Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə40/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

166

Ərdəşir şəhərin yanında, Dəclə çayının üzərində olan körpünün

başında, öz sadiq mühafizə dəstələri ilə qorunan atası Xosrovun

qaldığı Mədain sarayı ilə üzbəüzdə yerləşdirdi. Qubadın sağ və

solunda ucadan qışqıran carçılar gedirdilər. Onlar: “ Qoy bütün həyat

sevənlər və öz günlərini firavan keçirmək istəyənlər yeni şahı,

Qubadı təbrik etməyə tələssin, çünki, odur şahlar şahı!” – sözlərini

təkrar edirdilər.

Unutma Qəsrinin ( Anhuş) darvazalarını açıb onlar uzun illər

zindanda qalan şahın bütün saysız – hesabsız dustaqlarını azad edib

dedilər: “ Çıxın bayıra, ey Xosrovun bədbəxt məzlumları! Sizin

həyat qapılarınızı yenicə taxta çıxmış onun oğlu Qubad açmışdır!”

dustaqların zəncirləri qırıldı və onlar azadlığa çıxıb Qubada xeyir –

dua edərək ucadan: “ Qoy şah həmişə var olsun!” – dedilər. Bundan

sonra onlar şahın tövlələrinə girib və əl – qolları zəncirli olmalarına

baxmayaraq, Xosrovun seçmə çapağan atlarına minib sarayına

hücum etdilər. Saray alaylarının, çar mühafizəçilərinin çoxu və

Xosrovun adını daşıyan xüsusi saray qoruyucuları bölməsinin

adamları Qubadın tərəfinə keçmələri əlaməti olaraq sinələrindən öz

nişanlarını çıxarıb şahın oğlu Qubadın nişanlarını taxdılar. Qubadın

adamları sarayda qalanlara xəbərdarlıq etdilər ki, onlar Xosrovu

tutub yaxşı qorusunlar. Əks halda onları ölüm gözləyər.

Xosrov səs – küyü eşidəndə yanındakılardan soruşdu: “ Bu nə

səs – küydür?” Onlar isə cavab tapmadıqları üçün susurdular. Amma

səslər və şeypurların gurultusu daha da yaxınlaşdı və Xosrov yenə də



167

soruşdu: “ Bu nə qarışıq səslərdir?” Və onlar belə cavab verdilər: “

Sənin oğlun Qubad sənin yerinə  şah olmaq istəyir və hamı onun

ardınca gedir. Onun adamları çayın sahilində şəhərlə üzbəüzdədir və

onlar sənin əmrinlə zindanlarda saxlananların hamısını azad etdilər.

Onlar da ürəkdən sevinir, Qubada xeyir – dua edir və onu şah

adlandırırlar”.

Xosrov bu məhvedici və xüsusən dustaqların buraxılması

haqqında xəbərləri eşidəndə ah – vayladı, nalə çəkdi, zarıldadı,

qışqırdı və vurnuxdu. O bilmirdi və yalnız onun üstünə hücum edən

nəhəng ordunu görürdü.

O, saraydan çıxıb öz bağının qapısı tərəfə gedərək ağacların

arasında gizləndi, qorxudan canı qısıldı, ürəyi düşdü. Artıq onun

gözləri başının üstündəki amansız qılıncı görürdü.

Bundan sonra xalqın böyük dəstəsi sarayı dövrəyə aldı və şahı

axtarmaq üçün ayrılanlar onu ümidsiz halda gizləndiyi yerdə tapdılar.

Onu saraydan çıxarıb “ Hindular köşkü”

85

 adlanan və Maraspand adlı



qəsrdə yerləşən binaya

86

 gətirdilər. Biləndə ki, o haradadır və binanın



sahibi kimdir, Xosrov əlini sinəsinə vurub inildədi: “ Mən bədbəxtin

halına bax! Mən fal açıb gələcəkdə hindlilər arasında Maraspanda

tələyə düşəcəyimi mənə deyən falçılarln sözü düz çıxdı və doğrudan

da bəlaya düşdüm, ancaq burada, Hindistanda, yox!”

Onu bir gün orada saxladılar və ertəsi günün sübhündə başını

qılıncla bədənindən ayırıb onun şərinə son qoydular. Öz

qardaşlarının  əl – qollunu və ayaqlarını sınıq – sınıq edən Qubad



168

onları  şikəst hallarında sağ qoymaq istəyirdi. Lakin çoxlu

şikayətlərdən sonra onların hamısını öldürtdü.

Qubad atası Xosrov şahın yerini tutub

87

 bütün şahlıq və



rəiyyətlər üçün çox xoşxasiyyətli və mərhəmətli hökmran oldu. O,

qonşu padşahlarla barış yollarını axtarırdı. O, atasının saray

zindanlarında məhbus etdiyi bütün adamları öz evlərinə buraxdı və

ölkəsinin bütün vilayətlərinə fərmanlar göndərib hamıya bildirdi ki,

hamı xoşbəxt və bəxtəvər ömür sürsün. O,öz ölkəsinin bütün

yerlərində üç il ərzində hamını bütün şah vergilərindən azad edib

çalışdı ki, onun şahlığı dövründə heç kəs belinə qılınc bağlamasın.

 Lakin iğtişaş və həyəcanlı vaxtlarda törətdiyimiz günahlar

tələb edirdi ki, biz hökmransız qalaq, Qubadın bütün niyyətləri

nəticəsiz və fani oldu. Yeddi aydan sonra onun həyatı sona yetdi,

atasını öldürən onun yanına getdi, padşahlıq Sasan oğullarının

əllərindən alınıb İsmayılın oğullarına

88

 verildi.



ON ÜÇÜNCÜ FƏSİL

Sasani Xosrovun nəslindən olan Mehranilər

sülaləsi Albaniyanın hakimi olur

 Etibarlı və gerçək tarixçilərdən öyrəndik ki, İran şahının

qohumlarından olan Bindoy və Bistam qardaşları Xosrovun atası



169

Hörmüzdün əleyhinə üsyan edib onu öldürdülər və sonra

qohumlarından biri ilə öz qardaşı oğulları olan Hörmüzdün oğlu

Xosrovla birlikdə Bəhram Çubinin əlindən qaçıb Bizansa, imperator

Mavrikinin yanına gəldilər. Mavriki Xosrovu özünə kürəkən edərək

90

onu geriyə göndərdi və o, vətəninə gələrək öz şahlığını əlinə aldı. Bir



çox illər keçdikdən sonra Xosrov iki əmisini Bindoyu və Bistamı və

onların nəslindən altımış nəfərə qədər öldürüb öz atasının intiqamını

aldı.

Bundan sonra Xosrovun qohumu Mehran



91

 qaçıb ona sadiq

olan ölkənin vilayətlərini öz hakimiyyəti altına aldı və Albaniyaya

getdi. O, özüylə 30 min ailə aparıb böyük Bərdə  şəhərinin

yaxınlığında Uti vilayətinə daxil oldu və sonra xəzərlərin ölkəsinə

gedərək İranın bu düşmənlərinə qoşulmaq istədi.

Xosrov şahın əyanları onu məzəmmətləndirərək dedilər: “ Nə

üçün sən öz qohumun olan Mehranla maraqlanmırsan? Axı o, səndən

qorxaraq, düşmənlərinin yanına gedərək onları sənin əleyhinə

qaldırır”. Bundan sonra Xosrov təcili olaraq  Mehrana belə belə

məktub yazır: “ Qardaşım! Mənim sadiq qardaşım ( hərazat)!

Düşmən kimi məndən uzaqlaşma. Əgər sən mənimlə bir yerdə

yaşamağı xoşlamırsansa, bu məktub sənə çatanda nə qədər yol

getmişsənsə, Albaniyada yaşamaq üçün özünə bir o qədər torpaq

götür”.

92

 Bu məktub Mehrana dərə - təpəli Girdiman vilayətində



93

çatmışdır. O. məktubu oxuyub çox şad oldu və sevindi.

Bu yerlərin mülayim təbiətinə nəzər salaraq Mehran böyük



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə