Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə41/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

170

məmnuniyyətlə orada qaldı və orada şəhər salıb onu Mehravan

adlandırdı.

94

  O, yaz mövsümü gələndə Girdiman vilayətinin yuxarı



əyalətlərinə gedib, hiylə ilə oranı on iki yerli əyyanın yanına dəvət

edərək hamısını qılıncdan keçirib ölkəyə sahib olur. Bundan sonra o,

əmin – amanlıq içində uzun ömür sürəndən sonra rəhmətə getdi.

Onun Armayel adlı oğlu var idi. O. Vardı dünyaya gətirdi,

Vard isə üç ilərzində Girdiman qalasını tikən cəsur Vardanı

95

dünyaya gətirdi. O, ürəyinə vəfasızlıq salaraq yuxarıda haqlarında



tarizimizdə yazdığımız qədim yerli Aranşahları

96

 guya qonaqlığa



dəvət edir. O, onlar üçün ölüm yeməyi hazırlayıb onu öz qanları ilə

birlikdə onlara yedizdirdi. Onlardan altımışının başlarını vurdurub

yalnız birini – öz qohumunun qızının ərini, Aranşah Zərmehri sağ

buraxdı.


97

Beləliklə, onlar Albaniyaya hakim oldular və  əlavə olaraq

vəhşi Qafqaz qəbilələrini də özlərinə tabe etdilər.

Vardan əmin – amanlıqla ömür sürüb öldü.O, oğlu Vardı

dünyaya gətirdi, Vard isə Varazmanı, şahzadə Şuşiki və Albaniyanın

birinci – knyazı Varaz – Qriqoru

98

 dünyaya gətirdi. O, xristianlığı



Albaniya katolikosu Viro tərəfindən qəbul etmışdir.

99

 Varaz –



Qriqorun Varaz – Peroj, Cavanşir, Yezad – Xosrov və Varazman adlı

dörd oğlu var idi.

Qoy bu siyahı tamamlanmış olsun.



171

ON DÖRDÜNCÜ FƏSİL

Albaniyanın ali katolikosu Viro barəsində, onun

iztirabları və Allahın mərhəməti haqqında

  Bütün canilər, dustaqlar və böyük sarayın zindanlarında olan

bütün başqa adamlar, öz vətənlərinə və doğma yurdlarına qayıtmağa

ümidlərini itirən bunların hamısı, yeni şah Qubad tərəfindən əfv

edilərək, Qubad şahın əmrilə hədiyyələrlə yola salındılar və hamı

böyük sevinclə öz vətəninə qayıtdı.

Bunların arasında böyük Albaniya knyazlığının Viro adlı

katolikosu da var idi.

100

 O. dahi və müdrik insan olub fəlsəfənin



yaxşı bilicisi idi. Böyük və  şahanə işlərdə müdrik məsləhətlər

verməkdə onun dili sürətlə yazan bir qələm kimi idi. Onun çox

mülayim danışığı sadə adamların və xalqın xoşuna gəlirdi. O, filosof

kimi danışar və çoxlu hikmətli sözlər deyərdi: mirvari saf qızıl sapına

düzüldüyü kimi, onun ağzından bir – birinin ardınca hikmətli sözlər

tökülürdü. O, fars dilindən tərcümə işində xüsusilə mahir idi, çünki

Xosrovun saray zindanında şaha qarşı üsyan edən Albaniyanın böyük

knyazları ilə birlikdə

101

 iyirmi beş il həbsdə olarkən bu dili




172

mükəmməl öyrənmişdi. Bu knyazların çoxu sonralar həlak oldu,

bəzilərinin boynunu vurdular, digərləri şikəst edilidi, bir qədəri isə

uzaq ölkələrə sürgün olundu.

Lakin Vironun baxtı gətirib şahın sarayına yol açdı və

Müqəddəs Xaçın bərəkəti onu şah xanımın – Şirinin

102

 aramgahına



gətirdi. Şirinin səyləri nəticəsində  şah Vironun həyatını ona

bağışladı. Lakin şah qəti and verdi ki, nə qədər ki, özü sağdər, Viro

heç vaxt ölkəsinə qayıtmayıb sarayda həbsdə olacaq, amma katolikos

rütbəsi ondan alınmayacaq və onun gəlirləri müsadirə olunmayacaq.

Şah onu qiymətli bir şey kimi saxlayır, müharibə və döyüşlər üçün

hazırlanan çapar at kimi bəsləyirdi. Belə vəziyyət onun sürgününün

sonuna və Albaniyanın rəhmsiz düşmənlərinin əzablı və dəhşətli

zərbələri yaxınlaşana qədər davam etdi. Bu zaman Allah vaxtilə

Musanı Madiam ölkəsindən göndərdiyi kimi

1

, Vironu da göndərir ki,



əsirlikdən qurtarıb öz xalqını qaniçən və pozğun xalqın

103


pəncəsindən xilas etsin ki, hər qəbildən bir və hər şəhərdən iki sağ

qalanlar yer üzündə artıb çoxalsınlar.

2

Sarayi tərk edib vətəninə gələn Viro öz tabeliyində olan



kilsələrin qarşısında səcdə edib qapı və döşəmələrini qucaqladı, sel

kimi göz yaşı axıdıb dizi üstə yerdə süründü. O, yerdən qalxıb

ruhlanaraq yanındakılarada təskinlik verir və Allaha şükür edirdi ki,

onu şirin pəncəsindən qurtarıb ona imkan verib ki, o yenə də öz

kilsələrinin tağ – tavanlarını görə bilsin. O, bir qədər istirahət edib

1

 Bax: İncil. Xuruc, IV, 19.



2

 İncil. Havari İyeremiyanın kitabı, III, 14.




173

çox sevdiyi vətənindən uzun illər ayrılıq həsrətini azaltmaq istəyirdi.

Lakin onu dəhşətli kədər, zəhmət və məşəqqətlər gözləyirdi və çox

keçmədən ölkəsində baş verəcək dağıntıların şahidi olmalı idi. Çünki

o, vətəninin, sevgi həvəsiylə tərbiyə aldığı ölkəsinin müxtəlif

yerlərini gəzən zaman,ı qəflətən şimaldan ikinci dəfə

104

,

gözlənilmədən şiddətli külək əsdi və böyül Şərq ( Xəzər) dənizini



coşdurdu. Vəhşi və iyrənc heyvan öz qaniçən balası  Şadla birlikdə

cənuba hücum edib, üzünü İberiyaya və Tiflis şəhərinə tutdu. Orada

isə keçmiş cəngavərlərdən heç biri qalmadığına görə xəzərlər əvvəlki

təhqirlərin intiqamını almaq üçün çox yaxşı fürsət tapdılar. Şəhəri

mühasirəyə alıb hücuma keçdilər və  şəhər əhlini sıxıntıya saldılar.

Əhali əks hücuma keçib iki ay ərzində müqavimət göstərdilər. Lakin

onlar üzlərinə baxan ölüm hökmünə  əbəs yerə müqavimət

göstərirdilər və tezliklə başlanacaq qırğının  dəhşəti onları üzüb

tələsdirirdi.

Elə həmin vaxt qorxunc vəhşi nərildəyib tiflisliləri ovlamağa

başladı və çoxlarını tutub küləklərinin ağzına atdı, öz yuvasını

ovladığı qurbanlarla, döyüşçülərinin əllərini isə qənimətlə doldurdu.

Onlar öz qılınclarını yüksəklərə qaldırıb hamılıqla qala

divarlarına hücum etdilər. Bu nəhəng qoşun bir – birinin çiyinlərinə

qalxaraq tezliklə divarları aşdı. Bədbəxt şəhər əhalisinin üzərinə

zülmət kimi qara kölgə düşdü, onların əzaları keyiyib əlləri qüvvətsiz

oldu. Artıq onlar məğlub oldular. Qala divarlarından geriyə çəkilən

onlar quştutanın toruna düşüb titrəyən sərçələrə bənzəyirdilər.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə