Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə42/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

174

Onlardan heç biri evinə baş çəkib ailələrinə dəhşətli bəla barəsində

xəbər verməyə macal tapmadı, nə də istəkli balasının qeydinə

qalmağa, nə də öz valideynlərini yada salmağa vaxtları oldu. Onlar

vahimə içində taqətdən düşüb gizlənməyə yer axtarırdılar. Bəziləri

evlərin çardaqlarında, digərləri xəndəklərdə gizlənir, çoxları isə nicat

yerini kilsələrdə axtarırdı. Öz uşaqlarını oxşayan anaların fəryadı

balalarını axtaran böyük qoyun sürüsünün naləsinə bənzəyirdi.

Amma arxalarınca həyatbiçənlər dəstəsi gəlir, onların əlləri qanları

sel kimi axıdır, ayaqları bədənləri tapdalayır, gözləri isə ölən

adamların yığınlarına sanki göydən tökülən dolu dənələrinə baxırdı.

Fəryad və nalələr yatandan sonra xəzərlər gördülər ki, bircə

nəfər də sağ qalan yoxdur və həmin vaxt bildilər ki, onların  qılıncları

içdikləri qandan içib doymuşdur. Elə o vaxt əllərinə iki zadəgan

düşdü: birisi İran şahının buraya təyin etdiyi vali, digəri isə yerli

gürcülərdən idi. Onları Xəzər çarının yanına gətirdilərvə o, əmr etdi

ki, onu balqabaq sifət və gözsüz göstərmiş bu adamların ikisinin də

gözlərini çıxarsınlar. Sonra o əmr etdi ki, onları boğsunlar, dərilərini

soyub içinə saman doldursunlar və divardan assınlar.

Bundan sonra xəzərlər əllərini xəzinələrlə dolu sandıqlara

uzatdılar və hər bir Xəzər döyüşçüsü qiymətli qaş – daş və

cəvahiratla yüklənib hamısını çarlarının yanına gətirərək,onun

qabağında tay – tay tökdülər. Onlar o qədər sərvət daşıdılar ki, çarın

gözləri saysız – hesabsız qızıl və gümüş pullara baxmaqdan yoruldu.

Kilsə əşyaları, qızıl və gümüş qab – qacaq, mirvarili və qiymətli qaş



175

– daşlı bəzəklərin sayını isə kim və nə vaxt təsvir edə bilərdi?

O, öz tamahını artıqlaması ilə ödədikdən sonra əmr etdi ki,

bütün qənimətləri vətənlərinə göndərsinlər. O, döyüşkən ordusuoğlu

Şadın sərəncamında qoyub ona və onun pəhləvanlarına  əmr etdi ki,

Albaniyaya hərəkət etsinlər, özü  isə yığılmış xəzinələrlə birlikdə

evinə qayıdır. O,oğluna və sərkərdələrinə belə  əmr verdi: “ Əgər

onların ölkəsinin ( Albaniyanın) hakim və  əyanları mənim oğlumu

qarşılayıb öz torpaqlarını onun tabeliyinə verərlərsə, şəhərləri,

qalaları və bazarları mənim qoşunlarıma təslim edərlərsə, siz də

imkan verin onlar yaşayıb mənə qulluq etsinlər. Yox, əgər onlar belə

etməsələr, onda qoy sizin gözləriniz on beş yaşından yuxarı kişi

nəslinə rəhm etməsin, oğlanları isə qadınlarla bərabər mənə və

özünüzə qul və kəniz kimi saxlayın”.

İki ordu bir – birindən aralandı və  Şadın ordusu atasının

göstərişi ilə ona əmr olunmuş yerə gəlib çatdı. Buradan o, atasının

göstərişi ilə İran şahının canişini olan Sema Vişnasp adlı Albaniyanın

Mərzbanına və Albaniyanın katolikosu, yuxarıda adını çəkdiyimiz

Viroya elçilər göndərdi. İranlı onları qəbul etməyib: “ Axı siz

kimsiniz ki, mən bu Albaniyaya görə sizə tabe olum?” – dedi və

yığışıb İrana qaçdı, özü ilə ölkədən bir çox qiymətli şeylər apardı.

Albaniyanın patriarxı Viro isə ölkənin boynuna aəir

boyunduruğun geydirilməsini başa düşüb narahat oldu. O, İran

şahına inanmır, ondan qorxurdu, çünki elə bu ittihamla üsyankarlıqda

təqsirləndirilib uzun illər boyu sürgünə mərüz qalmışdı.O, elçilərə



176

tabe olub düşmənin yanına getdi ki, öz ölkəsini fəlakətdən və

talandan qurtara bilsin.

Lakin bəsirətli olduğuna görə Viro İran şahına gizli məktub

göndərib ona düşmənin xətərindən xəbər verir ki, Şah xəzərlərlə

onun danışıqlarını  İrana gələn zaman ona bağışlasın, şah bunu

bəyənmədiyi təqdirdə isə o, ölkəni tərk edər. Şahdan cavab gələnə

qədər Viro düşmənin elçilərini öz yanında saxladı, onlara bir qədər

gümüş verib müxtəlif  bəhanələr lələngitdi. Bəzən onlara:” Mən

ölkənin bütün əyanlarını  və bütün vilayətlərini çağırıb onlarla

birlikdə sizin çarınıza cavab məktubunu yazacağam” – deyir, bəzən

də: “ Onların hamısının gəlməsinə ehtiyac da yoxdur. Mən özüm

çarınıza layiq məktub yazıb qiymətli hədiyyələrlə birlikdə

göndərərəm” – deyirdi.

Lakin elçilər onu tələsdirib deyirdilər: “ Sən nəyi gözləyirsən

və niyə ləngiyirsən? Axı Albaniyanın bütün vilayətlərinə  təyin

olunmuş basqın günü yaxınlaşır! Budur biz, bizim knyazların və

sahibimiz Şadın gizli niyyətlərini sənə açıb dedik. Əgər sən onun

fərmanına uyğun hərəkət etmək fikrində deyilsənsə, onda tələs, qaçıb

canını qurtar. Axı biz sənin əlindən hörmət və hədiyyələrdən başqa

bir şey görməmişik  və öz Allahımızdan qorxub səni aldatmaq

istəməyib qoşunlarımızın əllərini sənin, adamlarının və xalqının

boöazında görmək niyyətində deyillik”.

Bunlar belə söhbətlərində olduğu vaxt birdən ölkəmizin hər

yerini, dağlarını və düzənliklərini, təpələrini və dərələrini duman və



177

zülmət bürüdü. Torpaqlarımızın elə bir guşəsi, elə bir qarışı qalmadı

ki, onu zülmət bürüməsin.Bütün kənd və  şəhərlərdə, bütün və

yollarda  hamı bir ağızla” Vay, vay!” qıçqırırdı. Barbarların nəriltisi

kəsilmirdi və ölkədə elə bir yer yox idi ki, oradan qəzəbli düşmənin

ölüm saçan səsi gəlməsin. Və bütün bunların hamısı eyni gündə və

eyni saatda baş verdi ki, çünki onlar püşk atıb qabaqcadan öz

aralarında bütün bizim vilayət və kəndlərimizi, çaylarımızı və

buloaqlarımızı, düzənliklərimizi və bataqlıqlarımızı bölüşdürüb təyin

olunmış vaxtda bütün ölkəmizi talan etdilər. Ölkəmiz başdan – başa

lərzəyə gəldi və o zaman peyğəmbərin bu sözlərinin doğrulduğunu

necə açıq – aydın görmək olardı ki, necə “ Şirin qabağından qaçan

insan birdən ayı ilə üzbəüz gəlir və ya evinə gəlib əlini divara

söykəyən insanı ilan çalır”.

1

Bizim başımıza da o günlərdə eyni əhvalat gəldi, çünki əgər



kimsə qılıncdan, sanki qorxunc şirdən özünü xilas edə bilirdisə

ətparçalayan və qaniçən ayının pəncəsinə, zülm cənginə düşürdü.

Onlar donuxub qalır, acından, taqətdən və ruhdan düşərək ixtiyarsız

əsarətə gedirdilər və qəddar düşmənlərin qorxunc görkəmi onlar üçün

zəhərli ilanın çalmasına bərabər idi.

Düşmən orduları dəryasının dalğaları bizi aparandan  sonra,

bu dalğalar katolikosumuzu da təqib edib onu qayalı dağlarda

yerləşən Qoltaqarak kəndindən qovdular. O, orada bütün şeylərini,

kilsə avadanlığını və qiymətli daş – qaşlarını atıb, atına minib onların

1

 İncil. Havari Amosun kitabı, V, 19.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə