Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 

 

 



— 115 — 

El arasında olan Aşıq  Əhməd xalq ədəbiyyatından da çox 

bəhrələnmişdir. Aşıq Əhməd xalq arasında gəzən nağıl və rəva-

yətlərə yaradıcı yanaşmaqla onları  nəzmə  çəkmiş  və  tədricən 

yeni bir dastan yaratmışdır. Təsadüfi deyil ki, Aşıq Əhməd 20 

dastan qoşmuşdur. Bu dastanlar həm dünənimiz, həm də müasir 

həyatımızda baş verən tarixi hadisələrlə bağlıdır. Məsələn, 

Əhmədin  əmək, zəhmət adamlarından müasir gənclərin həyat 

tərzi, dünyagörüşü, ailə  məişət, ictimai-siyasi motivdə «Aşıq 

Mirzə Bilal», «Şirvan və Fərqanə», «Yasər Xəzri və Səhər Təb-

rizi», «Canbaxış dastanı», «Qiyafət» fantastik və s. adlı xalq 

arasında sevilən dastanları mövcuddur. Bu dastanlardan yalnız 

altısı «Aşıq Mirzə Bilal» , «Yasər Xəzri və  Səhər Təbrizi» 

,”Arif və Qərənfil”, “Gəlin- qaynana”, “Canbaxış və Qudyal”, “ 

Aşıq və falçı”  dastanları  çap olunub. 

Aşıq  Əhməd dastanlarının  əsas məzmun xüsusiyyəti onların 

müasir həyatımızla bağlılığında təcəssüm olunur. Bilindiyi kimi

belə bir mövzu müasirliyi ilk növbədə sovet dövrü ilə bağlı idi. 

Aşıqlar, ümumiyyətlə, bir sənətkar kimi sovet dönəmində sosia-

lizm quruculuğu prosesinə cəlb olunmuş və onların qoşduğu nəğ-

mələrin, yaratdıqları dastanların mövzusunun «sinfi maraqlara» 

xidmət etməsinə xüsusi nəzarət edilmişdir. Sovet dönəmində hər 

cür bədii-estetik yaradıcılıq ciddi nəzarət altında idi və ideoloji 

çərçivəyə salınmışdı. Aşıq  şeirində partiya, komsomol, kolxoz, 

traktor, pambıq, üzüm,qırmızı bayraq, oktyabr kimi mövzular 

bundan irəli gəlirdi. Ancaq bütün bunlara baxmayaraq, aşıqlarımız 

bu ideoloji çərçivə daxilində  də olsa sənətin klassik ənənələrini 

qorumağa çalışırdılar. Yaradıcılığı sovet dövrünə  təsadüf edən 

Aşıq  Əhmədin bir çox dastanları da mövzusu baxımından sovet 

quruculuğunun ön sıralarında gedən gənclərə həsr edilmişdir. 

Əlbəttə, bu mövzular bu gün öz aktuallığını itirmişdir. 

Ancaq onların diqqətlə  nəzərdən keçirilməsi göstərir ki, Aşıq 

Əhməd zamanın ideoloji çərçivəsində yüksək sənətkarlıq göstə-

 

 



 

— 116 —


rib, Azərbaycan insanının heç vaxt dəyişməyən yüksək mənəvi 

keyfiyyətlərini, ali-insani duyğularını epikləşdirməyə, monu-

mental epik-lirik «lövhələr» (dastanlar) yaratmağa nail olmuş-

dur. Belə dastanların səciyyəvi örnəyi kimi, «Şirvan və  Fər-

qanə» dastanına diqqət yetirmək məqsədəuyğundur. Bu dasta-

nın Aşıq Əhməd yaradıcılığı üçün xarakterik olan xüsusiyyətlə-

rinin təhlil edilməsi bizə onun bu tipli dastan yaradıcılığının el-

mi mənzərəsini aydınlaşdırmağa imkan verər. 

«Şirvan və  Fərqanə» dastanı dastançılıq  ənənəsinə uyğun 

olaraq üç ustadnamə ilə başlanır. «Dünyada» rədifli qoşma-us-

tadnamədə sənətkar mənalı ömür yaşamağın «sirlərini» öz din-

ləyicisinə nəsihət edir:  

 

Ey insan, ağılnan ömrü vur başa,  

«Ac ölüm - gec ölüm» demə dünyada.  

Sükansız gəmi tək toxunub daşa,  

«Nə edim», «Nə bilim» demə dünyada. 

 

Həyat insan üçün oyuncaq deyil,  

 

Şöhrət torpaqdadır, torpağa əyil.  

Mənalı ömürlə danış, oyna, gül,  

«Arsız gəzim, gülüm» demə dünyada. 

 

Əhməd, hər ürəyə sözünlə yol aç, 

Ağıl qapısını döyməz ehtiyac. 

Ağlınla, eşqinlə zülmətə nur saç, 

«Sönübdür məşəlim» demə dünyada. (18). 

 

Bundan sonra dastanlar üçün xarakterik olan ustadnamə qəlibi 



ilə («Ustadlar ustadnaməni bir deməyib, iki deyibdir. Biz də de-

yək, iki olsun, düşmənin ömrü gül kimi solsun»; «Ustadlar ustad-

naməni iki deməz, üç deyər. Biz də deyək, üç olsun, paxıl adamla-



 

 

 



— 117 — 

rın ömrü puç olsun») «Eylər» və «Qalmasın» ustadnamələri veri-

lir. Hər üç ustadnamə «ustad sözünün» klassik örnəyi olub, aşıq 

yaradıcılığının poetik özünəməxsusluğunu təcəssüm etdirir. 

Dastanın qəhrəmanı Şirvan adlı gəncdir. O, səkkizinci sinfi 

bitirdikdən sonra texnikuma daxil olur. Həmin məktəbi «əla» 

qiymətlərlə bitirib, doğma kəndinə qayıdır və burada «Şirvan» 

kolxozunda pambıqçılıq briqadiri işləməyə başlayır. Daim 

əmək yarışlarının qalibi olur və mükafatlandırılır.  İdarə etdiyi 

pambıqyığan kombaynla əsl əmək hünərləri göstərir. Kombay-

nını «dəmir atım» deyə vəsf edir: 

 

Kişnə, dəmir atım, haray, həşir sal, 



«Ağ qızıl» bunkerin dolsun, boşalsın.  

Bulud kimi qalaq-qalaq yığılsın,  

Tayalar möhtəşəm qarlı dağ olsun... (18) 

 

Dastanın yurd hissəsinin başlanğıcı ilk baxışdan qeyri-ənə-



nəvi təsir bağışlayır. Ancaq diqqət etdikdə gorürük ki, mövzu-

nun müasirliyi, «pambıq qəhrəmanından» bəhs etməsi heç də 

dastançılıq  ənənəsinin yaddaşda yaşayan sxemlərini tamamilə 

üstələyə bilməmişdir. Əksinə, klassik dastanların sabit quruluş 

sxemi burada özünü alt qatda qorumaqda, saxlamaqda davam 

etmişdir. 

Bildiyimiz kimi, istər qəhrəmanlıq, istərsə  də  məhəbbət 

dastanlarında baş  qəhrəman özünün qeyri-adilikləri ilə seçilir. 

Onun doğuluşundan tutmuş yetkin igid olana qədər keçdiyi 

«yol» (qəhrəmanlıq dastanlarında döyüşçüyə, məhəbbət dastan-

larında haqq aşiqinə çevrilməsi) qeyri-adi yolla olur. Bir sözlə

o, hamıdan fərqli olur. Bu, dastançılıq  ənənəsində  qəhrəmana 

verilən epik xarakteristika və davranış kodudur. Diqqət etsək 

görərik ki, zahiri qatda görünməsə  də, Aşıq  Əhmədin qəhrə-

manı olan Şirvan da öz «qeyri-adilikləri» ilə seçilir: o, sevdiyi 

 

 



 

— 118 —


peşəsinə böyük maraq göstərir. Biz onu hər yerdə bir «qəhrə-

man» kimi görürük. Təhsildə də, işdə də birincidir. Bu birinci-

lik, başqa sözlə, əmək qəhrəmanlığı klassik dastançılıq ənənəsi 

çevrəsindən yanaşdıqda görürük ki, dastan qəhrəmanlarının 

qeyri-adi igidliklərinə  mənaca bərabərdir. Yəni Aşıq  Əhməd 

Şirvan obrazını klassik dastançılıq  ənənəsindən gələn cizgilər 

əsasında qurmuşdur. Hətta bu halda onun «dəmir atım» deyə 

vəsf etdiyi kombaynı da epik qəhrəmanın onun özü kimi qeyri-

adi olan atına uyğundur. 

Biz klassik məhəbbət dastanlarımız üçün əsas tematik ənənə 

olan «haqq aşiqliyini» də bu dastanda müasirləşdirilmiş şəkildə 

görürük. Belə ki, evlənmək yaşına çatmış Şirvanın ata-anası on-

dan nə  qədər xahiş etsələr də, o, evlənməyə razılıq vermirdi: 

«Şirvanın evlənmək vaxtı çoxdan çatmışdı. Valideynləri nə  qə-

dər yalvarırdısa, o, «evlənirəm» sözünün üstünə gəlmirdi ki, gəl-

mirdi» (18).  

Tamamilə adi olan bu təhkiyə parçası, əslində, klassik das-

tan ənənəsi ilə bağlıdır. Məhəbbət dastanlarında hələ buta alma-

mış  qəhrəman ata-anasının evlənmək xahişlərini qəbul etmir. 

Bu, dastan poetikasına uyğun olaraq, dinləyicinin qəhrəmanın 

qeyri-adi olan buta sevgisinə, bir növ “hazırlanmasıdır”. Eyni 

poetik üsuldan Aşıq Əhmədin istifadə etməsi də göz qabağında-

dır. Doğrudan da, Şirvanın sevgisi «qeyri-adi» olur. O, Özbə-

kistandan olan Fərqanə adlı qıza aşiq olur. Bu qız da adi bir qız 

deyil, əmək qəhrəmanıdır. 

«Günlər keçdi, aylar ötdü, bir il pambıqbecərmə mövsümün-

də Azərbaycan pambıqçıları Özbəkistan pambıqçılarına təcrübə 

mübadiləsi üçün qonaq getmişdilər. Nümayəndələr arasında tarla 

bahadırı Şirvan da vardı. 

Şirvan bir dəstə nümayəndə ilə «Pravda» kolxozunun pam-

bıq sahəsində qabaqcıl manqa başçısı, mexanizator, yenicə Le-

nin ordeni ilə təltif olunmuş Fərqanə adlı gözəl, göyçək bir qız-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə