəlif formaları 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə