Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə44/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

182

onunla yanbayan otursun. O, katolikosun üzünə bir qədər baxaraq

dedi: “ Sən mənim atamsan və sənin siman Allaha bənzərdir. Nə

üçün sən mənim yanıma gəlməyə yubanırdın? Axı onda mənim

qoşunum sənin ölkəndə bu qədər fəlakət törətməzdi. İndi isə, sən

gələndən sonra, mən qoşunlarımın bütün hissələrinə  əmr edəcəyəm

ki, onlar basqınları dayandırsınlar. Bütün qoşun mənim sözlərimə

tabedir. Atam Cebu Xaqanın günəşinə and içirəm ki, məndən nə

istəsən sözsüz – səmirsiz yerinə yetirəcəyəm. Sənsə ölkənin bütün

əhalisinə əmr et ki, hamı öz evinə, işinə -gücünə və məşğuliyyətinə

qayıtsın. Mən də qonşu ölkələrə basqın edib bütün aldığım

qənimətləri sənin ölkənə gətirəcəyəm. Sənin ölkənə bir basqınıma

görə mən sənə  əsirlərlə və mal –qara ilə ikiqat verəcəyəm, çünki

mənim atam bu üç ölkəni – Albaniyanı, Lpinki və Çolanı  əbədi

olaraq almışdır”.

Katolikos ayağa qalxıb ona təzim etdi və dedi: “ Biz sənin

atanın və sənin bəndələrinik və həmçinin bu ölkənin bütün sakinləri.

Gəl bundan sonra öz bəndələrinə rəhm elə və qılıncını bizdən uzaq et

ki, biz necə qabaqlar Sasanilərə xidmət edirdiksə indi də sənə edək”.

Bu sözləri Müqəddəs Xaçın qüvvəsilə dedikdən sonra vəhşi

xasiyyətli şahzadənin və onun bütün əyanlarının və qoşunlarının

qəzəbi yatdı, onlar katolikosla quzular kimi mülayim olub ona

sevimli qardaşları və bütün vətəndaşlar. Onlar katolikosu Şadla

bərabər edib onları “ Şad ilahi” və “ Katolikos ilahi” deyə çağırır

107

və katolikosla gələnlərə “ sevimli qardaş” deyirdilər.




183

Bundan sonra xəzərlər onları oturdub yeməyə dəvət etdilər.

Onlara bardaş qurdurub qabaqlarına iyrənc ətlə dolu boşqablar

qoydular. Lakin onlar qırxgünlük pəhrizlərinə gürə yemədilər və

xəzərlər onları məcbur etməyib əti yığışdırıb onlar üçün sacda

hazırlanmış lavaş gətirdilər. Allaha şükür etdilər və çörəyə xeyir –

dua oxuyub onu yedilər. Bu da xəzərlərin çox xoşuna gəldi.

Yeyib  doyandan  sonra  onlar  ayağa  qaxdılar  və  Şad  əmr  etdi

ki, katolikosu və onun adamları təmtəraqla şəhərə yola saldılar ki,

onlar öz evlərində yaxşı dincəlsinlər. Bundan sonra katolikos daim

onların düşərgəsində, səfərlərində və istirahət vaxtlarında onlarla

birlikdə olurdu. Və o zaman ki, onlar katolikosa bənd oldular, o, da

cəsarətə gələrək öz istəklərini deyirdi. Bir dəfə o, şahzadəyə dedi: “

Ey sahibim! Madam ki, sizin bəndələrinizik, mən də sənə sənin

xeyirin üçün soz deməliyəm. Bizim ölkəmiz dağılmış qalmasın deyə

sən öz sadiq adamlarını bütün yerlərə - kənd, oba, vilayət qala və

şəhərlərə göndər ki, bu yerlərin xalqı öz yurdlarına qayıdıb

qorxmadan çalışsınlar ki, və sizin bu adamlarınız xalqı sənin

qoşunlarının zülmündən qorusunlar. Madam ki, bizim ölkə sənə və

sənin atana könüllü xidmət etməyə hazırdır, onda sən də, sənin

əyanların da bizim xahişlərimizi yerə salmayınız. Qoşunlarına əmr et

ki, öz çadırlarında saxladıqları bütün əsirləri – kişi və qadınları,

oğlan və qızlarıazad etsinlər. Qoy atalar oğullarından, analar

qızlarından ayrı düşüb, bütün ölkədə, sanki ovçulardan qorxan və

balasını atıb qaçan ceyran kimi pərən – pərən düşməsinlər”.



184

Buna bənzər mülayim və incə sözlərlə öz mənəvi qüvvəsində

katolikos onların qəlblərini alıb  istəyinə nail ola bildi. Şahzadə bütün

qoşunlarına əmr etdi ki, onlar əsirləri azad buraxsınlar və heç kəs bu

əmrin yerinə yetirilməməsinə cürət etməyib əsir olanlardan kimisə

gizlətməsin, çünki əks təqdirdə bu adamı ağır cəza gözləyir. Bu

məqsədlə o, qoşunlarına tudun adlanan öz vəkillərini və onlarla

birlikdə katolikosun səkkiz adamını göndərdi. Onlar qoşunların

düşərgələrinə gəlib çadırları bir – bir yoxlayıb əsirləri axtardılar.

Şeylərin altından və mal – qaranın arasında gənc oğlanları tapıb

onları bayıra çıxardılar və heç kəs onlara müqavimət göstərə bilmədi.

Əsirləri dəstə - dəstə toplayıb katolikosun yanına gətirirdilər. O da

baba nəvələri geyindirir, acları yedizdirir və sonra da onları evlərinə

yola salırdı. Bu andan Allahın bərəkəti həmişə onunla idi və o,

həmişə öz işlərini və  əməllərini uğurla başa çatdırırdı. Onun adı isə

düşmənlər arasında o vaxtadək çəkildi ki, Allah – təala öz xalqına

baş çəkib onların əlindən qurtardı.

ON BEŞİNCİ FƏSİL

Eyni vaxtda öz vermiş dəhşətli aclıq, taun və

ümumi ölüm haqqında

  Aclığın ağır günlərində bizə danışmaq lazımdır və vacibdir. O

zaman hər şeyi didib parçalayan siçovullar gəlib ayaqlarımız altında



185

qaynaşır, tarlalarımızın bütün məhsulunu və bütün bitkiləri yeyib

həzm edirdilər. Sonra üç qəddar sərkərdə - Aclıq, Taun və Ölüm

birləşib, əlbir hücum edərək insanları məhv edib biçirdilər. Və heç

bir adam son təsəllisinə, günahlarının bağışlanmasına layiq

görülmədi, çünki Taun mane olur, Aclıq əzir və Ölüm isə boğurdu.

 Ah, nə acı zamanlar idi! Bütün bu dəhşətli bəlanı görən

gözlərimiz nə qədər də bədbəxt idi! Ölümdən xilas olan adamlar

dağlara müraciət edərək: “ Yıxılın üstümüzə!” – deyə yalvarırdılar.

İnsanlar elə qorxmuşdular ki, ağac yarpağının xışıltısından belə əsib

titrəyirdilər. Bu Böyük Pəhriz vaxtına düşən qorxulu günlərdə

istisnasız olaraq bütün insanlar ölmüş heyvanların ətini yeyir,

bitkilərin köklərini çıxarır, ağacların qabıqlarını soyur, yarpaqları və

budaqları qırıb çeynəyirdilər, lakin bunların heç biri onlara qüvvət

vermirdi. Zavallı insanlar qurumuş üzüm tumunu yığıb üyüdürdülər

və bunu yeyirdilər. Ac olan insanlar bir yerə toplaşıb özlərinə

bənzərlərə hücum edib əllərində nə varsa qapıb yeyirdilər. Kasıbların

halı daha acınacaqlı idi. Ac gözlər hər an öz yaxınına hücum edib

onu soymağa hazır idilər.

Etibarlı adamdan bunu eşitmişəm.

108

 “ Biz elə adamlar



görmüşük ki, onlar meyitlərin əzalarını kəsir, köhnə öküz dərisini,

kirli kisələri və çəkmə boğazlarını bişirib yeyirdilər”. Biz başımıza

gələn fəlakəti ayrı yerlərdə baş verən fəlakətlərlə heç müqayisə də

edə bilmərik. Bəlkə imperator Vespasian və oğlu Tit

109

 tərəfindən



sökülüb dağıdılan Qüds şəhərinin vəziyyətini bunlara oxşatmaq


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə