Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə35/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

145

Bir neçə sətirdən sonra aydın olur ki, Üç Uqnumun

əbədiyyətdən qabaq mövcud olması barəsində siz bambaşqa

fikirdəsiniz. Sonra, siz Kəlamın təcəssümünü elə halda izah edirsiniz

ki, bu havarilərdən alınan İsa kilsənin təlimindən uzaqlaşır və

müqəddəs kitablarla təsdiq olunmur. Bu insanlara qəfildən

yaxınlaşan cavanların nəzəriyyəsidir ki, onlar insanları  İsa

kilsəsindən oğurlayıb sonra da yanlış fikirlərin vasitəsiylə onların

şagirdlərini də tovlayıb kilsədən çıxarırlar.

Başqa bizim öz fikirlərimizlə razı olmayan və sadəlövh

adamları çaşdıra bilən fikirlərə gəldikdə isə deməliyik ki, yalançılıq

qapıları biz dindarlar üçün bağlıdır. Və  əgər məsələlər belədirsə,

onda ey hörmətli müqəddəs atalar, fikirləşin və görün sizin imanınız

sizi haraya gətirib çıxarar və sizi Müqəddəs Ruhun təlimindən necə

uzaqlaşdırar. Məsələyə bir az dərindən baxın, zülmət içində işığı

axtarın və aydın, mükəmməl və dəqiq cavablar verin! Sənsə, ey

səadət arzulayan, mənimlə birlikdə öz iti nəzərlərini Üç Uqnum

tərəfə qaldır ki, Onun haqqında havari Pavel hələ, romalılara

göndərdiyi risaləsində belə demişdir:” Sizə, ey qardaşlar, Allahımız

İsanın adıyla və Müqəddəs Ruhun məhəbbətiylə yalvarıram:

mənimlə birlikdə mənim üçün Allaha dualarda olmağa çalışın”

1

.



Müqəddəs Üç Uqnumun şərəfini o belə tərənnüm edirdi və öyrədirdi

ki, havarilərin bütün vəsiyyətləri bu ifadələrlə doludur və yalnız onun

adıyla biz xaçı suya sala bilir və ibadətlə onu tərənnüm edirik.

1

İncil. Pavelin romalılara risaləsi, XV,30.




146

Bəs nəyə görə Allah Oğlu bir yerə yığdığı kilsəni və

dindarları biz indi parçalamalıyıq? Gəlin Nadavla Aviuda bənzəyib

kafirlər kimi özgə oduna ibadət etməyək ki, özümüz də həmin odla

məhv olmayaq

50

. Gəlin İsadan üz çevirməyək ki, O yenidən bizim



təqsirimiz üzündən bizim yerimizə  əzab çəkməsin, gəlin dinimizi

dəyişməyək ki, Nuh nəvəsi Kənanı qoçlarla təkələri ayıran Allahın

adından lənətlədiyi kimi

1

bizi də lənətləndirməsinlər. Çünki bu iş bizə



və Amaras kilsəsinə rəhbər təyin olunan sənə, Mxitara aiddir. Sənsə

təkid edirsən ki, həmin kilsə Qriqoris tərəfindən  təsis və Qriqoris və

onun nəsli kimi eyni dinə mənsubdur. Allah eləməsin ki, biz sizin

Kənan övladları olmağınızı və ya İudaya etiqad etməyinizi eşidək.

Kilsənin ikiyə bölünməsi haqqında əmr verməyin və onun bir

hissəsini azdıranların əlinə salmayın. Əgər biz dinləri havarilərin

dinlərindən fərqli olmayan ataların övladlarıyıqsa, gəlin onların

təlimindən bərk yapışaq və təmiz suda su ilə  əhəngi qarışdıraraq

korlamayaq, çünki adıyla fəxr etdiyimiz  O Səmavi Atamızın

qarşısında bizi təqsirləndirən məhz Özü olacaq. Gəlin haqsızlığın

çoxluğu ilə aldanmayaq, əksinə, gəlin ibrətli kəlamlarla uyğun olraq

çoxlarının bəlalara düçar olmalarına şərik olmayaq

2

 və cəhd edək ki,



nicat gəmisində səkkiz başqa canla gizlənək ki

3

, və onlar Tufan



zamanı boğulan cammat içindən xilas ola bildilər, gəlin Lutla

51

birlikdə odlu yağmurdan xilas olaq və altı min həlak olunanlardan



1

 Bax: İncil. Kövn, IX, 20-25.

2

 Bax: İncil. Xuruc, XXIII.2.



3

 İncil. Havari Pyotrun Birinci risaləsi, III,20.




147

sağ qalan iki nəfərlə həsrəti çəkilən torpağa daxil olaq.

1

Çünki indi də  dağlar arasında əks – səda kimi Mərhəmətlinin



səsi eşidilir:” Kiçik sürü, qorxma! Sizin atanız mərhəmət göstərib

sizə Səltənət verir!”

2

Biz inadkarlara bu istiqamətdə fəaliyyət göstərmək üçün



nəsihət edəcəyik, amma biz Üç Uqnuma ibadətin nizamını müdafiə

edir və edəcəyik və biz buna etiraz edən hər qardaşdan belə uzaq

olacağıq”.

DOQQUZUNCU FƏSİL

On səkkizinci Nahancın birinci ilindən

52

 başlanan

tarixi hesabat

Vaxtiləİran şahı Kiruşun dövründə Qüds şəhərinin 70 ilik

əsarəti

53

 bitən kimi, mömin imperator Flavi İrakli dövründə



54

 Qüdsün


bu səfərki əsarəti də bitəndə Allah məğrur İran şahı Böyük Xosrovu

55

ziyarər edib onu ona görə danladı ki, o, uzun müddət qələbələr



çalaraq paytaxtı Roma olan imperator Avqustun ölkəsi ilə birlikdə

Fələstinin parlaq şəhəri olan Qüdsi də dağıdıb talan edirdi.

Xosrov  şah  görəndə  ki,  Yunan  (  Bizans)  imperatoru  ilə

başladığı müharibə onun qərbə yürüşə gedən ordusunun Xorsan adlı

sərkərdəsi sayəsində müvəffəqiyyətlə  davam edir, o, öz

sərkərdəsinə, onun döyüşlərə yaxşı hazırlıq görüb, bu döyüşlərdə fars

1

 İncil. Bu haqda İncilin “ Kövn” fəslinə bax.



2

 İncil. Lukadan, XII,32.




148

hiylələrini işlədib qələbə çalmasına görə ona, müxtəlif şərəfli və

dəbdəbəli adlar adlar verdi. Onu gah Rəzmi Ozan, gah da Şəhrivaraz

çağırırdı.

Xorsan Böyük Qüds şəhərini alıb

56

 yandırdı. O, bütün



dünyaya işıq saçan və cəhənnəmə qalib gələn həyatverici Müqəddəs

Xaçı  əsir edib apardı.Onunla bir yerdə Xorsan müqəddəs yerlərdən

bütün qızıl, gümüş qabları və cavahiratla süsləmiş şeyləri, çox bahalı

mirvari ilə bəzədilmiş geyimləri, hətta çox gözəl və dəbdəbəli

şəhərlərin evlərində olan şeyləri, mərmər sütunları, elə heyvan və

böyük quşları daşıyıb aparmışdı ki, onların Şərq ölkələrində heç

adlarını da eşitməmişdilər. Amma mən öz hekayəmi uzatmaq

niyyətində deyiləm, çünki onun bütün orada törətdiklərindən mənim

heç xəbərim yoxdur. Qarət etdiyi dağ boyda cavahiratı onun əmriylə

İran şahının sarayına daşıdılar. Lakin şah bu saysız – hesabsız

qənimətdən, musiqidə, rəqslərdə və  əyləncələrdə  mahir  məlahətli

bakirə qızlardan və oğlanlardan nə doydu, nə də həzz aldı. O, quruda

və dənizdə döyüşərək bizanslıların gözəl şəhərlərini əhalisiylə

birlikdə  İrana köçürürdü. Öz memarlarına əmr etdi ki, onlar İranda

Bizans şəhərlərinə oxşar şəhərlər salsınlar. Bu şəhərlərdən birinə Beh

Əncətok, yəni “ Antakiyadan daha gözəl”

57

, başqa tikdiyi şəhərlərə



köhnə adlarını saxlayırdı, ancaq ona “Daha gözəl” sözlərini əlavə

edirdi.


Şahın bütün diləkləri yerinə yetdikdəndən və o, bütün xalqlar

və  şahlıqları istədiyi kimi fəth etdikdən sonra elə güclü və qüdrətli




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə