Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə48/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

198

möminliyin şərəfli bəhrəsi”

1

 sözləri necə də özünü doğrultdu!



Cavanşir şahın əlindən bu qədər mükafat alandan sonra daha da

şöhrətləndi.

Midiyada və Həmədanda iki İran sərkərdəsi bir – biri ilə uzun

vaxt döyüşürdülər. Cavanşir hamının gözü qabağında onlardan birini

yerə yıxdı və qaçmağa məcbur etdi və müdrik bir adam kimi onları

barışdırdı. Elə buna görə də Xorazad adlı sərkərdə ona böyük hörmət

bəsləyir, onu həmişə təmtəraqla qarşılayırdı.

Yezdəgird şahın hakimiyyətinin səkkizinci ilində  ərəblər

ikinci dəfə iranlıların üzərinə hücuma etdilər və şahın özünü Mədain

şəhərində altı ay ərzində mühasirədə saxladılar.

130

 Elə bu vaxt



Xorazad və Albaniya sipəhsaları Cavanşir öz qoşunları ilə düşmən

üzərinə hücum etdilər. O, gözlərini göylərə qaldırıb dua etdi və üç

min döyüşçü ilə düşmən üzərinə hücum edib onları geri oturtdu və

təqib edərək  Dəclə çayının o biri sahilinə keçməyə məcbur etdi.

Bundan sonra o, altı ay ərzində ərəblərə Dəclənin yenidən keçməyə

imkan vermədi. Bundan sonra o, şahı götürüb böyük Dastakertə

getdi.

 Bu vaxt düşmən böyük qüvvə toplayıb Cavanşirin üzərinə



hücum  etdi. O isə şahı götürüb Beklala

131


 apardı. Həcərin oğulları

isə ( ərəblər) tufanlı dənizin ləpələritək onu təqib edirdilər. Bütün bu

günlər ərzində Albaniyanın sipəhsaları dayanmadan düşmənlərə

zərbələrini endirir və hamıya öz şəxsi şücaətini göstərərək dəfələrlə

1

İncil. Havari Pavelin yəhudilərə göndərdiyi risaləsi, XII. 11.




199

şahın ayaqları altına vurduğu düşmənlərin kəllələrini tullayırdı.

Bundan sonra hər iki tərəf qoşunlarını düzüb döyüşə hazırlıq

gördü. Elə bu vaxt İran ordularına Allah –təalanın qəzəbi tutdu və

onlar dəhşətli məğlubiyyətə uğradılar. Səmalardan endirilən buyruğa

görə  İran şahlığının son saatı vuruldu.

132

Yeddi il dalbadal cəsur



Cavanşir bu ağır döyüşlərdə iştirak edib, on bir dəfə ağır yaralar

almışdı. Bundan sonra o, iranlılarla vidalaşıb Atropatenaya getdi.

Burada şan – şöhrətli ada malik olan Cavanşiri yerli İran sərkərdəsi

gördü və təkidlə ona öz bacısını vermək istədi. Lakin Cavanşir

bütpərəst arvad almaq istəmədi və öz vətəninə qayıtdı. Sevimli

oğlunu görən atası Rəhilədən olan və xiffətini çəkdiyi birinci oğlunu

görüb sevinən ulu babamız Yaqub kimi

133


 həddindən artıq sevindi.

Cavanşirin saçları ağarmış atası Yaqub kimi öz oğlunu bağrına basıb

ağladı.

ON DOQQUZUNCU FƏSİL

Albaniya sipəhsaları Cavanşir haqqında və onun

iranlılar üzərindəki qələbələri. Yezdəgirdin ölümü.

Cavanşir Bizans imperatoru himayəsinə keçir

  

İran müharibələrindən şöhrətlə  qayıdan Cavanşir  çarın



sərəncamı ilə Albaniyanın bütün işlərinə rəhbərlik edirdi. O,


200

qoşununu götürüb atası ilə birlikdə Bərdə  şəhərindən çıxaraq şimal

tərəfə çəkildi. Cavanşirin üsyanı haqda xəbər iranlılara çatanda

onların qoşunları bizim ölkəyə soxuldular. Düşmən qoşunlarının ön

dəstələri tezliklə bu vilayətin cənub dairələrinə girən zaman Cavanşir

yaxşı silahlanmış dəstəsilə sürətlə iranlıların qabağına çıxıb öz əlilə

onların Dəyləm mənşəli başçılarını vurdu. Cavanşir və onun

döyüşçüləri onlardan çoxlarını qılıncdan keçirib bir qismini də  əsir

aldılar. Onlar böyük qənimətlər, o cümlədən at və qatırlar ələ

keçirərək geriyə döndülər. Lakin buna baxmayaraq İran qoşunları

onları təqib etməkdən əl çəkmədi. Onlarla ikinci döyüş dağlıq yerdə

baş verdi. O günü də Cavanşir qələbə qazandı və o, Allahın köməyilə

düşməni darmadağın etdi. Amma elə bu vaxt ona xəbər çatdı ki,

iranlılar Bərdəyə daxil olub onun anasını və qardaşlarını əsir aldılar.

Mən

1

 həqiqəti gizlətmirəm və deyirəm: o gün Cavanşir



balalarını itirmiş dişi ayı kimi çox qəzəbləndi və hiddətləndi. O,

qəmli – qəmli tezliklə Kambeçan vilayətində və Kürün o biri

sahilində yerləşən öz ata – baba mülkünə gəldi. Burada o, iranlıların

qüvvələrinə laqeydlik  göstərməyərək onlarla döyüşə hazırlıq gördü

və qoşunlarını düşmənlə üzbəüz çox düzgün yerləşdirdi. O, çox

qızğın döyüşdə başından yaralandı. Lakin Allahın köməyi ilə yenə

özünə gəldi və düşmənlə o vaxtadək vuruşdu ki, onlardan heç biri

sağ qalmadı. Bundan sonra o, şan – şöhrətlə Gürcüstan tərəfə getdi.

Qaldığı yerdə onun yanına ölkənin knyazı Adarnarseh öz əllərilə

1

Yəni müəllif.




201

Cavanşirin yaralarını sarıdı və onun qələbələrilə fəxr etdi. Burada

onlar sarsılmaz sülh sazişi bağladılar, bunlardan sonra  Cavanşir

gürcü qoşununun köməyilə tezliklə Uti vilayətinə yüyürdü və orada

rastlaşdığı bütün iranlıları qılıncdan keçirdi. O, iranlıların hamısını

öz qış iqamətgahı olan Bərdə şəhəri alanda da qırdı. O, şəhəri alaraq

öz anasını və qan qardaşlarını da azad etdi.

Bundan sonra Atropatenadan onun ölkəsinə tez – tez çoxsaylı

iranlı dəstələri soxuldu. Lakin Cavanşir onlardan qorxmurdu, çünki

o, azsaylı düşmən dəstələrindən daha çox böyük qoşun dəstələrilə

döyüşməyi xoşlayırdı. Belə ki, o, Şakaşen vilayətində iki döyüşdə

əlində qılıncı çoxlu iran dəstələrini qırıb məhv etdi və bunların içində

döyüşçüləri ilə birlikdə bir neçə minbaşını da öldürdü. Lakin

Cavanşirin əlində qılıncı başqa döyüşlərdə nə qədər düşməni

öldürməsi haqqında danışmağımız burada artıq olar və buna heç

ehtiyac da yoxdur.

Cavanşirin qələbələrini görüb eşidən Erməniyyə və Gürcüstan

əyanları  onun  üçün  öz  nəsillərindən  qız  seçib  onunla  qohum  olmaq

istədilər Lakin o, Sünik vilayəti knyazının Aruncan nəslindən özünə

seçib onunla evləndi və bununla da süniklilərin hamısını çox

sevindirdi.

İran sərkərdəsinə gəldikdə o, Cavanşirin əlindən öz dəhşətli

məğlubiyyətini və qoşunlarının məhv olmasını gördükdə üzünü sülhə

və məhəbbətə çevirməli oldu. O, Cavanşirə Sünikin böyük knyazı

vasitəsilə məktubla müraciət edərək and içdi ki, onunla ittifaq



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə