Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

 

 

 



— 71 — 

Allah min il ömür verə, rəhbərim!  

 

Aşıq tarla düşərgəsində respublika rəhbərinin qarşısında 



verdiyi konsertlərdən birində deyir: 

 

Bir saz tutum rəhbərimin şəninə, 

Nəğmə qoşum bu məclisdə söyləyim. 

Bir «Gəraylı», bir «Koroğlu» havası, 

Birin də «Ordubad» üstə söyləyim. 

 

1988-1992-ci illərdə Azərbaycanın başına gələn müsibətlər, 



faciəli günlər aşığın yaradıcılığından kədər notları ilə keçir: 

 

Beş-on ildi bilirsiniz, a dostlar,  



Bizim başımıza nələr gəlibdi.  

Ölümlü, itimli, qanlı, qadalı,  

Burulğanlı neçə sellər gəlibdi. 

 

Ulu öndərin 1993-cü ilin 15 iyununda respublika rəhbərli-

yinə qayıdışı  aşığın  şeirlərində böyük sevinc hissləri ilə ifadə 

olunur: 


 

Əhmədəm, sözümü yetirdim sona,  

On beş iyun səda saldı hər yana.  

Gözlərimiz aydın, Azərbaycana,  

Yenə rəhbər cənab Heydər gəlibdi (17). 

 

Çünki Heydər Əliyev şəxsiyyəti hələ sovet dönəmindən in-



sanların qəlbində böyük məhəbbət duyğuları ilə silinməz izlər 

qoyub: 


 

Heydər baba, sənin bütün dünyada,  

 

 



 

— 72 —


Öz adın, öz yerin, öz hörmətin var.  

Qayğıkeş atalıq əməllərinlə  

Xalqımın qəlbində məhəbbətin var (17). 

 

1993-cü ildən başlanan demokratik, dünyəvi dövlət qurucu-

luğu, ölkədə siyasi sabitliyin və ictimai asayişin bərpası istiqa-

mətində aparılan gərgin fəaliyyət aşığın həssas müşahidələrin-

dən kənarda qalmır: 

 

Bir səs gəlir qulağıma hər eldən, 



Qazaxdan, Gəncədən, Muğandan, Mildən. 

Min doqquz yüz doxsan üçüncü ildən 

Dahi, müdrik rəhbəri var xalqımın.  

 

 

 

Lissabonda durub mərdü mərdana,    

Haqq sözünü sübut edən cahana,  

Zəka ordusuyla Ermənistana,  

Zərbə vuran  sərdarı var xalqımın. 

Amerikada haqq danışıb, mərd duran, 

907 tilsimin sındıran, 

Erməni xülyasın odda yandıran, 

Zati-Ali-Heydəri var xalqımın! (17) 

 

1995-ci ilin avqust ayının 5-də «Şərqin səsi» qəzetində nəşr 

olunmuş «Hörməili Prezidentimiz Heydər  Əliyev cənablarına 

açıq məktub»da böyük şəxsiyyətin fəaliyyəti poetik şəkildə təs-

vir olunur: 

 

Ey xalqımın mərd, qayğıkeş rəhbəri, 



Sadiq sərkərdəsi, müdrik əsgəri, 

Adının sahibi Heydəri-Kərrar, 

Sözünlə hərb evin etdi tarimar (17). 


 

 

 



— 73 — 

 

Aşıq Əhməd yaradıcılığında cənab H.Əliyevin ad günlərinə 



həsr olunmuş şeirlər geniş silsilə təşkil edir. Belə şeirlərdən bi-

rində («Mübarək») aşıq deyir: 

 

Aşıq Əhməd deyir: gün o gün olsun, 

Zəkanız sülh ilə qələbə çalsın, 

Xankəndində heykəliniz ucalsın, 

Gedib Sizi orda təbrik eyləyək, 

Deyək, rəhbər, ad gününüz mübarək! 

 

Aşığın «Xalqımın», «Rəhbərim», «Söyləyim», «Əlləriniz 



yorulmasın», «Mübarək», «Heydər bulağı», «Gəlibdi», «Var», 

«Səs verək» rədifli qoşma, gəraylı və müxəmməsləri, eləcə də, 

bir sıra başqa şeirləri cənab H.Əliyevin rəhbər obrazını mükəm-

məl poetik forma və  məzmunda təqdim edir. Ən başlıcası isə 

odur ki, bu şeirlərin hər birində ustad sənətkarın böyük rəhbərə 

sonsuz sevgisi aydın şəkildə görünür. 



c) Məhəbbət mövzusunda şeirlər.  

Estetiklərin də qeyd etdiyi kimi, məhəbbət mövzusu aşıq 

şeirində iki şəkildə özünü göstərir. Bir tərəfdən bütün estetik 

mahiyyətin ifadə olunduğu vasitə kimi, digər tərəfdən isə onun 

özü kimi. Aşıq şeirində digər mövzu və motivlər sevgi ilə ger-

çəkləşir. Qəhrəmanlıq, vətənpərvərlik, yüksək  əxlaq və  mənə-

viyyat və s. bunların hər biri sevmək və sevdirmək vasitəsilə es-

tetik mahiyyət qazanır. Aşıq tərənnüm etdiyi obyekti və sub-

yekti gözəl keyfiyyətləri ilə təqdim edir, onu sevir və sevdirir. 

Yalnız bundan sonra seçilmiş mövzu estetik dəyər qazanır. 

«Ümumiyyətlə  şifahi və yazılı  ədəbiyyatımızın seçilib sevilən 

nümayəndələrinin yaradıcılığında bəşəri məhəbbətin tərənnümü 

mühüm yer tutur. Onlar bu mövzuya tez-tez müraciət edərək 

bir-birini təkrar etməyən lirik, həzin, zərif duyğuların tərən-

 

 

 



— 74 —

nümü olan sənət nümunələri, bədii  lövhələr yaratmışlar. Bu 

lövhələrdə gözəllərin qeyri-adi xüsusiyyətləri, gözəllik idealı 

dolğun, məzmunlu misralarla çox təbii verilmişdir» (108, 25).  

Aşıq poeziyası bütövlükdə gözəlliyin tərənnümüdür. Bu-

rada Tanrı, təbiət, insan və onun daxili aləmi  şeirin, lirikanın 

əsas mövzuları olur və müxtəlif  şəkildə  bədii ifadəsini tapır. 

Professor V.Vəliyevin yazdığı kimi «xalq poeziyasını yaradan 

və yaşadan sənətkarlar, hər şeydən əvvəl, öz bədii yaradıcılıqla-

rında mənsub olduqları xalqın məişətini, bu gündən doğan gələ-

cəyini, təbiət və cəmiyyət haqqında düşüncələrinin bədii mən-

zərəsini əks etdirmişdir» (137, 4).  

Məhəbbətin kamil bədii lövhələrlə verilməsi onun estetik 

təsirliliyini artırır, onda ötürülən ideyanın yaddaşlarda yaşama-

sını təmin edir. «Məhəbbətin tərənnümü yolu ilə böyük həqiqət-

lərin şərh edilməsi nadir və təəccüblü bir hadisə deyildir. Biz bu 

bədii üsula bütün xalqların  ədəbiyyatında rast gəlirik. Ancaq 

yüksək ideyaların aşiqin dili ilə şərhi, ümumiyyətlə Şərq və xü-

susilə Azərbaycan üçün daha çox səciyyəvi bir hal olmuşdur» 

(137, 26).  

Azərbaycan şifahi xalq poeziyasında məhəbbət mövzusuna 

həsr olunan şeirlərin demək olar ki, hamısı «aşıq» adlandırdığı-

mız el sənətkarlarının yaradıcılıq məhsuludur. Geniş xalq küt-

ləsi tərəfındən sevilən və müdafiə olunan bu sənətkarlar dövrün 

son dərəcə mühüm problemini həyata keçirməli olmuşlar. Onlar 

mövcud cəmiyyətdə azad sevmək və sevilmək kimi böyük bir 

məsələni həyata tətbiq etmək uğrunda mübarizə aparmışlar 

(137, 46-47). 

Professor M.Həkimov klassik aşıq poeziyasında məhəbbət 

lirikasından bəhs edərkən yazır: «Qadın gözəlliyi, vətən təbiəti-

nin füsunkarlığı  aşıqların telli sazına söz incilərindən bəzək 

vermişdir. Klassik aşıqlar öz şeirlərində təmiz, ləkəsiz, boyasız, 

müqəddəs duyğuları  tərənnüm etmişlər. Onlar lirik şeirlərində 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə