86
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
hid kompleks mexanizmləri çərçivəsində həyata kecirilir. Büdcə planlaması za-
manı ortaya çıxan bütün əsas gümanlar, məsələn büdcə riskləri,qeyri müəyyən
xərclər,spesifi k xərclərə görə öhdəliklər və s. açıqca sənədləşdirilir va lazımi
qaydada diqqətə alınır.Daha sonra,əsas ortaya çıxan gümanlar,məsələn mak-
ro ekonomik proqnozlar və maliyyə ili üçün proqnozlar, müstəqil ekspertlər
tərəfi ndən qiymətləndirilir.
Bütün hərbi proqramlar, müstəqil milli statistika idarəsinin nəticələri ilə
ayaqlaşan,qiymətə təsir edən amillərdən istifadə edilərək hesablanır. Büdcə
tərtibi prosesində dürüstlüyə riayət məlumat sistemi vasitəsilə həyata keçiri-
lir. Hərbi proqramlaşdırma və büdcə tərtibi prosesi sistematik olaraq məlumat
sistemi ilə dəstəklənir. Bu zaman birgə əməkdaşlıq işləri üçün münbit şərait
yaradan avtomatik hesablama və qərar vermə proseslərini dəstəkləyən
vasitələrdən istifadə olunur.
Müxtəlif gümanlara uyğun olaraq alternativ proqramlar və büdcələr
açıq- aydın müəyyən edilir və sənədləşdirilir. Bir alternativdən digərinə ke-
çid üçün açıq və yazılı prosedur mövcuddur və keçid nöqtələri də açıq aşkar
sənədləşdirilir. Həm planlar və fəaliyyət nəticələri, həm də qiymətləndirmələr
haqda məlumat asanlıqda əldə edilə bilir.
İllik daxili maliyyə hesabatları bir- biri ilə ziddiyət təşkil etmir və başqa
mənbələrin göstəriciləri ilə uzlaşdırılır. Mühasibat hesabatları, bank hesab-
ları və büdcə ayrılmaları ilə səmərəli surətdə və vaxtlı- vaxtında uzlaşdırılır.
Mühasibat hesabatlarının audit yoxlamaları da vaxtlı vaxtında və səmərəlidir.
İllik maliyyə və pul göstəriciləri arasında möhkəm uzlaşma olur. Milli sta-
tistik idarəsinin təşkilati müstəqilliyi, büdcədən istifadənin göstəricilərinin
keyfi yyətini yoxlamağa imkan verir.Büdcə göstəricilərinin dürüstlüyü və
keyfi yyəti beynəlxalq standartlara uyğun olmalıdır.
87
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
7-ci Fəsil
Hərbi Təhcizat
Hərbi təhcizat iki fərqli prosesin tərkib hissəsidir:
1. Daha qabaqcıl silahlar sistemi əldə etməklə yeni müdafi ə imkanları
qazanmaq prosesi; və ya
2. Ehtiyat hissələri,yanacaq, rabitə xidmətləri təmin etməklə ordunun
mövcud hərbi qabiliyyətlərini saxlamaq, və s.
Təşkilatlarda, prosedurlarda və işə cəlb olunan şəxslərdə dürüstlük olma-
sa, hər iki proses korrupsiyaya meylli olacak. Bu fəsil bir çox səbəblərə görə
birinci prosesə daha çox diqqət edir:
• Bu proses geniş miqdarda büdcəni əhatə edir;
• Müdafi ə ehtiyaclarını cari hərbi təhcizatla əlaqələndirmək qeyri
ənənəvi yanaşmalar tələb edir;
• Qabaqcıl texnologiyanın olduğu zaman potensial satıcıların da sayı
az olur;
• Hərbi texnikanın alınması və gətirilməsi ilə baglı təhlükəsizlik
məsələləri ortaya çıxanda və başqa milli təhlükəsizlik məsələləri gündəmə
gələndə təhcizat variantları da azalır;
• Qiymətlər üzrə statistika məhduddur, əldə etmək çətindir və ya möv-
cud deyil;
Bü və digər səbəblərin nəticəsi olaraq silah alqı-satqısı çox yüksək kor-
rupsiya riskləri daşıyır.Hərbi anti-Korrupsiya Hesabatına
44
görə (Defence Anti
Corruption Digest), korrupsiya hallarının yarıdan çoxu olkələrarası yeni silah
sistemləri və avadanlığı alqı-satqısı zamanı baş verir. Bu fəsil silah təhcizatı
perspektivlərinə həsr olunsa da,əldə olunan nəticələr və tövsiyələrin çoxu
mövcud hərbi qabiliyyəti saxlamaq üçün lazım olan təhcizat məsələlərinə də
tətbiq olunur.
Təhcizat xarakterli korrupsiya ilə bağlı araşdırmalarda problemlər
daha çox müqavilə ilə bağlı məsələlərdə ortaya çıxır. Burada, təhcizatın
bu mərhələsində hərbi avadanlıq və xidmətlər üzrə təhcizatçı ilə hökümət
rəsmiləri arasında hazırlanan, imzalanan və yönətilən müqavilələr nəzərdə
tutulur. Lakin korrupsiya mexanizmlərini açmaq üçün təhcizat prosesi ətrafl ı
surətdə öyrənilməlidir və uyğun olaraq korrupsiyanı azaltmaq tədbirləri ha-
zirlamaq lazımdır.
Təhcizat Prosesinin Dürüstlüyü
44
Bu xülasə BŞ tərəfi ndən daimi dərc olunur. Bax: www.defenceagainstcorruption.org/news/
digest-navigationmenu-111.
88
Hərbi Təhcizat
Hərbi təhcizat müdafi ə qabiliyyətinin mövcud səviyyəsini qaldırmağa və
ya yeni silahlar əldə etməklə, xüsusilə də,yeni texnologiyalar tətbiq edilməsi
ilə müdafi ə qabiliyyətini artırmağa yönəlmiş prosesdir. Haşiyə 7.1 bu termi-
nin tərifi ni verir və alqı-satqı fəaliyyətinin üç əsas sahəsini təqdim edir.
Təhcizat xarakterli korrupsiyanın potensial azaldılması üçün açar qərar-
qəbul etmə mexanizminin dürüst olmasıdır. Qərar qəbul etmə prosesləri elə
qurulmalıdır ki, qəbul edilən təhcizat qərarları və cari təhcizatlar müdafi ə
siyasətinin tələblərinə cavab versin və maliyyə ilinin resurs məhdudiyyətlərini
və digər məhdudiyyətləri nəzərə alsın.Alqı-satqının norma və prosedurları
müdafi ə məqsədlərindən başlamış alqı satqıya qədər baş verən proseslərə ay-
dın səbəbiyyat əlaqəsi qurmalıdır.
Haşiyə 7.1. Hərbi Təhcizatın Miqyası
“Hərbi təhcizat” geniş mövzu və tapşırıqları əhatə edən tədbirlərdir və
onları üç geniş sahəyə bölmək olar.
• Nə əldə etməyi qərar vermək;
• Necə əldə etməyi qərar vermək;
• Əldə etmək.
Nə əldə etməyi qərar vermək sadə iş kimi görünür, ancaq bu həqiqətdə cətin
bir prosesdir və qeyri-ənənəvi metodların tətbiq edilməsini tələb edir və bu
metodlardan necə istifadə edilməsi alınan silahların nə qədər uğurlu olmasını
təmin edir. Müdafi ə xərcləri, dövlət büdcəsinin önəmli bir hissəsini təşkil
etdiyinə baxmayaraq bütün müdafi ə tələblərini və silah alışı layihələrini
ödəməyə az hallarda mümkün olur və ona görə də hansı layihələrin
prioritet təşkil etdiyini müəyyənləşdirib mümkün qədər balanslaşdırılmış
və hərtərəfl i bir ümumi müdafi ə proqramı hazırlamaq lazımdır(və əlbəttə,
ayrı-ayrı layihələr düzgün idarə olunmalıdırlar ki, onlar ödənilən qiymətə
görə dəyərli olsun və müdafi ə resurslarına uyğun istifadəni təmin etsin).
Rəqabətli tələblərin yaxından öyrənilməsi və yaradıcı düşüncə vasitələri
ilə bu tələblərə yanaşılması lazımlı və uğurlu alış üçün əsas sayılır. Bu cür
tədbirlərə yatırım qoymaq layihə risklərini azaldar və bütövlükdə silah alışı
şansını uğurla başa çatdırar.
Hərbi avadanlıqları və ya xidmətləri necə əldə etmək qərarı vermək hazırlıq
prosesi ilə müşaiyət olunan alqı-satqı strategiyasının qurulmasından keçir.
Dostları ilə paylaş: |