Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

 



— 15 — 

I FƏSİL 


AŞIQ ƏHMƏDİN HƏYAT VƏ YARADICILIQ YOLU 

 

AŞIĞIN HƏYATI VƏ SƏNƏT YOLU 

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən 

biri olan Aşıq  Əhməd  Ədil bəy oğlu Rüstəmov 1920-ci ildə 

Kürdəmir rayonunun Carlı  kəndində anadan olmuşdur. Aşığın 

uşaqlıq illəri kifayət qədər ağır və  məhrumiyyətlərlə dolu bir 

dövrə təsadüf edir. Məhz həmin ildə Azərbaycan Xalq Cümhu-

riyyəti (AXC) (1918-1920) süquta uğramış, rus bolşevik impe-

riyası Azərbaycanı yenidən işğal etmişdi. Bu işğalın ilk zərbələ-

rindən biri də türk milli zadəganlıq institutuna – bəyliyə  dəy-

mişdi.  İmperiya «qolçomaq» adı altında bəyliyi sinfı düşmən 

kimi tamamilə  məhv etmişdi. Elə yaranışının ilk ilindən – 

1920-ci ildən başlanan bolşevik represiya rejiminin ilk qurban-

larından biri də Aşıq Əhmədin atası Ədil bəy olur. Aşığın sayca 

üçüncü, müstəqillik dövründə nəşr olunmuş ilk şeirlər kitabında 

«Müəllifdən» başlığı altında həmin dövrün bir ailənin simasın-

da konkret xarakteri açıqlanır: «Mən Aşıq Əhməd Ədil bəy oğ-

lu Rüstəmov 1920-ci ildə Kürdəmirin Carlı kəndində dünyaya 

gəlmişəm. Atam Ədil bəy Məşədi Rüstəm oğlu Kür çayı bölgə-

sində varlı adamlardan olub. Bu var-dövlət Ədil bəyə ata-baba-

sından miras qalmışdı. Beşqovaq bağı, Əncil bağı, İydəli qoruq, 

Çərovuş, Böyük Ağ Çalanın bir hissəsi  Ədil bəyin torpaqları 

idi. Atamın Şıxtəpəsində mal-qara üçün qışlağı, Kürün o tayın-

da – Xəlsə gölü ətrafında lobya, küncüt, darı, sılıf əkmək üçün 

torpaq sahəsi vardı. İndi görün, belə bir xeyrül-əməl sahibinin 

son aqibəti necə oldu. 1924-cü ildə vəzifə başına keçənlər atamı 

 

 



 

— 16 —


«xalq düşməni» adı ilə qollarını bağlayıb Kürdəmirə apararkən 

yarı yolda Muradxan kəndi yaxınlığında, seyrək qamışlıqda 

güllə ilə vurub öldürdülər. Sonra da bütün var-dövlətimizi yığıb 

apardılar. Özümüzü də evdən bayıra atdılar» (16, 3).  

Qeyd edək ki, 1960-cı ildə nəşr olunmuş «Aşıqlar» kitabın-

da Aşıq Əhməd Rüstəmovun tərcümeyi-halı haqqında qısa mə-

lumat verilmişdir (30, 172). Folklorşünas Əhliman Axundovun 

tərtib etdiyi «Azərbaycan aşıqları və el şairləri» kitabının ikinci 

cildində isə Aşıq Əhməd haqqında belə məlumat verilir: «Aşıq 

Əhməd Adil oğlu Rüstəmov 1921-ci ildə Kürdəmir rayonunun 

Carlı kəndində anadan olmuşdur. O, gənc yaşlarından aşıq sə-

nətinə  həvəs göstərmişdir. Sonra məclis keçirməyə, saz çalıb, 

söz qoşmağa başlamışdır. Aşıq Əhməd şeirlərinin mövzusu əsa-

sən müasir həyatdan götürülür» (34, 464). 

Şirvan bölgəsi folklor örnəklərinin, o sıradan aşıq yaradıcı-

lığı nümunələrinin toplanmasında, tərtibində və nəşrində böyük 

xidmətlər göstərmiş folklorşünas S.Qəniyev «Şirvan aşıqları» 

kitabında ustad sənətkarın bioqrafyasından danışaraq qeyd edir: 

«Əhmədin orta məktəbdə oxuduğu illərdə aşıq sənətinə rəğbəti 

günü-gündən artır. O, evlərində heç kəs olmayanda zümzümə-

lər də edirdi. Atası Ədil kişi işdən hali olur. Oğlunun bu sənətə 

bağlanması onu çox sevindirir. O, Əhmədi kənddə aşıq sənəti-

nin bilicisi, saza bələd, gözəl balaban çalan Əlinin yanına gəti-

rir. İki il ərzində Əhməd aşıq sənəti haqqında çox şeylər öyrənir 

ustadı Əlidən. O, müharibədən qayıdandan sonra, 1945-ci ildən 

aşıqlıq edir» (127, 35).  

Qeyd edək ki, aşığın özünün təqdim etdiyi «tərcümeyi-hal-

dan»da göründüyü kimi, onun 4 yaşı olanda atası güllələnib. 

Ona görə də aşığın atası ilə bağlı məlumat dəqiq deyildir. 

Aşıq Əhmədin həyatı və yaradıcılığı haqqında bir sıra əsər-

lərdə müxtəlif məlumatlara rast gəlinir (139, 90-94; 6, 40-43 və 

s.). 



 

 

 



— 17 — 

Sənətkar özü uşaqlıq illərini belə xatırlamışdır: «1930-cu il-

də ibtidai məktəbə  qəbul edildim. Dərd bizi Ozana, Qazana 

döndərmişdi. Şeirə, sənətə çox marağım var idi. Üçüncü sinifdə 

ilk şeirimi yazdım: 

 

Qara neft ölkəmizi 



Doldurur. 

Allah birin yıxır, 

Birin qaldırır. 

 

1936-cı ildən başlayaraq taxtadan bir saz qondarıb, qonum-



qonşuda, bayramda, çilə  çıxaran qızların məclisində çalıb oxu-

yardım... Anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən 

Aşıq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində ça-

lıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyir-

di. «Seydi və  Kərəm» dastanını da mən anamdan öyənmişəm. 

Saz götürüb ilk dəfə etdiyim toy Carlıda Nəsir adlı bir oğlanın 

toyu olub. Ondan sonra anam məni öz həmkəndlimiz balabançı, 

saz çalmağı bacaran Əli dayının yanına apardı. Bir tağar buğ-

daya, bir camış düyəsinə, üç batman lobyaya qiymət kəsdilər ki, 

məni öyrətsin. Əli dayı mənə «Ordubadi»ni, «Şəşəngi»ni, «Şir-

van gözəlləməsi»ni, «Qobustan pişroları»nı, «Osmanlı» havala-

rını öyrətdi, çaldırdı, oxutdu, oynatdı. Bircə Kərəmi havasından 

başqa. Ustad nə qədər çaldı, oynadı, bacarmadım. Dedi sol aya-

ğının pəncəsini yerə qoy, sağ ayağının baş barmağı üstündə ax-

saya-axsaya irəli get. Nə isə alınmadı. Əsəbi halda bayıra çıxdı. 

Mən elə bildim ki, çıxıb evlərinə getdi. Dedim ay dadi-bidad, 

xərcim batdı. Handan-hana gəldi, dedi, sağ ayağını qaldır. Mən 

ayağımı qaldıran kimi dabanıma nə isə xırçadan sancıldı. Dedi, 

indi götür sazı. O, balabanla, mən sazla. Dabanımı yerə basa bil-

mirdim. Sən demə dabanıma batırdığı innab tikanıymış. Ondan 

sonra hər şey öz qaydasına düşdü» (16, 4).  

 

 



 

— 18 —


Beləliklə, Aşıq Əhməd sənət praktikasına başlayıb. Əlli il-

dən artıq yorulmadan el şənliklərində, toyda-düyündə, ictimai 

tədbirlərdə çalıb-çağırıb. Yetmiş yaşında «Əməkdar mədəniy-

yət işçisi» fəxri adına layiq görülüb» (139, 90.)  

Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci il-

də müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, 

arxa cəbhəyə qaytarıldım. Gələn gündən bəri Kürdəmir mədə-

niyyət  şöbəsində  aşıqlar ansanblına rəhbərlik etmişəm. Çoxlu 

şagirdim olub. İlk  şeirlər kitabım 1965-ci ildə «Azərnəşr»də 

nəşr olunub – «Sazımın telləri». 1980-ci ildə «Əlləriniz yorul-

masın» adlı kitabım «Yazıçı» nəşriyyatında   işıq üzü görüb. 

Çap olunmamış yüzlərlə  şeirim, 20-yə yaxın dastanım var. 

Dağlıq Qarabağ hadisəsindən bəri bütün cəbhə boyu səngər-

səngər gəzmişəm. Cəbhədə döyüşənlərə yardımlar eləmişəm. 

İki nəvəm də, cəbhədədir (məlumat 1995-ci ildə verilib – 

Y.B.)» (16, 5).  

İki övladı olan sənətkarın yaşı  səksəni ötəndə  də rayonun 

ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində  iştirak etmişdir. 

Qoca vaxtı əli titrədiyinə görə saz çalmamış, amma bədahətən, 

sinədəftər istənilən qədər şeir söyləmişdir. Aşıq həm də son əlli 

ilin canlı mədəniyyət ensiklopediyası olmuşdur. Onun aşıq sə-

nəti ilə bağlı zəngin məlumatları vardır ki, bu da bütövlükdə bu 

sənətin öyrənilməsi üçün az əhəmiyyət daşımır. 

Aşığın ədəbi irsi 2000-dən çox müxtəlif janrlı şeiri və 20-

dək dastanı  əhatə edir. Yaradıcılıq nümunələrinin bir hissəsi 

aşıq  şeirlərindən ibarət müxtəlif antologiyalarda (o cümlədən 

30; 34; 127 və s.) və ayrıca aşığın şeirləri toplanmış «Sazımın 

telləri» (1965), «Əlləriniz yorulmasın» (1980), «İtən sa-

zım»(1995), «Xoş  gəlmisən Kürdəmirə, rəhbərim» (1998), 

«Dastanlar» (2004) kitablarında nəşr olunmuşdur (14; 15; 16; 

17). 

Aşıq  Əhməd yüksək  şairlik istedadına malik sənətkar idi. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə