91
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Hazırlıq mərhələsi
Yeni silahlara qoyulan operativ tələblər: Onlar ədalətli rəqabət üçün
imkan yaradacaqmı? Onların alqısı əməliyyat ehtiyaclarından doğur,
yoxsa sadəcə reklam kitabçasında görünüb?
Yeni silahlara qoyulan texniki tələblər: onların alqısı real əməliyyat
tələbləri əsasında edilir yoxsa konkret bir məmulatın texniki xarakteristika
surətidir? Onlar dəqiq və obyektivdirmi? Onlar ədalətli rəqabətə imkan
yaradırmı? Əgər cavab “yox” olursa, o zaman qəbul edilən qərar dəqiq
əsaslanmış və aydındırmı?
Planlaşdırma və büdcə tərtibi: Təhcizat planı müdafi ə qabiliyyəti üçün
silah,texnika və sistemlər almağa hazırlanıb yoxsa ayrıca məmulatlar
üçün? Alqı-satqının həcmi ehtiyaclara uyğundurmu? Bütöv alış üçün
nəzərdə tutulan büdcə gələcək büdcə ilində də istifadə ediləcəkmi?
Plandan kənar, təcili əməliyyat ehtiyacları üçün alınan silahlar nə dərəcədə
möhkəm əsaslandırılıb?
Alq -Satq zaman korrupsiyanin qar s n n al nmas - açar suallar ve açar nöqt l r
m liyyat t l bl ri
Alq -satq plan v büdc
Planla d r lmam al lar
Vahid m nb li alq -satq v tender
Qiym tl ndirm kriteriyas
Maraqlar toqqu mas
Keyfiyy t t mini,test
Müqavil
Müqavil nin icras
Bu uy undurmu v t kc d yi iklikl r sasl d r?
Bu d qiqdirmi v MN-nin hüq- t min edirmi?
Uy un testl r gözl nilirmi?
Onun ba verm m sini önl yirsinizmi?
Onlar d qiq v do rudurmu?
Vahid m nb alq -satq s sasland r l bm ?
T cili m liyyat ehtiyaclar il sasland r l r?
Silahlar n say real ehtiyaclara uy undurmu?
Onlar d qiq v do rudurmu?
dal tli r qab t imkan verirmi?
Texniki t l bl r
92
Hərbi Təhcizat
Təhcizat işlərinin gedişi
Rəqabətlilik: Tender prosesi rəqabətliliyi təmin edirmi? Əgər cavab
“yox”-sa, o zaman texnika və silahların bir mənbədən alqısı və ya məhdud
tenderlə işləmək doğrudurmu? Alqı proseduru nə qədər rəqabətliliyin
tələblərinə cavab verir?
Qiymətləndirmə kriteriyası, sənədləşmə: Onlar açıq və dəqiqdirlərmi?
Onlar bütün rəqabət iştirakçıları üçün ədalətli tərtib olunubmu? Obyektiv
kriteriyanın (məsələn,alınan avadanlığın bütöv həyat dövrəsinin qiyməti)
çəkisi subyektiv kriteriyadan (məsələn, əlavə hərbi imkanlar) böyükdürmü?
Bütün tender sənədləşmələri aydin və obyektivdirmi?
Maraq toqquşmaları: Tender komissiyası üzvləri, həmçinin hazırlıq
və icra mərhələlərində iştirak edən başqa rəsmilər, potensial satıcılarla
maraqlar toqquşması sayıla biləcək hər hansı bir münasibətdə olduqları
müəyyən edilibmi? Onlar maraqlar toqquşması olmadığı haqda bəyanatı
imzalamışlarmı? Əgər belədirsə, bu necə yoxlanılır?
Tender komissiyasının işi: Bu komissiya sənədləşmədə yazılan və
razılaşdırılan kimi işləyirmi?
Müqavilə və onun yerinə yetirilməsi
Keyfi yyətin təmin edilməsi, sınaq. Uyğun testlər gözlənilirmi? (obyektiv
və etibarlı metodologiya əsasında). Müqaviləni yerinə yetirən zaman
keyfi yyəti təmin etm mərhələsi gözlənilirmi?
Müqavilənin tamamlanmamış və son forması: Müqavilə dəqiq və səliqəli
yazılıbmı və o Müdafi ə Nazirliyinin hüquqlarını təmin edirmi?
Müqavilənin icrası: Müqavilə imzalandığı formada da həyata keçirilirmi?
Müqaviləyə edilən dəyişiklik və düzəlişlər əsaslandırılıbmı?
Prosesin şəffafl ığını təmin etmək üçün qərar qəbul etmə mexanizminin
dürüst olması əsasdır. Elə hallara da rast gəlmək olur ki, məsələn, “şəffafl ığı
sübut etmək üçün” tender yarışı televiziya ekranları qarşısında aparılır, ancaq
tenderin şərtləri elə yazılır ki, o şərtlər ancaq xüsusi bir şirkətin xeyrinə qul-
luq edir və ya onun bütün başqa rəqiblərini sıradan çıxarır. Hərbi təhcizat za-
manı şəffafl ığın təmin edilməsi ilə bağlı əlavə tədbirlərə aşağıdakılar daxildir:
• Silahlı qüvvələrin modernizasiyasını açıq-aydın, ardıçıl və etibarlı
prinsip və istiqamətlərlə təmin edən müdafi ə siyasəti sənədlərinin ictimaiyyətə
açıq olması və kütləvi informasiya vasitələri ilə işıqlandırılması;
• Gözlənilən silah alma planları və onlara irəli sürülən tələblərlə bağ-
93
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
lı, potensial təminatçıları, o cümlədən yerli müdafi ə sənayesi şirkətlərini
əvvəlcədən xəbərdar edilməsi;
• Avropa Müdafi ə Akademiyası (European Defence Agency)tərəfi ndən
yaradılan və işlədilən Müdafi ə Müqavilələri İmkanları
48
(Defence Contracts
Opportunities)haqda Avropa Bülletenini Şurasının (European Bulletin Board)
köməyi ilə açıq rəqabətli tenderlərin təmin edilməsi;
• Silah və texnika alqı-satqı planlaşdırılması və rəqabətdə olan
təminatçıların təklifl ərinin müqayisəsi zamanı, sadəcə satış qiymətini yox, si-
lah və texnikannın işlədildiyi bütün həyat dövrü ərzində hansı qiymətə başa
gələcəyinin nəzərə alınması
49
;və
• Alınacaq silah və texnika ilə bağlı ciddi risk qiymətləndirmələri apa-
rılması və bu risklərin idarə edilməsidə şəffafl ığın təmin edilməsı.
Haşiyə 7.3 hərbi təhcizat zamanı şəffafl ığın olmadığı təqdirdə meydana
gələn mənfi nəticələri, o cümlədən, yüksək korrupsiya risklərinin siyahısını
verir.
Hərbi təhcizat zamanı baş verən boşluqları doldurmaq və dürüstlüyü
möhkəmləndirmək üçün Müdafi ə Nazirliyi və bu işlə məşğul olan parlament
komitələri beynəlxalq standartların İSO15288
50
müddəalarını və NATO-nun
uyğun nəşrləri olan AAP-48 standartlarının həyata keçirilməsinə baxmalıdır-
lar. NATO-nun özü İSO/İEC 15288 standartları ilə hərəkət edərək, avadanlı-
ğın bütün həyat dövrünü əhatə edən planlaşdırmanı nəzərdə tutur və bu stan-
darta görə həyat dövrü altı mərhələyə bölünür.
1.Konsepsiyaların hazırlanması
2.İşləyib hazırlama
3.İstehsal
4.İstismar
5.İstismar dövründə xidmət
6.İstismar dövrü bitəndən sonra istifadə.
48
Bax www.eda.europa.eu/ebbweb.
49
Hərbi avadanlığın istifadə edildiyi dövrdəki xərclərinin fərqli qiymətləndirilməsi və
həmçinin səmərəli meyar(etalon) analizinin təmin edilməsi üçün standart dəyər modellərinin
tətbiq edilməsi tövsiyə olunur . Bax: Code of Practice for Life Cycle Costing, RTO-TR-
SAS-069 (Paris: NATO Research and Technology Agency, September 2009); Methods and
Models for Life Cycle Costing, RTO-TR-SAS-054 (Paris: NATO Research and Technology
Agency, June 2007); and Cost Structure and Life Cycle Costs for Military Systems, RTO-
TR-058 (Paris: NATO Research and Technology Agency, September 2003).
50
Bax: ISO/IEC 12207:2008, “Systems and Software Engineering – System Life Cycle Proc-
esses,” edition 2 (International Organization for Standardization, 2008).