Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə37/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

154

daxil olan əsgərlərimi geriyə çağıracağam.

70

  İndi mən onların



yüyənlərini şərq tərəfə döndərib bütün qüvvəmlə sizin üstünüzə

hücum edəcəyəm, sizi rahat buraxmayıb, sizi yer üzünün lap o başına

qovana qədər sizə nə bir vaxt verəcəyəm, nə də rahatlıq. Onda siz

bütün təfsilatlarla başa düşərsiniz ki, sizin tədbirlər nə  qədər mənasız

və faciəlidir. Bəs oradan gətirdiyim bu saysız – hesabsız qoşunları

mən haraya aparır, harada yerləşdirir, harada düşərgələr salmalıyam?

Bu qoşunlara hansı ölkə müqavimət göstərə bilər? Əgər siz bütün

bunları yerinə yetirməyib, ölkədən çıxmasanız, onda mən sizə xəbər

verdiyim kimi hərəkət edəcəyəm”.

Belə kinli və həlledici sözlərin qarşısında xəzərlər bu il öz

əməliyyatlarını dayandırıb  həmin Dərbənd keçidi ilə vətənlərinə

qayıtdılar.

Lakin xəzərlərin bu basqınlarda əldə etdikləri böyük

qənimətləri - əsirlər, heyvanlar, qızıl qablar və dəbdəbəli geyimləri

görən onların hakim şahzadəsi özlüyündə qərara gəldi ki, gələn il bu

yerlərə özü basqın etsin. O, bütün ona tabe olan müxtəlif xalq və

qəbilələrə,  dağlı və aranlılara, dam altında yaşayan şəhərlilərə

ulduzlar altında yatan çöllülərə, dənizdə və quruda yaşayanlara,

başları qırxılmış və uzun saçlılara

71

 əmr etdi ki, onların hamısı onun



işarasiylə ba.dan ayağa kimi silahlanıb bir yerə toplanmalıdırlar.

Və Xosrov şahın hakimiyyətinin otuz səkkizinci, onun üçün

uğursuz olan və qəmli qətli ilində

72

 həmin yuxarıda adı çəkilən



73

Cebu Xaqan

74

 öz oğlu ilə gəldi və heç kəs onun qoşunlarının sayını




155

deyə bilməzdi.

Bu dəhşətli və qəmli xəbər Albanlan ölkəsinə

75

 çatanda



böyük paytaxt və qala olan Bərdədə ölkəmizin möhkəmləndirilməsi

haqqında qərar çıxardılar. Qərar Xosrov şahın bu ölkənin valiliyinə

və knyazlığına təyin etdiyi Qayşaq adlı şəxs tərəfindən verilmişdi. O,

şəhərdə  ətraf vilayətlərin əhalisinin çoxunu saxlayaraq xəzərlərə

müqavimət göstərmək qərarına gəldi və ölkənin əyanları və  şəhər

əhliylə ittifaq bağlayaraq öz mövqeyini möhkəmlətməyə çalışdı. O,

böyük Çola şəhərinin müdafiəçiləri və onun həddindən artıq möhkəm

divarlarını qoruyan döyüşçüləri ilə nə ola biləcəyinə diqqət etməyə

hazırlaşdı. Bu əzəmətli divarları  İran şahları tikdirmişdi və bunun

üçün onlar çox böyük pullar xərcləyib, öz ölkələrinin əhalisini

taqətdən salmışdılar. Bu möhtəşəm tikinti üçün onlar inşaatçıları

səfərbərliyə alıb çoxlu müxtəlif tikinti vəsaiti daşıtdırdılar və bunlar

Qafqaz dağları ilə Şərq (Xəzər) dənizi arasındakı keçidləri bağladılar.

Lakin ümumdünya qeyzi gözlərimizin önünə çatanda dəniz

ləpələri divarlardan yüksəyə qalxıb onları yıxdı və bünövrəsinə qədər

dağıtdı. Qala divarlarında olan döyüşçülər bu eybəcər, enlisifət,

kipriksiz arvadlar kimi uzun və açılmış saçlıların onların üzərinə

hücumunu görəndə, onların dəhşətli qorxusu daha da artdı. Onların

sərrast ox atmaları qaladakıları daha da sarsıtdı, çünki bu oxlar

kamanlardan sanki sel kimi axırdı. Şəhərə girdikdə onlar qaniçən

qurdlar kimi xalqa hücum edir, dar küçə və döngələrdə rəhm

etmədən hamını qırırdılar. Bu qırğında onlar istər gözəl  və gənc qız




156

olsun, istər oğlan, istər xəstə, istər taqətsiz – hamını öldürür, hamını

məhv edirdilər, şikəsti də, qocanı da. Öldürülmüş anaların süd yerinə

döşlərindən  qab  əmən  körpələrə  belə  rəhmləri  gəlmirdi.  Sanki  od

tutmuş saman kimi onlar bir qapıdan girir o birisindən çıxırdılar vı

olduğu yerlərdə vəhşi heyvanlara və quşlara bol yem qoyub

gedirdilər.

Yavaş – yavaş bu ləpələr bizim tərəfə yeridi. Bu xəbər Bərdə

şəhərinə sahib olan və onu idarə edən bizim ağamız knyaza çatanda

o, yaxınlaşan böyük təhlükədən çixiş yolu axtarmaq üçün şəhərin İç

qalasına qorxudan sığınan qoşunlarla məsləhətləşmək istədi. Amma

danışmaq üçün onun ağzını açmaq istəyən anda onu elə dəhşət

bürüdü ki, dizləri bir – birinə dəyib elə  əsdi ki, o, tək bir sözü də

ağzından çıxara bilmədi. Orada yığılan camaat onu belə qorxuda

görərək hay – küy qaldırıb çığırdı:” Bəs niyə sən bizi indiyəcən

burada saxladın? Bizim özümüzü arvad – uşaqlarımızla birlikdə bu

qaniçən vəhşilərin əllərinə vermək üçünmü? Belə böyük və nizamsız

camaatla bizdən cəmi üç mil

1

 uzaqlıqda olan amansız düşmənin



əlindən necə çıxa bilərik?” Sonra da bir – birinə dedilər: “ Biz niyə

ləngiyirik? Nəyi gözləyirik? Bu şəhərdə özümüzə gor tapmalıyıq?

Gəlin şeylərimizi, var – dövlətimizi atıb qaçaq. Bəlkə, canımızı

qurtara bildik!”Bunu deyib camaat şəhərin dörd qapısı tərəfə cumdu

ki, şəhərdən çıxıb Arsax vilayətinin dağlarında gizlənsin.

Bunu bilən düşmənlər qaçanların ardınca yönəlib bir qismini

1

M i l – 7420 metr.




157

Uti vilayətində yerləşən, ana yurdum olan böyük Kalankatuk

kəndiylə üzbəüz yerləşən dağın ətəyində haqladılar. Lakin hava

qaraldığı üçün onlar qaçanlara böyük zərər yetirə bilmədilər. Onlar

əllərinə düşənlərin bir neçəsini öldürüb, başqalarını isə ev şeyləri ilə,

dolu arabalar və heyvanlarla birlikdə öz düşərgələrinə apardılar.

Allahın köməyilə onlar qalan  qaçanları təqib etmədilər və bunların

hamısı vaxtilə Qırmızı dənizdən keşən yəhudilər kimi

1

, gecənin



qaranlığında xilas olub Arsax vilayətinin əlçatmaz dağlarında nicat

tapdılar.  Həmin  yolla  knyaz  Qayşak  və  onun  ailəsi  qaçıb  İran

torpağında xilas oldular. Özü isə bundan sonra bu yerlərdə keçmiş

vəzifəsini qaytara bilmədi.

 

Bundan sonra düşmənlərin axını selə dönüb gürcü



torpaqlarına yayıldı və dəbdəbəli, çiçəklənən, məşhur və böyük

ticarət mərkəzi olan Tiflis şəhərini əhatə edib mühasirəyə aldı.

Bunu eşidən böyük imperator İrakli bütün ordularını

səfərbərliyə alıb öz mütəffiqi ilə birləşdi. Onlar bu görüşlərinə çox

sevinib bir – birinə çar hədiyyələrini təqdim etdilər.

76

Tiflis qalasında mühasirəyə alınmış zavallıların iztirablarına



bundan sonra baxıb fəlakətlərin onların üzərinə necə hücum

edəcəyini görmək lazım idi.  Onların ərzaq ehtiyatları hələ

qurtarmamışdı. Və belə oldu ki, Xosrov şah iki böyük hökmdarın

görüşləri barəsində hələ Tiflisin mühasirəsindən qabaq eşitmişdi və

o, şəhər müdafiəçilərinin köməyinə təcili olaraq cəsur və cəngavər

1

 Bax: İncil. Xuruc, XIV.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə