Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə31/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

129

ətir saçan və müqəddəs Xilaskarın:” Məgər şam qabın altına qoymaq

üçün gətirilir”

1

sözlərinə uyğun olaraq gizli xəzinə üzə çıxdı. Öz sadiq



bəndələrinə Allah çırağı aşkar etdi və həsrət çəkən ürəklərə sönməz

ziyanın nurunu verdi. Bu cəhətlərin əldə edilməsinə Allah bu

Albaniya ölkəsinə öz mərhəmətini iqrar etdi, mənzərəli Karset çölünə

isə ətirlik gətirdi.

Bütün dindar qardaşlığı Allaha şükür edib, müqəddəsləri

təriflədi və orada onların hamısı cəsədlərin zərrəciyindən götürüb

qiymətli qutulara qoydular. Cəsədlərin böyük hissəsini keşiş Danil

götürdü və bu qiymətli hədiyyələrlə katolikos Abbasın yanına gəldi.

Abbas hədiyyələrə görə həddindən artıq sevindi, müqəddəs

cəsədlərin gəlməsi münasibətilə bayram keçirdi və cəsədləri xüsusi

və pak sandıqçaya yerləşdirdi.

Bu son sözləri qələmə alan mən, Adrian, dua edirəm ki,

mənim oxucularım məni ən ləyaqətsizi yad etsinlər və yaddan

çıxarmasınlar ki,dünyaya ziyanın şüaları katolikos Abbasın

günlərində saçılıb. Elə bu səbəblərə görə də qoy Allah öz ulu

mərhəmətində onlara yol göstərən Vehiki də yad eləsin. Bizləri yad

edən sizlərə isə qoy İsa müqəddəs şəhidlər naminə mükafatını indi və

əbədiyyətdə versin. Amin !

5

ÜÇÜNCÜ FƏSİL

1

 İncil.Markdan, IV, 21;Matfeydən, V, 15.




130

Erməni  katolikosu İovannesin

6

 dinin

möhkəmlənməsi haqqında Albaniya katolikosu Abbasa

məktubu

“Mənim xeyirxah, ədalətli, Allahsevər və sevimli qardaş və

peşə yoldaşlarıma – Albaniya katolikosu cənab Abbasa, bahalat

yepiskopu Moiseye, Qələbə yepiskopu Qriqora, Amaras yepiskopu

Hromrika, Balasakan(Beyləqan) yepiskopu Trimoteye, Şəki

yepiskopu Ambakuma, Girdiman yepiskopu Yovhankaya Böyük

Konqmank yepiskopu Qevonda – ermənilər katolikosu İovannes,

Taron yepiskopu Abraham, çar iqamətgahının yepiskopu Qriqor,

Tayk yepiskopu Stepannos, Orxorunik yepiskopu Maştos, Vənənd

yepiskopu Givt, Assuriya yepiskopu Abdişo, Amatunilərin

yepiskopu Rap, Rştunilərin yepiskopu Kristofor, Mokk yepiskopu

Sekundos və bütün qalan erməni yepiskoplarından salam və

ehtiram!”

 Bizə dərdli xəbərlər çatıb ki, qoyun dərisi bəzi yırtıcı

canavarlar murdar Pyoturun vəngindən çıxıb sizin ölkənizə gəliblər.

Hərçənd onlar özlərini “kasıbsevərlər” adlandırıdılar, həqiqətən isə

belədir ki, onlar İsaya nifrət Üç Uqnumu isə rədd edirlər. Onlar

lənətə gəlmiş Nestorun

7

 və Xakkedon qurultayının



8

    şeytan  zir-

zibilini günahsız və pak canlara maneəsiz yeridi, onlatrın üzünü pak

dindən döndərib əbədi ölümə məhkum və yenidən  dirilmə

ümidindən məhrum edirlər. Bəndələrinə və canlılarına sağlmaz bəla

gətirən zərə haqqında eşidib, biz qərara gəldik ki, qəti inadla




131

köməyinizə gələk və məktubda müqəddəs havarinin bu sözlərini

yadınıza salaq:” Özünüzə və müqəddəs Ruha sizi nəzarətçi qoyduğu

sürüyə qulaq asan”

1

, O, sizi həm də müəlli qoyurdu və biz sizin



yadınıza xaçpərəst dinində möhkəm olmağı da salırıq ki, bu

möhkəmliyi bizim atalarımıza müqəddəs Qriqorinin və üçqat xeyir-

dualı qurultayların:Nikeyada, 318 yepiskopun iştirakıyla

9

,



Konstantinopolda, 150-nin iştirakıykla

10

 və Efesdə, 200 iştirakı



11

(

cəmi 668 yepiskop iştirak edirdi)



12

 vasitəsilə müqəddəs kitabdan –

Əhdi Ətiq və  Əhdi Cədiddən alıblar və və biz bunların hamısından

razı qalıb, onlardan bütün Xristos kilsələrinin inamı olan xaçpərəst

dinini irsən almışıq.

Biz tək bir Allaha, Qadir Ataya, Bütün varlığın xaliqinə, bir

hakimə, Allah oğluna, Atadan doğulana, həqiqi Allahdan  həqiqi

Allaha, İsaya etiqad edirik. Biz  Atadan törənən, Ata, Oğul və

Müqəddəs Üç Uqnumla bir yerdə hörmət və tərif edilən, xilqətdə və

bir kamil varlıqda birləşən, şərəflə və qüvvətlə bütün məxluqatın

qayğısına qalan Müqəddəs Ruha inanırıq. Və  ən nəhayət, Allahın

əbədi  Kəlamı  Tanrı  olub,  kamil  və  dəyişməyən,  sözlə  təsvir  edilə

bilməyən Müqəddəs Bakirənin doğduğu, öz varlığından ayrılmayan

və cismən çürüməyən və həmişə Mən Varam qalan İnsana döndü və

həmən dəyişməz Allah onda qismən yox, bütövlükdə, ikili yox,

intəhasız birliklə təcəssüm edilir. Təcəssüm olunan Ata yox, Oğul

oldu, bütöv cisim olan Müqəddəs Ruh yox, Atadan Vahid doğulan

1

İncil.Müqəddəs havarilərin  əməlləri, XX, 28.




132

olub və bu Atanın iradəsi və Müqəddəs Ruhun qüvvəsilə olubsa da,

yalnız Allah kəlamının vasitəsilə olub. Müqəddəs milad məhz belə

anlaşılır. Nəhayətsizliyin özü bələkbağıya sarınmışdı ki, böz

dəyanətə sarınaq; O, yem qutusuna qoyulmuşdu ki, biz öz

heyvanlığımızdan qorxmayaq; O, məlaikələr tərəfindən təriflənmişdi

ki, biz onlarla birlikdə tərənnüm edək;O, cadugərlər tərəfindən

mükafatlanmışdır ki, biz də İnamı bar verməyə məcbur edə bilək; O,

südlə yetişdirilib ki, biz günahlardan azad ola bilək; O, cismən kamil

böyümüş  ki,  biz  də  İsanın  kamilliyinə  çata  bilək;  O,  könüllü  olaraq

bütün iztirablara tab gətirmiş ki, biz günahların əzabından qurtara

bilək; O, çarmıxa çəkilmiş ki, biz həyat bəhrəsinə layiq ola bilək; O,

öldü ki, onun ölümü ilə bərabər Ölüm də ölə bilsin;O, məzara

qoyuldu ki, Cəhənnəmin qıfıllarını parça – parça edə bilsin; O,

üçüncü gündə dirildi ki, bizi həyata apara bilsin; O, səmalara ucalıb

Atanın sağ tərəfində oturdu ki, biz də sağ tərəfdə oturmağa layiq ola

bilək;

O, diriləri və ölüləri mühakimə etmək üçün yenidən



qayıdacaq və onun hakimiyyətinin sonu yoxdur.

Buna görə də biz inanır, səcdə edir və tərifləyərək deyirik:”

Müqəddəs Allah, müqəddəs və  ən qüvvətli, müqəddəs və ölməz,

günahlarımıza görə çarmıxa çəkilmış- bizə rəhmin gəlsin!” Kim ki,

buna inanmırdı, müqəddəslər tərəfindən lənətlənmişlər, necə ki, biz,

İsada iki təbiət və iki sima var, Müqəddəs Bakirə Allahı yox, bizə

bənzəyən bir insanı doğub həyasızcasına israr edənləri, qədim və



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə