Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə36/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

149

oldu ki, lovğalanmağa başladı və hesab etdi ki, guya o, öz şahlığını

belə qorxulu və  əzəmətli öz şəxsi qeyrəti və mərdliyi sayəsində

etmişdir. O, heç fikirləşmirdi ki, Allah – təala bütün insan

şahlıqlarından yüksəkdir və mülkü istədiyinə verir ( və istədiyindən

alır).


1

 Tədricən şah Bizans çarı qarşısında zəifləyir və əvvəlki kimi,

qüdrətinin ən yüksək zirvəsində olduğu kimi, indi öz başını qürurla

qaldıra bilmirdi.

Vaxtı gələndə imperator bütün Xosrovla döyüşlərdə olan öz

sərkərdələrinə və ordularına xəbər verdi ki, Allah onların əməllərinə

kömək edir. O, əmr etdi ki, onlar bütün orduları və sursatları ilə

müəyyən yerdə toplaşsınlar.

58

 Onların hamısı təyin olunan yerə yola



düşdülər. Heç kəs öz qonşusunu gözləmirdi və vaxtı itirmədən “ ğz

kotanlarını qılınclara və oraqlarını nizələrə dəyişdirdi və zəiflər belə

bir – birinə ürək verib deyirdilər:” Biz güclüyük və cəngavərik!”

2

İmperator özü ordusuna rəhbərlik edib yola düşdü. Öz



sarayını oğluna tapşırıb onun başına tacnı qoydu və öz taxtına

oturtdu.


İrakli onun ölkəsini və  şəhərlərini alan və onları itaətdə

saxlayan İran qoşunlarına hücum etmir, onların yanından keçmir və

döyüşə təhrik etmirdi. İranlıları öz ölkəsinə buraxıb, ordusuyla dənizi

keçir və yolunu Egerlərin torpaqlarından

59

 salaraq Erməniyyəya daxil



olub, Araz çayını keçdi və Böyük Xosrov şahın üzərinə qəfildən

1

 Bax: Quran, 14, 25.



2

 İncil. Havari İoilin kitabı, III, 10.




150

hücum etmək istədi.

60

Xosrov bu xəbəri eşitdikdə həddindən artıq  təəccübləndi və



dedi:” Məgər o həmin adam deyilmi ki, qorxusundan qabağımdan

qaçırdı? Bəs indi bu nədir?” Xosrov Midiya hüduduna yaxın olan

yay iqamətgahından imperatorun gözündən qaçaraq, Suriyaya gəldi

və oradan öz böyük sərkərdəsi Şəhrivaraza çaparlarla hədə və

təhqirlərlə dolu məktub göndərdi:” Yalnız buraya dərhal gəlib və

bütün mənə qarşı cəsarət edib çıxış edənlərin istər ikiayaqlı olsun,

istər dördayaqlı, hamısını qırıb tökəndən sonra, sən məni bu böyük

rüsvavçılıqdan azad edib qəzəbimi bununla sakitləşdirə bilərsən!”

Məktubdan dəhşətli xəbəri biləndən sonra sərkərdə təcili İran

qoşunlarını gözdən küçirdi. Ona təslim olmuş və əlinə keçmiş Bizans

və Fələstin şəhərlərində mühafizə dəstələri qoyub onlara tapşırdı ki,

o, qayıdana qədər onlar şəhərləri ehtiyatla idarə etsinlər. Özü isə çox

gözəl silahlanmış atlı ordularını götürüb şahın təyin etdiyi yerə

tələsdi.


Görəndə ki, İran şahı onun əlindən çıxıb qaçdı, Böyük

imperator İrakli onu təqib etməyib Atrpatakan ölkəsinə hücum edir

və  İran şahlarının yayın istisində havasının sərin olduğuna görə

özlərinə iqamətgah seçdikləri Qazaka ( Gəncək) şəhərinə

61

 daxil olur.



İrakli  ölkəni  dağıdıb  talan  etdi

62

 və  əhalisini əsir aldı. Oradan



qayıdanda İrakli qışı Albaniya, Gürcüstan və Erməniyyədə keçirmək

istədi. Buna görə o, bu ölkələrin hakim və  əyanlarına məktublar

yazıb tələb etdi ki, onlar könüllü olaraq onun qabağına çıxaraq, onu



151

qarşılasınlar və bütün qış boyu onun özünə və ordusuna xidmət

etsinlər. Əgər onlar bu tələblərə  əməl etməsələr, onları bütpərəst

hesab edəcək və ordularına əmr edəcək ki, bu ölkələrin qalalarını alıb

torpaqlarını viran etsinlər.

63

Bunları eşidən Albaniyanın sahib və  əyanları Xosrovun



əmrilə böyük Bərdə  şəhərini tərk edib müxtəlif yerlərdə istehkam

qurub yerləşdilər. Amma Bərdənin xaçpərəst bütpərəst sakinlərinin

çoxu, o cümlədən sənətkarları xəstəlik və başqa səbəblərə görə

şəhərdən çıxıb qaça bilməyib evlərində qaldılar.

Bərdə kilsəsinin Zaxariyya adlı yumşaq xasiyyətli keşişi şəhər

sakinlərinin nicatı üçün öz həyatını belə əsirgəmirdi. Andla, ibadətlə

və müxtəlif tədbirlərlə o, xaçpərəstlərin çoxlarını əsirlikdən qurtardı.

Müxtəlif girovlarla yəhudilərlə bütpərəstləri şəhərdə saxlaya bildi.

Sonralar Zaxariyyanın bu xidmətlərinə böyük qiymət qoyuldu və

hamının razılığı ilə o, Albaniyanın katolikosluğuna layiq görüldü.

64

Saysız – hesabsız  Bizans orduları öz düşərgələrini



Kalankatuk kəndinin

65

 yanında axan çayın sahilində saldılar.



Yanlarından keçdikləri kəndlərin özlərini, gözəl bağ və üzümlükləri

tapdalayıb xaraba qoydular. Sonra onlar yerlərini dəyişib

düşərgələrini Tərtər çayın sahilində Divtakan kəndinin yanında

saldılar.

66

Bunlardan sonra “ Nor Zor” ( “ Yeni ordu”) adlı İran qoşunu



gəldi. Onun sərkərdəsi Şəhripalakan  idi. Qoşunların arasında

Qranikan Salar – şaha sadiq olan bir tanınmış sərkərdə də var idi. O




152

da gəlib şahın hüzurunda hazır durmuş idi.

Sonra Bizans tərəfdən yenə bir İran sərkərdəsi gəldi

67

 və



bunlar birləşib İraklinin ordularını Sünikin torpaqlarından geriyə

qovdular. İran ordularının özlərinə bərk zərbələr dəyməsinə

baxmayaraq

68

, onlar bizanslıları öz ölkələrinə qədər qovdular, onların



şəhərlərini silah gücüylə əllərindən aldılar.


153

ONUNCU FƏSİL

Xosrov şahın Bizans imperatoru ilə müharibə üçün

öz ordularını səfərbərliyə alması. Ona neçə illər ərzində

qılıncla endirdiyi zərbələr və Bizans ölkəsinin talan

edilməsi barəsində

  İraklinin təhriki ilə saysız – hesabsız  Xəzər orduları ölkəmizə

soxulub onu talan etməyə başladılar.

69

 Bununla əlaqədar İran şahı



Xosrov  onlara  öz  elçisini  göndərib  belə  bir  sual  verdi:”  Mənim

ölkəmə siz kimin əmrilə soxuldunuz? Bəlkə məndən qaçıb Qərb

dənizlərinin adalarında gizlinib sərgərdan gəzənin əmrilə? Əgər sizin

qızıl, gümüş, qiymətli daşlar, ipək parça  və qızılla naxışlanmış və

mirvarilərlə süslənmiş libaslara ehtiyacınız var idisə, onda mən sənə

onun vəd etdiyinin ikiqatını verə bilərdim. Buna görə  sənə deyirəm :

İraklinin bihudə kələklərinə görə mənim üzərimə basqınlar etməyin.

Yox, əgər siz bunu edərsinizsə, qoy sizin etdiyiniz kimi olsun. Ancaq

mən sizə qabaqcadan gördüyüm tədbirlər haqqında deməliyəm.

İraklinin sizinlə birlikdə mənə qarşı görmək istədiyi tədbirlərindən

vaz keçməsi üçün mən indi onun ölkəsində olan böyük və müzəffər

sərkərdəmi – Şəhrivarazı və Qərbin üstünə göndərdiyim mənim iki

qəhrəman sərkərdələrim Şahin və Kərdəri qanlı və mənim seçilmiş

və təpədən dırnaqlarınadək silahlanmış minliklər və onminliklərə




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə