Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə43/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

178

qabağından qaçdı. Xadimlərdən heç biri onu müşaiyət edə bilmədi.

Onunla yalnız ölkəmizə gəlmələrdən hündürboy və qüvvətli bir ər,

iranlıların qabaqcıl Qad Vişnasp adlı birisi gedə bildi.

Düşmənlərin basqınına keçilməz Arsax vilayətinin qayalı

dağları və daşlı dərələri də dözə bilmədi. Bizim günahlarımız ağır

yolları onlar üçün yüngül etdi və onların atları büdrəmədən dağları

asanlıqla aşırdılar.

Düşmənlər katolikosa çatıb oxlarını ona tərəf tuşladılar. Lakin

özüylə danışdığı Müqəddəs Xaçın anılmaz bərəkəti onu

düşmənlərdən qorudu və o gün ona düşmən əli dəymədi.

Gün batıb qaş qaralanda düşmənlərdən canlarını qurtaranlar

ibadət edib Allaha yalvarırdılar ki, onları gecənin zülməti bürüsün və

o gecə böyük katolikosun və bütün sağ qalanların üzünə nicat yolları

açılsın.    Yenə  də  onun  yanına  düşmən  elçiləri  gəlib  ona  Şadın  bu

sözlərini çatdırdılar: “ Mənim dediklərimə əməl etsən onda sən özün

də, sənin ölkən də və ölkəndə kim sağ qalıbsa – hamınız xilas

olunarsız. Əgər rədd cavabını versən, onda mənim əmrimlə səni

tutub istədiyindən asılı olmayaraq yanıma gətirəcəklər”.

Katolikos Viro bu böyük ölkənin bütün adlı- sanlı adamlarını,

çar nəslindən olan bütün zadəganları, vilayət valilərini, kəndxudaları,

keşişləri və məmurları Caraberd qalasına, öz yanına çağırıb onlara

dedi: “ Ərlər və qardaşlar! Başımıza gələn bu dəhyşətli fəlakətləri siz

özünüz görürsünüz. Siz hamınız günahlarımız ucbatından üzərimizə

göndərilən amansız və doymaq bilməyən və başımızın üstünə qalxan



179

qılıncın qorxu və dəhşətindən dadmısınız. Və budur çaşıb qalmışıq

və bilmirik haraya gedək və bu düşmən əlindən haraya qaçaq?

Deyiniz görək, onlar dediyi kimi edək ya yox? Bilməlisiniz ki,

onların əlindən ölmək günümüz gözümüzün qabağındadır. Fikirləşin

və vaxt itirmədən mənə cavab verin və  əgər mən bu cavabda bir

fayda görsəm sizinlə razılaşaram. Məni elçi tələsdirir. O isə sadə

adam deyil, düşmən qoşunu arasında böyük adamdır və  Şad

şahzadənin lələsi və mürəbbisidir”.

Katolikos sözünü bitirdikdən sonra orada toplananların

hamısı bir ağızdan dedilər: “ Nə üçün, ey ağamız, biz bədbəxtləri ələ

salırsan? Məgər aramızda müdrikliklə və öyüd – nəsihətdə səndən

ağıllısı varmı? Sənin yanında ağzını açıb ağıllı sözləri kimdeyə bilər?

Belə halda əgər insansevər Allah bizə mərhəmətini göstərsə,

xeyirxah ata kimi özünü bizim yolumuzda fəda et ki, biz də nə qədər

qüvvəmiz bizə imkan versə sənin yolunda canımızı qurban edərik!”

Katolikos onlara dedi: “ Allahın köməyilə onların qəzəbindən

qorxmuram. Ancaq siz gərək mənimdediyimi edəsiniz. Qoy sizin hər

biriniz imkanınıza görə qızıl, gümüş və qiymətli geyim şeyləri

gətirsin. Və heç biriniz xəsislik etməsin, çünki bu hədiyyələrlə biz

onların könüllərini alarıq”.

Bu sözlərdən sonra onların hər biri istənilən şeyləri onun

yanına gətirdi. O, özü də öz xəzinəsindən çoxlu onlara layiq hesab

etdiyi şeylərini ayırdı. Yanına gələn şahzadənin mürəbbisindən

Xəzər qoşunları arasında bütün əyanlarının, sərkərdə və knyazlarının



180

və qəbilə başçılarının adlarını və rütbələrini öyrəndi ki, kimə nə kimi

hədiyyə versin. O, hədiyyələri bölərək, bağlamanın üzərində adlarını

yazıb öz möhürü ilə möhürlədi. Sonra o, əmr etdi ki, hədiyyələri

arabalara yığsınlar və orada olanlara dedi: “ Mən hesab edirəm ki, bu

rəiyyətlərdən başqa, siz əyanlar da məni yadlar düşərgəsinə müşaiyət

etməlisiniz ki, onlarda bir şübhə oyatmasın və hesab etsinlər ki, biz

onlara doğrudan da tabe olmuşuq”.

Bunu eşidəndə onların bəzisi könüllü olaraq katolikosla

birlikdə xəzərlərin yanına getdi, bəziləri isə qorxaraq getmədi. O,

onları məcbur etməyib azad buraxdı, onunla gedənlərə isə dedi: “

Övladlarım, özünüzə ürək verin, qorxmayın! Bizim rəhbərimiz

həqiqətin Müqəddəs Ruhu, Musa peyğəmbərin əsası və  İsanın

Müqəddəs Xaçının bərəkətidir və onlar coşan dənizin ləpələrini

bizdən uzaq edərlər”.

Onlar yerlərindən tərpənib yola düşdülər. Dağlararası dərələri

keçib Uti vilayətinin gözəl, hamar və bərəkətli düzənliklərinə enəndə

orada Şadın o qədər əsgərləri var idi ki, onlar doğma yerləri tanıya

bilmədilər.Vaxtilə yəhudilər Qırmızı dənizin ortasından keçən kimi

1

indi də xəzərlərin qoşun dəstələri aralanıb onlara şahzadənin çadırına



yol açdılar. Onlar şahzadəni vilayətin şimal tərəfində, böyük Bərdə

şəhərinin, gur suların yanında salınmış düşərgəsində tapdılar. Şadın

yanına çatanda onlar gördülər ki, o, öz əyan və sərkərdələri

arasındadır. Biz

105

 onların çadırının içində bardaş qurub oturduklarını



1

Bax: İncil. Xuruc, XIV, 22 və sonrakılar.




181

gördük, elə bil ağır yüklənmiş dəvələr oturmuşdu. Hərəsinin

qabağında natəmiz heyvanların ətilə dolu bir qab və ya yanında duzlu

su ilə dolu ayrı qab var idi. Əti suyun işinə salıb yeyirdilər.

Qabaqlarına Tiflisdən apardıqları gümüş və zərli qab və badələr də

düzülmüşdü. Onların əllərində buynuzdan düzəldilmiş badələr və

uzun taxta qaşıqlar da var idi ki, bunlarla da onlar şorbalarını

içirdilər. Həmin kirli, yuyulmamış və üstündən yağı

106

 silinməmiş



qaşıq və parçlarla onlar acgözlüklə təmiz şərabı və ya dəvə və at

südünü öz doymaq bilməyən tuluğabənzər qarınlarına tökürdülər və

demək vacibdir ki, bir qabdan və parçdan iki – üç nəfər istifadə

edirdi. Qabaqlarında bizdə olduğu kimi saqilər, arxalarında isə

nökərləri yox idi, hətta şahzadənin də. Yalnız qalxanlar və nizələrlə

silahlanmış və diqqətlə şahzadənin çadırının keşiyində duran qarovul

dəstələri var idi.

Albanların katolikosunun ardınca birinci və ikinci qarovul

dəstələrinin yanından keçirib çadırın içinə hədiyyələrlə birlikdə

buraxandan sonra, onların qabağına xəzərlər çıxıb əmr etdilər ki,

hamısı yavaş – yavaş yeriyib üç dəfə təzim etsinlər. İkinci girişin

qabağında hamını saxladılar və hədiyyələri götürüb təkcə katolikosla

iç çadıra, şahzadə olan yerə daxil oldular. Katolikos içəri girib onun

qabağında yeri öpdü və hədiyyələri ona təqdim etdi. Hədiyyələrin bir

hissəsini şahzadənin yanənda olan əyanlara payladı.

Şad hədiyyələrini katolikosun öz əllərindən aldı. O, bu qədər

çoxlu adamlarla gəlməsinə sevinib əmr etdi ki, katolikos çadırda



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə