Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur



Yüklə 0,96 Mb.
səhifə31/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   27   28   29   30   31   32   33   34   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Bunlardan birincisi, heyvan- darlığın əkinçilikdən ayrılması, ikincisi, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, üçüncüsü tacirlərin meydana gəlməsidir. Sonralar, sahələr «parçalanmış», ixtisaslaşdırma daha da dərinləşmişdir ki, bu da mübadilənin genişləndirilməsini zəruri etmişdir. Əmək bölgüsünün meydana gəlməsinin nəticəsidir ki, qədim mal- darların əkinçilik məhsullarına, əkinçilərin isə maldarlıq məhsullarına ehtiyacı olmuşdur. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə əmək bölgüsü dərinləşir, bunun nəticəsində isə mübadilənin dairəsi genişlənirdi. Mübadilə əvvəlcə icmaların daxilində baş verdiyi halda, sonralar icmalararası əlaqələr meydana gəlmiş və o, ilk öncə primitiv xarakter daşımışdır.
Mübadilənin inkişafı pulun meydana gəlməsinə səbəb olmuş və bu da öz növbəsində hər hansı bir məhsulu satmaq məqsədilə onun istehsalının genişləndirilməsini stimullaşdırmışdır. Əmtəə istehsalı yalnız bu zaman, yəni istehsalçının məhsulu özünün şəxsi tələbatının ödənilməsi üçün deyil, başqalarının tələbatının ödənilməsi üçün, bazar üçün istehsal etdiyi zaman meydana gələ bilərdi. Beləliklə, yuxarıda nəzərdən keçirilənləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, natural təsərrüfat strukturlarının artması içtimai əmək bölgüsünün meydana gəlməsinə səbəb olmuşdur. Ictimai əmək bölgüsü isə ikili məzmuna malikdir. O bir tərəfdən istehsalçıları bir-birindən ayırır, digər tərəfdən isə onları bir-birindən asılı vəziyyətə salmaqla, birləşdirir. Bunların nəticəsində isə istehsal «ayrılır», əvvəlcə «bölgü», sonra isə «yenidənbölgü» onların arasına «girir»
və bununla da cəmiyyətin iqtisadi tarixinin «iqtisadiyyat» mərhələsi formalaşmış olur.
«Istehsal» mərhələsindən fərqli olaraq «iqtisadiyyat» mərhələsində istehsalçılar arasındakı qarşılıqlı əlaqələr həm istehsal, həm də istehsaldankənar sahələri əhatə etmişdir. Bu isə əmək məhsullarının «əmtəəyə», mübadilənin özünün
«bazara» çevrilməsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu, hələ bazar iqtisadiyyatı demək deyildi. Bəşəriyyət bazar iqtisadiyyatının formalaşmasına doğru uzun bir yol keçməli idi. Ona görə ki, cəmiyyətin iqtisadi tarixinin ikinci mərhələsində bazar hələ də istehsala tabe idi və qiymətləri alıcıya satıcı diktə etdiyinə görə o, «satıcı bazarı» olaraq qalırdı.
Bütün bunlara əsasən demək olar ki, bazar iqtisadiyyatına keçid bəşəriyyətin iqtisadi tarixində keyfiyətcə yeni-üçüncü mərhələdir. Bu mərhələdə istehsalçı öz üstünlüyünü itirmiş, istehlakçı ilə qarşılıqlı dialoqa girmiş və nəticədə «bazar iqtiısadiyyat» formalaşmışdır. Hazırda inkişaf etmiş ölkələrdə bazar münasibətləri ən yüksək səviyyəyə çatmışdır. Bu deyilənlərdən aydın olur ki, cəmiyyətin iqtisadi tarixi hələlik «istehsal», «iqtisadiyyat» və «bazar iqtisadiyyatı» mərhələlərini əhatə edir.
Bazarın meydana gəlməsinin ikinci şərti istehsalçıların iqtisadi cəhətdən əlahiddələşməsidir. Əmtəə mübadiləsi hökmən ekvivalentliyə əməl olunmasını nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvivalent olan başqa bir əmtəə əldə etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahiddələşməsi əsasında mümkündür. Bu əlahidddələşmə tarixən xüsusi mülkiyyətin bazasında meydana çıxmışdır. Sonralar isə o, hər hansı bir yerli mənafe dairəsi ilə məhdudlaşmaqla, həm də kollektiv mül- kiyyətə (kooperativlər, səhmdar cəmiyyətləri, dövlət müəssisələri, dövlətin iştirakilə qarışıq müəssisələr və i. a.) əsaslanmağa başlamışdır.
Ölkələrin çoxunda icma iqtisadi münasibətlərinin təkamülü və klassik bazar sisteminin meydana gəlməsi torpaq üzərində xüsusi mülkiyyət ənənələri ilə əlaqədardır. Beləliklə, əmək bölgüsü və istehsalçıların iqtisadi cəhətdən əlahid- dələşməsi – əmtəə istehsalının və deməli, bazar münasibətlərinin meydana gəlməsinin obyektiv şərtləridir.
Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. Deməli, bazarın yalnız məhsulların və xidmətlərin istehlakçılara çatdırılması ilə «məşğul olan struktur» kimi səciyyələndirilməsi onun mənasının məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prosesinin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əlaqə yaradılmasının təmin olunmasında tənzimləyici rol oynayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.
Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplusudur; 2) Alıcılarla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında
nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxilində və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağlayan mübadilə dairəsidir; 4) Əmtəələrin alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.
Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündəlik tələbat məhsullarının reallaşdırıldığı sadə formada meydana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş dərəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəələrinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyutaların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə