Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

 

 

 



— 99 — 

III FƏSlL  

AŞIQ ƏHMƏDİN DASTAN YARADICILIĞI 

 

AZƏRBAYCAN DASTANÇILIQ ƏNƏNƏSİ VƏ AŞIQ 

ƏHMƏD 

 

Bütün növ xalq yaradcılığının  əsas kriteriyasını  nəsildən-



nəsilə ötürülən ənənəvi normaların sabitliyi, dəyişməzliyi təşkil 

edir. Buna görə də xalq nəğməkarı özünün bütün improvizasiya 

imkanlarını  və ustalığını  ənənənin qəbul olunmuş normaları 

çərçivəsində reallaşdırmaq məcburiyyətindədir. P.A.Qrinçerin 

qeyd etdiyi kimi, epik söyləyicinin  əsas vəzifəsi də dinləyici 

üçün tanış, ənənəvi olan hekayəti ona tanış, ənənəvi yolla nəql 

etməkdir və  uğurlu, fasiləsiz ifa üçün ifaçı  şifahi yaradıcılıq 

texnikasına, başqa sözlə, ənənəvi dil, ənənəvi tematika, ənənəvi 

kompozisiya fəndlərinə tam yiyələnməlidir» (151, 32). 

Diqqətəlayiqdir ki, epos poetikasının bu universal qa-

nunauyğunluğu Şirvan aşıq mühitində həm də görkəmli dastan-

çı kimi tanınmış Aşıq Əhmədin yaradıcılığı üçün də səciyyəvi-

dir. O, elə bir dastançılıq mühitində  pərvəriş tapmışdır ki, bu-

rada aşıq sənəti, onun yaradıcılıq, ifaçılıq, o cümlədən dastançı-

lıq  ənənələri çoxəsrlik tarixə malikdir. Şirvan aşıq mühitində 

dastançılığın «ənənəvi dili», «ənənəvi tematikası  və  ənənəvi 

kompozisiya fəndləri» Azərbaycan-türk (oğuz) aşıq sənətinin 

daşlaşmış sənət kodlarıdır və Aşıq Əhməd bu ənənənin klassik 

təmsilçilərindən olmuşdur. 

Aşıq  Əhməd dastançılığının özünəməxsusluq texnikasını 

gözdən keçirməzdən əvvəl sənət ənənəsinin universal «göstəri-

ciləri» olan ənənəvi dil, tematika, kompozisiya ünsürlərinə aşı-

 

 

 



— 100 —

ğın mənsub olduğu Azərbaycan-türk dastançılığı əsasında diq-

qət yetirək. 

Dastan ifaçılığının «ənənəvi dil» ünsürü dastan təhkiyyəsi-

nin daşlaşmış elementlərini nəzərdə tutur. Burada ənənəvi dil 

dedikdə heç də canlı dilin lüğət tərkibi, dialekt keyfiyyəti nə-

zərdə tutulmur. Bu «dil» dastanın özünə məxsus olan təsvir və 

ifadə vasitələrinin, qəliblərinin sistemidir. Məsələn, Aşıq 

Əhmədin mövzusu müasir həyatımızdan götürülmüş «Şirvan və 

Fərqanə» dastanından bir səciyyəvi parçaya diqqət edək. Dasta-

nın əvvəlində ənənəvi olaraq üç ustadnamə verilmişdir. Dasta-

nın nəsr – yurd hissəsi belə başlayır:  

«Gəzək diyarbadiyar, dolanaq elbəel, sizə xəbər verək tor-

pağının hər qarışı yüz nemətli , «ağ qızıl» bəhrəli (pambıq nə-

zərdə tutulur – Y.Ə.), «qızıl  əllər» (pambıqçı insanların  əlləri 

nəzərdə tutulur – Y.Ə.) diyarı Azərbaycan ölkəsindən...» (18). 

Dastanın bu başlanğıc hissəsi bütün dil xüsusiyyətləri ilə 

ənənəvi üslubdadır. Təkcə Aşıq Əhmədin təhkiyəsinə yox, bü-

tövlükdə dastan təhkiyəsinə xasdır. Bu, mövzunun dastanın dil 

kodundan təqdim olunması deməkdir. Dastan elə bir quruluşa 

malikdir ki, onun özünün dil, məzmun, kompozisiya göstərici-

ləri vardır. Dastan bu göstəricilərin vəhdətində dastan olaraq tə-

zahür edir. Həmin göstəricilər dastançılıq  ənənəsində  nəsillər-

dən-nəsillərə ötürülməklə yaşayır. Aşıq  Əhmədin XX əsrə aid 

bir mövzunu dastan «dilinin» özünəməxsus üslubu ilə  təqdim 

etməsi sənətkarın mövzunu dastan ənənəsinə «oturtması», das-

tanlaşdırması deməkdir. 

Dastançılıq ənənəsinin mühüm göstəricilərindən biri «ənə-

nəvi tematikadır». Aşıq Əhmədin yaradıcılığında biz «ənənəvi 

tematikanı» onun yaratdığı dastanlarda aydın şəkildə müşahidə 

edirik. Baxmayaraq ki, aşığın yaratdığı dastanlar klassik dastan 

mövzuları ilə «yüzdə-yüz» üst-üstə düşmür, ancaq bununla ya-

naşı, onun mətnləri əsas göstəriciləri etibarilə «ənənəvi temati-



 

 

 



— 101 — 

kanı» qoruyur. Məsələn, Aşıq Əhmədin yaratdığı «Aşıq Bilal» 

dastanı onun dastan yaradıcılığının zirvəsi sayılır. Orijinal sü-

jetə malik olan bu mətn, adından göründüyü kimi, Şirvan aşıq 

mühitinin çox görkəmli nümayəndəsi Aşıq Bilala (Aşıq Bilal 

haqqında geniş məlumat üçün bax: 103) həsr olunmuşdur. Das-

tanda Aşıq Bilalla bağlı çox maraqlı bioqrafik faktlar epikləşdi-

rildiyi üçün mətnin mövzusu orijinaldır. Ancaq Aşıq  Əhməd 

sənətkarlığı özünü onda büruzə vermişdir ki, o, orijinal bir 

mövzunu dastan süjetinin ənənəvi tematikasına,  ənənəvi süjet 

sxeminə «sığışdıra» bilmişdir. Dastanın özünəməxsus olan sü-

jet sxemi vardır. Aşıq Əhməd əsərin qəhrəmanı olan Aşıq Bila-

lın həyatını bu sxemə tabe etdirmişdir. Yəni o, Aşıq Bilalın hə-

yatından elə  məqamları qabartmışdır ki, bunlar məhəbbət das-

tanlarının süjeti üçün səciyyəvi mövzu ünsürləridir. Buraya: baş 

qəhrəmanın eşqə düşməsi, sevgiyə mane olan qüvvələrlə müba-

rizə aparması, deyişmələr və s. aiddir. Dastandakı bütün bu ha-

disələr sənətkar tərəfındən məhəbbət dastanları üçün xarakterik 

olan «tematik sxemə» uyğunlaşdırılmış və nəticədə sənətkarlıq 

baxımından orijinal və Şirvan dastançılığında çox məşhur olan 

bir dastan hasilə gəlmişdir. 

Dastançılıq ənənəsinin daha bir özünəməxsusluq göstəricisi 

«ənənəvi kompozisiya»dır. Qeyd edək ki, dastan kompozisiyası 

dastançılıq  ənənəsinin mühüm ünsürlərindəndir. Onun daşlaş-

mış, sabit qurum elementləri vardır. Aşıq Əhmədin dastanların-

da dastan kompozisiyasının sabit elementləri daim qorunmaqla 

yaradıcı şəkildə inkişaf etdirilmişdir. Bu, onun dastanlarını din-

ləyicilər üçün maraqlı edən, onları  məşhurlaşdıran amillərdən 

biridir. Aşıq  Əhməd qocaman sənətkar kimi uzun illər  Şirvan 

aşıq mühitində dastançılıq  ənənələrinin qorunması  və yaşadıl-

masında görkəmli rol oynamışdır. 

Aşıq Əhmədin yaradıcılığında dastançılıq ənənəsinin iki tə-

zahür qatını aydın şəkildə müşahidə edirik: 

 

 



 

— 102 —


1. Azərbaycan epik düşüncəsinin  Şirvan regionu üçün sə-

ciyyəvi olan dastançılıq ənənəsi; 

2. Aşıq Əhməd dastançılığının novator xüsusiyyətləri. 

Aşıq Əhmədin dastançılığı bütün hallarda Azərbaycan-türk 

dastançılıq  ənənəsinin xarakterik yaradıcılıq xüsusiyyətlərini 

özündə əks etdirir. O, dastançılıq ənənələri ilə çox zəngin olan 

bir mühitdə yetişmiş, bu ənənəni ruhuna, yaddaşına hopdurmuş 

və öz dastanları ilə, birmənalı olaraq, bu ənənələrin klassik təm-

silçisinə çevrilmişdir. Ancaq bununla bərabər, biz Aşıq Əhməd 

dastançılığında onun istedadından, sənətkarlıq qüdrətindən irəli 

gəlməklə  nəzərdən keçirəcəyimiz novator keyfiyyətləri də sis-

temli şəkildə müşahidə edirik. 

Epos poetikasının universal qanunauyğunluqlarına görə, 

epik əsər hər ifa prosesində «yenidən doğulmasına» baxmaya-

raq, xalq ruhundan heç vaxt məhrum olmur. Epik təhkiyəsi bü-

tün hallarda onun yaddaş ehtiyatında olan süjet və motivlər, ha-

zır model və formullar, kompozisiya üsulları  əsasında işləyir: 

«Epik söyləyicinin dili ənənəvi formulların dilidir və o, bu for-

mullardan öz hekayətinin tələbatına və kontekstə (yerinə) uy-

ğun istifadə edir» (151, 36). Formul M.Parrinin müəyyən etdiyi 

kimi, epik dilin əsas vahididir. 

Aşıq  Əhmədin dastanları  sənətkar fərdiliyini  əks etdirən 

keyfiyyətləri ilə bərabər, xəlqi ruhu daim əks etdirir. Dastançı-

lıq  ənənəsinin bütöv sistemi onun əsərlərində öz lirik və epik 

təcəssümünü tapmışdır. Burada dastan yaradıcılığının özünə-

məxsus keyfiyyətləri ilə yanaşı, dinləyici auditoriyasının özünə-

məxsus keyfıyyətləri də qorunmuşdur. Dastan söyləyici yadda-

şında yaşadığı kimi, dinləyici yaddaşında da yaşayır. Audito-

riya  ənənəyə uyğun gəlməyən dastanı  qəbul etməz. Aşıq 

Əhməd dastanlarının Şirvan məclislərinin bəzəyi olması da öz 

növbəsində onun dastan yaradıcılığının  ənənəyə sadiqliyinin 

daha bir göstəricisidir. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə