Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə27/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

111

Qriqorinin, Ripseme və Qayanenin cəsədlərini gətirsinlər.  Elə həmin

vaxt bir kişi bel götürüb qazılmış yerdən bir qədər sağda yeni qazıntı

apardı və birdən şəhidin müqəddəs qəbri açıldı. Çar və bütün onunla

birlikdə olanların qanları sevinclə doldu. Hamıya xəbər verildi ki,

müqəddəs Qriqorisin cəsədi tapıldı və camaat müqəddəsin cəsədini

görmək niyyəti ilə üz qoydu qazılmış yerə. Əgər çar çadırdan çıxıb

camaata təskinlik verməsəydi, çadırdan da, qəbirdən də iz qalmazdı,

hər şey ayaq altında tapdalanardı.

Qəbir açılıb, cəsəd görünən kimi içindən ətrafa qəribə ləzzətli

rahiyə yayıldı. Buxurabənzər qoxu qəbirin ətrafına toplaşanları bir

neçə saata mürgüyə basdı. Çar və onunla olanları bu hal çox

təəccübləndirdi və hamı belə möcüzələri bəxş edən Allahı təriflədi.

Bundan sonra çarqəbirin yanında oturub əmr etdi ki, onun qiymətli

sandıqçasını gətirsinlər. Onu dizi üstə qoyub gözlədi. Keşişlər

qəbirdən müqəddəsin sümüklərini çıxarıb bir – bir sandıqçaya

qoyurdular. Cəsədin yanında iki şüşə qab tapdılar – birində

müqəddəs Zaxariyyanın qanı, ikincisində isə müqəddəs Pantaleonun

cəsədinin parçası var idi.

Bütün tapılanları xalqa göstərdilər və hamı səhərə qədər

ibadət etdi. Çar sandıqçanı öz möhürü ilə  möhürlədi və əmr etdi ki,

onu mühafizə etsinlər.

Həmin qəbirdə müqəddəs Qriqorisin şəxsi su qabını da

tapdılar. Onu da çar Allaha şükür edərək özüylə götürdü.

Ertəsi gün çar əmr etdi ki, onun plaşını və qızıl bardaqda şirin



112

çaxırını gətirsinlər. Qriqorisin cəsədini bu çaxırla yuyub plaşın

üstünə qoysunlar ki, günəş altında qurusun.

Amaras kilsəsindən bir keşiş həmən cəsədin bir parçasını

oğurlayıb qaçdı. Elə o gecə  şəhid Qriqoris birisinin yuxusuna girib

keşişin adını və oğurluq etməsindən danışdı. Çar keşişi dindirəndə o,

hər şeyi boynuna alıb oğurladığını qaytardı.

Orada işləyən daşyonanlardan biri öz narazılığını bildirib küfr

danışdı və” Qriqorisi yox, bir mürtədidi tapdıq!” dedi: - Elə həmən

an onu Allahın cəzası tutdu. O, yerə yıxıldı və onun başı tərsinə

dolandı. Bir neçə gün o, belə vəziyyətdə qaldı. Sonra gedib qəbirdən

bir ovuc torpaq götürüb bu torpağı öz göz yaşlarıyla o qədər islatdı

ki, ona şəfa verildi və günahları bağışlandı.

Bənna və ustaların canlarına bərk qorxu düşdü və onlar səylə

çalışıb həmən yerdə kilsənin tikilməsini başa çatdırdılar.

 Çar əmr etdi ki, hər yepiskopa müqəddəs cəsədin bir

parçasını versinlər ki, onlar da onu öz kilsələri arasında

bölüşdürsünlər. Cəsədin böyük hissəsini isə Amarasda saxladı. Qalan

hissəsini isə o böyük məharətlə möhürləyib özündə saxladı və özü də

ona xidmət edirdi. Müqəddəsin qəbri üstündə bir sovməə tikdirib ona

“ müqəddəs Qriqoris sovməəsi”adını verdi. Bundan sonra çar böyük

sevinclə ayaqüstü, bütün yepiskoplarla birlikdə ibadət etdi və onun

şirin səsi Zəburun surələrini oxumaqda qalan oxuyanların səsinə

qovuşurdu. Bundan sonra çar düşərgədən ayrılıb, üçüncü gecədə,

dördüncü günün sübh çağında başqaları ilə birlikdə canlı Allaha



113

(İsaya) təriflər oxudu. Sonra da bütün orada olanlar müqəddəslərin

cəsədlərini götürərək əvvəlki nizamla geriyə qayıtdılar.

Beləliklə, səxavətli çar Vaçaqan ondan qabaqkı çarlara, bütün

onun sələflərinə və nəslinə mənsub olmayan mənəvi və qeyri – təbii

xəzinəyə malik oldu və bu xəzinə ona daimi və ağlasığmaz mal,

şərəfli və şöhrətli girov kimi verilmişdi.

Beləliklə, çar Vaçaqanın vasitəsilə bütün ölkə xristianları

Allah mərhəmətindən öz paylarını aldılar və Vaçaqanın şöhrəti mən

hesab edirəm ki, heç də qərbin sahibi olan imperator I

Konstantinin

142


şöhrətindən az deyildi.

Amma bizə, Şərq xalqına gəldikdə, bu müqəddəs çar bizim

üçün Allahı dərketmə qapısının işığı və saysız – hesabsız yaxşılıqlar

üçün nümunə oldu. Bu izdihamlı mərasim üçün uzaqlara gedən çar

onun sanına görə seçilmiş bu yolla da geriyə qayıtdı və onun şəxsi

əzəməti həmən üstündə göründüyü yolu olduğundan daha da qəşəng

etmişdi.

Yola düşən çar piyada gedir və onunla birlikdə yolda olan

təntənəli nümayiş sanki sakit dəniz kimi aram – aram yeriyirdi.

Ətrafdakı hava da həmahəng səslərə sanki sevinirdi, elə bil ki,

məlaikələrin özləri də bunlarla bir oxuyur, yer isə səmalara bənzər

olmuşdu. Çarın özü indi də, Amarasdan qayıdanda təxti – rəvanı

piyada müşaiyət edirdi və çayı keçən kimi əmr etdi ki, hamı dayansın

Bir qədər çar, Ondan sonra isə yepiskoplar camaata xeyir- dua

verərək əmr etdilər ki, hamı evlərinə qayıtsın. Çar isə yepiskopları,



114

keşişləri və başqa əyanları cəsədlərlə bir yerdə Karueç kəndinə

aparıb dincəlməyə əmr etdi.

Sonra onunla gələnlərin və ona cəsədin əldə edilməsində

kömək edənlərin hamısına minnətdarlığını və təşəkkürünü bildirib

çar dedi:” Müqəddəslərin xahişi və sizin dualarınız vasitəsilə mənə

və  sizə  daim  arzu  etdiyimizi  bəxş  edən  İsaya  əbədi  eşq  olsun!”  Və

orada olanların hamısı bir səslə çara, xanımına və saray əyanlarına

təşəkkür edib dedilər:”Qoy sənin Allaha olan xahişlərin müqəddəs

Qriqorisin vasitəçiliyi ilə yerinə yetirilsin Qoy Allah sənə bu ölkədə

çar kimi uzun ömür versin ki, kilsələrimiz bizim gündən – günə artan

səylərimiz nəticəsində daha da firavan olsun. Qoy bizim xilaskarımız

İsa və onun səmavi Atası sənə İsanı anmaqla ömür keçirməyə imkan

versinlər”.

Çar özüylə katolikos Şuphalişonu aparıb yoluna davam etdi.

Hər dəfə müqəddəslərin təxti – rəvanı bir kəndə yaxınlaşanda, çar

atdan enib ayaqüstü onlara kənddən çıxana qədər xidmət göstərirdi.

Bunu o, ərköyün və məğrur çarlar kimi yox, xristian dinini bilən

mahir bir adam kimi, ləzzət dəryasına qərq olmuş kimi yox, Allahın

ehkamlarına səylə və məntiqlə tabe olan adam kimi edirdi.

Bu hadisə baş verən kimi və müqəddəs Qriqorisin şöhrəti Uti

vilayətinin bütün el – obasına yayılan kimi hər kəndin kişi və

qadınları müqəddəslərin qabağına çıxırdılar və hətta ucqar yerlərdən

gələnlər də  əllərində xaçlar, gül – çiçəklər və buxurlar yeganə olan

Üç Uqnumu tərif edirdilər.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə