Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 

 

 



— 39 — 

Şirvan Aşıqlar Birliyinin sədri Ağsulu Aşıq Məhəmməd 

Şirvanlı ustadı  Aşıq  Əhməd haqqında geniş  məlumat verərək 

bildirdi ki, «rəhmətlik Mikayıl Azaflı Aşıq Əhmədi Şirvan ma-

halının Ələsgəri adlandırırdı». Aşıq Məhəmməd ustadının gözəl 

rəqs qabiliyyətindən bir neçə xatirə söylədi: «...1990-cı ildə 

Mahaçqalada festival keçirilirdi. Həmişəki kimi Əhməd dayını 

gurultulu alqışlarla qarşıladılar. Festivaldan sonra hamı «Tu-

rist» mehmanxanasının həyətində, rəqs meydançasında toplaş-

dı. Orada Əhməd dayı bir «Ləzginka» oynadı ki, ləzgilər tama-

şasına durdular. Heç kəs inanmadı ki, onun yetmiş yaşı var... 

Aşıq  Əhmədin gözəl rəqsini ilk dəfə 1973-cı ildə öz rayonu-

muzda – Ağsuda, «Dostluq» kino-teatrında Aşıq  Şakir, Aşıq 

Əhməd, Həsrət Hüseynov, Eynulla Cəbrayılovun iştirakı ilə ke-

çirilən konsertdə görmüşəm. O konsertin əzəməti hələ də gözü-

mün önündədir. O zaman mən sənətə  təzə  gəlmişdim. Elə bir 

izdiham vardı ki, iynə atsaydın yerə düşməzdi. Ətraf rayonlar-

dan da gəlmişdilər. Bax, həmin o konsertdə  Aşıq  Əhməd iki 

barmağı üstə elə oynadı ki, camaat onu səhnədən buraxmaq is-

təmədi... Hansı aşığın sözü çox oxunursa, o, ustad aşıqdır. 60-cı 

ildən üzü bəri  Şirvanda nə  qədər yeniyetmə  aşıq varsa, Aşıq 

Əhməd hamısının ustadıdır. Hansı aşığı dindirsən, ondan 10-15 

şeir oxuyar» (46, 96). 

Muğam ustası Elnarə Abdullayeva Aşıq  Əhməd yaradıcı-

lığı, xüsusilə onun musiqi yönümündən bəzi məsələlər haqqın-

da bunları bildirir: «Aşıq Əhmədin bir neçə qoşmasını, gəraylı-

sını oxumuşam. Bircə  dəfə oxuyan kimi dilimə  də yatıb, ürə-

yimə də, xüsusilə «Şirvan deyilmi?» qoşmassı: 

 

Kim deyir Şirvanda sənətkar azdır, 

Sənətkar oylağı Şirvan deyilmi? 

Xəqaninin, Seyd Əzimin, Sabirin, 

Bəs, ana torpağı Şirvan deyilmi?.. 

 

 



 

— 40 —


 

Hər gün zümzümə edirəm bu qoşmanı, hər dəfə  də ayrı 

taktda, ayrı ritmdə. Aşıqlar buna «Əhməd gözəlləməsi» deyir-

lər. Havası bir yana, hər misrasından musiqi süzülür» (46, 98). 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən 

biri kimi Aşıq Əhmədin yaradıcılığının filoloji aspektdən öyrə-

nilməsi bütövlükdə Azərbaycan aşıq  ədəbiyyatının və konkret 

olaraq Şirvan aşıq mühitinin sənət spesifikasının ədəbi yönüm-

dən müəyyənləşdirilməsini nəzərdə tutur. Şirvanlı  sənətkarlar 

arasında  Şirvanın  Ələsgəri kimi qiymətləndirilən Aşıq  Əhmə-

din yaradıcılığı istər forma və məzmununa görə, istərsə də sə-

nətkarlıq xüsusiyyətlərinə görə kifayət qədər zəngindir. Bu ba-

xımdan onun Şirvan aşıq sənətinin inkişafında əvəzsiz xidmət-

ləri olmuşdur. Aşığın dastanları və aşıq şeirinin müxtəlif janr və 

şəkillərində söylədiyi zəngin poeziyasının  əksər nümunələri 

Şirvan aşıqlarının repertuarının aktiv hissəsinə daxil olmuşdur. 

Hətta bəzi şeirlər o qədər mükəmməl və xalq ruhuna doğmadır 

ki, böyük bir mədəni arealın dinləyiciləri onu xalq mahnıları sə-

viyyəsində folklor şeiri kimi dəyərləndirir. 

El  şairi  Əhməd Rüstəmov ömrünün yarım  əsrdən çoxunu 

xalqının mənəvi dünyasının zənginləşməsinə  həsr etmiş, elin 

dərin hörmət və  məhəbbətini qazanmışdı. O, uzun illər qədim 

Şirvan aşıq mühitinin ənənələrini yorulmadan davam etdirmiş-

dir. Aşıq Əhməd ustad sənətkar olmaqla yanaşı, həm də geniş 

oxucu kütləsi tərəfindən bu gün də  rəğbət bəslənən və sevilən 

şairdir.  

Aşıq Əhmədin ədəbi irsi üzərində müşahidələrdən aydın olur 

ki, onun özünəməxsus poetik üslubu xalq şeirinin bütün mükəm-

məl ənənələrini özündə birləşdirməklə yanaşı, öz poetik impulsla-

rını, gücünü, qüdrətini xalqımızın qəhrəman keçmişi, mənəvi də-

yərlərimiz, yurdun gözəllikləri, vətən və millət sevgisindən almış-

dır. Aşıq Əhməd xalqın güzəranına, ruhuna və ana dilinin incəlik-




 

 

 



— 41 — 

lərinə  dərindən bələd olduğundandır ki, onun yaratdığı müxtəlif 

şəkilli  şeirlər fitri qabiliyyətə malik bir sənətkarın dəst-xəttini, 

özünəməxsus poetik nəfəsini təsdiq edir. Bütövlükdə Aşıq Əhməd 

yaradıcılığı onu bir sənətkar kimi yüksək qiymətləndirməyə imkan 

verir və təbii ki, «aşıq anketi»nin sorğularını bütün bəndlər üzrə 

müsbət cavablandırır: 

1. Aşıq Əhmədin sənət şəcərəsi vardır. O, Şirvanın məşhur 

aşıqlarına bağlanır. İlk ustadı Əlidən sonra onun sənətkar kimi 

formalaşmasında  əsas rolu Şirvan aşıq mühiti oynamışdır. 

Onun aşıqlıq etdiyi dövrdə  Şirvan aşıq mühiti kifayət qədər 

zəngin olmuşdur. Digər tərəfdən, fitri istedadı  və savadı sayə-

sində o Azərbaycanın bütün məşhur aşıqlarının, o cümlədən 

Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qasımın, Aşıq Alının, 

Dədə Ələsgərin və b. sənət irsini öyrənmişdir. 

2. Aşıq Əhməd çalışdığı Kürdəmir mədəniyyət evində on-

larla gənc aşığa müəllimlik etmişdir. Yəni ustad kimi şagird ha-

zırlamışdır. Onun istedadlı şagirdlərindən Aşıq Əhliman hazır-

da Şirvan aşıq üslubunda sənət fəaliyyəti göstərir. 

3. Aşıq  Əhməd Azərbaycanda məlum-məşhur bütün aşıq 

repertuarına daxil olan dastanları bilir və onların Şirvan variant-

larını  məclislərdə, el şənliklərində yüksək sənətkarlıqla söylə-

yib. Bundan başqa Aşıq Əhmədin özünün yaratdığı dastanlar da 

vardır ki, bu dastanları  Şirvan aşıqları öz repertuarlarına daxil 

etməklə tez-tez işlədirlər. «Mirzə Bilal Dastanı», «Canbaxışın 

dastanı» və s. bu qəbildəndir. Aşıq Əhmədin yaradıcılığında əs-

ki türk-dastan ənənələri ciddi şəkildə mühafizə olunur. 

4. Aşıq Əhməd yüksək təbli, coşqun bir el şairidir. Şeirlə-

rini bədahətən söyləyib.  Şeirləri  əksəriyyət etibarilə  aşıq  şeiri-

nin müxtəlif  şəkillərindədir.  Şeir yaradıcılığı bu baxımdan da 

kifayət qədər zəngindir, yəni janr əhatəsi genişdir. 

5. Aşıq Əhmədin musiqi yaradıcılığı da vardır. O, saz hava-

larına, havacata da yaradıcı şəkildə yanaşmışdır. Biz aşığın ya-

 

 



 

— 42 —


radıcılığının musiqi yönümünü tədqiq etməyi nəzərdə tutmadı-

ğımızdan, bunu musiqi tədqiqatçılarının diqqətinə çatdırırıq. 

Qeyd etdiyimiz ümumi mülahizələr aşığın yaradıcılığı üzə-

rində apardığımız müşahidələrdən gəldiyimiz qənaətlərdir. Və 

bu qənaətlər onu ustad sənətkar kimi səciyyələndirməyə və təd-

qiq etməyə tam imkan verir. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə