Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə47/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

194

cəzadan söz açdım, sözlərimin təsdiqi üçün bir qədər misal gətirməyi

vacib bildim. Bəlkə bütün bunlar Fironu suda boğmasından

1

 və ya



Musanın amaliklilərlə döyüş zamanı əllərinin qaldırılmasından

2

 və ya



Hedeonun qırdığından

3

 və ya İyessey oğlu Davudun əzəmətli



şücaətindən

4

 və ya gecəyarısı assurilər düşərgəsini lərzəyə salan



dəhşətli qorxudan

5

 və başqa buna bənzər hadisələrdən daha da



üstündür? Amma gəlin söhbətimizin ana xəttinə yenidən qayıdaq,

Allah – təala bizə görə  əzəmətli buyruqlarda olub, biz isə hələ

onlardan bəhs etməmişik.

Xəzərlər dağ keçidlərini aşıb, üç ölkəyə - Erməniyyə, İberiya

və Albaniyaya gəlib çıxdılar və onlar bu yerlərdə durduqları zaman

fəlakətli Şimal şiri Cebu Xaqanın özündən onun acgöz balası  Şada

qəmli xəbər gəldi: “ Mənə quldurlar basqın ediblər və sən daha

üzümü görməyəcəksən. Çünki öz məqamımı möhkəmləndirməyib

mən ağılsız hərəkət edərək, özümü mənim üçün faydasız olan

hökmranlığa sərf etdim. Buna görə də mənim hədsiz lovğalığım

mənim özümü cəzalandıraraq yüksək mövqeyimdən uçuruma atdı.

Sənə məsləhətim: bir an da gözləmədən səninlə bir yerdə olanların

hamısını məhv et və onlardan canını qurtar. Çünki əgər onlar burada

baş verən hadisələrdən səndən qabaq xəbər tutsalar, onlar özləri səni

yox edərlər. Onda mən də vəliəhdsiz ölərəm”.

1

Bax: İncil. Xuruc, XIV, 26-28.



2

 Yenə orada, XVII, 9-12.

3

 Bax: İncil. Hakimlər kitabı, VI- VIII fəsillər.



4

 Bax: İncil. Birinci Çarlıq kitabı. XVII və sonrakılar.

5

 Bax: İncil. Dördüncü Çarlıq kitabı, XIX, 35.




195

ON SƏKKİZİNCİ FƏSİL

İranda şücaətini və qəhrəmanlığını  göstərən

Varaz

 –

Qriqorun ikinci oğlu böyük knyaz Cavanşirin

əməlləri və igidliyi

 Böyük İran şahı Xosrovun ölümündən dörd il sonra taxta

onun oğlu Yezdəgird oturdu

121


. Həcərin

122


 nəslindən olan on iki

qəbilə ittifaq bağlayıb qüvvətləndi. Onlar saysız – hesabsız təhlükə

doğuran miqdarda öz uzaq məmləkətlərindən çıxaraq tufan kimi

səhranı arxada qoyub Suriyanı keçdilər və ildırım sürətilə  İran

dövlətinə basqın etdilər. O vaxt İranın müxtəlif vilayətlərinin

sərkərdələri, əyanları, hakimləri və azadxahları və  İrana tabe olan

bütün ölkələr yad düşmənə müqavimət göstərmək üçün öz

qoşunlarını topladılar. Bu hadisələr zamanı məşhur Ərdəşir

nəslindən

123


 olan Albaniya knyazı Varaz – Qriqor öz ikinci oğlu

Cavanşirə

124

 diqqət edərək gördü ki, o, cəsur, görkəmli və gözəl



şahzadədir. O, hələ indi – indi boy – buxuna çatır və onun üzündə

zərif  tüklər o qədər də görünmürdü. O, atasının istəklisi olub, qartal

kimi cəld və həmişə döyüş meydanına çıxmağa hazır idi. Cavanşirin

bütün oğullarının ən qabiliyyətlisi olduğunu bilən atası onu kübar

cəmiyyətində yaşayan əyanlarla bərabər etmək niyyətində deyildi və

buna görə də Cavanşiri İran şahının sarayına göndərmək istədi. O,




196

belə qənaətə gəldi ki, onu şah sarayında təmsil etmək üçün

oğullarından Cavanşir daha bacarıqlıdır.

Cavanşir atasından bir dəstə döyüşçü alaraq İran paytaxtında

keçirilən ümumhərbi keçidə Sünik knyazı ( Qriqordan) və erməni

sərkərdəsi ( Muşeq Mamikonyandan) qabaq gəldi. İran sipəhsaları

Rüstəm Cavanşiri görən kimi onu qardaş və doğma oğlu kimi

qarşıladı.

125

  Cavanşiri, ümumiyyətlə, hamı xoşladı. Sipəhsalar



çoxminli atlı qoşunu ilə Mədainə gəlib gənc Cavanşiri Yezdəgird

şaha təqdim etdi. Şah iki əlini Cavanşirin başı üstünə qoyub onu

təriflədi və Albaniyanın sərkərdəsi rütbəsinə layiq gördü.

Cavanşir Dəclə çayını keçərək Beh Kubad dairəsinə gəldi və

o, öz çoxsaylı qoşununa güvənərək qürurla hüsab etdi ki, bütün

cənub qoşunlarını ayaqlayacaq. O, öz düşərgəsini Ölu Suların

126

sahilində düşmənlə üzbəüz saldırdı. Ərəblər irəliləyəndə Albaniya



sərkərdəsi onları qarşılayıb hücumlarını müvəffəqiyyətlə dəf edirdi.

Elə birinci döyüşdə o, düşmənlərin bir neçəsini öldürüb daha da

ürəkləndi, çünki gördü ki, Allah – təala onunladır.

 Bir neçə gündən sonra, Meheqan ayında, İsanın Mövlıd

günündə

127


, 30min atlı və 20 min piyada

128


 yaxşı silahlanmış iranlı

və müttəfiq qoşunlar ərəblərin üzərinə hücuma keçməyə

hazırlaşdılar. Lakin Qadisiyyədən gələn çoxlu atlı və 20 min piyadalı

Həcər oğulları ( ərəblər) qalxanları birləşdirib İran qoşunlarını

darmadağın etmək üçün özləri qabaqcadan hücuma keçdilər.

Albaniya sərkərdəsi Cavanşir öz igid döyüşçüləri ilə onların




197

səfləri içərisinə soxulub düşmənlərindən ikisini yerə sərdi, özü üç

ağər yara aldı, atı isə dörd yerdən yaralandı. Düşmən onu quduz bir

kinlə Fərat çayınadək təqib etdi, o isə həmlələri dəf edərək çayı üzüb

keçdi. Onun üst – başı qan içində idi, silahıda palçıq içində idi. O,

bütün İran ordusunun və  əyanlarının ot kimi biçilib

129

 qırılmasını



gördükdə tələsik şah sarayına yola düşdü. Burada onu çox səmimi

qarşıladılar. Şaha Cavanşirin şücaətindən və aldıqları ağır

yaralarından danışanda şah onu dəbdəbə ilə qəbul edib əmr etdi ki,

ona şah sarayında yer ayırıb yanına həkimlərini göndərsinlər.

Yaraları bir qədər sağalandan sonmra Cavanşir şahın yanına

gəldi və o da əllərini onun başına qoyaraq hamıya təriflədi. Şah onu

sərkərdəyə layiq olan mükafatlandırdı, o cümlədən sərkərdə

kərəyanları, iki qızıl nizə və iki qızılla süslənmiş qalxanla

fərqləndirdi. Bu qalxanları bundan sonra Cavanşiri o biri

sərkərdələrdən fərqləndirən şan- şöhrət əlaməti kimi həmişə onun

qabağında daşıyırdılar. Şah onun belinə mirvarilə işlənmiş qızıl

kəmər və qızıl saplı qılınc bağladı, qollarına qolbaqlar saldırdı,

başının üstünə isə qaşlı – daşlı tac qoydurdu. Onun boynuna ağır

mirvari boyunbağı asdılar, çiyninə taftadan tikilmiş  şah geyimi

saldılar. Və zərli ipək parçasından tikilmiş dörd qotazlı mavi rəngli

şalvar geyindirdilər.

Şah əmr etdi ki, ona kəndlər və balıqla dolu çaylar

bağışlansın. Bütün bunların timsalında görmək olardı ki, müqəddəs “




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə