Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 

 

 



— 67 — 

prinsipiallıq və b. əxlaqi-mənəvi keyfiyyətlər peyğəmbərin və 

ailəsinin simasında insanlara ən gözəl örnək kimi təqdim olu-

nur. 


b) İctimai-siyasi şeirlər. 

Aşıq Əhməd bir ustad sənətkar kimi el şənlikləri ilə yanaşı 

rəsmi ictimai-mədəni tədbirlərdə  də  fəal iştirak etmişdir. Öz 

dövrü üçün xarakterik olan əmək kollektivlərindəki görüşləri, 

mədəni tədbirlərdə  iştirakı ona bir el ağsaqqalı statusu qazan-

dırmışdır. Dövrün və dövranın gərdişinə, xalqın, vətənin və 

dövlətin taleyində baş verən hadisələrə aktiv münasibət nüma-

yiş etdirmiş, bu münasibəti  şeirlərində ifadə etmişdir. «Bakı» 

adlı növhəsində «20 yanvar» faciəsi bədii-poetik əksini tapır: 

 

«Çağrılmamış top-tüfəngli ordular, 



Bakıya soxulub bizi qırdılar, 

Tibbi yardım edəni də vurdular, 

Gör nə şəhidi-şühədadır Bakı! 

Qətligahı-Kərbibəladır Bakı! 

 

Bu haqsız odlarda yanan sönərmi? 

Ölən- öldü, bir də geri dönərmi ? 

Günahsızı qırıb çatmaq hünərmi? 

Gör nə şəhidi-şühədadır Bakı! 

Qətligahı-Kərbibəladır Bakı!» (16, l37) 

 

«20 yanvar» faciəsinin ictimai həyatımızdakı təsiri, bir tə-



rəfdən azadlıq mücadiləsi, haqq işi uğrunda mübarizə aparanlar 

və onları dəstəkləyənlərə qarşı etiraz dalğası, digər tərəfdən, o 

zamankı respublika və  mərkəzi hakimiyyətin haqsız mövqeyi 

aşığın diqqətindən yayınmamış, poeziyasından kənarda qalma-

mışdır. Yəni gerçəklik öz dolğun  əksini aşığın poeziyasında 

tapa bilmişdir. «20 Yanvar» şəhidləri həm günahsız öldürülən 

 

 

 



— 68 —

insanlardı, həm də azadlıq mücadiləsinin qurbanlarıdır. Məhz 

bu hadisənin fonunda ermənipərəst qüvvələrin mənfur  şeytani 

siması daha aydın göründü. Çünki bu zamana qədər hələ Mosk-

vanın  məsələni  ədalətli həll edəcəyinə inam vardı. «20 Yan-

var» bu inamın və ümidin son nöqtəsi oldu. 

Aşıq Azərbaycana qarşı törədilmiş bu haqsızlığı belə ifadə 

edir: 


 

Yasa batıb Azərbaycan ölkəsi, 

Ərşə bülənd olub xalqın haqq səsi.  

Günahkardan yerin-göyün yiyəsi,  

Bizi yaradana şikayətim var! (16, l38) 

 

Aşıq Əhmədin poeziyasında vətən və vətəndaş kateqoriya-



ları, dövlət və millət düşüncəsi mükəmməl şəkildə, zəngin poe-

tik boyalarla işlənir. Böyük Vətən müharibəsinin iştirakçısı ol-

muş aşıq Qarabağ savaşından da kənarda qalmır. Səngərləri gə-

zir, müxtəlif tədbirlərdə çıxışlar edir, sazı və sözü ilə əsgərləri-

mizi döyüşə ruhlandırır, onlarda qələbə əzmi aşılayır: 

 

Dəliqanlı igidlərim, atlanın, 



Düşmən Qarabağı almasın gərək! 

Laçından, Şuşadan, Ağdamdan keçib, 

Hər elə, obaya dolmasın gərək? 

        

Vətən gedir, dövlət gedir, var gedir, 

Millət gedir, sərvət gedir, bar gedir.  

Namus gedir, qeyrət gedir, ar gedir,  

«Sən öldün, mən qalım» olmasın gərək? 

 

Aşığın ayrı-ayrı  qəhrəman döyüşçülərə  həsr etdiyi şeirləri 



vardır: 


 

 

 



— 69 — 

 

Cəsur, igid, baş leytenant rütbəli,  



Tahir, mərd yaratdı, yaradan səni.  

Koroğlu qeyrətli, Babək cüssəli,  

Nə ölüm qorxutdu, nə də qan səni. (16, l25). 

 

Aşıq Əhməd bir sənətkar – vətəndaş olaraq ictimai həyatın 

ən ümumi, milli xarakterli problemlərinə nüfuz edir, öz ağsaq-

qal tövsiyələrini sənətin incə  və  zəif boyalarına bürüyərək ic-

timai fikrə təqdim edir; həm düşündürür, həm də duyğulandırır. 

Məlumatı, bilgini, nəsihəti poetik-estetik mükəmməllikdə, xalq 

ruhu ilə yoğrulmuş  bədii söz qəliblərində  təqdim etdiyindən 

onun təsiri və effekti də güclü olur. Aşıq yurdun yağıdan qorun-

ması üçün savaş nəğmələri söyləyir, onları «Koroğlu havaları» 

üstündə oxuyur. Aşığın poeziyası zamanın nəbzinə köklənmiş, 

onun sevinc və kədərini öz misralarına hopdurmuşdur. 

Müstəqillik dönəminin ilk illərində ölkədəki xaos və anar-

xiya, başsızlıq, yiyəsizlik  aşığın poeziyasına xüsusi seçilən bir 

mövzu – rəhbər mövzusu da gətirmişdir. Doğrudur, Sovet dö-

nəmində proletariatın «dahi rəhbəri» geniş  şəkildə  tərənnüm 

olunurdu. Amma Aşıq Əhmədin rəhbər silsiləsindən olan şeir-

lərində Öndər millətin içərisindən seçilir və vətənin xoş günün-

də öyülür, dar günündə axtarılır, ona xitab olunur. 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar 

mədəniyyət xadimi, ustad sənətkar Aşıq Əhmədin yaradıcılığın-

da ulu öndər Heydər  Əliyev  şəxsiyyətinə, onun müasir tarixi-

mizdə tutduğu fenomenal mövqeyinə, respublika rəhbəri kimi 

geniş  və çoxşaxəli fəaliyyətinə  həsr olunmuş mükəmməl poe-

ziya nümunələri mühüm yer tutur. Dövlət başçısının və ya xalq 

və millət üçün böyük xidmətləri olan şəxsiyyətlərin milli poetik 

ənənədə tərənnümü məlum hadisədir. Bizim mifoloji əcdadımız 

Oğuz xandan üzü bəri bütün dövrlərdə böyük şəxsiyyətlər ədə-

 

 



 

— 70 —


biyyatın mövzusu olub və onlara xalq məhəbbəti, el sevgisi 

məhz  ədəbi mətndə öz bədii ifadəsini tapıb. Bu mənada Aşıq 

Əhmədin Heydər  Əliyev  şəxsiyyətinə müraciəti, ona poetik 

abidə ucaltması milli ədəbi  ənənəyə  əsaslanır. Xalqın rəhbərə 

minnətdarlıq duyğusu və düşüncəsi məhz bu şəkildə  sənətkar 

dilində və sənət hadisəsində öz ifadəsini tapır. 

Aşıq Əhmədin Heydər Əliyevə həsr etdiyi poetik nümunə-

lərin tarixi yetmişinci illərdən başlanır. Təxminən 30 illik bir 

dövrdə ardıcıl  şəkildə Heydər  Əliyev  şəxsiyyətinə üz tutan, 

poetik enerjisini rəhbərə olan sonsuz sevgisindən alan Aşıq 

Əhmədin bu kontekstdə yaradıcılıq nümunələrini  şərti də olsa 

iki yerə ayırmaq olar: 

-Sovet dönəmində yaradılan əsərlər; 

-Müstəqillik dövründə yaradılan əsərlər. 

Mövzu baxımından bunların arasında sərhəd yoxdur. Yal-

nız hər dövrün öz sosial ovqatı  əsərlərdə öz əksini tapır. Aşıq 

Əhmədin sovet dönəmi yaradıcılığında H.Əliyev  şəxsiyyətinin 

rəhbər və xalq konteksti daha qabarıq müşahidə olunur. Vaxtilə 

ölkədə  kənd təsərrüfatı  işlərini yüksək səviyyədə  təşkil edən 

respublika rəhbəri tez-tez rayonlara və kəndlərə gedir, əmək və 

zəhmət adamları ilə görüşür, onların qayğılarını öyrənir, prob-

lemləri operativ şəkildə  həll edir, qabaqcılları mükafatlandırır, 

bununla da əmək adamlarına yeni-yeni zəfərlər qazanmaq üçün 

sonsuz ruh verirdi. Ulu öndər H.Əliyevin tarla düşərgələrində 

keçirdiyi görüşlərin  ədəbi-bədii salnaməsinin bir hissəsi Aşıq 

Əhməd yaradıcılığının  yaddaşında yaşayır. 1977-ci ildə H.Əli-

yev Kürdəmirə  gələrkən görüşdə söylənilən aşağıdakı  şeirin 

misralarında xalq sevgisi özünün nikbin ifadəsini tapır: 

 

Qoy sözümü deyim mərdü-mərdana,  

Hər qədəmin layiqdi yüz qurbana. 

Arzum budur sizin kimi loğmana,  



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə