Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə34/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

141

yepiskopu olan Pyotrun vəsiyyətilə müqəddəs Qriqorun taxtının

bərpa olunmasına qədər idarə etdiyi Sünik kilsəsinin yepiskoplarının

xeyir – duası ilə Albaniya katolikosları tərəfindən təyin olunmalı

idilər

43

. Buna görə yepiskop Vrtanes Sünik yepiskopluğuna



Albaniyanın müqəddəs patriarxı Zəkəriyyə tərəfindən təyin

olunmuşdu və bundan sonra Sünik ildən – ilə müqəddəs mərhəmi

albanlardan alırdı. Belə vəziyyət düşmənçılık aradan qaldırılana

qədər davam etdi və erməni katolikosuğu yenidən birləşdi və taxtına

Abraham oturdu

44

. O ki qaldı kilsənin doqquz rütbəsinə, deməliyik



ki, kilsə  əyanları özbaşına və ermənilərin qaba xasiyyətinə uyğun

olaraq Abrahamı katolikos təyin etdilər. Albaniya kilsəsinin başçısı

arxiyepiskop , gürcü kilsəsinin başçısını isə mitropolit.

Belə olduqda gürcü kilsəsinin başçısı Kürion üsyan edib öz

etirazını bildirdi. Lakin Abraham dedi ki, albanlar xristianlığı

gürcülərdən qabaq qəbul ediblər, buna görə də arxiyepiskop rütbəsi

onlara çatır. Bu mübahisənin nəticəsi olaraq gürcülər pravoslavlığı

atıb Xalkedonçuluğa keçdilər

45

.

Yunan sərkərdələri əvvəlcə onları təhrik edirdilər ki, albanlar



üzərində başçılığa nail olsunlar. Lakin albanlar razı olmayıb qədim

zamanlarda Albaniyaya gəlmiş, İsanın şagirdlərindən biri olan və

İsanın qardaşı Yaqub tərəfindən də katolikosluğa təyin edilən məşhur

havari Yeliseyin adını çəkdilər. O, Albaniyada xristianlığı təbliğ edib

və orada, Gişdə bütün Şərqdə olan kilsələrin ulu anası olan kilsüəni

bina edib

46

 və o zaman ermənilərdə kilsəyəbənzər heç bir şey yox




142

idi.Albanlar öz dəlillərini irəli sürüb ermənilərdən ayrıldılar ki,

bundan sonra daha heç kəsə tabe olmasınlar

47

Yunanlar təkəbbürlə deyidilər ki, ermənilərin nə yepiskopları,



nə də mitropolitləri var və buna görə də onlar qərara gəldilər ki,

Mardpet yepiskopunu (Teodorusu ) mitropolit təyin edib, ona yalnız

xaçla rütbə verdilər, amma yepiskopların təyinatına heç bir hüquq

vermədilər. Mardpet mitropoliti xahiş etdi ki, ona bir, ya iki yepiskop

ayırsınlar, lakin kilsələrin əyanları buna razı olmadılar. Onlar

qorxurdu ki, təzəliklə birləşən iki katolikosluq yenidən parçalansın.

Sonradan Sünik hakimlərinin Allahın ehkamlarına tabe

olmalarını, Sünik kilsələrinin keşişlərini savadlı və hər cəhətdən

hazırlıqlı olmalarını görərək kilsə başçıları onlara Erməniyyə

mitropolitləri rütbəsiylə birlikdə yepiskopluq əsasını gəzdirmək

hüququnu verdilər və  şərt qoydular ki, süniklilər öz rütbələrini

yüksəltməsinlər və öz kilsələrinin başçısını arxiyepiskop elan

etməsinlər. Amma ölkənin sakit qalması üçün onlara köhnə adətlərini

saxlamağa icazə verdilər ki, orada yenidən nizamsızlıq yaratmasınlar.

Buna görə də süniklilər dini mərasimlər vaxtı özlərini arxiyepiskop

adlandırmırlar və ermənilərin məktublarına cavab yazanda da bunu

etmirlər. Əgər arxiyepiskop rütbəsi elan olunmuş olunsaydı, onda bu

rütbəylə də imza edərdilər, ancaq madam ki, belə elan olunmayıb,

onlar da özlərini arxiyepiskop adlandırmırlar.

Mitropolit qarşısında xaçı daşımaq Allah şərəfidir və Onun

adı insana xaç və ibadət vasitəsilə daxil olur.



143

Beləliklə, kilsənin doqquz rütbəsi təsis olundu və Sünik

keşişləri məktublara “Dini atanız”, erməni katolikosları cavab olaraq,

“Sizin qulunuz ” sözlərini yazırdılar. Sonralar katolikos İlyanın

Albaniyada olduğu vaxt kobud hərəkəti nətəcəsində

48

 ermənilər



“Sizin qulunuz” sözlərini yazmaqdan imtina etdilər, süniklilər isə

“Dini atanız” sözlərini daha işlətmədilər

49

.

İşlərin  əsl həqiqəti belədir”.



SƏKKİZİNCİ FƏSİL

Amaras yepiskopu Mxitarın məktubunda olan bəzi

küfrlü sözlərə ermənilərin cavabı

 

“Sizə, – öz təkliflərində könüllü güzəştə gedən,



yaraşmayandan vaz keçən  və sözgəlişi, öz iradələrinizdə Afina

keşişlərinə bənzər və bərabər olan Albaniyanın olduqca nəcib və

hörmətli kilsə əyanlarına! Sizə, şimalda müasir dövrün yeni tələbə və

tarixçiləri olub, diqqətlə bütün hadisələrin gedişatına fikir verən  -

sənə, Amaras yepiskopu Simeona, Müqəddəs kilsənizin başqa

həmfikir yepiskoplarına, azad adamlara və Albaniya xalqının başqa

nümayəndələrinə!

Biz – erməni katolikosu Abraham, Mardpet yepiskopu

Teodoros, Bacrəvan yepiskopu Stepannos, Sünik yepiskopu David,

Xorxorinik yepiskopu Movses, Apahünik yepiskopu Kristafor və




144

başqa yepiskop, keşiş və azad adamlar Allah naminə hərarətli dua və

yalvarışlarla sözə öz səmimi salamlarımızı göndəririk.

Bizə yazdığınız məktubda öz müqəddəs ibadətləriniz və

təxminən nə kimi insanların nə kimi ziddiyyətlər yarada bilmələri

məsələsinə dair öz istəkləriniz haqqında bəhs etdiniz. Həmin

məktubu biz Sünikin Qriqor adlı əyanı vasitəsilə aldıq. O, həmçinin

bizə sizin Allahın həqiqi yolundan öz döndərən bir xadiminizdən

söhbət etdi. Sizin möminliyə can atmağınızdan və bizim müqəddəs

cədlərimizin din və iman yolları ilə getmək arzunuzdan biz, əlbəttə,

xəbərdarıq. Ondan ziddiyyətlə dolu aldığımıza baxmayaraq, biz

səbirli qalaraq bizi və sizi cədlər arasında olan səmimi dostluq

naminə bu məsələlərdə güzəşt yolunu seçmişik.

Siz öz məktubunuzda öz inamınız haqqında qısaca danışdınız,

biz də bunu müzakirə edib Müqəddəs Ruhun nəzəriyyəsiylə

müqayisə edib sizin imanınızın həqiqətdən harada uzaqlaşmasına və

ya ona uyğun gəlməsini görmək istəyirik. Sən səhv hesab etməyin

barəsində mənə öz fikrini izah et və özün də irəlidə durmada

tərəddüd etmə, çünki belə  şeylər Allah kilsəsinin adətində deyildir.

Bir neçə zəif ibarələrdən sonra sizin məktubunuzdan bilindi

ki, siz bizi bir adamın sözünə inandığımıza təqsirləndirirsiniz.

Deyirsiniz ki, bu adam dar düşüncəlidir və buna görə də bizim

hərəkətimiz yersiz və mənasızdır və təkidlə qeyd edirsiniz ki, “ biz

dində və imanda heç də sizdən a.ağı deyilik, çünki havarilər və

müəllimlər bizə də sizin kimi Zəburu eynilə öyrədiblər”.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə