Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

34 MİRAS   SENTYABR   SEPTEMBER

tARİx   HISTORY

Inara Orujova 

Azerbaijan Teachers İnstitute, student



Balakan  region  is  located  in  south  feet  of  Great  Caucasus 

Mountains  and  north-west  of  the  Republic  of  Azerbaijan. 

Balakan is rich with historical and cultural monuments. The 

archaeological explorations were not done in Balakan monu-

ments in the period since antique age to 19th century and the 

region was poor explored from archaeological term.

Explorations were done in antique dwelling called Khanjaritan 

Qobu in Garahajili hamlet of Kortala Village, Balakan region. 

Clay trough graves were revealed from the cemetery during the 

researches.  These  finds  belong  to  Yaloylutepe  culture  (4-1st 

century B.C). Many Christian temples of 5-11th century show 

wide spread of Christianity in Albania. Thus, during the time 

of Albanian ruler, pious Vacahagan in late 5th century Chris-

tianity starts to propagate widely as an official religion; pomp-

ous  religious  events  are  held  and  a  lot  of  churches  are  built. 

There are Katekh, Mazimchay, Jijikhana, Darvaz Temples of 

İnarə Orucova 

Azərbaycan Müəllimlər İnstitutu, tələbə

Balakən  rayonu  Böyük  Qafqazın  cənub  ətəklərində, 

Azərbaycan  Respublikasının  şimal-qərbində  yerləşir.  Balakən 

tarixi  mədəniyyət  abidələri  ilə  zəngindir.  Antik  dövrlərdən 

XIX  əsrə  qədər  dövrü  əhatə  edən  Balakən  abidələrində  arx-

eoloji  tədqiqatlar  aparılmamış,  bölgə  arxeoloji  baxımdan  az 

öyrənilmişdir.

Balakən  rayonunun  Kortala  kəndinin  Qarahacılı  obasında 

Xəncəritən  qobu  adlanan  antik  yaşayış  yerində  kəşfiyyat 

qazıntıları  aparılmışdır.  Tədqiqatlar  zamanı  buradakı 

qəbiristanlıqdan  gil  təknə  qəbirlər  aşkar  olunmuşdur.  Bu 

tapıntılar Yaloylutəpə mədəniyyətinə (e.ə. IV-I əsrlər) aiddir.

V-XI  əsrlərə  aid  edilən  çoxsaylı  xristian  məbədləri  də  Albani-

yada  xristianlığın  geniş  yayıldığını  göstərir.  Belə  ki,  V  yüzil-

liyin sonlarında Alban hökmdarı Mömin Vaçaqanın dövründə 

xristianlıq  dövlət  dini  kimi  geniş  təbliğ  olunmağa  başlanır, 

təntənəli  dini  tədbirlər  keçirilir  və  çoxlu  kilsələr  tikilirdi. 

Balakəndə həmin dövrlərə aid Katex, Mazımçay, Cicixana, Dar-

vaz məbədləri vardır.

BALAKƏNİN TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ

 HISTORICAL AND ARCHITECTURAL MONUMENTS OF BALAKAN 



SENTYABR   SEPTEMBER     MİRAS 35

tARİx   HISTORY

Katex  kəndi  ərazisində  Katex  şəlaləsindən  yuxarıda,  Gərəkli 

kəndinin ərazisində, Humbul çayının sol sahilində, məşhur Pəri 

qalasından 8 kilometr yuxarıda el arasında “Dağılmayan kilsə” 

və “Dağılan kilsə” adı ilə tanınan iki kilsə vardır. 

Təxminən  həmin  dövrə  aid  olan  müdafiə  istehkamlarından 

biri Böyük Səddir. Mənbələrdə Səddin şimaldan hücum edən 

tayfaların gözlənilməz həmlələrinin qarşısını almaq məqsədilə 

tikildiyi bildirilir. Humbul çayının sağ sahilindəki nəhəng təpədə 

tikilmiş “Pəri Qala “, “Katex Səddi” də məhz bu dövrdə həmin 

məqsədlə  tikilmişdir.  Poştbinə  kəndi  ərazisində,  Gürcüstanla 

sərhədə yaxın yerdə unikal bir qalanın divarları qalmaqdadır.

Katex  kəndində  ölçüləri  çox  kiçik  olsa  da  Abşerondakı 

Mərdəkan və Ramana qalalarına bənzər (xüsusilə baş hissəsi) 

those ages in Balakan. Two churches known as “Non-destroyed 

church” and “Destroyed church” exist upside Katekh Waterfall 

in Katekh Village, in the area of Gerekly Village, left bank of 

Humbul River, 8 kilometer up famous Peri Castle. One of de-

fense fortifications of nearly that age is Great Wall. It is said in 

sources that the Great Wall. is built with the purpose to prevent 

unexpected attacks of the tribes from the north. “Peri Castle” 

and “Katekh Barrier” built in a huge hill in right bank of Hum-

bul River were built mainly to this end. The walls of a unique 

castle are preserved in the place near the border with Georgia 

and  in  the  area  of  Poshtbin  Village.  There  are  guard  points 

similar Mardakan and Ramana Castles (especially head part) 



36 MİRAS   SENTYABR   SEPTEMBER

tARİx   HISTORY



in  Absheron  in  Katekh  Village  though  of  small  sizes.  Those 

guard points-towers aimed at observing the area and follow-

ing the visitors and the hostile attack. These towers are square 

form and four-storey. The floors are known from the perdi (cut 

wood) sites. The surface of perdi is planked with wood. In order 

to go upstairs to the tower, pendent stairs were used. The towers 

are built by gyps of local material, river stones. The population 

of this region played an influential role in the Caucasus history 

in 18th century, even seizing Tbilisi City, caught large amount 

of military spoil and taxes. Temples, tombs, mosques and mina-

rets on Islam are built mainly in this period. Juma Mosque with 

45-meter minaret in the regional center, as well as Katekh and 

Tala Mosques are also rare pearls of this architecture school. 

The work of this architecture school is completed with century-

old hackberry tree, which is a nature wonder and grown in the 

feet of the huge Wall, built in 6th century. In 19th century or-

namentation sect was widely spread there and its signs are pre-

served. A lot of leaders of this sect grew up in Katekh Village. 

Some educational and prayer institutions exist still which were 

built in second half of 18th century in Katekh and kept tumble-

down. Three such fort-guard points exist in roads’ upper part in 

Katekh Village, a small mosque and tomb are situated near the 

latter. There are this kind of tombs and a larger cemetery near 

Sofu pilgrimage in Katekh. The monuments were built in mid 

19th century, the period ornamentation was spread in those re-

gions. Archaeological, ethnographic and epigraphic researches 

to be conducted in Balakan will be important step in study of 

this region’s history and culture. 

Used bibliography:

1. A. Mammadly., V. Jarullahoglu. Old historical monuments 

of Balakan-Zagatala region. Baku: 2002.

2.  M.M.  Rihtim,  F.S.  Khalilli.  “Movlana  Ismayil  Sirajaddin 

Shirvani and Caucasian Followers” Baku: CBS, 2011.

3. www.mct.gov.az

nəzarətçi  məntəqələri  vardır.  Bu  nəzarətçi  məntəqələrindən  - 

qüllələrdən ərazini müşahidə etmək, gəlib – gedəni, düşmən hü-

cumunu izləmək məqsədi güdülürdü. Bu qüllələr formaca dörd-

küncdür və 4 mərtəbəlidir. Mərtəbələr pərdi qoyulan yerlərdən 

bilinir. Pərdilərin üstü isə taxta ilə döşənirdi. Qüllənin yuxarı 

mərtəbələrinə  qalxmaq  üçün  asma  nərdivanlardan  istifadə  ol-

unurdu.  Bu  qüllələr  yerli  material  olan  çay  daşlarından  kirəc 

məhlulu ilə hörülmüşdür.

XVIII əsrdə bu bölgənin əhalisi Qafqazın tarixində çox nüfuzlu 

rol oynamış, hətta Tiflis şəhərini tutaraq, böyük hərbi qənimət 

və  bac  almışdır.  İslamla  bağlı  məbədlər,  türbələr,  məscid  və 

minarələr  məhz  bu  dövrdə  daha  çox  tikilmişdir.  Balakən 

rayonunun  mərkəzində  olan  45  metrlik  minarəsi  olan  Cümə 

Məscidi, Katex, Tala məscidləri də bu memarlıq məktəbinin na-

dir incilərindən biridir. Bu memarlıq məktəbinin işini təbiətin 

möcüzəsi olan, VI əsrdə tikilmiş nəhəng Səddin dibində bitən 

çoxəsrlik dağdağan ağacı tamamlayır.

XIX əsrdə burada nəqşbəndi təriqəti geniş yayılmışdı və onun 

ələmətləri indi də yaşamaqdadır. Katex kəndində bu təriqətin bir 

çox öncülləri yetişmişlər. Katexdə XVIII əsrin ikinci yarısında 

tikilmiş və yarıuçuq şəkildə hələ də qalan təhsil və ibadət yerləri 

vardır.

Katex  kəndində  yolun  üst  tərəfində  3  belə  qalaça  –  nəzarətçi 



məntəqəsi vardır ki, bunlardan sonuncusunun yaxınlığında kiçik 

məscid və türbə vardır. Bu cür türbə və bir az böyük qəbiristanlıq 

Katexdəki  Sofu  ziyarətgahı  yaxınlığında  da  vardır.  XIX  əsrin 

ortalarında tikildiyi göstərilən bu abidələr nəqşbəndliyin həmin 

bölgələrdə yayıldığı dövrdür.

Balakəndə  aparılacaq  arxeoloji,  etnoqrafik  və  epiqrafik 

araşdırmalar  bu  bölgənin  tarixi  və  mədəniyyətinin 

öyrənilməsində mühüm addım olacaqdır. 

İstifadə edilmiş ədəbiyyat:

1. Məmmədli A., Carullahoğlu V. Balakən-Zaqatala bölgəsinin 

qədim tarixi abidələri. Bakı: 2002.

2. Rıhtım M.M., Xəlilli F.S. Mövlanə İsmayıl Siracəddin Şirvani 

və Qafqazlı müridlər. Bakı: CBS, 2011.

3. www.mct.gov.az




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə