Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

 



— 23 — 

dən yaranan Azərbaycan aşıq sənətinin differensial keyfıyyətlər 

qazanmasında, qollara üzvlənməsində  əsas faktor kimi sosial-

mədəni mühitin rolu sənət və mühit münasibətlərini müstəqil 

mövzu kimi araşdırmağı şərtləndirir.  

Ümumiyyətlə, Şirvan aşıq mühitinin formalaşmasında elm, 

mədəniyyət mərkəzi olan Şamaxı şəhəri ilə yanaşı, bu regionda 

mövcud olan sufi-təkkə ocaqları  və «...təkkə ocağından çıxan 

dərviş  aşıqların böyük rolu olmuşdur» (128, 3). S.Qəniyevin 

apardığı araşdırmalar nəticəsində Şirvan regionunda 60-dan ar-

tıq «sufi-təkkə» ocağıının müəyyənləşdirilməsi (bax. S.Qəni-

yev, Övliyalar, ziyarətgahlar, müqəddəslər və din xadimləri. 

B.:1994) faktı da Şirvan aşıq mühitinin formalaşmasında təsəv-

vüfün funksional təsiredici rolunu aydınlaşdırır.  Əslində  aşıq 

sənəti tərəkəmə-elat mədəniyyəti hadisəsidir. Əsası çöldən baş-

lanan mədəniyyətin, konkret olaraq sözügedən sənətin  şəhər 

mühitinə düşməsi və ya sosial sifarişin şəhərdən və şəhər dinlə-

yicisi səviyyəsində verilməsi sənətin auditoriyaya, sosial mü-

hitə uyğunlaşmasını, adaptasiya olunmasını şərtiləndirmişdir.  

Şirvan aşıq qolunun əsas differensial əlaməti onun xanən-

dəlik sənətinə yaxınlaşmasıdır. Bu əlamət də məhz şəhər mühi-

tinin təsiri ilə yaranmışdır. «Şamaxı paytaxt olduğu üçün saray-

da şair, rəqqasələrlə yanaşı xanəndələr, musiqiçilər də fəaliyyət 

göstərirdi. Bunun nəticəsi idi ki, bəzən saray məclislərinə aşıq-

lar da dəvət olunurdu. Bu da aşıq sənəti ilə xanəndəlik sənətini 

bir-birinə yaxınlaşdıran amillərdən ən başlıcasıdır. Deməli, Şir-

van aşıq mühitinin canına bir tərəfdən «Sufi dərvişlərin», «di-

ringili avazları», nəfəsləri hopmuş, ikinci bir tərəfdən xanəndə-

lik sənəti qoşulmuşdur. Beləliklə, eyni bir kökdən su içən Şir-

van aşıq mühitinin özünəməxsus ifa tərzi, ənənəsi, sənət üslubu 

meydana gəlmişdir» (128, 4). 

Şirvanın musiqi mədəniyyətinin özünə xas cəhəti onun həd-

siz dərəcədə rəngarəng olmasındadır: bu ərazidə həm xalq mah-

 

 



 

— 24 —


nıları, həm instrumental musiqi, həm də muğam sənəti geniş tə-

şəkkül tapmışdır... Folklor ekspedisiyalarının nəticələri göstər-

diyi kimi bu ərazidə xalq musiqisinin həmin növləri ilə yanaşı 

qədim zamanlardan Molla Qasım, Baba Şirvani, Oruc, Sədrəd-

din, Daşdəmir, Fətəli Heybət oğlu, Mücülü Bəşir kimi sənətkar-

lar yetişdirmiş aşıq sənəti məktəbi də inkişaf etmişdir (8, l).  

Son dövr filoloji araşdırmalarda Şirvanın bəzi aşıqları haq-

qında da təsvir xarakterli bilgilər verilsə də onların yaradıcılığı 

hələ də kifayət qədər öyrənilməmişdir. «Şirvan aşıqları tərəfin-

dən söylənən dastanlar, onların musiqi repertuarı, toyun aparıl-

ma qanun-qaydaları  və söz açdığımız aşıq məktəbinin inkişaf 

tarixini səciyyələndirən başqa xüsusiyyətlər haqqında məlumat-

lar hələ də çox bəsitdir» (8, l). 

Şirvan aşıqlarının XV-XVIII əsrlər üzrə  Aşıq Dostu Şir-

vani, Aşıq Saleh, Aşıq Rüstəm, Aşıq İbad, XIX və XX əsrin bi-

rinci yarısı üzrə Baba Rəxşan, Aşıq Mürsəl Babaş  oğlu, Aşıq 

Soltan, Aşıq Qənimət, Aşıq Cəlal, Aşıq Daşdəmir, Aşıq Zeyna-

labdin, Aşıq Bilal, Aşıq Şamil, Aşıq Abbas və başqalarının ad-

ları və sənət irsi ilə bağlı məlumatlar vardır. «Bu sənətkarların 

əldə olunan şeirlərində yaşadıqları dövrün ab-havası, yurdumu-

zun füsünkar gözəllikləri öz poetik ifadəsini tapa bilmişdir. Bu 

istedadlar həm də neçə-neçə dastan bağlamış, saz havaları bəs-

tələmişlər. İndiyə kimi çap olunmayan «Mustafa və Sənəm xa-

nım», «Barıddıy Soltan və Kövsər», «Küçə Rza», «Koroğlunun 

Şirvan səfəri», «Aşıq Bilal və Naburlu Badam» və s. dastanlar 

Şirvan sənətkarları haqqında çox söz deyir. Şirvan aşıqlarının 

bəstələdikləri, yaratdıqları saz havalarıının sayı iyirmidən artıq-

dır. «Peşrev», «Şəşəngi», «Şirvan şikəstəsi», «Əlicadi», «Sarı-

torpaq şikəstə», «Qocaman şikəstə», «Qara qafiyə», «Güllü qa-

fiyə», «Qobustanı», «Cığdançıxmaz», «Ordubadi», «Gəraylı» 

və s. aşıq mahnıları əsrlərlə Şirvan məclislərinin bəzəyi olmuş-

dur (128, 5). 




 

 

 



— 25 — 

Təkcə bu qeyd olunanlarla məhdudlaşmayan  Şirvan aşıq 

mühitinin sənət irsi, onun özünəməxsus xüsusiyyətləri, bölgədə 

geniş yayılmış dastanlar və saz havaları, təəssüf ki, sistemli şə-

kildə  tədqiq edilməmişdir. «Şirvanda muğamla aşıq sənətinin 

qarşılıqlı təsirinin nə vaxtdan və necə başladığını dəqiq demək 

çətindir. Lakin artıq XIX əsrin axırına yaxın və XX əsrin ilk 

onillikləri dövründə Şirvanda həm xanəndələrin, həm də aşıqla-

rın iştirakı ilə keçən toylara daha tez-tez təsadüf olunurdu (Şir-

vanda keçirilən məclislərdə Keçəçi oğlu Məhəmməd, Cabbar 

Qaryağdı, Kəblə Hüseyn, Səhəb və başqa musiqiçilər iştirak 

edirdilər) (8, 4).  

Şirvan aşıq mühitinin görkəmli nümayəndələrindən olan 

Aşıq Şamil Şirvan toylarında sənətkarların iştirakını belə təsvir 

edirdi: «Bizim əsrin (XX əsrin – Y.Ə.)  əvvəllərindən  Şirvan 

toylarına daha çox tərkibində xanəndə olan aşıq dəstələri dəvət 

etməyə başladılar. Amma söz yox ki, bu məclislərdə üstünlük 

yenə də aşığa verilirdi. Elə buna görə də aşıq daha dərin, daha 

zəngin biliyə malik olmalı idi: O, xanəndənin bildiklərini də 

bilməliydi. Aşıqla xanəndənin birgə  çıxışları belə keçərdi... 

Aşıq hər hansı bir mahnını oxuyub qurtaran kimi xanəndə hə-

min mahnıya ayaq verərdi və beləliklə aşıqla xanəndə arasında 

bir növ deyişmə yaranardı. Və yaxud da dastanın müəyyən his-

sələrində aşıq sözünə ara verər, xanəndə də öz çıxışı ilə, məsə-

lən «Qarabağ şikəstəsi» ilə meydana girərdi» (8, 5). 

Qeyd edək ki, Şirvan aşıq mühitinin səciyyəvi xüsusiyyət-

lərinin mövcudluğu faktını  və  bəzi xarakterik elementlərini 

Q.Namazov, M.Qasımlı və b. da qeyd ediblər (117, s.6). «Belə 

ki, bu mühitdə  aşıq tərzi ilə xanəndə  tərzinin qovuşuğu olan 

«Pişrov» havaları (ona yaxın belə hava var), «Şikəstələr» (doq-

quz şikəstə havası mövcuddur), «Şəşəngi»lər (sayı üçdür) mü-

şahidə edilir ki, həmin havalar sırf bölgə səciyyəlidir... Bununla 

belə, Şirvan aşıqlarının musiqi repertuarında yerli havalarla ya-

 

 



 

— 26 —


naşı bütövlükdə Azərbaycan aşıq sənətinə məxsus olan klassik 

saz havaları («Müxəmməs», «Dübeyti», «Kərəmi», «Koroğlu» 

havaları və s.) da mühüm yer tutur. 

...Musiqi repertuarından fərqli olaraq, Şirvan aşıq mühitinin 

söz repertuarı digər mühitlərdən özünəməxsus əlamətlərlə seçil-

mir. Ənənəvi klassik aşıq dastanları, eləcə də, saz-söz ustadları-

nın poetik irsi burada da söz yükünün əsasını  təşkil edir. Bir 

sıra hallarda bəzi dastanların («Abbas-Gülgəz», «Xəstə Qa-

sım», «Alıxan-Pərixanım», «Şah İsmayıl» və s.) süjet xəttində 

variant dəyişiklikləri nəzərə çarpır ki, bu da aşıq mühitlərinin 

əksəriyyəti üçün səciyyəvidir və folklor mətninin şifahi şəkildə 

mövcudluğundan irəli gələn təbii bir haldır» (98, 202-203). 

M. Qasımlı Şirvan aşıq mühitindən fraqmentar şəkildə bəhs 

etdiyindən (mühit üçün bəzi xarakterik əlamətləri qeyd etsə də) 

sözügedən bölgənin sənət və  sənətkar spesifikası geniş aydın-

laşdırılmamışdır. Konkret olaraq, Şirvanın XX yüzildə, xüsu-

silə, onun ikinci yarısında geniş şöhrət qazanmış, məşhur ustad 

aşığı Əhmədin adını belə xatırlatmamışdır. (128, 61).  

Ustad aşığın  şeləri bir neçə kitabçada nəşr olunmuşdur. 

Aşıq Əhməd ustad aşıq kriteriyasının tələblərinə tam uyğun bir 

sənətkar olmuşdur. O, həm ustad-şagird ənənəsi, həm də dastan 

yaradıcılığı baxımından ustad sənətkar statusu qazanmışdı. 

Azərbaycan aşıq ədəbiyyatı və Şirvan aşıq mühiti çevrəsin-

də  Aşəq  Əhmədin sənətkarlığını  səciyyələndirən keyfiyyətləri 

bütövlükdə müəyyənləşdirmək üçün məsələyə hissədə (fərddə 

və mühitdə) və tamda (Azərbaycan aşıq sənəti səviyyəsində) 

baxılmalı, coğrafi, sosial-siyasi və  mədəni faktorların təsirləri 

araşdırılmalıdır. Çünki Aşıq Əhmədin poeziyasında Kürdəmirin 

o qədər də  zəngin olmayan təbiəti ilə  zəngin peyzaj, yaşadığı 

sosial-siyasi  şəraitin saxta kommunist ideologiyası ilə Allah, 

din, haqq-ədalət, primitiv sosialist mədəniyyəti ilə  zəngin mə-

dəni, mənəvi, ruhi dünya kontrast yaradır. Sənət dünyasında ka-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə