Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə32/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

133

müasir kafirləri – Ayriyi

13

, Samosatlı Paveli



14

, Manini


15

,

Markianı



16

,murdarNestorini

17

və Feodoriti



18

, ziyanlı və küfrlə dolu

Xalkedon qurultayını və papaz Levin yəhudiliklə dolu risaləsini

19

lənətləyirik.



İsrar  edənlərin  elələri  də  var  ki,  onlar  İsa  yerdə  olanda

göylərdə mövcud deyildi deyirlər; çarmıxa çəkiləndə o, şərəf taxtında

oturmamışdı: qərbdə olanda O, Atanın sağ tərəfində yox idi. Allah

belə fikirdə olanlara lənət etsin. Buna inanıb razı olanları da biz də

indi lənətləyirik.

Biz sizin yanınıza sədaqətli keşişimiz Matteni göndəririk ki,

bu məktubu sizə çatdırsın. Sizə havari İoannın sözlərini xatırladırıq:

“ Kim sizə gəlib bu elmi gətirmirsə onu evinizə buraxmayın və ona

salam verməyin, çünki onu salamlayan onun şər işlərinə şərikdir.”

1

 ”



Və hər bir ruh cisimli canlı gələn kimi İsaya inanmırsa, bu ruh

Allahdan yox, Dəccəlin ruhudur”.

2

 Belələrini öz sıralarınızdan qovun



və onların məhvedici təlimlərinə qulaq asmayın.

“O vaxtdan ki, sizin atalarınızbizim atalarımızla yekdin olub,

siz də bizimlə bir imana bağlısınız, biz istəyirik ki, sizin üç və ya

dörd yepiskopunuz bizim tərəflərə gəlib həqiqi elmi öyrənsinlər ki,

nə bir keşiş həlak olsun, nə də onun kilsəsinə mənsub olan dindarlar

itib batsınlar və həm səmalarda olan məlaikələr və həm də yer

üzündə yaşayan biz – İsanın qul və pərəstişkarları yaxşılıq üçün

sevinsin. Sizə Allahın salamları!

1

 İncil. Havari İoannın ikinci risaləsi, II, 10-11.



2

 İncil. Havari İoannın birinci risaləsi, IV,3.




134

DÖRDÜNCÜ FƏSİL

Yuxarıdakı məktubu Albaniya katolikosu ağamız

Abbas alandan sonra kafirlərin təqib olunması və

Albaniyadan sürgün edilməsi

 Hər tərəfdə acı qarışıqlıq salan Xalkedon ümumkilsə

qurultayının lovğa, dəyərsiz  və küfrlə dolu fitnəsi Allahın səbirli

olmasından dolayı bütün dünyanı əhatə etdi, onun yalançı təlimi daha

da qüvvətləndi və bu təlimin səthi ehkamlarına heyran qalanların

çoxunun ruhu əbədi zülmətin içinə qərq olunmağa məhkum oldu.

 Bu təlimin alaq otları bu Albaniya torpağında da kök saldı.

Bu zaman Albaniya katolikosu ağamız Abbas və onun məktubda

adları çəkilən bütün yepiskopları ciddiliklə bu küfrü təftiş edib və

onu yayan murdar Tovması, Zəbur surələrini oxuyan Binəti, İbası və

başqalarını Albaniyadan ucqar torpaqlara qovdular. Beləliklə,

Allahın mərhəməti sayəsində ruhanilər arasında əmin – amanlıq

bərpa olundu.

Lakin o zamanlar mübarizələr alovunun ən qızğın çağları idi.



BEŞİNCİ FƏSİL


135

Barbar xalqlarının basqını. Aləmi sarsıdan

müxtəlif hadisələr və ölkələrə bədbəxtlik üz verməsi

haqqında hekayə

Görün uzaq və yaxın dünyanın diqqətini cəlb etmək üçün

mən

1

 necə  əcaib hadisələr haqqında söhbət etmək istəyirəm! Bu



hadisələr heç də keçmiş əsrlərin müxtəlif yerlərdə və müxtəlif xalqlar

arasında alovlanan cürbəcür müharibə və hərc – mərclik dövrlərinin

hesablamaları ilə müqayisə etmək olmaz. Bütün bunlar çoxlu

təfsilatlar və dəyişmələri ilə Müqəddəs Ruh tərəfindən qabaqcadan

nizamlanmışdır. Nə dünyəvi və ya ilahi qüvvələrlə bağlı və

əfsanələrlə dolu fəsahətli yunan əsərlərində, nə də fəlsəfədə bunlara

bənzər  heç  bir  şey  tapmaq  mümkün  deyil.  Çünki  başımıza  elə

bəlalatr gəldi ki, onların barəsində bizim Xilaskarımız həyatverici

Kitabında çoxdan xəbərdarlıq etmişdi və əziyyətli günlərində on iki

seçilmiş  şagırdinin qulaqlarına çatdırmışdı: “ Həmçinin müharibələr

və hərbi xəbərlər haqqında eşidəcəksiniz. Baxınız, dəhşətə

gəlməyiniz, çünki bunların hamısı olmalıdır. Amma bu hələ son

deyil:çünki xalq xalqın üstünə qalxacaq, padşahlıq padşahlıq üstünə:

müəyyən yerlərdə aclıq da olacaq, azar da, zəlzələlər də. Günəş də

tutulacaq, Ay da öz işığını verməyəcək, ulduzlar da göydən düşəcək

və səma qüvvələri sarsınacaq.

2

 Axı, Allah bizə xəbərdarlıq edib



1

Yəni müəllif.

2

 İncil. Matfeydən, XXIV,6-7,29; Markdan, XIII, 7-8.




136

demişdi:” Ayıq olun, çünki nə gününü bilirsiniz nə də saatını”.

1

 İndi


isə dünyada olan bəlalar nəticəsində mənim fikrim dumanlara qərq

olub, niyyətlərim də pozulub, mən hekayətimin ardıcıllığını yaddan

çıxarıb Peyğəmbərin dediyi kimi:” Mən öz çörəyimi yeyəcəyimi

yaddan çıxarıram. Səsimin ah - zarından”

2

 qərara  gəldim  ki,



Albaniyada cərəyan etmiş vaxtdan və hadisələrdən başlayım. Amma

indi hələ ki, bu ana qədər bizi əhatə edən qorxunu və dəhşəti kənara

qoyaraq, biz hadisələrin nizamlı təsvirinə qayıtmalıyıq, çünki

görürük ki, çoxları bizi əhatə edən Barbar düşmənlərin saysız –

hesabsız basqınları haqqında bilmək istəyir.Bununla yanaşı, böyük

və  əcaib əlamətlər barəsində eşitmək istəyirlər, çünki bunların

köməyilə ulu və insansevər Allahın əli gözlərimiz qabağında həlak

olan düşmənlərimizi cəzalandırdı. Və keçmiş zaman bizdən

keçmişlər haqqında ardıcıl izahatı tələb etdiyi üçün, öz hekayətimizi

biz ağamız İsanın mehekan ayıda zühur edilməsini 18- ci nahancın

birinci ilindən başlayıram, bu da şahlar şahı – IV Hürmüzdün oğlu II

Xosrovun hakimiyyətinin otuz beşinci ilinə təsadüf edir.

20

                 ALTINCI FƏSİL

Ziyanlı Xalkedon qurultayının lənətlənməsi dövrü

haqqında məlumat. Albaniya küfrdən necə toxunmaz

1

 İncil.Matfeydən, XXV, 13.



2

 Zəbur, CI, 5-6.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə