Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

 

 

 



— 103 — 

Söyləyici, artıq deyildiyi kimi, öz hekayətini ənənəyə sadiq 

olaraq anladır. Buna görə də Azərbaycan epik örnəklərinin di-

lində, o cümlədən Aşıq Əhmədin yaradıcılığında müəyyən mə-

qamlarda «Bunlar burada qalsın, indi görək...», «Aldı görək nə 

dedi», «Sazını sinəsinə basıb», «Söz təmamə yetdi», «Az getdi, 

çox getdi», «Sizə hardan danışım, kimdən xəbər verim» «Sizə 

kimnən danışım, kimnən xəbər verim», «Günlərin birində» və 

başqa bu kimi keçid formullara müraciət bir qayda təşkil edir. 

Azərbaycan epikasında  ənənəvi say-formullar 3, 7, 40-dır: 

«qırx incə belli qız», «qırx igid», «qırx quldur», «qırxıncı otaq», 

«qırx gün, qırx gecə», «qırxlar piri», «üç gün, üç gecə», «üç telli 

saz», «üç bacı», «üç qardaş», «üç gün möhlət», «üç alma», «yeddi 

gün, yeddi gecə», «yeddi qardaş», «yeddi başlı  əjdaha», «yeddi 

qat» və s. Bu rəqəm-formullar Aşıq Əhməd yaradıcılığı üçün də 

xarakterikdir. 

Epik  ənənənin çoxsaylı komponentləri sırasına, folklor 

praqmatikasını öyrənən alimlərin qeyd etdiyi kimi, epik janrlar 

kompleksi, müxtəlif ənənəvi ifa məktəbləri, epik auditoriya və 

s. də daxil olur (153, 4). 

Azərbaycan lokal epik ifaçılıq sənəti, sözsüz ki, aşıq sənə-

tində daha aydın ifadəsini tapır. Aşıq sənətinin ustad-şagird 

ənənəsinə söykənməsi, davamlı və qırılmaz olması, epik ənənə-

dəki çeşidli süjet, motiv, kompozisiya, forma və digər element-

lərin daha geniş miqyasda əsrlərdən-əsrlərə daşınmasına imkan 

vermişdir. 

Aşıq sənəti vahid oğuz etnik-mədəni çevrəsindən diferen-

siallaşmış Azərbaycan türk mədəniyyətinin hadisəsi olduğun-

dan aşıqların dastan yaradıcılığı Azərbaycan epik təfəkkürünün 

inkişaf göstəricisi sayıla bilər. 

Prof. A.Nəbiyev yazır: «Ozan yaradıcılığında müəyyən 

müddət milli eposdan qəhrəmanlıq tarixinin tərənnümü üçün is-

tifadə edilməsi son nəticədə  Oğuz qəhrəmanlıq eposunun ya-

 

 



 

— 104 —


ranmasına gətirib çıxardı. Bu süjetlər uzun tarixi dövr ərzində 

ozan repertuarında cilalanmışdır. Oğuz qəhrəmanlıq eposunun 

mühüm hissəsi olan Azərbaycan qəhrəmanlıq eposunun forma-

laşması prosesi də  məhz bu yaradıcılıq  şəraitində getmişdir... 

Aşıq sənəti ənənələri əsasında improvizasiya yolu ilə yaradılan 

orta əsr dastanları da bunun kimi milli təfəkkürün gücü və əzə-

məti ilə mükəmməlləşdirilmiş və cilalanmışdır» (158, 26). 

Qeyd edilməlidir ki, bütün mühitlərdə hər hansı aşığın sənət-

kar kimi qiyməti ilk öncə hansı ustaddan dərs alması və nə qədər 

dastan bilməsi ilə ölçülürdü. Bu da aşığın ənənəvi janrlara, süjet-

lərə və mövzulara daimi müraciətini labüd edirdi. Əvvəldə göstə-

rildiyi kimi, Aşıq  Əhməd də ustad-şagird münasibətlərinin sabit 

və kristal ənənələrə malik məktəbini keçmiş və dastançılıq ənənə-

sinin bütün əsas keyfıyyətlərini bu «məktəbdə» mənimsəmişdir. 

Məlumdur ki, Azərbaycanda xalq arasında dastançı aşıqlar 

xüsusi nüfuza malik olmuşlar. Aşıq  ədəbiyyatını  tədqiq edən 

birsıra alimlər hətta epik ifaçılıq və epik yaradıcılıq qabiliyyəti, 

məharəti olan bu aşıqları («dastançı aşıqlar») aşıqların ənənəvi 

klassifikasiyasında (ustad aşıqlar, ifaçı aşıqlar, el şairləri) fərq-

ləndirməyin vacibliyini də vurğulamışlar (153, 19). 

Dastanlar Azərbaycan epik xalq yaradıcılığının ən mükəm-

məl örnəkləridir və onun əsas tiplərini qəhrəmanlıq və məhəb-

bət dastanları təşkil edir. M.H.Təhmasibin təsnifatında üçüncü 

qrup dastanlar olan (131, l 12) ailə-əxlaq dastanları az intişar 

tapmışdır. 

Məlum həqiqətdir ki, Azərbaycan məhəbbət dastanları qəhrə-

manlıq dastanları ilə müqayisədə daha sonrakı tarixi dövrlərdə in-

tişar tapmışdır və məhəbbət motivləri son dövr dastan yaradıcılığı-

nadək aparıcı mövqeyini saxlamışdır. XIX əsrin sonu – XX əsrin 

əvvəllərində yaranmış çoxsaylı  qəhrəmanlıq dastanları («Qaçaq 

Kərəm», «Qaçaq Nəbi», «Səttarxan» və s.) belə həmin axarın isti-

qamətini dəyişə bilməmişdir. Azərbaycan məhəbbət dastanları 




 

 

 



— 105 — 

M.Allahmanlının iddia etdiyi kimi, qəhrəmanlıq dastanlarından 

fərqli olaraq bütöv, təsiredici epizodlara malik olmur: «Dastanlar 

bir növ söyləyənlərin topluluğunda yaranıb bütövləşir. Məhəbbət 

dastanlarında hadisələrin rəngarəngliyi yaxın məsafəlidir və onun 

bədii düşüncədə  təsirediciliyi fərqlidir. Bunu son dövün dastan 

ənənəsi də göstərir. Burada, eyni zamanda epizodların bütövlüyü 

elə  də  təsirediciliklə görünmür. Daha doğrusu, dastan özü bütöv 

olur. Qəhrəmanlıq dastanlarında isə epizodların fərqliliyi və bü-

tövlüyü var. Özlüyündə onlar hadisə kimi hər birisi müxtəlif təsi-

redicilikdə görünmür. Ona görə də bu nümunələrə sırf dastan ənə-

nəsinin xarakterik xüsusiyyətləri prizmasından baxmaq lazımdır» 

(12, 81). 

Azərbaycan qəhrəmanlıq dastanları üçün təkqəhrəmanlılığa 

meyl xarakterikdir. Professor N.Cəfərov türk epik ənənəsində 

tək (bir) qəhrəman obrazını Tanrı ideyasının (təkallahlığın for-

malaşması ilə əlaqələndirərək yazmışdır: «Mükəmməl epos tə-

fəkkürü üçün tək bir Allah (tək bir hökmdar, tək bir qəhrəman) 

lazım idi. Ona görə də qədim türk eposunun (müxtəlif mənbə-

lərdə bu və ya digər şəkildə mühafizə olunmuş dastanların) əsas 

qəhrəmanları «Tanrı» obrazının transformları olan hökmdar – 

qəhrəmanlardır ki, onların iradəsi həmin dastanı yaradan epos 

təfəkkürünün (xalqın, etnosun, etnik-mədəni sistemin və s.) bi-

lavasitə iradəsidir (56, 14). 

N.Cəfərov həmçinin Koroğlunun övladsızlığının (tənhalığı-

nın) genetik səbəbini də buna bağlayır: Koroğlunun ilahi mən-

şəyi, Tanrı obrazının özünəməxsus transformu olması onun (Ko-

roğlunun) tənhalığının (övladsızlığının) genetik səbəbidir, ancaq 

həmin səbəb XVII-XVIII əsrlərdə tamamilə arxaikləşmiş, funk-

sional (cari) məntiqini, poetik semantikasını itirmişdir (56, 145). 

Tənha qəhrəmanın arxetipi mifoloji (arxaik) epos qəhrəma-

nına dayanır. Türk eposunun arxaik elementlərini daha çox saxla-

mış tənha qəhrəmanlar, bir qayda olaraq, Tanrı oğullarıdır. Yakut 

 

 



 

— 106 —


eposunun məşhur qəhrəmanı Er Soqotoxun adı da həmin məkanı 

verir: «Tənha Ər». 

Epik təfəkkürün inkişafında Tənha qəhrəman motivi uzun 

əsrlik yol keçərək tarixin və sosial proseslərin təsiri altında «qə-

rib qəhrəmanadək» transformasiya olunmuşdur. Bu prosesdə 

sufı təriqətlə bağlı aşıq yaradıcılığının rolu xüsusi vurğulanma-

lıdır. Azərbaycan məhəbbət dastanları nominal olaraq «iki qəh-

rəmanlı» olsa da, əslində həmin dastanlarda süjet boyu funksio-

nal olan yalnız aşiqdir. M.H.Təhmasibin qeyd etdiyi kimi, 

Azərbaycan «məhəbbət dastanları»nın demək olar ki, hamısı-

nın, «Kitabi-Dədə Qorqud» və «Koroğlu» kimi qəhrəmanlıq 

dastanlarının bir sıra boy və qollarının əsas məzmunu, yəni sü-

jeti qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı mübarizə-

nin təsvirindən ibarətdir (131, 65). 

Azərbaycan məhəbbət dastanlarının quruluşu da, alimlərin 

qeyd etdiyi kimi, ilk öncə  ənənə hadisəsidir. Azərbaycan das-

tanları  ənənəvi sintaktik struktura malikdir. Hələ vaxtilə Otto 

Spits türk xalq romanları üzərində araşdırma apararkən dastan-

ların strukturunu dörd hissəyə bölmüşdü: 

Qəhrəmanın möcüzəli doğuluşu

Oğlanla qız arasında məhəbbət yaranması; 

İki sevgilinin bir-birlərinə qovuşmaq istəyi və qarşılaşdığı 

maneələr; 

Murada yetmək və yaxud yetməmək (143, 12). 

Məhəbbət dastanları süjetinin bu prinsipinə  əsaslanan böl-

güsü Azərbaycan folklorşünaslığında M.H.Təhmasib, M.Cəfərli 

və digərləri tərəfındən də cüzi dəyişiklərlə  təqdir olunmuşdur 

(131, 65; 52, 25-64). 

Səciyyəvidir ki, Aşıq  Əhmədin dastan yaradıcılığı Azər-

baycan dastanlarının struktur sxemini özündə bütün hallarda 

əks etdirir. Düzdür, bunu ilk baxışda müşahidə etmək bir qədər 

çətinlik yaradır. Məsələn, haqqında bir qədər əvvəl bəhs etdiyi-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə