Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə39/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

162

göndərdikləri məktubların məzmunu belədir: “ Əgər sən bizanslıların

imperatorundan əl çəkib ondan zorla tutduğun torpaq və  şəhərlərini

ona qaytarmasan, əgər onun ölkəsindən əsirlərlə birlikdə apardığın və

bütün xaçpərəst xalqlarının ehtiram və sitayiş etdikləri İsa Xaçını

geriyə qaytarmasan və əgər öz ordularını onun torpaqlarından geriyə

çağırmasan, onda qulaq as, gör Şimalın çarı, bütün yer üzünün

hökmdarı,  sənin  və  bütün  çarların  çarı  sənə  nə  deyir:  “  Mən,  ey

Suriyanın valisi, üzümü sənə tərəf çevirib, imperatora vurduğun bir

zərər əvəzinə ikiqat zərər verərəm. Öz qılıncımla sənin torpaqlarında

sən öz qılıncınla onun torpaqlarında gəzdiyin kimi gəzərəm. Sənə

heç rəhmim də gəlməz və bütün bunların hamısını mən təxirə

salmadan yerinə yetirəcəyəm!”

Böyük Xosrov şah bütün bunları elçilərdən eşidəndə qalxıb,

sel kimi, ya ovçular üzərinə  şir kimi və ya balalarını itirən dişi ayı

kimi gurladı. Onların birləşib üstünə hücum etmələrini o çox yaxşı

görürdü, amma tədbirli olduğu üçün o, elçilərin qabağında öz

qorxusunu və cəsarətsizliyini heç də büruzə verməyib onlara qürur və

tənə ilə cavab verdi: “ Get və öz çarına və bizim qardaşımıza de ki,

sizin sülaləniz mənim cədlərim və mənim tərəfimdən əsrlər boyu

həmişə hörmətlə və sevimli qardaşın sülaləsi kimi qarşılanırdı və biz

oğul – qızlarımız vasitəsilə bir – birimizə qohum olmuşuq. İndi sənə

heç yaraşmaz ki, sən mənim azmış bizans qulumun sözlərinə məhəl

qoyasan”.

Və türkan

80

 öz ölkəsinə qayıtdı. Həmin vaxt imperator İrakli




163

öz qoşunları ilə  İran torpaqlarına hücum edərək inadla əlləşirdi ki,

özünü İran şahının paytaxtına yetirsin. İran şahı gördü ki, onu işləri

qaydaya düşmür və İrakli, əksinə, təkidlə ona tərəf irəliləyir. O, onun

qabağından qaçaraq geriyə çəkildi və öz paytaxtı böyük Ktesifon

şəhərinə qayıtdı. Öz arvadlarını, kənizlərini və uşaqlarını Dəclə

çayının o biri sahilinə köçürdü. Sonra orada olan az miqdarlı

əsgərlərini yığıb onları imperatorun üstünə göndərdi.

Mənsəblər və hədiyyələr vasitəsilə Xosrov şah sarayında

igidliyi ilə məşhur olan bir əyanı öz tərəfinə cəlb edir, adını dəyişib

ona Roçveh ( “ Bəxtəvər”) adı verir və onu dilə tutaraq imperatorun

üstünə göndərdiyi qoşuna başçılıq etmək razılığını aldı və düşmənə

qarşı yola saldı. O, əlacsız və şahdan qorxaraq tabe oldu, lakin bilirdi

ki, Xosrovun tələsik yığdığı bu qoşunu imperator darmadağın

edəcəkdir. Bir, iki, üç və dörd dəfə o, ehtiyatla Xosrov şaha müraciət

etdi: “ Mən qabaqcadan öz ölümüm haqda yox, sənin qoşununun

həlakı haqqında səni xəbərdar etmək istəyirəm və  əgər sən tezliklə

mənə kömək üçün qoşun gündərməsən qorxmadığın ölümün nə

olmasını özün də dadarsan”.

Şah əmr etdi ki ona belə cavab versinlər: “ Onlardan qorxma,

döyüş və qələbə çal!” Şah axırıncı məktubunu isə böyük qəzəblə belə

yazdı: “ Əgər qalib gələ bilmirsənsə, ölməyi ki, bacararsan!”

Bu acı məktubu oxuyan sərkərdə öz qoşunu qabağında

əllərini günəşə və işığa uzadaraq nərə çəkdi:” İlahilərim, məni və

mənim mərhəmətsiz şahımı ayırd edin!” O və qoşunları bizanslılarla



164

döyüşə girişib həlak oldular və tufan zamanı qovulan toz –torpağa

döndülər.

81

 Qoşunlarının belə dəhşətli məğlubiyyəti barəsində xəbər



tutmuş  İran əyanları narazılıqla bir – birlərinə deyirdilər: “ Nə

vaxtadək bizim arihəmvətənlərimizin qanı sel kimi döyüş

meydanlarında tökülüb axacaq? Nə vaxtadək biz bu qaniçən

şahımızdan qorxub əsəcəyik? Nə vaxtadək bizim var – dövlətimizi

əlimizdən alıb sarayda, qızıl – gümüşümüz isə  şahın xəzinəsinə

yığılacaq? Nə vaxtadək bizim yollarımız bağlanıb başqa ölkələrlə

ticarət edib mənfəətimizdən məhrum olacağıq? Nə vaxtadək

canlarımız bədənlərimizdə titrəyib onun dəhşətli əmrlərinə tabe olub

əziləcək? Məgər o, ölkələr hakimləri olan bizim layiqli qohun -

əqrabamızı məhv edib dərya kimi udub boğacaq? Məgər

qardaşlarımızın çoxu müxtəlif vaxtlarda onun əmriylə dəstə - dəstə,

yüzlərlə və minlərlə parça – parça edilib öldürülməyib və ya

boğdurulmayıbmı? Məgər o, ərləri arvadlarından, ataları oğullarından

ayrı salıb uzaq tayfaların əlinə qul və xidmətçi kimi göndərib  və

adamlarımızı böyük dəstələrlə düşmən sərhədləri boyunca

yerləşdirmirdimi?”

Bu kimi və bunlara bənzər sözləri onlar biri – birinə pıçıltıyla

deyirdi, çünki heç kəs bunları onun ölüm vaxtı çatmayana qədər

bərkdən  deməyə  cəsarət    etmirdi.  Elə  həmin  vaxt  şahın  ən  sadiq

adamlarından biri olan, onun böyük oğlu Qubadın mürəbbisi üsyan

etdi. O, Qubadla sözləşdi ki, atasını və qardaşlarının çoxunu



165

öldürsün


82

 və öz mürəbbisinin rəhbərliyi və göstərişi ilə  İran

şahlığını əlinə keçirsin. Mürəbbisinin hiylə kələyilə Qubad Xosrovun

saray əyanlarını aldadıb çaşdırmışdı. Mürəbbi tezliklə bütün

əyanların ürəklərini Qubad tərəfə çevirdi ki, onların köməyilə Qubadı

atasının yerinə taxta oturtsun.

83

ON İKİNCİ FƏSİL

Xosrovun öldürülməsi

Mənə bir qədər qulaq asın və mən sizə qısaca o adamın

hiyləsi haqqında danışım və xəbər verim ki, o, dəhşət saçan ovçunu

təkcə nərəsindən bütün uzaqda yaşayan xalqlarını vəlvələyə salan,

yaxınlarını isə gördükdə mum kimi əriyən şərqin şirini ölüm toruna

necə salıb tutdu. O, qısa bir müddətdə bütün insanların qəlblərinə

hakim olub, Xosrovun, sanki yetim imiş, əleyhinə üsyan etdi.

Bunu edərkən o, çarların və  əyanların heç birini köməyə

dəvət etməmiş və öz yetişdirməsinin Xosrovun əleyhinə yardım üçün

başqa uzaqda yaşayan xalqları və qəbilələri çağırmamış. O, yalnız

imperator İrakliyə gizli elçi göndərib ondan xahiş etdi ki, o, həmin

vaxt öz qoşunları ilə durduğu yerdə bir qədər ləngisin.

84

 Bundan


sonra o əmr etdi ki, bütün əyanlarına və İran şahlığının böyük saray

alaylarının başçılarına Qubadın adından belə məktublar yazılsın: “

Şahlıq hakimiyyəti atamın əlindən alınıb mənə həvalə olunmuşdur.

Bir neçə kiçik atlı dəstələrlə hazır ol!” sonra o, bu dəstələri Beh




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə