Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 

 

 



— 47 — 

viri gerçəkliyin gözəlliyinə, yüksək mənəviyyata, kamilliyə can 

atmaq kimi məsələlərlə bağlıdır. Burada estetik hiss, duyğu, hə-

yəcan, zövq kimi estetik münasibətlərə geniş meydan verilir. 

Həm də bütün bu təsvirlər estetik idealın təcəssümünə xidmət 

edir. Estetik ideal bir meyar kimi mənəviyyat aləminin gözəllik 

qanunlarını  təsdiqləyir. Ona görə  də  aşıq poeziyasının estetik 

problemlərindən danışarkən "mənəvi gözəllik" məsələsi ön 

plana keçir" (68, ll).  

Təbii ki, poeziyada mənəvi dəyərlər sənətkar subyektinin 

gerçəkliyə  fəlsəfi-estetik münasibətindən doğan kateqorial bir 

hadisə olduğundan, məhz həmin dəyərlərin məzmunu onu ifadə 

etmək üçün istifadə olunan elementlərlə bağlıdır. Azərbaycan 

aşıq poeziyasının üzərində müşahidələr apardığımız zəngin ma-

terialı (30; 34; 127; 58; 31; 129; 15; 16; 17; 46), onda əks olu-

nan mənəvi dəyərlər arsenalını aşağıdakı şəkildə təsnif etməyə 

imkan verir:  

1. Etnik-milli dəyərlər; 

2. Təsəvvüfi-ürfani dəyərlər; 

3. Dini dəyərlər

4. Dünyəvi dəyərlər. 

Bunların geniş şərhi və materiallar üzərində araşdırılmasında 

bir çətinlik olmasa da, işin həcm məhdudiyyəti buna imkan ver-

mir. Amma ümumi şəkildə də olsa, bunların başlıca istiqamətlə-

rini qeyd etmək mümkündür. 

Aşıq poeziyasının mərkəz xəttini, əsas ideya yükünü etnik-

milli-mənəvi dəyərlər təşkil edir. Əski türk alplığı, yağma (yağ-

malatma - öz var-dövlətini paylama), toy (acları doyurmaq), şü-

lən (qonaqlıq) və  s.  kimi  dəyərlər müasir aşıq poeziyasında 

mərdlik, qəhrəmanlıq, sədaqət, vəfa, etibar, səxavət, ləyaqət, 

mərifət, zəriflik, paklıq, mənəvi bütövlük kimi keyfiyyətlərin 

ifadəsi şəklində özünü göstərir. Poeziyada bunlar qorxaqlıq, xə-

yanət, vəfasızlıq və bu kimi neqativ mənəvi təzahürlərə qarşı 

 

 



 

— 48 —


qoyulur. Belə qarşıdurma qoşalığı mahiyyətcə idealın təsdiqinə 

xidmət edir. Müasir Şirvan aşıqlığının görkəmli nümayəndəsi, 

ustad sənətkar Aşıq Əhmədin poeziyasında qeyd etdiyimiz mə-

nəvi məsələlər öz dolğun poetik ifadəsini tapıb: 

 

El ilə düz dolan, hörmətlə yaşa, 

Səni xoş əməlin qaldırar başa. 

Süfrən bağlı olsa qohum-qardaşa, 

Sənə tikəsini qıyan tapılmaz. 

Əhməd, mərdlik olsun eşqin, həvəsin,  

Hər işdə el sənə afərin desin. 

Çalış təmiz adın ləkələnməsin,  

Ömür ləkəsini yuyan tapılmaz (15, 24). 

 

Oxşar mənəvi keyfiyyətlərin ifadəsi "Dəyməz" rədifli qoş-



mada da özünü göstərir: 

 

Kərəmsiz adamlar quru ağacdır,  



Qaçıb kölgəsində durmağa dəyməz.  

Etibarsız dostun, vəfasız yarın,  

Yolunda canını yormağa dəyməz (16, 18). 

 

Aşıq Ağamuradın "Olmaz" rədifli qoşmasında da mənəvi 



dəyərlərin önə çəkilməsi müşahidə olunur: 

 

Vəfasız gözəldən umma məhəbbət,  



Nə vaxtsa o sənə edər xəyanət.  

Nadan bilməz əhdi-peyman, səadət,  

Cahilin düz sözü, ilqarı olmaz (129, l80). 

 

Aşıq Əhlimanın "Şad elə" rədifli qoşmasında "aqil - nadan" 



qarşıdurması kontekstində mənəvi gözəlliyin üstünlüyü diqqətə 

çəkilir: 




 

 

 



— 49 — 

 

Aşıq, telli sazı götür əlinə,  



Oxu, oyna, könülləri şad elə.  

Nadanların özü nədir, sözü nə?  

Aqil sənsən, gəl, elləri şad elə (129, 175). 

 

Aşıq Yanvar da "mərdlik və namərdlik" keyfiyyətlərini qar-



şılaşdırır: 

 

Mərd oğula süd verərsə mərd ana



Düşmən qabağında durar mərdana. 

Bu sözləri mərd eşidə, mərd ana, 

Namərdi buraxmaz yaxına indi. (129, 161) 

 

Aşıq Mahmudun yaradıcılığında mənəvi keyfıyyətlərin ge-



niş təsvirləri və tərənnümləri öz əksini tapıb: 

 

Elə dəyişib ki, insanlar, Allah, 



Namərddi, ya mərddi, düzü bilinməz. 

Geyilmiş, üzülmüş paltar kimidir, 

Astarı bilinməz, üzü bilinməz (129, l57). 

 

Təbii ki, bu tipli nümunələr müasir aşıq poeziyasında geniş 



yayılmışdır. Bunun da səbəbləri aşığın  əski sosial statusu ilə 

bağlıdır. Məhz həmin status ona ağsaqqal mövqeyindən, cəmiy-

yətə əxlaq düsturları təqdim edən hörmətli şəxsiyyət prizmasın-

dan yanaşmağı tələb edir. Çünki həqiqi ustad aşıqlar cəmiyyət-

də həmişə çox şərəfli bir missiyanı yerinə yetiriblər. Və xalq tə-

rəfindən də böyük rəğbətlə qarşılanıblar.  

Müasir aşıq poeziyası mənəvi dəyərlərin zəngin və orijinal 

poetik nümunələri ilə doludur. Burada milli və bəşəri, fəlsəfi və 

dini dəyərlərin mənəvi ehtiyatı böyükdür, köklər və qaynaqlar 

da çoxşaxəlidir. Burada geniş yayılmış dəyərlər içərisində yurd, 

vətən, millət, dövlət, rəhbər sevgisi diqqəti çəkir. Əlbəttə, bun-

 

 



 

— 50 —


lar insan və cəmiyyət, insan və təbiət, insan və məkan münasi-

bətlərini əhatə edir. Məhz gözəlliyin yerə, insana və cəmiyyətə 

şamil edilməsi ilə onu tərənnüm obyektinə çevirir və bununla 

da onu estetik ideal çevrəsinə daxil edir. 

Aşıq bir sənətkar subyekti olaraq təkcə estetik informasi-

yanı yaratmır, həm özündən öncə yaradılanları, həm də öz yara-

dıcılığını yaddaşında qoruyur və onu yaddaşlara ötürür, yayır, 

ona sosial mahiyyət qazandırır. Bu mənada aşıq funksional bir 

sənətçi subyektidir. O, bütövlükdə aşıq poeziyasının ümumi in-

formasiyasını daşıyır və onu komunikativ sferaya inteqrasiya 

edir.  İstər  şeir söyləyəndə, istərsə  də onu sazın müşayiəti ilə 

oxuyanda "aşıq xeyirxah idealların daşıyıcılarını ucaldır, onlara 

rəğbət duyğuları oyadır, dinləyicilərinə sevdirirdi. Dastan danı-

şığı aşıq sənətinin estetik qanununa – sazın, sözün, səsin vəhdə-

tinə tabe edilirdi. Saz havaları üstündə oxunan qoşmalarla mü-

şayiət edilən dastan ahəngdar bir axarla danışılırdı. Musiqinin, 

şeirin, danışığın həmahəngliyi özü estetik gözəllik yaradır, din-

ləyicilərə bədii təsiri gücləndirirdi" (114, 5). 

Aşıq poeziyasında mənəvi dəyərlərin fəlsəfi təhlili birbaşa 

gözəllik problemini təhlil etməyi zəruri edir. Çünki həqiqi gö-

zəlin müəyyənləşdirilməsi ilə  mənəvi dəyərlərin gerçək elmi 

mənzərəsini yaratmaq mümkündür. Aşıq poeziyasında həqiqi 

gözəl təbii və ilkin olandır. Aşıq  Əhmədin "Dəyməz" rədifli 

qoşmasında deyildiyi kimi: 

 

Əhməd, tap insanı, insanla dost ol! 

Bağ olub bar verməz hər tikanlı kol. 

Qızıldan bədənə qondarılan qol, 

Sınıb əyri bitən barmağa dəyməz (16, 19). 

 

Burada insanın, bitkinin və  bədən üzvünün hər birinin iki 



tipi qarşılaşdırılır. Qarşıdurma "yaxşı və pis", "həqiqi və həqiqi 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə