Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə38/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

158

sərkərdəsi Şəhripalakanın başçılığı altında öz saray mühafizəçiləri

və qoruyucularından min atlı döyüşçü göndərdi.

Şəhər əhalisi onların köməyinə göndərilən belə qüvvətli və

təcrübəli döyüşçüləri görəndə çox ruhlandılar, şimal və qərbdən

gələn və  şəhəri dağlar kimi əhatə edən çoxlu qoşunları görə - görə

hər iki çarı masqaraya qoydular.Şəhər camaatı yer üzü saysız –

hesabsız düşmənlərin ayaqları altında necə  əsib inləməyi, qala

divarlarını söküb – yıxmaq üçüm nəhəng daşlar atan Bizans

ustalarının əlləriylə düzəldilən müxtəlif dördtəkərli mancanaqları və

başqa bu kimi alətləri görə - görə. Daş və torpaqda doldurulmuş dəri

tuluqlarla şəhərin bir hissəsini əhatə edən Kür çayının sularını geriyə

döndərib şəhəri su altında qoymaq istəmələrini görə - görə yenə də

heç bir şeydən qorxmayıb, bir – birlərinə ürək – dirək verib düşmən

tərəfindən dağıdılmış divarları düzəldib bərpa edərdilər.

Lakin tədricən iki hökmranın orduları döyüşlərdə yorulub

əldən düşdü və döyüşlərdə piyada döyüşçülərinin çoxu həlak oldu.

Hər iki çar məsləhətləşib belə fikrə gəldilər: “ Bizi qoşunlarımıza

belə itki verməyə kim məcbur edir? Ancaq güclünün əl – qolunu

bağlayandan sonra onun evini və mülkünü istədiyimiz kimi qarət edə

bilərik”.

1

Bundan sonra böyük və kinli imperator İrakli öz işlərini



nizama salıb onun köməyinə gələn adama deyir: “ Bu il öz qoşununla

sağ və salamat öz vətəninə qayıt. Mən görürəm ki, siz bu istilərə

1

 İncil. Matfeydən, XII, 29.




159

davam gətirə bilməzsiniz və qızğın günəşli Suriya torpağında böyük

Dəclə sahilində yerləşən İran şahının paytaxtına gedib çatmağa

taqətimiz yoxdur. Amma isti aylar keçib gedəndən sonra, gələn ildə

tezliklə qayıt gəl ki, biz öz planlarımızı yerinə yetirək. Mən özüm isə

İran şahı ilə mübarizəmi dayandırmayıb, onun özünü və xalqını təqib

edərək ölkəsini qorxu altında saxlayacağam. Mən hiylələrimi o

vaxtadək qurtaracağam ki, onu öz adamları vurub öldürsünlər”.

 Şəhər əhli onların zəifliyini və taqətdən düşmələrini oxuyan

kimi daha da təkəbbürlədilər və onların məğlubiyyətini lağa

qoydular. Onlar iri bir balqabaq gətirib onun üzərində bir dirsək

uzunluğunda hunlar çarının surətini çəkdilər. Kipriklərin yerinə gözə

görünməyən nazik xətlər çəkdilər, saqqal yerini biabırcasına  lüt

qoydular, burun deşiklərini qarış boyda edib altına bığabənzər seyrək

tük düzdülər ki, onu hər kəs  asanlıqla tanıya bilsin. Bundan sonra

onlar bəzədilmiş balqabağı gətirib qala divarının üstünə düşmən

əsgərlərilə üzbəüz qoyub qışqırıq saldılar:” Budur, sizin çarınız

buradadır. Gəlin ona təzim edin, çünki bu – Cebu Xaqandır!”

Və  əllərinə nizələrini alaraq xaqanın timsalı olan balqabağı

deşməyə başladılar. Onlar ikinci çarı, İraklini də ələ salıb lağa qoyur,

söyür, biabır edirdilər və onu pozğun uşaqbaz adlandırırdılar.

Bütün bunları eşidib görən çarlar qəzəblənib qeyzə gəldilər.

Onlar kinlərini və nifrətlərini sinələrində boğub başlarını tərpədərək

dəhşətli andlar içib vəd etdilər ki, onların ölkələrində bir adam da sağ




160

qalmasa belə, bu təhqirlərə görə intiqamlarını alacaqlar. Və onlar

hədələrini təkrar edə - edə geriyə gönüb getdilər.

ON BİRİNCİ FƏSİL

Şimal qoşunları İraklinin köməyinə gəlir

Bundan sonra, Xosrov şahın hökmranlığının otuz altıncı

illində

77

, imperator İrakli öz böyük kədəri və rüsvayçılığından



qurtarmağa yol axtarırdı. Bu vaxt ərzində o, bütün Bizans

torpaqlarına öz hakimiyyəti altına alıb ordu toplayır ki, şimal – şərq

ölkələrinə yolu bağlayan Qafqaz dağlarında yarıq açmaq üçün kğmək

etsin və Çola qapılarını açdırıb çoxlu Barbar qəbilələrini içəriyə

buraxaraq onların köməyilə məğrur İran şahı Xosrova qalib gəlsin.

O, öz əyanlarından olan Andre adlı istedadlı və dərrakəlisini

hazırlayıb xəzərlərin yanına göndərdi və onun vasitəsilə onlara

saysöz – hesabsız sərvətlər vəd etdi: “ Əgər onlar öz səyləri ilə mənə

kömək etsələr mən bu hörüksaxlayan xalqın acgözlüyünü, bu

heyvanların qızıla tamahlarını təmin edərəm”.

Bu sözləri eşidən Şimal çarının xələfi, çarlığın Cebu Xaqan

adlı ikinci adamı onlara nə kimi nəhəng sərvətlər vəd olunur və bütün

bunları o, İran şahının tabeliyində olan ğlkələrə hücum etdikdən

sonra əldə edə biləcəyini görüb böyük məmnuniyyətlə belə cavab

verdi: “ Mən onun düşmənlərindən onun əvəzinə intiqam alacağam.

Mən özüm şəxsən qalxıb tezliklə onun köməyinə öz cəsur




161

qoşunlarımla gələcəyəm. Mən onun tələblərini müharibə ilə, öz

oxum və qılıncımla onun istədiyi kimi təmin edəcəyəm!”

Və müqaviləni təsdiq etmək üçün, o, həmin əyanla birlikdə

bir min seçmə atlı döyüşçü və mahir oxatan göndərdi. Onlar qəflətən

Çola qapısından keçir və  şəhərin keşikçiləri və  İran şahının keçidin

ətrafında yerləşdirdiyi başqa qoşunlarına əhəmiyyət vermədən

qartallar kimi başı aşağı hücum edərək Kür çayı tərəfə yönəldilər.

Yollarında kimə rast gəldilərsə, hamısını məhv etdilər və İberiya və

Hegeriyanın torpaqlarından, sonra da böyük ( Qara) dənizdən

keçərək imperatorun hüzuruna gəldilər. Burada ( Konstantinopolda)

onlar bir – birinə verdiyi anda sadiq olmaları haqda öz ölkələrinin

qanunlarına müvafiq olaraq razılığa gəldilər. Xəzərlər İraklidən onun

torpaqlarından azad keçməyə icazə alaraq yenə də başqalarını duyuq

salmadan həmin yolla öz ölkələrinə qayıtdılar.

Xosrov şahın hökmranlığının otuz yeddinci ilinin əvvəlində

78

Şimalın çarı xəzərlərin arasında, knyazlıq rütbəsinə görə  şad



adlanan

79

 qardaşı oğlunun başçılığı altında vəd etdiyi ordunu basqına



göndərdi. O, Albaniyanın bütün vilayətləri və Atropatenanın bir

hissəsini yağmalayıb çoxlu xristian və bütpərəstləri qılıncdan keçirdi.

Bəs əsir edilib öz ölkəsinə apardığı adamların sayını və ya adlarını

kim deyə bilər?

Düşərgəsini Araz çayının sahilində salmış Şad böyük  Xosrov

şahın yanına elçi göndərib onu xəbərdar etdi ki, o, imperatorla ittifaq

bağlayıb və onun köməyinə gəlmişdir.  Onların bir – birinə



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə