Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə49/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

202

bağlayacaq. Vasitəçi onların arasında sülh və dostluq yaratmağa çox

çalışdı. Lakin o, ittifaq bağlayıb ürəyində bədxahlığı gizlətdi.

Albaniyanın sipəhsaları da öz anası və qardaşları ilə öz ölkəsinə

qayıtdı.

Cavanşir böyük İran şahlığının tənəzzülü haqqında

fikirləşərək və keçmiş  Şərq şahlarının müstəbid olmalarını yada

salaraq öz şəxsiyyətinə xüsusi təmtəraq verdi və belə qənaətə gəldi

ki, bundan sonra öz hakimiyyətini heç kəsə tabe etməsin. Cavanşir

İran sərkərdəsinə cəsarətlə xəbər verdi ki, hər iki tərəf bildiyi kimi

müstəqil hökmranlıq etməlidir. Bundan sonra o, öz qardaşları ilə ata

– baba vilayətinə gedir. İran sərkərdəsi isə ittifaqı pozub hiylə ilə

Cavanşirin atasını yanına çağırdı ki, onu özünə tabe olmağa məcbur

etsin. Bundan sonra sərkərdə Albaniya vilayətlərinə valılər təyin edib

o yerlərə öz qoşunlarını göndərdi.

İndi cəsur Cavanşir və onun böyük qardaşı nə edə bilərdilər?

Atalarının intiqamını almaq üçün onlar silahlandılar və yorğa atlarını

minib uzun yolu qisaltdıraraq gəlib Firuzabad ( Bərdə) şəhərinə

çatdılar. Əvvəlcə, onlar qalın meşəlikdə yerləşən bir tövlədə yatıb

dincəldilər, səhər çağı isə onlar atlarının cilovlarını buraxaraq şir

balaları kimi şəhərə hücum edib ona sahib oldular. Şəhərdə və

ətrafında İran sərkərdəsinin döyüşçülərindən kimi tapıb gördülərsə,

hamısının cəzasını verdilər. Qardaşların yaxşı silahlanmış dəstələri

iranlıları atalarını azad buraxmağa məcbur edənə qədər qırdılar.

Yezdəgirdin şahlığının iyirminci ilində  İran şahlığı tamamilə



203

məhv edilmişdi. Bu əhvalat həcərlilərin (ərəblərin) bütün dünyaya

məşhur olan müharibələrinin otuz birinci və sahibim Cavanşirin

hakimiyyətinin on beşinci ilində baş vermişdi.

135

Beləliklə, taciklər ( ərəblər) Şimal və Şərq ölkələrinə hücum



edərək tayfa və qəbilə başçılarını öz qəsrlərini onlara təslim etməyə

və arvad – uşaqlarını girov verməyə məcbur edirdilər ki, gələcəkdə

onlara qarşı üsyan qaldırmasınlar.

Cənubdan gələnlərin amansız olduğunun görən Cavanşir

onlara tabe olmayıb Kür çayının o biri sahilinə keçir. O bir qədər

orada qaldıqdan sonra yenə də ürəyinin atəşini söndürmək üçün

ərəblərlə döyüşə yenidən başlamaq və atasını azad eləmək istədi.

Lakin atası onu bu fikirdən daşındırdı və könüllü olaraq düşmənə

təslim oldu.

Müdrik Cavanşir isə erməni sərkərdəsi ilə ittifaq bağlayıb onu

Bizans imperatoruna tabe olmağa razı saldı.

136


  İttifaqə bağlayandan

sonra Cavançir Bizans imperatoruna məktub göndərdi...



İYİRMİNCİ FƏSİL

Peyğəmbər Məhəmməddən sonra əmirəlmöminin

aşağıdakılar olub

  Məhəmməddən sonra ərəblərin ikinci hakimi Əbu Bəkr ibn

Əbu Kuhafa idi. O, hakimiyyətdə doqquz il olub.

137



204

Sonra yeddi il Ömər ibn əl- Xəttab xəlifə olub.

138

 Onu


öldürüblər.

Üçüncü xəlifə Osman ibn Əffan on bir il hakimiyyətdə

olub.

139


 Sonra Osmanı yıxdılar, hakimiyyəti və saçlarla saqqala həna

qoymaq şərəfini Abdullaya verdilər.

140

Sonra doqquz il xəlifə Müaviyə oldu.



141

Yəzid ibn Müaviyə səkkiz il xəlifə olub.

142

Abdülməlik ibn Mərvan on bir xəlifə olub.



143

 Onun vaxtında

həccac ibn Yusif yaşayırdı.

144


Valid ibn Abdülməlik doqquz il xəlifə oldu.

145


Süleyman ibn Abdüləziz on dörd il xəlifə oldu.

146


 Ömər ibn Abdüləziz on il xəlifə oldu.

147


Yəzid ibn Abdülməlik altı il xəlifə oldu.

148


Hişam ibn Abdülməlik iyirmi il xəlifə oldu.

149


Valid ibn Yəzid bir il xəlifə oldu.

150


 Onu öldürdülər və

taciklər ( ərəblər) arasında iğtişaşlar əmələ gəldi.

Mərvan ibn Məhəmməd dörd il xəlifə oldu. Mərvan

əmirəlmöminin Validi öldürən 60 nəfər Qureyşilər qəbiləsinin

başçılarını öldürmək işarəsini etdi.

151


 Sonra Xorasandan

Əbülabbas

152

 gəldi və Xorasan valisi Əbu Müslümün



153

 Xorasan


qoşunlarının köməyi ilə Mərvanı öldürüb yeddi il xəlifə oldu.

Əbülabbas Məhəmmədin oğlu Əlinin nəvəsi Abdullanın nəticəsi, bu

da Abbasın oğlu və  Əbdülmütəllibin nəvəsi idi. Bunlar Haşimilər

sülaləsini təmsil edirdilər. Əbülabbas hakimiyyəti əlinə alaraq gizlicə




205

Əbu Muslümü öldürür, amma onu öldürəndən bir qədər sonra özü də

ölür.

Onun qardaşı Əbu Cəfər Abdulla iyirmi iki il xəlifə olub. O,



İbrahim Günbəzində vəfat edib.

154


Məhəmməd adı ilə tanınan Mehdi ibn Abdulla doqquz il

xəllifə oldu.

155

Musa bir il xəlifə olub.



156

Mehdi oğlu Harun iyirmi beş il xəlifə olub.

157

 O, ölkəmizə



çoxlu əziyyət verdi və bu səbəbə görə ermənilərin bir çoxu

əyalətlərini tərk edib Bizansa qaçdı.

Harunun oğlu Amin üç il xəlifə olub.

158


  Harun hələ

sağlığında ölkəsini iki oğlu – Amin Bağdadla Xorasanın hakimi oldu,

lakin Məmun onunla müharibə etdi və Amin öldü. Məmun kimi

tanınan Abdulla isə bütün ölkəyə sahib oldu.

159

İbrahim on il xəlifə oldu.



160

  Harun  ər  –  Rəşid  Məhəmməd

peyğəmbərdən sonra iyirmi üçüncü əmirəlmöminin idi.

Erməni təqviminin iki yüz səksəninci ili idi.

161

İYİRMİ BİRİNCİ FƏSİL

Cavanşirin Bizans imperatoru Konstanta məktubu

  “ Bizanslıların hər şeyə qalib gələn, əzəmətli və mərhəmətli

imperatoru, dənizlərin və quruların Allah tərəfindən təyin olunmuş

Konstantin Avqustu, sənə Albaniyanın sipəhsaları və knyazı




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə